A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   72

 
67
XIV-XVII  əsrlər Fransız mütləqiyyətinin formalaşması dövrü kimi göstərilir. Belə ki, XI Lüdovik və 
onun varislərindən sayılan VIII Karl, XII Lüdovik, I Fransisko və II Henrnin hakimiyyəti illərində  İspan 
Habsburqları tərəfindən sıxışdırılan Fransa yardım əldə etmək üçün alman protestant knyazları və türk sultanları 
ilə ittifaqa girməyə çalışırdı. Türk sultanı Süleyman  Qanuninin 1526-1529-cu illər Viyana yürüşü bununla 
əlaqədar idi. Sultanın vəziri  İbrahim paşa Fransa ilə yaradılacaq ittifaqa Türkiyənin Avropada uğurlarının 
başlanğıcı kimi baxdığını gizlətmirdi.  
Məhz buna əsasən 1535-də Türk sultanı fransız kralı I Frasisklə sonralar “kaputiliyasiya müqaviləsi 
adını almış ittifaq və ticarət müqaviləsi” imzaladı. Müqaviləyə görə, Türkiyə boğazlarına gələn Avropa gəmiləri 
Fransız bayrağı qaldırmalı idilər. Kapitulyasiya müqaviləsi diplomatik leksikona qeyri-bərabər hüquqlu 
müqavilə kimi daxil olmuşdur. Kapitulyasiya iki fəsildən ibarət müqavilənin fəsillərinə verilmiş ad idi. 
Fransanın şərq ölkələri ilə ittifaqa böyük ehtiyacı var idi.   
Məlum olduğu kimi IV Xaç yürüşündən sonra 1261-ci ilə qədər Konstantinopol Avropa səlibçiləri ilə 
mübarizə aparmış  və onların qovulmasına nail olmuşdur. Elə bu dövrdə Anadoluda, Kiçik Asiya torpağında 
Osmanlı knyazlarının  əsası qoyulur və 1299-cu ildə Osmanlı dövləti təşəkkül tapmışdı. Bu dövrdən Türkiyə 
Avropa siyasəti meydanına çıxmış,  Ərəbistandan, sonra isə 2-ci dəfə Balkanlardan Prineyə  qədər  əraziləri 
nəzarəti altına aldı. Artıq XV əsrin II yarısı və XVI əsrdə Türkiyə Avropa siysətində əsas faktora çevrilmlşdi. 
Təsadüfi deyildir ki, Avropa monarxları bu faktorun təsiri ilə Fransaya münasibətdə mövqelərini dəyişmiş, 
Fransa da Antitürk koalisiyasına qatılmışdı. 
Rüşelyenin hakimiyyətinə qədər Fransa ayrı-ayrı məqəmlara baxmayaraq Avropadakı siyasətdə o qədər 
də güclü rola malik deyildi. XVI əsr Avropa diplomatiyasında İngiltərə də özünəməxsus şəkildə rol oynayirdı. 
Artıq bu dövr üçün İngiltərədə 2 palatalı parlament monarxiya quruluşu bərqərar olmuşdu. Lakin İngiltərə 
mütləqiyyəti heç vaxt İspaniya və Fransadakı kimi qüvvətli olmamış, məhz buna görə İngiltərə parlamenti ilə 
Kral arasında daxili və xarici siyasət məsələlərində güclü siyasi antoqonizmə yol verilməmişdi. Kral həmişə 
xüsusi xarici siyasət məsələləri ilə bağlı problemlərə nəzarəti parlamentlə bölüşmüşdü.  
XVI əsrin II yarısından etibarən İngiltirə  ilə İspaniya arasında  Avropa hegemonluğu uğrunda mübarizə 
kəskin xarakter aldı. İngilis dəniz quldurları İspaniyanın Amerikadan taladığı sərvətlərə şərik çıxırdı. 
Ingilis diplomatiyası  İspaniyanın Avropa hegomonluğunun köklərini qazırdı. Yaranmış  şəraitdə 
İspaniyada dəfələrlə İngiltərəyə qarşı xaç yürüşü keçirilməsi ideyası baş qaldırmışdı. İspaniya bu mübarizənin 
əvvəlində diplomatik fəaliyyətə üstünlük vermiş  və 1558-1603-cü illərdə  İngiltərə kraliçası olmuş Yelizaveta 
Stüartı fiziki baxımdan məhv etmək üçün konkret plan hazırlamışdı. Məlum olduğu kimi, Yelizaveta Stüartın 
atası VII Henrix həm Şotlandiya varisinin qızına, həm də İngiltirə şahzadəsi Anna Bolyuna nigahlı idi və hər 
nigahdan bir qızı doğulmuşdu. 
Şotlandiyada hakimiyyət uğrunda mübarizənin gedişində Yelizavetanın bacısı Mariya Mediçi 
Şotlandiyadan qaçmağa məcbur oldu. Londonda məskunlaşdıqdan sonra çox tezliklə II Yelizavetaya qarşı 
müxalifətin mərkəzi fiquruna çevrilmişdi.  İspaniya ilə aparılan yazışmaların bir neçəsinin  ələ düşməsi 
İngiltərədəki hakimiyyət uğrunda mübarizənin konturlarını müəyyənləşdirməyə imkan verdi. Bununla belə, nə 
xəfiyyə xidməti, nə də parlamentin müvafiq strukturları Yelizavetanı öz bacısını edam etməyə sövq edə bilmədi.  
Yaranmış şəraitdə Mariyanın həqiqətən Yelizavetaya düşmən olmasını sübut etmək üçün parlament bir 
sıra diplomatları  səfərbər etdi. Bunlardan biri də Uol Sinqem idi. Müxtəlif Avropa dillərində danışan,  gözəl 
xəttatlıq qabiliyyəti olan diplomatik ustalığa malik Uol Sinqem tezliklə Mariyanın hazırladığı  qəsdin üstünü 
açdı və Yelizavetanın göstərişi ilə Mariya Mediçi edam olundu. 
Ingiltərə öz müstəsna mövqeyindən çıxış edərək Avropa siyasətinə  fəal  şəkildə  təsir göstərməyə 
çalışırdı. Təsadüfi deyil ki, İspaniya tərəfindən sıxışdırılan Fransa bu məsələdə  İngıltərənin müttəfiqinə çevrildi. 
1588-ci ildə  İspaniyaya məxsus məğlubedilməz Armadanın La-manş boğazında dağıdılması ilə Avropanın 
tarixində Fransanın hegemonluğu dövrü başladı. 
XVI  əsrdə dünya siyasi meydanına çıxan dölətlərdən biri də çar Rusiyası idi. 1480- ci ildə Monqol 
imperiyasının əsarətindən qurtaran Rusiyanın xarici siyasətində 3 əsas vəzifə dururdu: 
- Baltik dənizinə çıxmaq; 
- Qara dənizdən çıxmaqla isti dənizlərə çıxış əldə etmək; 
- Avropa sərhədlərinə yaxınlaşmaq. 
Qərb dövlətlərinin Rusiya haqqında məlumatları epizodik xarakter daşıyır. Monqollar Rusiyadan 
qovulandan sonra Sileziyalı tacir Nikolay Peppel Rusiyada olur və burada gördüklərindən heyrətə gəlir. O, geri 
qayıtdıqdan sonra gördüklərinə dair kitab yazmış  və Avropada sensasiya yaratmışdı.O vaxta qədər Avropada 
hesab edilən Böyük Moskva knyazlığı Polşanın qəyyumluğu altındadır. Üç il sonra Moskvaya qayıdan Peppel 
Müqəddəs Roma imperiyasının agenti kimi imperatriçanın məktubunu gətirmiş  və rus çarı III İvanla 
görüşmüşdür.Peppel III İvana təklif etdi ki, o, Roma papasından kral adı almaq üçün xahiş etsin. Lakin III İvan 
imtina etmiş,yalnız IV İvan  Qroznı papadan çar titulunu almışdı. 
Müqəddəs Roma imperiyası ilə münasibətlərin qurulması üçün hətta Bizans şahzadəsi Zoya Paleoqolun 
Rusiya sarayına gəlin köçməsi də Rusiya ilə imperiya arasında və ya Roma papası arasında münasibətlərə start 


 
68
vermədi. Doğrudur, III İvan İtaliyaya-papanın yanına öz nümayəndəsini göndərdi. Onu burada elə “təmtəraqla” 
qarşılamışdılar ki, IV İvanın çar titulu aldığı dövrə  qədər, Roma ilə Rusiya arasında münasibətlər 
kəsilmişdi.Müasir Avropa müəlliflərindən biri yazırdı ki, son 500 il ərzində Rusiya özünün Avropaya aid olub-
olmamasını müəyyənləşdirə bilməmişdir. Xarici siyasəti qarşısında Avropa ilə bağlı konkret  vəzifələr duran 
əski və  müasir  Rusiya özünü bu dilemmadan qurtara bilməmişdi.  
Rusiyanın papa İtaliyası ilə diplomatik münasibətlərinin  olmaması bu dövlətin  heç də beynəlxalq 
münasibətlər orbitindən kənarda qalması demək deyildi. XVI əsr üçün Rusiyada xarici siyasət orqanları təşəkkül 
tapmış, Boyar dumasında bu sahə konkret fəaliyyət növünə çevrilmiş, Rusiyanın paytaxtında xaricilər üçün 
sonralar “Kitay qorod” adını almış  məhəllə meydana gəlmişdi. Lakin Avripa ölkələrindən fərqli olaraq, 
Rusiyaya gələn səfirlər, elçilər, tacirlər əhalidən təcrid olunmurdular. Onların çar sarayında qəbulu, ticarət üçün 
imtiyazların verilməsi, cavab elçilik heyətlərinin göndərilməsi mərasim forması almışdı.  
Avropadan fərqli olaraq Rusiyada qonşu ölkələrlə sülalə nigahlarına geniş yer verilirdi.Bir qayda olaraq 
elçi tacirlər Rusiyada olarkən onların gələcək xidmətindən istifadə edilməsi üçün təkliflər verilirdi. Məsələn: 
İngiltərənin Moskva şirkətinin agenti Antoni Cenkinson rus çarının yanında xidmətə götürülmüş və ona Rusiya 
adından Səfəilərlə danışıqlar aparmaq və müqavilə imzalamaq səlahiyyəti verilmişdi. Cenkinson analoji 
səlahiyyətləri Mərkəzi Asiya dövlətlərindən və Səfəvilərdən də almışdı. 
Rusiyanın beynəlxalq aləmə  çıxması  İvan Qroznunun fəaliyyəti ilə  sıx bağlıdır. Rusiyanın I Pyotrun 
hakimiyyətinin sonuna qədər xarici siyasət strategiyasından çıxmayan iki vəzifə vardır. 
- Baltik dənizi vasitəsilə Avropaya çıxış əldə etmək.   
- Qara dəniz boğazları vasitəsilə dünya okeanına çıxmaq. 
Bu iki vəzifənin reallaşması Rusiyanı Avropanın ayrılmaz hissəsinə çevirdi.1547-ci ildə  İvan Qroznı 
Roma papasından çar titulunu aldı. Bundan sonrakı rus çarlarının hamısı  həmin titulu daşıyirdı. Rurikoviçlər 
sülaləsinin son nümayəndəsi olan IV İvan Qroznı Rusiyanın türk-tatar ünsüründən təmizlənməsində mənfur rol 
oynamış şəxsiyyətlərdən biri idi.Bu yolda o, yaxın məsləhətçisi və uşaqlıq dostu Andrey Kurpskini də qurban 
vermişdi. IV İvanın 1564-1572-ci illərdə  həyata keçirdiyi “Opriçnina” siyasəti Rusiyanın xarici siyasətində 
olduqca böyük dəyişikliklərə gətirib çıxardı.Ancaq bu dəyişikliklər Rusiyanın xeyrinə olmadı. 
Məlum olduğu kimi, Polab slavyanları vaxtilə Baltik dənizinin sahilində  məskunlaşmış, sonralar bu 
ərazilər Kiyev Rus dövlətinin himayəsində olmuşdu.Lakin Rusiyanın zəifləməsi üzündən Baltik dənizinin 
sahillərində    İsveçin, finlərin yaşayış  məskənləri peyda olmuş  və bu ərazi XIII-XIV əsrdən etibarən  İsveç 
krallığının tərkibinə daxil olmuş  və bu ərazilərin geri qaytarılması  uğrunda mübarizə müharibəyə  gətirib 
çıxarmışdı. Rusiyanın xarici siyasətində Livoniya müharibəsi mühüm yer tuturdu. 
İvan Qroznunun dövründən etibarən Boyar dumasının içərisindən seçilmiç xüsusi istedada malik ayrı-
ayrı adamlar Avropaya və şərq ölkələrinin sarayına elçi kimi göndərilirdi.Əsas məqsəd Rusiyanın kənd və meşə 
təsərrüfatı mallarına alıcı tapmaqdan ibarət olurdu. Bismark sonralar yazırdı ki, 3 ilə yaxındır ki, Rusiyanın 
aqrar sahələrinin məhsullarının başlıca alıcısı alman knyazlıqlarıdır. Sonralar Almaniya ilə Rusiya arasında 
başlanmış gömrük müharibəsi bu zəmində baş vermişdi.  
IV İvanın dövründən etibarən meydana gəlməkdə olan prikazçılıq sistemi xarici siyasət və xarici ticarət 
məsələlərini  əhatə edirdi. Xarici siyasətlə  əsasən puşkar və yam prikazları paralel məşğul olurdular. Çox 
keçmədən bu sahəyə qoşulan və ordu quruculuğunu həyata keçirən daha iki prikaz meydana gəldi. 
 
Mövzuya dair suallar 
 
1. Son orta əsrlərdə dünyanın siyasi xəritəsi. 
 
2. Böyük coğrafi kəşflər və beynəlxalq nəticələri. 
 
3. Dünya ticarəti və ticarət marağının yaranması.  
 4.Dünya 
müstəmləkə sisteminin əsasının qoyulması. 
 5.XIV-XVI 
əsrlərdə Avropada dövlətlərarası münasibətlər 
 6.İspaniyanın dəniz hegemonluğuna son qoyulması. 
 7.V 
Karlın Avropa diplomatiyası. İkiqat diplomatiya. 
 8.Türkiyənin Şərq və Qərb siyasəti. (XV-XVII əsrlərdə) 
 9.Rusiyanın dünya siyasət meydanına çıxması.  
 
Ədəbiyyat 
1.
 
Документы по истории внешной политики Франции. М., 1963 
2.
 
Европа в средний века. Экономика, политика, культура. Сб. статей.  М., 1972 
3.
 
Гуревич А.Я. Походы викингов. М., 1966 
4.
 
История Византии. Т. 1, т.2, т.3. М., 1967 
5.
 
История Средних веков. Учеб. М., Просвещение, 1986 
6.
 
История Франции, т.1, M., 1972 
7.
 
Заборов М.А. Крестове походы. М., 1956 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə