A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   72

 
75
Gərgin müzakirələrdən sonra 1648-ci ilin dekabrında parlament kralı mühakimə etmək üçün tribunal 
yaratdı. Tribunal kralı vətənə xəyanətdə ittiham edərək ona ölüm hökmü çıxardı və I Karl 1649-cu ilin yanvarın 
30-da edam edildi. 1649-cu il mayın 19-da İngiltərə respublika elan edildi. 1653-cü ildə Uzunmüddətli 
parlamentin qalıqları qovulduqdan sonra xarici siyasət məsələləri başlıca olaraq Kromvelin əlində cəmləşdi. 
İngiltərə tarixinin 1649-1653-cü illər dövrü I respublika (İndependent respublikası), 1659-1660-cı illər 
dövrü isə II respublika dövrü kimi səciyyələnir. Birinci respublikanın dövründə xarici siyasət məsələləri tam 
şəkildə Kromvelin əlində  cəmləşmişdi. Onun Avropa siyasətində üç ölkə: Fransa, İspaniya və Hollandiya 
mühüm yer tuturdu.  
 Kromvel  Hollandiyadan  İngiltərəyə ilhaq olunmağı  tələb edirdi. İspaniyadan isə inkvizasiyaya son  
qoyulmasını  və Amerika qitəsi ilə ticarətə başqa ölkələrə, o cümlədən də  İngiltərəyə  də imkan yaradılmasını 
tələb edirdi.  
Bu dövrdə İngiltərədəki İspaniya səfiri Don Alonso Karden və Fransa səfiri Karulle böyük diplomatik iş 
aparırdılar. Edam edilmiş kralın Fransaya qaçmış arvadı Qenrietta-Mariya və ona bağlı saray dairələri Fransanın 
İngiltərə ilə yaxınlaşmasına göstərdikləri müqavimətə baxmayaraq, uzun sürən danışıqlardan sonra 1655-ci ildə 
Fransa ilə müqavilə bağlandı. Çünki kardinal Mazerini Kromvelə pul, edan olunmuş kralın ailəsini və ittifaq 
təklif etmişdi. 
Müqvilə hər iki ölkənin Avropa siyasətində ziddiyyətlərin yumşalmasına, İspaniya və Niderlanda qarşı 
isə birgə siyasətin yeridilməsinə imkan verirdi. 
İngiltərə ilə  fəal rəqabət aparan Hollandiyanı  sıradan çıxarmaq üçün Kromvel Naviqasiya Aktı adlı 
sənəd imzaladı (1651-ci il 5 avqust). Sənədə görə,  İngiltərəyə mallar ancaq ingilis gəmilərində  və adı akta 
düşmüş ölkələrdən gətirilə bilərdi. Hollandiyanın aktdan ciddi narazılığı 1652-54-cü illər ingilis-holland 
müharibəsinə  gətirib çıxardı ki, bu müharibədə Hollandiya əzildi və  təslim oldu. Sülhün şərtinə görə, 
Hollandiyanın çoxsaylı ticarət donanması İngiltərə bayrağı altında hərəkət etməli idi. Birləşmiş əyalətlərin Baş 
ştatlarının iclasında dövlət xadimlərindən biri obrazlı  şəkildə demişdi ki, bunban sonra biz də, dəniz də 
ingilislərin himayəsindəyik.  
1651-ci il 5 avqust Naviqasiya Aktından sonra İspaniya ciddi şəkildə narazılıqlarını bildirdi. İspaniyanın 
Kromveldən Franasaya qarşı istifadə etmək cəhdləri uğursuzluqla nəticələnməsi iki ölkə arasında münasibətlərin 
gərginləşməsini  şərtləndirdi. Kromvel Kardeniyadan inkivizasiyaya (kilsə  məhkəməsi) son qoyulmasını  və 
Vest-İndiyaya (Amerika) gedən dəniz yolundan maneəsiz istifadə olunmasını tələb etdikdə səfir cavabında - bu 
mənim hökmdarımın iki gözünü istəmək kimi şeydir, -cavabını vermişdi.  
1656-cı ildə  İspaniya ilə başlanan müharibə Kromvelin ölümündən sonra qələbə ilə başa çatdı. Qul 
alverinin mərkəzi olan Yamayka adası    İngiltərənin  əlinə keçdi. İspaniya Avropa siyasətindən sıxışdırılıb 
çıxarılmağa başladı. 
İngiltərə burjua inqilabının 1653-1659-cu illər dövrü Kromvel protektoratlığı dövrü adlanır. 1653-cü il 
16 dekabrda Kromvel respublikanın lord-protektoru (müdafiəçisi) elan olundu. Respublikanın konstitusiyası 
qəbul edildi. Ölkə başında general-mayor dayanan dairələrə bölündü. Respublikanı Dövlət Şurası və parlament 
idarə edirdi.  1657-ci ilin mayında protektorluq irsi elan edildi və lordlar palatası  bərpa edildi. 1658-ci ilin 
payızında Kromvelin ölümündən sonra 1658-1959-cu illərdə oğlu Riçard Kromvel lord -protektor oldu. 
1650-ci ildə  İngiltərəni  İspaniya və Fransa tanıdılar. 1649-1652-ci illərdə Kromvel İrlandiyaya yürüş 
edərək üsyanı qan içində boğdu, Dublin şəhəri qarət edilərək yandırıldı (üsyan İrlandiyada 1641-ci ildə 
başlamışdı). 
Kromvel 1653-cü illərdə İsveç, Danimarka və Portuqaliya ilə ticarət müqavilələri imzalanmışdı. 
1659-cu il mayından 1660-cı ilin may ayına qədər davam edən II respublika dövründə  İngiltərəni 
parlament təkbaşına idarə edirdi. 1660-cı il fevralın 3-də Şotland ordusunun komandanı general Monk ordusu 
ilə Londona daxil oldu, dövlət çevrilişindən sonra yeni parlament seçkiləri keçirildi. Apreldə parlament I Karlın 
oğlu II Karlı taxt-taca bərpa etdi. (1660-1685). Oğlu II Yakov (1658-1688) katolik idi. II Yakov və oğlu II Karl 
Stüartların əvvəlki qeyri-məhdud hüquqlarını bərpa etməyə çalışırdılar. Lakin hər iki kralın yeritdiyi siyasi xətt 
çox tezliklə İngiltərər parlamentində və hakimiyyət elitasında yeni müxalifətin meydana gəlməsini şərtləndirdi, 
ölkədə ictimai-siyasi vəziyyət yenidən olduqca kəskin xarakter aldı. 
Parlament partiyaları – torilər, viqlər və anqlikan kilsəsi Fransanın dəstəyindən istifadə edərək  
Stüartların qadın xətti ilə qohumlarından olan II Yakovun qızı Mariyanın  əri protestant Oranlı Vilhelmə (o 
Hollandiyanın ştathalteri idi) müraciət edərək onu İngiltərəyə kral taxtına dəvət etdilər. 1688-ci il dekabr ayında 
Vilhelm (1688-1702) Londona daxil oldu və II Yakov tələsik  şəkildə Londonu tərk etmək məcburiyyətində 
qaldı.  
Hakimiyyəti tamamilə ələ aldıqdan sonra 1689-cu il oktyabr ayında Vilhelm «hüquqlar haqqında» bill 
adlı parlamentin və kralın hüquqlarını müəyyənləşdirən sənəd imzaladı. 13 bənddən ibarət billdə xarici siyasət 
fəaliyyətinin bütün sahələri parlamentin prereqativinə çevrilirdi. Həmin sənəd  İngiltərə parlament 
monarxiyasının  təsis aktı hesab edilə bilər. Beləliklə, 1688-ci il «şanlı inqilabı» adlanan bu hadisə ilə  də 
İngiltərə burjua inqilabı başa çatdı. İngilis tarixşünaslarınının «şanlı inqilab» adlandırdığı epizod 1688-1689-cu 


 
76
illərin hadisələri ilə bağlı olmuşdur. 
İngiltərə burjua inqilabının qələbəsi  İngiltərənin dünya birinciliyi yoluna çıxmasını  təmin etmişdi. 
İngiltərə tarixşünaslığı belə bir məsələdə  həmrəydir ki, XVII əsrin sonları üçün inqilabdan sonra keçən 40 il 
ərzində İngiltərə dünyanın ən böyük müstəmləkə dövlətinə çevrildi. 
 
Mövzuya dair suallar: 
1.
 
İngiltərə burjua iqilabı ərəfəsində beynəlxalq vəziyyət 
2.
 
Stüartların xarici siyasəti 
3.
 
İrlandiyanın əsarət altına alınması və Şotlandiya üsyanının İngiltərənin siyasi həyatına təsiri 
4.
 
İngiltərə parlamentinin xarici siyasəti 
5.
 
I və II vətəndaş müharibələrinə Avropa dövlətlərinin münasibəti 
6.
 
İndependent burjua-zədagan respublikasının xarici siyasəti 
7.
 
Kromvelin xarici siyasət kursu və apardığı müharibələr 
8.
 
Stüartlar monarxiyasının bərpasına Avropa dövlətlərinin münasibəti 
9.
 
İngiltərənin ticarət və müstəmləkə maraqları 
10.
 
İngiltərənin dünya birinciliyinə nail olması və beynəlxalq nəticələri 
 
Ədəbiyyat  
 
1.  Английская  буржуазия  революция. XVII в./  под  ред.  Е.А.Косминского  и  Я.Л.  Левицкого:  т.1-2, 
М., 1954 
2. Барг М. А. Кромвель и его время. М. 1960 
1.
 
Законодательство Английской революции 1640-1660гг. / сост. Н.П. Дмитриевский М- Л., 1946 
2.
 
История Ирландии / под ред. Л.И. Гольмана - М. 1980 
3.
 
Лабутина  Т.  Л.   Политическая   борьба   в  Англии   в период реставрации Стюартов. 1660 - 
1681. М, 1982 
4.
 
Лавровский В. М., Барг М. А. Английская буржуазная революция. М., 1958  
5.
 
Лавровский В.И. Сборник документов по истории Английской буржуазной революции XVII ве-
ка. М., 1973 
6.
 
Мортон А. Л. История Англии. Пер. с англ. М. 1950 
7.
 
Новая история стран Европы и Америки. ч.1, 1640-1870, М., 1978 
8.
 
Павлова   Т. А. Вторая английская республика (1059-1660) -М, 1974  
9.
 
Павлова Т. А. Кромвель. М., 1980 
10.
 
Поршнев Б.   Ф.  Франция, Английская революция, европейская политика в середине XVII в. М. 
1970  
11.
 
Сапрыкин Ю. М. Ирландское восстание  ХVIIв. М., 1967 
12.
 
Сборник документов по истории нового времени: Буржуазные революции XVII-XVIII вв. М., 
1990 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə