A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   72

 
61
3.
 
 İbrahimin Şirvanşahlar dövlətinin bütövlüyünü saxlamaq ugrunda diplomatik-siyasi mübarizəsi  
4.
 
Teymurilər dövlətinin beynəlxalq əlaqələri və Əmir Teymurun dünya imperiyası yaratmaq siyasəti. 
5.
 
Cəlairi və Qaraqoyunlu dövlətlərinin Teymurilərin işgalçılıq siyasətinə qarşı mübarizəsi 
6.
 
Cənubi Qafqaz ugrunda hərbi-siyasi mübarizə və beynəlxalq nəticələri 
7.
 
Teymurilər dövlətinin süqutundan sonra Mərkəzi Asiya- Cənubi Qafqazda vəziyyət.  
 
Ədəbiyyat  
1.
 
Azərbaycan Sovet Ensiklopediyası, I cild, B., 1976 
2.
 
Azərbaycan Sovet Ensiklopediyası, IX cild, B., 1986 
3.
 
Azərbaycan tarixi, 1-ci cild, B., 1961 
4.
 
Babayev İ.A., Əhmədov Q.M. Qəbələ, B., 1981 
5.
 
Bünyadov T.Mərd qalalar, sərt qayalar, B., 1986 
6.
 
Əliyev R. Azərbaycan VII-XVI əsrlərdə, B., 1980 
7.
 
Həmdullah Qəzvəni. Zeyl-e tarix-e qazide («Seçilmiş tarix»ə Həmdullah Qəzvini əlavə) B., 1990 
8.
 
İbrahimova C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. B., 1956 
9.
 
Nemətova M.K. Şirvanın XIV-XVI əsrlər tarixinin öürənilməsinə dair, B., 1959 
10.
 
Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. B., 1982 
11.
 
Mahmudov Y. Səyyahlar, kəşflər, Azərbaycan. B., 1985 
12.
 
Mestopski F. Teymurləngin və onun xələflərinin tarixi. B., 1957 
13.
 
Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki, 1977 
14.
 
Məmmədov R., Piriyev V. Teymurləngin Əlincə səfəri, «Elm və həyat», 1977, №9 
15.
 
Məmmədov S. Azərbaycan VII-XVI əsrlərdə, B., 1980 
16.
 
Məmmədov S. Azərbaycan XV-XVIII əsrin birinci yarısındaB., 1981  
17.
 
Piriyev Z.V. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə, B., 1978 
18.
 
Ализаде  А.А.  Социально-экономическая  и  политческая  история  Азербайджана XIII-XIVвв.  Б., 
1956  
19.
 
Архив Маркса и Энгельса. T.VI, 1939 
20.
 
Ашурбейли С. Государство Ширваншахов (VI-XVвв.) Б., 1983  
21.
 
Гиясаддин Али. Дневник похода Тимура в Индию. М., 1958 
22.
 
История Армении, Ереван, 1981 
23.
 
История Грузии. Т.1, Тбилиси, 1962 
24.
 
История Ирана с древнейших времен до конца XVIII века. Л., 1958  
25.
 
История СССР, Т.II, М., 1966 
26.
 
История Узбекской ССР  Т.1, кн.2, Ташкент, 1955 
27.
 
Муминов И. Роль и место Амира Теймура в истории Средней Азии. Ташкент, 1968 
28.
 
Новосольцев А.П. Об исторической оценке Теймура. «Вопросы истории», 1973, №2 
29.
 
Петрушевский И.П. Иран и Азербайджан под властью Хулагидов (1256-1353) и татаро-монголы 
в Азии и Европе. М., 1970 
30.
 
Сумбатзаде А.С. Азербайджанцы -этногенез и формирвание народа. B., 1990 
 


 
62
X Mövzu 
Ağqoyunlu dövlətinin xarici siyasəti və beynəlxalq əlaqələri 
 
Beynəlxalq əlaqələrinin genişliyi baxımından Ağqoyunlu dövləti Azərbaycanın siyasi tarixində mühüm 
yer tutur. Oğuz tayfalarının bir qolu olan Ağqoyunluların Azərbaycana köçü miladi tarixin VI-VII əsrlərinə 
aiddir. Bu tayfalar Göyçə gölündən Diyarbəkirə  qədər olduqca nəhəng  ərazidə  məskunlaşmış, Azərbaycan 
dövlətçilik ənənələrinin qorunmasında və yaşadılmasında əhəmiyyətli rol oynamışdır. 
Ağqoyunlu tayfalarının siyasi birliyinin əsası Bayandur tayfasının başçısı  Pəhlivan bəy (1370-1388) 
tərəfindən qoyulmuş, bu ittifaq XIV əsrin 80-ci illərində olduqca əzəmətli qüvvəyə çevilmişdi. Sülalənin 
görkəmli hökmdarlarından Qara Yuluq Osman bəyin,  Əli bəyin, xüsusilə Uzun Həsən və Yaqub Mirzənin 
dövründə Ağqoyunlular kifayət qədər möhkənləmlənmiş, Qaraqoyunlularla, teymurilərlə və osmanlı Türkiyəsi 
ilə uğurla rəqabət aparmışdı.    
Ağqoyunlu dövlətinin banisi Uzun Həsən hesab olunur. Onun 1453-cü ildən etibarən köçəri tayfaları, 
hərbi-feodal  əyanlarım mərkəzi hakimiyyətə tabe etmək üçün başladığı mübarizə  uğurla nəticələndi. Belə ki, 
Uzun Həsən feodalların müqavimətini qıra bildi. Lakin onların xeyrinə də bəzi güzəştlərə getməyə məcbur oldu. 
Çünki bunsuz ölkədə iqtisadi dirçəliş mümkün deyildi. Bununla belə, ayrı-ayrı müəlliflərin Uzun Həsənin 
müəyyən uğurlarına baxmayaraq, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilmədi, həqiqətə uyğun deyil. 
Çünki müxtəlif etnosların yaşadıqları bu geniş  ərazidə onları birləşdirmək siyasəti qısa müddətə olsa da uğur 
qazanmış, Ağqoyunlu dövləti beynəlxalq münasibətlər orbitinə daxil olmuşdu. 
Ağqoyunlu dövlətinin başlıca rəqibi Fateh II Mehmet idi. Buna görə  də Uzun Həsənin xarici siyasət 
xəttində başlıca yeri Osmanlı Türkiyəsi ilə münasibətlər tuturdu. II Mehmetin Kiçik Asiyanın  şərqini istila 
etməsi Ağqoyunlu dövləti üçün ciddi təhlükə yaratmışdı. Türkiyə sultanı Cənubi Qafqazı, xüsusilə Azərbaycanı 
tutmağı planlaşdırırdı. 
Ağqoyunlular Trabzon - yunan dövləti ilə  hələ XIV əsrin ortalarından dostluq əlaqəsi yaratmışdılar. 
Trabzon imperatorları Osmanlı Türkiyəsinə qarşı  Ağqoyunlu dövlətinin müttəfiqi idilər. Ağqoyunlu Tur 
Əlibəyin oğlu Qutluq bəy, Qara Yuluq Osman bəy və Uzun Həsən Trabzon sarayı ilə qohum idilər. Ağqoyunlu 
dövlətinin yaradıcısı olan Uzun Həsən Trabzon imperatoru IV İohann Homnenin qızı Feodra ilə (Şərq mənbələri 
onu Dəspinə xatun adlandırırdılar) evlənmişdi. Uzun Həsən Dəspinə xatundan doğulan qızı Aləmşah Bəyimi 
bacısı oğlu Şeyx Heydərə ərə vermiş, Səfəvi hökmdarı Şah İsmayıl bu izdivacdan doğulmuşdur. 
Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdılar. Məşhur türk  səyyahı Evliyyə  Çələbi Trabzondan 
bəhs edərkən vaxtilə bu şəhəri "Azərbaycan hakimi Sultan Uzun Həsənin genuyalıların  əlindən aldığını", 
Ağqoyunlu hökmdarının bu şəhərdə "böyük bir daş körpü saldırdığını" yazırdı. Trabzonun Ağqoyunlular üçün 
böyük iqtisadi-ticarət  əhəmiyyəti var idi. Bu şəhər Ağqoyunlu tacirlərindən ötrü Qara dənizə oradan da 
Avropaya  əlverişli çıxış yolu idi. Ağqoyunlu tacirləri burada ipək və başqa  şərq malları almağa gedən, 
venesiyali və genuyalı tacirlərlə görüşürdülər. Ağqoyunlu tacirləri Trabzon vasitəsilə aparılan ticarətdən böyük 
gəlir götürür, bu şəhər vasitəsilə Krımdakı ticarət faktorları ilə  əlaqə saxlayırdılar. Məhz buna görə  də II 
Mehmet 1461-ci ildə  Ağqoyunlu dövlətinə qarşı müharibəyə başlamazdan  əvvəl Ağqoyunluların müttəfiqi 
Trabzon-Yunan imperiyası üzərinə güclü qoşun göndərmiş, yaranmış şəraitdə Uzun Həsən Trabzon imperiyasını 
müdafiə etmək məcburiyyətində qalmışdı.  
Ağqoyunlularla osmanlılar arasında ilk döyüş 1461-ci il yayın əvvəllərində Qoylühisar döyüşü olmuşdu. 
Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vursalar da, osmanlıların hərbi baxımdan üstünlüyü Uzun Həsəni 
sülh bağlamağa vadar etmişdi. Yaranmış şəraitdə Uzun Həsən bütün Yaxın Şərqdə diplomat qadın kimi məşhur 
olan anası Sara Xatunu sultanın düşərgəsinə göndərmək qərarına gəlmişdi. Qaynaqların məlumatına görə, 
danışıqlar zamanı Sara Xatun və II Mehmet bir-birilərinə "ana" və "oğul" deyə müraciət edirdilər. Uzun Həsən 
Sara Xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən, qarşısına iki çətin vəzifə qoymuşdu. Əvvəla o, 
Osmanlı Sultanını  Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki müharibədən yeni 
çıxmış Ağqoyunlu dövlətinə öz qüvvələrini səfərbər etmək üçün vaxt lazım idi. 
Ağqoyunlu dövlətinə arxadan Qaraqoyunlu və Teymurilərin hücumu gözlənilirdi. Buna görə  də Uzun 
Həsən Türkiyə ilə sülh bağlamağa çalışırdı. Digər bundan başqa, II Mehmet qərbdə yarımçıq qoyduğu işğalçılıq 
planlarını həyata keçirməyə tələsirdi. Sara xatun danışıqlar yolu ilə bu məqsədə  nail  oldu. Ikinci vəzifə daha 
çətin idi. Belə ki, Sara Xatun Sultan Mehmeti Trabzonu fəth etmək fikrindən daşındırmalı idi. Lakin sultan 
Trabzon-Yunan dövlətini Türkiyəyə qatmaq fikrindən dönmədi, onun başlıca məqsədi Avropa ilə ipək ticarətini 
Türkiyənin  əlində  cəmləşdirmək idi. Azərbaycanlı  tədqiqatçılardan ilk olaraq Ə.Şahmalıyev Osmanlı-
Ağqoyunlu rəqabətində ipək təcarətinin izlərini, erməni tacirlərinin bu prosesdə  mənfur rolunu araşdırmış, 
Avropa diplomatiyasının Osmanlı-Ağqoyunlu rəqabətini düşmənçiliyə çevirmək planlarının elmi izahını 
vermişdi. 
II Mehmet Trabzon üzərinə yürüşə ciddi hazırlaşmışdı. Lakin o, Uzun Həsənin arxadan hücumundan 
ehtiyat etdiyinə görə Sara Xatun başda olmaqla, Ağqoyunlu elçilərini də özü ilə apardı. Sara Xatunun səyləri 
heç bir nəticə vermədi.  İki tərəfdən mühasirəyə alınan Trabzon şəhəri bir aylıq mühasirədən sonra, türklər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə