92
XVII Mövzu
«Vyana sistemi» və Müqəddəs ittifaqın yaradılmasının beynəlxalq şəraitə təsiri
Napoleon
imperiyası darmadağın edildikdən sonra Avropa dövlətləri arasında qüvvələr nisbəti əsaslı
şəkildə dəyişildi. I fransız imperiyasının xərabəları üzərində gedən bölüşdürmə prosesi Avropada beynəlxalq
münasibətlərin yenidən qurulması ilə başa çatdı. Qalib dövlətlərin yaratdığı yeni sistem tarixə «Vyana sistemi»
adı ilə daxil olmuşdur. Bu sistemi yaratmaqla qalib dövlətlər Avropa ölkələrinin yeni sərhədlərini
müəyyənləşdirmək, qüvvələr nisbətinin yeni balansını yaratmaq, təqribən iyirmi beş ilə yaxın dövrü ərzində baş
vermiş dəyişiklikləri qanuniləşdirmək kimi məqsədləri reallaşdırmaq istəyirdilər. Qalib dövlətlər «Vyana
sistemi»ni yaratmaqla qarşılarına aşağıdakı üç başlıca vəzifəni qoymuşdular:
-
Fransanı inqilabaqədərki sərhədlərə (1792-ci il 1 yanvar sərhədlərinə) qaytarmaq, Fransa taxt-tacında
legitim Burbonlar sülaləsinin hakimiyyətini bərqərar etmək;
-
Avropada qalib dövlətlərin – Rusiya, İngiltərə, Avstriya və Prussiyanın mənafelərinə cavab verən,
bununla da qüvvələr nisbətininin yeni düzümünü tarazlayan ərazi bölgüsünü həyata keçirmək; Avropa
siyasətinin yeni qaydalarını müəyyənləşdirmək;
-
Avropanı yeni sosial sarsıntılardan, milli münaqişə və inqilablardan qorunmaq üçün lazım
olan bütün
siyasi, diplomatik və hərbi tədbirləri həyata keçirmək.
Göstərilən vəzifələrin reallaşdırılması üçün yaradılmş Vyana sistemi onlarla müqavilə, saziş və с.
diplomatik sənədlərdən dən ibarət olub (Fransa ilə sülh müqavilələri, Fransaya qarşı -1814-cü il 1 martda
bağlanmış Şoman müqaviləsinə əsasən –Rusiya, İngiltərə, Prussiya və Avstriyadan ibarət Dördlər ittifaqıнын
yaradılması, Müqəddəs ittifaq) müəyyən mərhələlərlə 1814-cü ilin mayında 1818-ci ilin noyabrınadək
yaradılmışdı. Həmin müqavilə və sazişlər 4 beynəlxalq görüş nəticəsində təsdiq olunmuşdu:
−
I Paris sülhü (1814, may);
−
Vyana konqresi (sentyabr 1814 - iyun 1815);
−
II Paris sülhü (iyul-noyabr 1815);
−
Axen konqresi (sentyabr-noyabr 1818).
Vyana konqresində Avropanın bütün ölkələrindən (Türkiyədən başqa) 216 nümayəndə iştirak edirdi.
Belə ki, konqresdə qalib dövlətlərdən Rusiyanın çar I Aleksandr, Avstriyanı – kansler Metternix, Prussiyanı –
prezident-nazir Qardenбerq, İngiltərəni – lord Kestlri (xarici işlər naziri), Fransanı isə xarici işlər naziri
Taleyran təmsil edirdi. F. Engels konqresin işi ilə əlaqədar yazırdı ki, «burada xalqlar alınıb satılır, birləşdirilib
ayrılır…»
Konqres legitimizm siyasətini əsas götürərək Napoleon tərəfindən işğal
olunmuş ölkələrdə istilaya
qədərki - yəni 1792-ci ilin yanvarına qədər quruluşu bərqarar etdi. Bu siyasət Taleyranın parlaq dühasının
məhsulu idi. Knyaz Taleyran- Periqar Vyanaya sentyabrın 23-də xüsusi səlahiyyətlərə malik olmaqla gəldi.
Onun başlıca məqsədi müttəfiqlər arasında Avropanın gələcəyinə dair fikir müxtəlifliyindən istifadə edərək
onların arasını vurmaq, bununla da Fransanın parçalanmasına dair onların planlarını pozmaq idi. Taleyron bu
məqsədlə Polşa-Saksoniya məsələsindən məharətlə istifadə etdi. Həm müttəfiqlərin arasındakı ziddiyyətləri bir
qədər də dərinləşdirdi, həm də yaxşı kapital qazanmaq imkanı əldə etdi.
I Aleksandr onu yaxşı tanıyırdı, Taleyran dəfələrlə çardan bəxşiş istəmiş və almışdı. Taleyran legitizm
siyasətini irəli sürməklə Rusiya və Prussiyanın yeni əraziləri ələ keçirməsinə yol qoymurdu, çünki bu prinsip
Avropanı 1792-ci il sərhədlərinə qaytarmağı və I Napoleon tərəfindən devrilmiş sülalələrin qanuni
hakimiyyətini bərpa etməyi tələb edirdi. 1814-cü ilin oktyabrın əvvəllərində Taleyran I Aleksandrın qəbulunda
oldu və çara legitim siyasəti haqqında məlumat verdi. Bu kifayət qədər iradəli olan I Aleksandrı olduqca
hiddətləndirdi, çünki Erfurtda Napoleonun planlarını Aleksandra pulla satan adam indi qanunilikdən danışırdı.
I Aleksandrın Metternixi
də görən gözü yox idi, çünki onuun nəfəsi də yalanla gəlirdi. I Aleksandr lord
Kestlrini isə «soyuq pedant» (xırdaçı, vasvası) adlandırırdı. Lakin çar eyni zamanda yaxşı başa düşürdü ki, həm
Avstriya, həm də İngiltərə məcburiyyət üzündən I Aleksandrın tələblərini qəbul edirlər. Təsadüfi deyildi ki,
Prussiya kralı III Fridrix Vilhelm Kestern və Metternixin Polşa ilə bağlı planlarının üstünü açarkən I Aleksandr
bunu olduqca adi bir epizod kimi qəbul etmiş, lakin onların hər ikisini satqınlıqda günahlandırmışdı.
1814-cü il mayın 30-da imzalanmış I Paris sülhünə görə, Fransa ilə Dördlər ittifaqı öz münasibətlərini
hələ 1805-ci ildə İngiltərə ilə Rusiya arasında imzalanmış konvensiya əsasında qurdular.
Tərəflər xeyli
müzakirədən sonra kompromis qərar qəbul edirlər: yeni və köhnə zadəganlar, mülkədar və burjuaziya hüquqca
bərabərləşdirilirdilər. Bu o demək idi ki, tərəflər Fransada mülkiyyət məsələlərində dəyişikliklər etməyi öz
öhdərələrinə götürürlər. Dini siyasətdə də müttəfiqlər Napoleonla Papa arasında imzalanmış 1801-ci il
Konkardatını əsas götürürdülər.
Lakin Napoleonun «100 günü» (O, Elba adasından qaçdıqdan sonra 100 günə öz hakimiyyətini bərqarar
etsə də, 1815-ci il 18 iyunda Vaterloo döyüşündə müttəfiqləri tərəfindən məğlub edilərək bu dəfə Müqəddəs
Yelena adasında sürgün edilmşidi) I Paris sülhünün şərtlərinin xeyli ağırlaşmasına səbəb oldu.
1815-ci il noyabrın 20-də imzalanmış II Paris sülhünə görə, Fransa mütəfiqlərə 700 mln. frank (qızıl)
93
məbləğində təzminat verməli, təzminat ödənilənə qədər Fransanın şimali-şərq departamentləri mütəffiq
qoşunların nəzarəti altında qalmalı, ordu və dövlət aparatında
təmizlik keçirməli, Fransa hökumətinin 1815-
1818-ci illərdəki fəaliyyəti 4 müttəfiq dövlətin səfirlərinin nəzarəti altında olmalıdır.
Vyana sisteminin başlıca müdəalarından olan Avropada ərazi dəyişiklikləri məsələsi I Paris sülhünün
diqqət mərkəzində olmuş, 1815-ci il iynun 9-da Vyana konqersində qəti şəkildə həll edilmişdi. Konqresin qəbul
etdiyi 121 bənddən və 17 əlavədən ibarət Yekun aktı Avropadakı sərhəd dəyişikliklərini qanuniləşdirirdi. Yekun
aktına görə, Fransanın ərazisi 1792-ci ilin yanvarına olan sərhədlərlə məhdudlaşdırılırdı. Konqerasin gedişində
Prussiyanın Elzas, Lotaringiya və Reyn çayının sol sahillərinə olan ərazi iddiaları rədd edildi.
Vyana konqresi Almaniya və İtaliyada feodal pərakəndəliyini bir qədər dəyişilmiş formada saxladı.
Məlum olduğu kimi, I Napoleon III koalisiyanın qüvvələrini darmadağın etdikdən sonra 1806-cı il sentyabrın
12-də Reyn İttifaqının yaradılması haqqında dekret imzalamışdır ki, buna əsasən 16 Qərbi Alman dövləti vahid
ittifaqda birləşdirdi. İttifaqın başında Fransa dururdu, I Napoleon isə Reyn İttifaqının ömürlük protektoru elan
edilirdi.
Müqaviləyə görə, yeni ittifaqın hər bir üzvü Napoleona müəyyən miqdar hərbi qüvvə ilə yardım etməli
idi. İtalyan krallığının yaradıcısı da I Napoleon idi. Əldə edilmiş razılığa əsasən Alman İttifaqına Avstriya və
Prussiya da daxil idilər. Yeni birliyə «İttifaq seymi» rəhbərlik etməli idi. Konqresin qərarına görə, «Alman
ittifaqı» 34 dövlətdən və 4 azad şəhərdən ibarət idi. İtaliyan İttifaqı isə 7 müstəqil dövlətdən ibarət olmalı idi.
Konqres İtaliyanın ərazisi olan Lombardiya və Venetsiyanı Avstriyaya verdi.
Vyana konqresi Napoleon əleyhinə olan VI koalisiyanın təşkilatçısı İsveçi də layiqincə mükafatlandırdı.
Norveç uniya əsasında daxili muxtariyyatı saxlanmaq şərti ilə İsveçə verildi.
Konqres şahzadə I Oranlı Vilhelm başda olmaqda Hollandiyanın dövlət müstəqillyini bərpa etdi. Cənubi
Niderland (Belçika) Hollandiyaya verildi və yeni dövlət Niderland krallığı adlandırılmağa başlandı.
İsveçrənin dövlət müstəqillyi də bərpa edilir və onun «əbədi bitərəfliyi» qanuniləşdirilirdi. Qərara alındı
ki, Alp respublikası azad, müstəqil vaə bitərəf «kantonlar ittifaqı» əsasında təşkil olunsun.
Napoleona qarşı mübarizənin gedişində Prussiyanın və Avstriyanın xidmətlərini xüsusi qeyd edən
konqres hər iki dövlətin ərazicə genişlənməsinə imkan verdi. Prussiya Rusiya ilə olan razılaşmaya əsasən
Saksoniyanı (I Napoleonun müttəfiqi) tam şəkildə əldə edə bilməsə də Şm. Saksoniyaya sahibləndi. Reyn
Vestfaliya vilayəti və Pomeraniya da Prussiyaya verildi.
Konqresin nəticələri Avstriyanın Avropa diplomatiyasında mövqelərini olduqca möhkəmləndirdi. Belə
ki, Avstriya Habsburqlarının hakimiyyəti bütün İtaliyaya yayıldı. Tirol, Baltelina, Triyest, Dalmasiya, Avstriya
imperatoru I Fransın qohumları hakim təyin edildilər.
Vyana konqresinin gedişində Polşa-Saksoniya məsələsi ciddi ixtilafa səbəb oldu. Varşava hersoqluğunu
Rusiyaya birləşdirməyə can atan I Aleksandr Saksoniyanı Prussiyaya vəd etməklə onu öz
tərəfinə çəkməyə nail
olmuşdu. Bu məsələ ətrafında ixtilaf o dərəcədə dərinləşdi ki, Taleyranın təklifi ilə 1815-ci il yanvarın 3-də
İngiltərə, Avstriya və Fransa Rusiya və Prussiaya qarşı gizli ittifaq bağladılar. Müqavilə üç nüsxədən ibarət idi.
Müttəfiqlər Rusiya və Prussiyanın və Avstriyanın planlarını pozmaq qərarına gəlmişdilər. Taleyran Fransanın
qonşuluğunda olan Prussiyanın güclənməməsi üçün bütün vasitələrə əl atmışdı. Gərgin mübarizədən sonra
Saksoniyanın bir hissəsi Prussiyaya, Varşava hersoqluğunun 3,2 mln əhali yaşayan böyük hissəsi isə Rusiyaya
verildi. Lakin 1815-ci il martın 20-də Napoleon Parisə daxil olduqdan sonra Burbonlar sülaləsindən olan kral
XVIII Lüdovik elə tələsik şəkildə Parisdən qaçdı ki, 1815-ci il 3 yanvar müqaviləsinin Fransaya aid nüsxəsi
yaddan çıxıb imperatorun stolunun üstündə qaldı və I Napoleonun əlinə keçdi. Napoleon isə koalisiyanı
dağıtmaq üçün həmin gizli müqaviləni I Aleksandra göndərdi. I Aleksandr müqavilə ilə tanış olduqdan sonra
onun Metternixə təqdim etdi. Müasrləri deyirdi ki, Metternix
özünü elə itirdi ki, hətta yalan demək də yadından
çıxdı. Lakin çar: bizim bir düşmənimiz var –o da Napoleondur-deyərək koalisiyanın dağılmasına imkan
vermədi. Təsadüfi deyil ki, I Aleksandrın tədqiqatçıları bir məsələdə yekdildirlər ki, bu da Aleksandrın mahir
diplomat və siyasətçi olmasının etiraf edilməsindən ibarətdir.
Vyana konqresinin qəbul etdiyi qərarlar içərisində qul alveri məsələsi xüsusi yer tuturdu. Konqres zənci
qullarla ticarətin qadağan olunması ilə yanaşı, ümumiyyətlə köləliyi insanların «ilahi hüquqlarının pozulması»
kimi qiymətləndirərək qanundan kənar elan etdi.
Konqres diplomatik fəaliyyəti, dövlətlərarası münasibətlərin tarixi təcrübəsinə əsasən 1815-ci il martın
19-da «Diplomatik nümayəndəliklərin dərəcələri haqqında Əsasnamə» təsdiq etdi. Əsasnamə aşağıdakı
diplomatik dərəcələri müəyyənləşdiridi:
- I dərəcə: səfir, papa leqatı və kuntsiləri;
- II dərəcə: diplomatik nümayəndə-elçi;
- III dərəcə: nazir rezident (1818-ci il Aexan konqersinin qərarına əsasən təsdiq edilmşidir);
- IV dərəcə: müvəqqəti işlər vəkili.
Vyana sistemi və onun hüquqi bərkintisi olan «Müqəddəs ittifaq» yalnız Krım müharibəsi başa
çatdıqdan sonra (1853-1856) siyasi səhnəni tərk etdi və dövlətlər «real siyasət» strateji kursuna uyğun xətt
yeritməyə başladılar. Legitimliyə əsaslanan beynəlxalq münasibətlər sistemi sona çatdı.
Vyana sistemi ideoloji və hərbi-siyasi baxımdan «Xalqların və monarxların Müqəddəs İttifaqının»