A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   72

 
77
XIV Mövzu 
1775-1783-cü illər burjua inqilabı dövründə ABŞ diplomatiyası və  beynəlxalq münasibətlər 
 
14.1. Kolonilayarda müstəqillik uğrunda mübarizəni şərtləndirən amillər 
Böyük coğrafi kəşflərin  ən mühüm nailiyyətlərindən biri də Amerika qitəsinin dünyaya açılmasıdır. 
Məkum olduğu kimi ispan səyyahı Xilkovun 1492-ci ildə Amerika qitəsinin kəşf etsə  də buranın Hindistan 
hesab etmiş yeni qitə kəşf etdiyini bilməmişdir. Florensiyada dəniz səyyahı Ameriqo Vespuççi 1499-1504-cü 
illərdə  Cənubi Amerikanı  kəşf etmiş  və buranı Yeni Dünya adlandırmışdır. Qitə 1507-ci ildən etibarən onun 
şərəfinə Amerika adlandırılmağa başlamışdı.  
XVI  əsrdən etibarən  İspaniya, Fransa, İngiltərə  və Niderland dövlətləri tərəfindən  Şimali Amerikanın 
məskunlaşmasına, burada kolonoyalar yaradılmasına başlandı. 
Şimali Amerikada ilk daimi ingilis yaşayış  məskəni 1607-ci ildə Ceyms çayı sahillərində meydana 
gəlmiş  gələcək Virginiya ştatı idi. 1620-cı ildə Kod burnunda “May çiçəyi” adlı ingilis gəmisi Ingiltərədən 
qalmış puritanların ilk qrupunu sahilə çıxardı. Puritanlar Yeni Plimuş məskəninin əsasını qoydular. 
Tədricən Atlantik okeanı sahillərində 13 ingilis koloniyası meydana gəldi: 1) Şimal koloniyaları (Yeni 
İngiltərə): Nyu-Hempşir, Maccaçusets, Konnektikut, Rod-Aylend; 2) Mərkəzi kolonilayar: Nyu-York, 
Pensilvaniya, Nyu-Cersi, Delaver; 3) Cənub koloniyaları: Virginiya, Merilend, Şimali Karolina, Cənubi 
Karolina və Corciya. 
Koloniyaçılar özləri ilə buraya burjua münasibətləri gətirmişdilər.  Şimal koloniyalarında burjua 
münasibətləri, cənub koloniyalarında isə feodal münasibətləri aparıcı rol oynayırdı. Amerikanın həqiqi sakinləri 
olan irokez və alqonkin qəbilələri (cəmi 200 min nəfərə yaxın) sıxışdırılırdı. Ucuz işçi qüvvəsi kimi zənci 
kölələrdən istifadə olunurdu. Zəncilərin qitəyə  gətirilməsi 1619-cu ildən başlanmış  və sonralar olduqca 
sürətlənmişdi. 
Koloniyaların idarə edilməsi demək olar ki, ingilis kralı  tərəfindən həyata keçirilirdi. O koloniyaların 
çoxuna qubernatorlar təyin edirdi ki, bütün icra və məhkəmə hakimiyyəti onların əlində olurdu. 
Artıq XVIII əsrin ortaları üçün kolonistlərin əksəriyyəti özünü amerikanlı hesab edirdi. Burjua inqilabı 
ərəfəsində amerikan maarifçiliyi ideyaları geniş yayılmışdı. Bu maarifçilik ingilis və fransız maarifçiliyi 
ideyalarının təsiri altında formalaşmışdı. Amerikan maarifçiliyinin başlıca postolatı  təbbi hüquqlar və ictimai 
saziş nəzəriyyələri idi ki, bu nəzəriyyələr koloniyaların müstəqillyinə haqq qazandırırdı. 
Amerikan maarifçiliyinin görkəmli nümayəndələri Bencamin Franklin (1706-1790), Tomas Ceferson 
(1743-1826) və Tomas Peyn (1737-1809) idilər. B.Franklin maarifçi – filosof, siyasətçi və iqtisadçı idi. O, 
yaranmaqda olan cəmiyyətin fərdiyyətçiliyə  əsaslanan  əxlaq kodeksini əsaslandırmış, qul əməyini pisləmişdi. 
T.Ceferson və T.Peynin maarifçilik ideyaları isə inqilab illərində parlamışdı.  
XVIII əsrin 60-cı illərində Şimali Amerika koloniyalarında kütləvi azadlıq hərəkatı başlandı. Ingiltərə 
hökumətinin aqrar və  sənaye sahəsində qoyduğu məhdudiyyətlər, 1765-ci ildə verilmiş gerb rüsumu qanunu 
kolonistlərin səbrini tükəndirmişdi. Koloniyaçılar  İngiltərədə  gətirilmiş gerbli kağızları  məhv etmiş, gerb 
rüsumu yığanları isə soyunduraraq qatranlamışdılar. Ingiltərə hökuməti gerb rüsumunu ləğv etməyə məcbur olsa 
da koloniyalarının istismarını gücləndirmək üçün müxtəlif vasitələrdən əl çəkməmişdi. 
XVIII  əsrin ortaları  üçün Amerikan maarifçiliyi bazasında formalaşan milli mənlik şüuru, düşüncəsi, 
milli özünü təsdiq problemi qitədə müstəqillik hərəkatının başlanmasına təkan verdi. Amerikan koloniyalarının 
milli-azadlıq hərəkatının yüksəlişində əsası XVIII yüzilliyin ortalarında qoyulmuş “azadliq oğulları” təşkilatının 
əhəmiyyəti böyük oldu. Bu dövrdə  hələ milli müstəqillik ideyası formalaşmamışdı. 1775-ci il üçün 13 ingilis 
koloniyasında 2,5 mln. nəfərdən yuxarı ingilis, 500 mindən çox zənci-kölə yaşayırdı və ingilis əhalisi bilavasitə 
ingilis hakimiyyət orqanlarının yaratdıqları maneələr zəminində  tədricən müstəqilliyə meyl etməyə başlamış, 
hətta 1774-cü ilin sentyabrında Filadelfiyada I kontinental konqresin çağrılmasına nail olmuşlar.  
Konqres koloniyada yaşayan insanların təbii hüquqlarını – yaşamaq, azadlıq və mülkiyyət hüquqlarını 
əsas götürərək xüsusi bəyannamə qəbul etdi ki, burada İngiltərə parlamentində koloniyaların nümayəndəliyinin 
təsisi olunması tələbi öz əksini tapmışdı ki, bu tələb İngiltərə tərəfindən qəbul edilmədi.  
Koloniyaların müxtəlif təbəqələri içərisində seçilmiş I konqresin nümayəndələri ingilislər tərəfindən 
qovulduqdan sonra  1775-ci ilin mayında Finlandiyada II kontitental konqres fəaliyyətə başladı. Konqresin 
təşəbbüsi ilə 13 koloniya arasında yaradılmış  əlaqələr tezliklə ittifaq sazişlərinə çevrilmiş  və bu əlaqələrin 
sistemləşdirilməsi üçün gizli müxbir komitələri yaradılmışdır. Lakin ilk dövrlərdə koloniyalar İngiltərədən 
ayrılmaq yox, müxtar hüquqlar əldə etmək uğrunda mübarizə aparırdılar. 
Koloniyaların müstəqillik hərəkatı öz başlanğıcını 1776-cı ilin əvvələrində yazılmış  və müəllifi Tomas 
Peyn olan “Sağlam düşüncə” intibahnaməsindən (pamflet) başlanır. İntibahnamədə deyilir: “Artıq müzakirələr 
dövrü sona çatmışdır. Silah sonuncu vasitə kimi koloniyalarla İngiltərə arasında yaranmış mübahisəni həll 
etməlidir.” Tomas Peyn çıxış yolunu müstəqil respublikanın yaradılmasında görürdü. Elə bir respublika ki, 
insanların təbii hüquqlarının müqəddəsliyi üzərində qurulmalı 
idi.    Məhz belə 
şəraitdə II kontinental konqres 1776-cı il iyulun 4-də Tomas Ceffersonun hazırladığı  “İstiqlaliyyət 


 
78
bəyannaməsi”ni elan etdi. Bəyannamə 13 ingilis koloniyasının metropoliyadan ayrılmasını və sərbəst ştatlarda 
“ABŞ” adı altında vahid respublikada birləşməsini elan edirdi.  
Respublikanın ilk günlərindən etibarən xarici siyasət məsələləri ilə kontinental konqresin plenumu 
məşğul olurdu. Həm I, həm də II kontinental konqres öz plenumu vasitəsilə «gizli müxbir komitələrini» təsis 
etmişdi. Gizli müxbir komitələri ilk dövrlərdə koloniyaların fəaliyyətinin  əlaqələndirilməsində mühüm rol 
oynayırdı. Bu komitələr Kanadada da meydana gəlmişdi.  İngiltərənin Kanadanın  ərazisində 30 min nəfərlik 
hərbi qüvvə saxlaması Kanada ilə 13 koloniya arasında fəaliyyətlərin əlaqələndirilməsinə imkan vermədi. 
 
İstiqlaliyyət müharibəsi dövründə Amerikaya ingilis generallarından Burqoynun, Karnoullisin və 
Xounun başçılığı altında 90 min nəfərlik hərbi qüvvə daşınmışdı, alman muzdularından ibarət 30 minlik hərbi 
qüvvvəni də bura daxil etsək, 120 min nəfərlik ordunun Amerika sahillərinə aparıldığı nəticəsini alırıq. Lakin bu 
ordunun fəaliyyətinin  əlaqələndirilməməsi, həm də azadlıq mübarizəsinin vüsəti  İngiltərənin planlarını puça 
çıxardı. Əgər əvvəllər xarici siyasət məsələləri bu sahə ilə o qədər də bağlı olmayan orqanlara həvalə olunsa da, 
1777-ci ildə Saratoqi döyüşündən sonra bu məsədlə Dövlət departamenti yaradılmış və Dövlət Katibi postu təsis 
olunmuşdu. ABŞ-ın ilk Dövlət Katmbi Robert Lvinqston olmuşdu. Lakin Dövlət departementinin XIX 
yüzilliyin sonlarına qədər cəmi 80-ə qədər əməkdaşı var idi.    
 
14.2. Istiqlaliyyət müharibəsinə Avropa dövlətlərinin münasibəti. 
ABŞ-ın qarşısında duran əsas vəzifə Avropa dövlətinin dəstəyini  əldə etmək və  İngiltərənin təcridinə 
nail olmaq idi. Buna yeddi illik müharibədən çox az vaxt keçməsi və Avropa dövlətləri arasında ziddiyyətlərin 
qalması da imkan yaradırdı. Amerikan diplomatiyasının istiqlaliyyət  ərəfəsində  əsas diqqəti Fransaya 
yönəltməsi aşağıdakı faktorlarla bağlı idi:      
-
 
Fransa güclü idi və İngiltərə ilə rəqabət üzərində qurulan mqnasibətlərə malik idi; 
-
 
Fransa kral sarayı İspaniya və Avstiya ilə sülalə müqavilələrinə əsaslanan münasibətlərə malik idi. Bu isə 
Fransanın dəstəyinin qazanılacağı təqdirdə bir neçə Avropa dövlətləri tərəfindən müdafiə olunmağa imkan 
yaradırdı;  
-
 
Fransanın ABŞ-ı dastəkləməsi ehtimalı böyük idi. Çünki ABŞ-da genişlənmiş maarifçilik ideyalarının 
inkişafında Fransız maarifçiliyi mühüm rol oynayırdı. Fransız maarifçilərinin ingilis və amerikan 
maarifçiləri ilə əlaqəsinin tarixi böyük idi. Amerikan maariflərinin dahilərindən olan B.Franklin Fransada 
daha məşhur idi, hətta əsərləri iki dəfə fransız maariflərindən Bomarşe tərəfindən nəşr olunmuşdur; 
-
 
Fransa başda olmaqla Avropa dövlətinin koalisiyası  İngiltərənin dənizlərində hegemonluğunun qarşısına 
almaq gücündə idi. 
Məhz bu məqsədləri rəhbər tutan kontinental konqres Fransa ilə danışıqlara İstiqlaliyyət bəyannaməsi elan 
olunandan qabaq başlamaq qərarına gəldi. Amerika koloniyalarına hələ 1765-ci ildən Fransa xarici işlər 
nazirliyindən 2 ticarət agenti göndərilmişdi ki, bunlar qitədə baş verənləri diqqətlə izləyirdilər. Digər tərəfdən 
fransa maarifçilərinin bir çoxu, habelə koloniyalarda maarifçilik ideyalarını yaymaqla məşğul olan şəxslər 
sərgilərdə tez-tez görüşmək imkanına malik idilər. B.Franklin bir sıra fransız xadimləri ilə  məhz  İngiltərədə 
görüşmüşdü. 
 Bir qayda olaraq o dövrkü diplomatiya, səfir və yaxud nümayəndə kimi bir neçə  nəfəri başqa ölkəyə 
göndərirdi. Iqtisadi ehtiyatların məhdudluğu üzündən 1775-ci ilin ortalarındaABŞ-dan Avropaya yalnız 
kontinental konqresin üzvü Saylaz Din göndərilmişdi. Onun başlıca vəzifəsi təkcə Fransada yox, həm də 
Fransada yerləşən xarici ölkə səfirlikləri ilə iş görməkdən, koloniyaların dəstəklənməsinə nail olmaqdan ibarət 
idi. S.Din Avropaya B.Franklinin iki məktubunu gətirirdi. Birinci məktub arxitektor Le Ruaya, ikincisi isə 
həkim Barbe Dübura ünvanlanmışdı. Amerika qitəsində baş verənlərdən məlumatı olan fransız mütləqiyyəti 
yaranmış imkana fürsət kimi baxsa da İngəltərə ilə münasibəti pozmamaq üçün S.Din rəsmi  şəkildə  qəbul 
olunmamışdı.  
Lakin Fransa Amerikan koloniyalarında antiingilis əhval-ruhiyyəni düzgün qiymətləndirərək ABŞ-ın 
dəstəklənməsi üçün lazım olan bir sıra addımları atdı. Ilk növbədə formal şəkildə Amerika ilə ticarət əlaqələrini 
intensivləşdirmək məqsədi olan saxta «Rodriqo Qortales»  ticarət firması təsis olundu. Həmin firmanın vasitəsi 
ilə  qısa müddət  ərzində Amerikaya 21 mln. livr dəyərində silah-sursat və  hərbi ləvazimat göndərilmişdi. 
Sonralar C.Vaşinqton Fransanın bu köməyinin Amerikanın müstəqilliyi üçün böyük əhəmiyyət kəsb etdiyini 
söyləmişdi. 
 Saylas Din duymuşdu ki, «Rodriqo Qortales» firması hökumət tərəfindən dəstəklənir və istiqamətləndirilir. 
Lakin bu informasiyanı az sonra Fransaya gələn B.Franklinlə bölüşdürməmişdi. Bu ehtiyatlılıq sonralar 
İngiltərəyə Fransaya birbaşa müharibə etmə  bəhanəsi verməmişdi. Ingilis gəmiləri «Rodriqo Qortales» 
firmasının bütün gəmilərini ya müsadirə edir, ya da batırırdı. Franklinin başçılığı altında 5 nəfərlik missiyanın 
Avropaya qədəm qoyması  və istiqlaliyyət bəyannaməsinin qəbulundan sonra ABŞ-ın rəsmi nümayəndə kimi 
tanınması böyük əhəmiyyətə malik idi. 
 Fransadakı  İngiltərə  səfiri Stormont B.Franklinin Fransaya buraxılmaması haqqında Fransa Xarici İşlər 
Nazirliyinə  məktub təqdim etmişdi. Lakin XİN  Şarl de Ferfe Franklinin Parisə daxil olmasını belə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə