A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   72

 
73
XIII mövzu 
XVII əsr Ingiltərə burjua inqilabı dövründə beynəlxalq münasibətlər 
 
 XVII 
əsrin 40 illəri üçün İngiltərə  əsasən aqrar ölkəsi olaraq qalırdı. Lakin burjua münasibətləri də 
inkişaf etməkdə idi ki, bu inkişaf sənayesinin bütün sahələrin əhatə edirdi. Monufakturalar meydana gəlir, xarici 
ticarət intensiv inkişaf edir, yeni-yeni müstəmləkələr  ələ keçirilirdi. 1600-cı ildə Ost-Hind, 1606-cı ildə iki 
Virginiya, 1614-cü ildə «Avanvturist tacirlər» xarici ticarət kompaniyaları meydana gəldi. Lakin İngiltərə 
mütləqiyyəti yaranmaqda və inkişaf etməkdə olan burjua münasiəbtəlrinin yolunda əngələ çevrilmişdi.  
İngiltərənin siyasi tarixində Stüartlar sülaləsinin böyük rolu olmuşdur. Bu sülalə 1603-cü ildə 
hakimiyyətə  gəlmiş vaxtilə kraliça Yelizaveta tərəfindən edam olunmuş kraliçanın bacısı Mariya Stüartın 
oğlunun adı ilə bağlıdır. I Yakov Stüart 1603-1625-ci illərdə, I Karl isə 1625-1649-cu illərdə hakimiyyətdə 
olmuş, məhz onların dövründə  İngiltərənin Rusiyadan tutmuş Hindistana qədər nəhəng  ərazilərdə agent və 
şirkətləri təsis olunmuşdu. 
Burjua inqilabı  ərəfəsində Avropada başlıca rəqabət  İngiltərə ilə Fransa və  İngiltərə ilə  İspaniya 
arasında gedirdi. Məlum olduğu kimi, XVI əsrin II yarısında Fransa kralı XII Lüdovikin Avropa diplomatiyası 
bilavasitə  İngiltərənin maraqlarına toxunurdu. Lakin  “məğlubedilməz armadanın” süqutundan sonra 
İngiltərənin Avropa siyasətində rolu artdı.Belə ki, “məğlubedilməz  armadanın” aradan qaldırılması sonrakı 400 
illik dövr ərzində  İngiltərənin xarici siyasətində kredo olan belə bir fikrin formalaşmasına səbəb oldu ki, 
ayrılıqda götürülmüş ingilis donanması 2 güclü Avropa dövlətinin donanmasının gücünə  bərabər 
olmalıdır.Yalnız 1921-22-ci illər Vaşinqton konfransından sonra həmin qayda nisbi dəyişikliyə məruz qaldı.  
 Tüdorların xarici siyasət xətti XVII yüzilliyin əvvəlləri üçün İngiltərənin dəniz gücünün olduqca 
artmasına səbəb olmuşdu ki, sonrakı geosiyasət nəzəriyyəçiləri bunu İngiltərənin varlanmasının başlıca faktoru 
kimi qeyd edirdilər. Stüartlar sülaləsi hakimiyyətə  gəldikdən sonra 1603-1614-cü illər arasındakı dövrdə 6 
beynəlxalq şirkət təsis olunmuşdu ki, bunlar Qvineyadan Cənub-şərqi Asiyayadək müxtəlif ərazilərə yayılmışdı. 
İngiltərənin sürətlə varlanması gedişində Siti bankların dövlət siyasətinə təsiri güclənmişdi. Bu bankın ən güclü 
bankirlərindən biri Pimi kral Pim adlandırırdılar ki, bu şəxs parlament müxalifətinin başında dururdu. 
İngiltərədə yeni və köhnə rejim arasında mübarizə kralla parlament arasında mübarizədə təzahür edirdi. 
Parlament müxalifətinin görkəmli nümayəndələri Q.Hempdon, Pim, C.Eliton, E.Kok və başqaları idi (İngiltərə 
parlamentinin 500 nümayəndəsi var idi). 
Dövrün başlıca tələblərindən biri xarici siyasətin idarə olunmasında parlamentin səlahiyyətlərinin 
artırılmasindan ibarət idi. Yeni təsis olunmuş agent və şirkətlər bütün imtiyazları əldə etməyə çalışırdılar və bu 
məqsədlə hakimiyyəyə  təsir göstərirdilər.  İngiltərədə daxili vəziyyətə  gərginlik gətirən problemlərdən biri də 
formalaşmış  ənənəyə  əsasən fəal xarici siyasət yeritmək üçün daxili vergilərin artırılmasının bilavasitə 
parlamentdən asılılığı məsələsi idi. 
Parlamentin icazəsi olmadan yeni vergilər qoya bilməyən I Karl 1628-ci ildə paramentin hazırladığı 
«Hüquqlar haqqında petisiya»nı imzalamağa məcbur oldu. Bu sənddə hakimiyyət sturkturlarının vəzifələri 
müəyyənləşdirilirdi. Lakin petisiyanı imzaladıqdan sonra yaranmış şəraitdə 1629-cu ildə kral parlamenti buraxdı 
və 1640-cı ilədək onu bir daha çağırmadı. 
Burjua münasibətlərinin inkişafı gedişində anqlikan kilsəsinin avtokefallığı  məsələsi ciddi narazılıq 
obyektinə çevrilmişdi. İngilis puritanizmi məhz bu zəmində yüksəlməyə başlamış və hakimiyyət sturkturunda 
özünə güclü tərəfdar toplamışdı. 1637-ci ildə baş vermiş Şotlandiya üsyanı İngiltərənin başını elə qatmışdı ki, 
bundan istifadə edən Kardinal Rişelye 1638-ci ildən etibarən Fransanın hərbi əməliyyatlar meydanına çıxması 
üçün öz planını reallaşdırmağa başladı. Bu andan etibarən Otuzillik müharibənin həlledici mərhələsi başlandı. 
1637-ci ildə  Şotlandiyada üsyan başladıqdan sonra kral I Karl vəsait  əldə edib üsyanı yatırmaq üçün 
1640-cı ilin aprelində yenidən parlament çağırmağa məcbur oldu. Lakin cəmi üç həftədən sonra buraxıldığı 
üçün Qısamüddətli parlament adı ilə tarixə daxil oldu. Ölkədə mütləq monarxiyaya qarşı genişlənən siyasi 
mübarizə tezliklə I Karlı geri çəkilməyə vadar etdi. Şotland üsyanının yatırılması məsələsində kral parlamentdən 
dəstək qazana bilmədi. Çünki yeni vergilərin təyin olunması məsələsinə parlament razılıq vermədi. 
Şotland üsyanı İngiltərəyə iki tərəfdən ciddi zərər verdi: 
- birincisi, İngiltərə diplomatiyasının Avropa siyasətində mövqeləri zəiflədi. 
- ikincisi, Şotland üsyanı İngiltərə puritanizminin güclənməsinə ciddi şəkildə start verməklə hakimiyyət 
elitasında bir sıra dəyişikliklərin  əsasını qoydu. Tori və viqlərin yerində yeni parlament partiyaları olan 
independentlər və presvetrianlar formalaşmağa  başladı. 
Qısamüddətli parlamentdən xarici və vergi siyasəti ilə bağlı heç bir yardım görməyən kral 1640-cı ilin 
sentyabrında təkrar parlament çağırmağa məcbur oldu və bu parlament 1653-cü ilədək mövcud olmaq üçün 
Uzunmüddətli parlament adı aldı. Beləliklə, ölkədə kral və parlament tərəfdarlarından ibarət iki siyasi düşərgə 
yarandı. 
Kral tərəfdarları başlıca olaraq royalistlər idi. Parlament tərəfdarlarının tərkibi yekcins deyildi: iki 
başlıca partiya formalaşmışdı: presveterianlar və indenendentlər. 


 
74
- presveterianlar ölkədə  mərkəzləşmiş kilsəni saxlamağa tərəfdar çıxır, lakin kilsənin başında kraldan 
asılı yepiskopun deyil, seçilmiş başçının (peresviterin) olmasını istəyirdilər. Presviter sinod qurultayları 
qarşısında məsuliyyət daşıyırdı. 
 - 
indenendentlər (müstəqillər) isə mərkəzləşmiş kilsəyə qarşı çıxır, hər bir kilsə icmasının müstəqilliyi 
ideyasını yayırdılar. Bu kilsənin başında kilsə icmasının üzvləri tərəfindən seçilmiş  və  səlahiyyətləndirilmiş 
başçı durmalı idi.  
1641-ci ilin yazında xalq kütlələrinin inqilabi çıxışlarının genişlənməsi ilə  əlaqədar parlament 
müxalifəti 204 bənddən ibarət «Böyük remonstrasiya» adlı  sənədlə  çıxış etdi. Burada kralın cinayətləri 
sadalanır, müstəqil daxili və xarici siyasət yeridilməsi, burjua azadlıqlarının verilməsi, müstəqil puritan kilsənin 
yaradılması tələb edilirdi. 
Məlum olduğu kimi, ingilis puritanlarının ilk dəstələrindən biri hələ 1629-cu ildə «May çiçəyi» 
gəmisində Amerika sahillərinə yan almış və Virginiya ştatının əsasını qoymuşdular. Puritançılığın əlehdarı olan 
I Karl Roma papası ilə münasibətlərin kəsilməsini, yəni ingilis kilsəsinin müstəqilləşməsini cinayət hesab edirdi 
və bu məsələdə qarşıdurma xüsusi ilə gərgin xarakter almışdı.  
 Kralın parlament müxalifətini həbs etmək və parlamenti buraxmaq cəhdi boşa çıxdıqdan sonra başlıca 
tərəfdarlarının toplaşdığı  şimal qraflıqlarına qaçmağa məcbur oldu və 1642-cim ilin avqustunda I Karl 
Nottinqemdə qara rəngli müharibə bayrağını qaldırdı. Vətəndaş müharibəsinin I mərhələsi başlandı (1642-
1647). Vətəndaş müharibəsi dövründə İngiltərədə baş verənləri İspaniya və Fransa diqqətlə izləyirdilər. Fransız 
kralları ilə qohumluq əlaqələrinə malik olan Stüartlar Fransanın dəniz gücündən İngiltərədəki rəqiblərinə qarşı 
mübarizədə istifadə etmək arzusunda olduqlarını gizlətmirdilər və bu məqsədlə fransız kardinalı Mazarini ilə 
müvafiq danışıqlar da başlanmışdı. Müharibənin əvvəlində üstünlük I Karlın tərəfindən idi. 
 1642-ci 
ilin 
payızında Echill döyüşündə parlament ordusu əzildi, ona prestveteranlardan qraf Mançester 
və qraf Esseks başçılıq edirdi. 1644-cü ilədək üstülük kral ordusunun əlində idi. 
 Müharibənin gedişində Oliver Kromvelin (1599-1658) hərbi istedadı parladı. Orta zadəgan ailəsində 
doğulmuş Kromvel tezliklə independentlərin liderinə çevrildi və ordunu yenidən qurmağa müvəffəq oldu. 1644-
cy ildə Marston-Mur döyüşündə parlament ordusu ilk böyük qələbə çaldı. Bu döyüşdən sonra Kromvelin 
əsgərləri “dəmirböyürlü” adlanmağa başladı. Orduda əvvəlcə 22 min, sonradan 70 min döyüşçü var idi. Baş 
komandan Tomas Ferfaksın başçılığı altında 1645-ci il iyunda Yeyzbi döyüşündə parlament ordusu tam qələbə 
çaldı. 1646-cı ilin yazında Kral Şotlandiyaya qaçmağa məcbur oldu, onlar isə kralı pulla parlamentə satdılar. 
Royalistərin sonuncu istingahları 1647-ci ilin martında süqut etdi. 
Neyzbi döyüşündən sonra I Karlın arvadı Generetta başda olmaqla qohumları Fransada sığınacaq 
tapmışdılar.İngiltərədə  vətəndaş müharibəsi dövründə Fransanın buradakı  səfiri Karulle və  İspaniyanın səfiri 
Don Allon Karden Kromveli öz tərəfinə  çəkmək üçün öz xidmətlərini təklif edirdilər. Fransız səfiri Karulle 
Mazarinin tapşırığı ilə Kromvelə ittifaqla yanaşı böyük miqdarda pul, edam olunmuş kralın qohum-əqrəbasını 
və dəniz siyasətində müttəfiqlik təklif edirdi. 
Təsadüfi deyildi ki, Fransanın adı Kromvelin imzaladığı Naviqasiya  Aktında öz əksini tapmışdı. Aktda 
öz əksini tapmayan dövlətlər sırasında Hollandiya və İspaniyanın da adı vardı. Kromvel İspan səfirinin qardaşını 
özünü yaxşı aparmadığına görə camaat qarşısında edam etdirmişdi.  
1645-ci ildə baş vermiş Neyzbi döyüşü təkcə İngiltərədə deyil, Avropada da siyasi vəziyyətə ciddi təsir 
göstərdi. Bu döyüşdən sonra Kromvelin həm hərbi, həm də siyasi gücü artdı. Kral tərəfdarları royalistlərin də 
puritanlar kimi, Avropaya və Amerikaya axını başladı. Doğrudur, Kromvel ölkə daxilində bir sıra cərəyanların 
müqavimətini də aradan qaldırmaq məcburiyyətində idi. Vətəndaş müharibəsinin I mərhələsi başa çatdıqdan 
sonra parlament Avropa siyasətində  İngiltərənin rolunun bərpasına çalışırdı  və bu məqsədlə konkret tədbirlər 
görülürdü. 
 Neyzbi 
döyüşündən sonrakı dövr ərzində siyasi səhnəyə Levellerlər partiyası da çıxdı. Onun lideri Con 
Lilbern (1614-1657) idi. Bu partya xırda burjua ideloqu olub aşağı təbəqələri və  əsgərləri əhatə edirdi. Lakin 
hərəkatın ömrü qısa oldu və 1649-cu ildə başa çatdı. Parlament Lilbernin qovulması haqqında qanun verdi və o, 
Şotlandiyaya getdi. Az sonra Cerard Uinstenlinin (1609-1652) başçılıq etdiyi həqiqi levellerler- diggerlər 
hərəkatı (digger- yerqazan deməkdir) başlandı.  
Həbsdə saxlanılan kralın qaçması ölkədə  vəziyyətin yenidən gərginləşməsinə  səbəb oldu. Tampl 
qalasından qaçan kral yenidən öz tərəfdarlarını  və parlamentdən narazı qüvvələri toplamağa müvəffəq oldu. 
1648-ci ilin fevralında cəmi üç ay davam edən II vətəndaş müharibəsi başladı. I Karl şotlandları da öz tərəfinə 
çəkərək arxanı möhkəmləndirdi və mübarizəni davam etməyə başladı. Lakin Kromvel dərhal genişlənməkdə 
olan hadisələrə reaksiya verdi və   parlament ordusu avqustda Preeton yaxınlığında royalistlərin və şotlandların 
birləşmiş qüvvələrini darmadağın etdikdən sonra müharbə başa çatdı. Kral I Karl əsir götürüldü və ciddi şəkildə 
mühafizə edilməyə başladı. Bu vaxtdan etibarən kralın taleyi ilə bağlı parlament müzakirələrinə start verildi. 
Kromvelin kralın edam edilməsi ilə bağlə  təklifi müqavimətlə qarşılandıqdan sonra parlamenti 
prestveterianlardan təmizləmək üçün 1647-ci il 6 avqustda və 1648-ci il 5 dekabrda sayı 140 nəfərə çatan 
presveterianlar parlamentdən qovuldu. Bu hadisə tarixə «Prayd təmizlənməsi» adı ilə daxil oldu.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə