A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   72

 
64
şərqindəcə  əzmək istəyirdi.  Ərzincanda Uzun Həsən sultana qarşı  tədbirlər görmüşdü. Ağqoyunlu hökmdarı 
düş-mən qüvvələrini əlverişsiz təbii şəraiti olan yerdə haqlamaq üçün irəli buraxdı. Osmanlılar Fəratın sağ sahili 
ilə Malatiyaya qədər irəlilədilər. Burada, çayın sol sahilində  Ağqoyunlu qüvvələrinin mövqe tutduğu aydın 
oldu.  
Beləliklə, o dövrün bir-birilə rəqabət aparan iki məşhur türk sərkərdəsi Uzun Həsən və sultan II Mehmet 
öz qoşunları ilə Fərat sahillərin-də qarşı-qarşıya dayandılar. Uzun Həsən keçmiş döyüş təcrübələrindən istifadə 
edərək, oğlu Uğurlu Məhəmmədin başçılıq etdiyi əsas qüvvələr Fəratın sahilində pusquda qoydu, başqa bir atlı 
dəstə isə hücum edə-edə  Fəratı keçməli idi. Düşmən bu dəstəyə hücum etdikdə onlar geri çəkilməli, düşmən 
qüvvələrini Fəratın sol sahilinə  çəkməli və  Uğurlu Məhəmmədin qoşunları onları mühasirəyə almalı idilər. 
Uzun Həsənin bu hiyləsi baş tutdu. 1473-cü il avqustun 1-də Uzun Həsənin seçdiyi düzgün döyüş taktikası 
nəticəsində Ağqoyunlu süvariləri Türkiyə qoşununun zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə keçirdilər və 
Malatiya döyüşü adlanan bu vuruşmada Türkiyə qoşunlarının zərbə qüvvəsi məhv edildi. 
Bu məğlubiyyət osmanlı qoşununda intizamın pozulmasına və böyük ruh düşkünlüyünə  səbəb oldu. 
Qələbə ümidini itirən Osmanlı sultanı döyüşdən sonra öz zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu 
hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən II Mehmetin sülh təklifini rədd etdi. 
Malatiya vuruşmasından on gün sonra, yəni 1473-cü il avqustun 11-də  Ağqoyunlu süvariləri 
Ərzincanla, Ərzurum arasındakı Üçağızlı dərəsi adlanan yerdə II Mehmetin qoşunlarını qabaqladılar. Döyüşün 
planına görə  həm qarşıdan, həm də cinahlardan hücum edən Ağqoyunlu atlıları Türkiyə qoşununu qəflətən 
yaxalamalı, onu dərədən düzə  çıxmağa qoymamalı idi. II Mehmetin qoşunu geri çəkildikdə isə onu Uzun 
Həsənin özünün başçılıq etdiyi süvarilər qarşılamalı idi.  
Uzun Həsənin məqsədini başa düşən II Mehmet bütün diqqəti ön cəbhəyə verdi və Otluqbel döyüşü 
osmanlıların qələbəsi ilə qurtardı. 
Otluqbeli məğlubiyyəti ilə Ağqoyunlu dövlətinə ağır zərbə vuruldu. Ağqoyunlu dövləti Uzun Həsənin 
öz rəqibləri üzə-rində bir-birinin ardınca əldə etdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ərazicə genişlənmiş 
və müvəqqəti güclənmiş-di. Bu dövlətin mövcudluğu onun apardığı qəsbkarlıq müharibələrinin nəticəsi ilə sıx 
bağlı idi. Xarici dövlətlərlə toqquşmalardakı kiçik bir uğursuzluq belə ölkə daxilindəki narazı qrupların mərkəzi 
hakimiyyətə qarşı  fəallaşmasına səbəb oldu və  Ağqoyunlu dövlətinin süqutunu sürətləndirirdi. İri feodalların, 
xüsusilə hərbi köçəri əyanların mərkəzi hakimiyyətə qarşı mübarizəsi canlandı. 
II Mehmet Otluqbeli döyüşündən sonra Avropa dövlətləri ilə əlaqələrini genişləndirməyə xüsusui fikir 
verən Ağqoyunlu dövlətinə qarşı növbəti müharibəyə hazırlaşırdı. O, Xorasan hakimi Hüseyn Baykaraya 
məktub yazaraq Ağqoyunlu dövlətini aradan qaldırmaq üçün iki tərəfdən hücuma keçməyi təklif etmiş, lakin 
cavab almamışdı. Buna görə də sultan atasına qarşı qiyam qaldırmış və məğlub olmuş Ağqoyunlu hökmdarının 
oğlu Uğurlu Məhəmmədi  İstanbulda böyük təntənə ilə qarşıladı, qızı Gövhərxan sultanı  Uğurlu Məhəmmədə 
ərə verdi. Bu izdivacdan Uğurlu Məhəmmədin Gödək  Əhməd adlı bir oğlu oldu. II Mehmet Uğurlu 
Məhəmmədi bir qədər hərbi qüvvə ilə Sivasa Azərbaycan-Türkiyə  sərhədinə hakim təyin etdi. II Mehmet bu 
izdivacla Ağqoyunlu hökmdarının ölümün-dən sonra sülalə qohumluğu vasitəsilə Azərbaycan taxtına sahib 
olmaq niyyətində idi.  
Ağqoyunlu hökmdarının apardığı aramsız müharibələr dövlətin iqtisadi özülünü sarsıtmış, daxili 
ziddiyyətləri son həddə çatdırmışdı. Xalq kütlələri dövlətin xarici siyasətindən narazı idilər. Çünki müxtəlif 
ölkələrlə aparılan bu müharibələrin  əsas ağırlığı ilk növbədə onların çiyinlərinə düşürdü. Ağır vergi və 
mükəlləfiyyətlərdən, habelə feodal özbaşınalıqlarından  əziyyət çəkən kəndlilərdən tutmuş  sənətkarlara, xırda 
tacirlərə və şəhər əhalisinə qədər hamı narazılıq edirdi. 
Buna baxmayaraq, Osmanlı imperiyasının Avropadakı düşmənləri Ağqoyunlu dövlətinin Türkiyəyə 
qarşı müharibəyə qızışdırmağa və onu Uzun Həsənin əli ilə boğmağa çalışırdı. Ağqoyunlular Misir sultanlığı ilə 
münasibətləri səhmana sala bilmədilər ki, bu da onların qüvvəsinin iki hissəyə parçalanmasına səbəb oldu. 
Təsadüfi deyildi ki, Misir sultanı Uzun Həsənin Türkiyə  əleyhinə ittifaq bağlamaq təklifini qəbul etmədi və 
Ağqoyunlu hökmdarına qarşı onun oğlu Uğurlu  Məhəmmədə  hərbi qüvvə ilə yardım göstərdi. Türkiyənin 
əleyhinə olmalarına baxmayaraq, Gürcü knyazları da Türkiyəyə qarşı  Ağqoyunlu hökmdarı ilə  əlbir hərəkət 
etməkdən boyun qaçırdılar. Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana yürüş etdi, Tiflis və Qori, eləcə  də 
ölkənin mühüm hissəsi Ağqoyunlular tərəfindən işğal olundu. Uzun Həsənin gürcü hakimi VI Baqratla 
bağladığı sülhə görə (1477), Tiflis daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına 
düşdü. Ağqoyunlu hökmdarı gürcü knyazlarından 16 nün dukat bac alaraq sərkərdə Xəlil bəy Bəktaşini Tiflisə 
canişin təyin etdi və Təbrizə qayıtdı. 
 Uzun  Həsən Gürcüstan səfəri zamanı  hərbi qüvvələrin mühüm bir qismini Misir sultanlığına qarşı 
göndərmişdi. Ağqoyunlular 1477-ci ildə Amid və Urfa (döyüşlərində) yaxınlığında məmlüklər üzərində parlaq 
qələbə çaldılar, Urfa Ağqoyunluların əlinə keçdi. 
Uzun Həsənin ölümündən sonra, Yaqub Mirzənin dövründə (1478—1490) Ağqoyunlu ordusu 
Süleyman bəy Bican oğlunun başçılığı altında 1480-ci ildə osmanlıları məğlub etdi. Türkiyə sultanı II Bəyazid 
(1482-1512) sülh təklif etməyə məcbur oldu. Beləliklə, Misir və Osmanlı sultanları nəinki Cənubi Qafqazı heç 


 
65
Azərbaycanı işğal edə bilmədilər. 
Yaqub Mirzə Uzun Həsənin siyasətini davam etdirərək  Şirvanla dostluq əlaqələrini saxlayırdı. 
Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək bu əlaqələri daha da möhkəmləndirdi. Lakin atasının Səfəvilərin 
Ərdəbil hakimiyyətinə olan müsbət meylini qoruyub saxlamadı. Çünki getdikcə qüvvətlənən bu hakimliyi o özü 
üçün təhlükə hesab edirdi. Ona görə də Ərdəbil hakimliyi ilə də Ağqoyunlular arasında ziddiyyət başlamış və 
bu çox tezliklə hərbi-siyasi qarşıdurmanı şərtləndirmişdi.  
Ağqoyunlu dövlətinin qüdrəti və nüfuzu nəinki Avropa dövlətlərini, habelə  Şərqdə Teymurilərin və 
Misir Sultanlarının,  Şimalda Rusiyanın diqqətini cəlb edirdi. Rus çarı III İvan Qızıl Ordaya qarşı mübarizə 
aparmaq üçün Ağqoyunlularla ittifaq bağlamağa çalışırdı. Mənbələrdə III İvanın Ağqoyunlu dövlətinə 
göndərdiyi 200 nəfərlik elçilik, Uzun Həsənin Polşa kralına göndərdiyi üç məktub haqqında maraqlı 
məlumatları qoruyub saxlamaqdadır. Bütün bunlar qısa, lakin keşməkeşli tarix yaşamış Ağqoyunlu dövlətinin 
beynəlxalq əlaqələrinin konturlarını müəyyənləşdirməyə imkan verir.  
Mövzuya dair suallar 
1.
 
Ağqoyunlu dövlətinin meydana gəldiyi tarixi şəraitin səciyyəsi 
2.
 
Ağqoyunluların Qaraqoyunlulara, Teymurilərə və Osmanlı Türkiyəsinə qarşı hərbi-siyasi mübarizəsi. 
3.
 
Uzun Həsənin xarici siyasəti və Avropa diplomatiyası 
4.
 
Uzun Həsənin antitürk koalisiyasının yaradılması uğrunda mübarizəsi.  
5.
 
Ağqoyunlu-Rusiya münasibətləri 
6.
 
Ağqoyunlu-Türkiyə müharibələrinin Yaxın Şərqdə siyasi vəziyyətə təsiri 
7.
 
Avropa diplomatiyasının iki türk dövləti arasında düşmənçiliyin dərinləşdirilməsində rolu 
8.
 
Ağqoyunlu dövlətinin dünya siyasətində yeri 
 
Ədəbiyyat 
1.
 
Azərbaycan tarixi. III cild, B., 1999 
2.
 
Beynəlxalq münasibətlər  tarixi fənninin proqramı (bakalavr pilləsi üçün) B., Şirvannəşr, 2005 
3.
 
Əfəndiyev O. Azərbaycan Səfəvi dövləti. B., 1993 
4.
 
İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. B., 1958 
5.
 
Mahmudlu J. Azərbaycan diplomatiyası. B., 1996 
6.
 
Məmmədov C. Azərbaycan tarixi. Dərslik. B., 2004 
7.
 
Европа в средние века: экономика, политика, культура. Сб. статией. М., 1972 
8.
 
История Византии, т.III, М., 1983 
9.
 
Османская империя: могущество и гибель. Исторические очерки. М., Наука, 1990 
10.
 
Очерки истории Турции. М., 1983 
11.
 
Путещественники об Азербайджане. Вып. 1. Б., 1961 
 
 
 
XI Mövzu 
Son orta əsrlər və yeni dövrün əvvəllərində beynəlxalq münasibətlər 
 
Məlum olduğu kimi, XIV-XVI yüzilliklər nəinki Avropada, habelə  Şərqdə  də  mərkəzləşmiş feodal 
dövlətlərinin yaranmasında mühüm mərhələ hesab edilir. XVI əsrdə İngiltərə hələ ancaq adalardan ibarət olub, 
3,5-4 mln əhaliyə malik idi. Ancaq burada mərkəzləşmiş feodal dövlətlərinin yaranması 1066-cı ilə aid edilir. 
Son dərəcə böyük əraziyə  və  əhaliyə malik Rusiya imperiyası beynəlxalq münasibətlərdə dominantlıq etmək 
imkanlarına malik deyildi və Avropa  siyasətinə təsir  göstərmirdi. XVI əsr Avropasının əsas dövlətləri Fransa 
və İspaniya sayıla bilər.  
Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin 
müəyyənləşməsində Portuqaliyanın da rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən 
dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını  şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə  təbii 
ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən müəyyənləşdiyi Avropada zənginləşmə prosesi başladı. Bu 
proses burjua istehsalını şərtləndirdi.  
Tədqiqatçılardan Tarle qeyd edirdi ki, Avropanın beynəlxalq münasibətlərdə dominantlıq etməsi öz 
başlanğıcını coğrafi kəşflər nəticəsində yaranmış dünya ticarətindən götürür. Kapitalist istehsalı üsulunun ən 
qədim vətəni İtaliya hesab edilir. İlk burjua millətçilərinin vətəni də buradır. Burjua istehsalı nəticəsində tarixi 
vətən anlayışı  və onun qorunması leksikona daxil olur. Dövlətlərin ticarət marağı meydana gəlir. Dəniz 
yollarının açılmasının digər nəticəsi dünya müstəmləkə sisteminin yaranması oldu. Lakin müstəmləkə 
siyasətində İngiltərə Portuqaliya, İspaniya və Fransadan sonra sonuncu yerdə gəlirdi.  
XIV-XV  əsrlərdə Portuqaliyanın tədricən Afrikanın qərb sahilləri boyu apardığı ekspedisiyalar artıq 
XVI  əsrin ortaları üçün Portuqaliya mülklərinin Yaponiyanın sahillərinə  qədər yayılmasına gətirib çıxardı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə