A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   72

 
94
yaranması ilə tamamlandı. Avropa monarxlarının siyasi sarsıntılara qarşı mübarizə ittifaqı olan bu birliyin 
yaranması ilə diplomatik leksikona «Pentarxiya» və «Avropa konserti» anlayışları daxil oldu.. 
Napoleonun «100 günü» Vyana konqresi iştirakçılarında belə bir fikir yaratmışdı ki, Fransada olduqca 
böyük imkanlara malik «gizli inqilabi komitə» fəaliyyət göstərir ki, həmin komitə hər şeyə qadirdir. Yaranmış 
şəraitdə, 1815-ci ilin sentyabrın 26-da Rusiya, Avstriya və Prussiya «Müqəddəs ittfaq» yaratmaqla nəinki 
Fransaya, ümumiyyətlə Avropaya qarşı strateji kursa imza atdılar. 1815-1817-ci illərdə Roma papası, İngiltərə 
və Türkiyədən başqa bütün Avropa dövlətləri «Müqəddəs ittifaqa» qoşuldular. İngiltərə də əvvəlcə faktiki onun 
bütün işində  iştirak edirdi. İttifaq Avropada əmin-amanlıq xatirinə  hər hansı inqilabi çıxışı silahlı  şəkildə 
yatırmağa hazır idi. Bunu hadisələrin sonrakı gedişi əyani şəkildə göstərdi. 
Tədqiqatçılar «Müqəddəs İttifaqın» mövcudluq və tarixini üç dövrə bölürlər: 
-
 
 birinci dövr – 1822-ci ilə  qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu «Müqəddəs  İttifaqın»  ən 
qüdrətli dövrüdür. Bu dövrdə «Avropa konsertinin» iştirakçıları arasında fikir birliyi və  fəaliyyət 
həmrəyliyi özünü aydın şəkildə göstərir ki, Aexan, Troppou-Loybax və Verone konqresləri keçirilir. 
-
 
 ikinci dövr – 1823-1830-cu illəri  əhatə edir və Fransada İyul monarxiyasının qurulması ilə başa çatır. 
Dövrün başlıca epizodu fransız qasidlərinin İspaniyaya müdaxiləsi və kral VII Ferdinandın hakimiyyətinin 
bərqərar olmasıdır. 1822-ci ilin avqustunda Kestelrinin özünə  qəsd etməsindən sonra, sentyabrda onun 
yerini istedadlı ingilis diplomatı və antirus görüşləri ilə məşhur olan Corc Kanpinq tutur. 
-
 
üçüncü dövr – 1830-cu il İyul monarxiyasının qurulmasından başlayır və Krım müharibəsi  ərəfəsinədək 
davam edir, tədricən Avropa dövlətlərinin əvvəlki həmrəyliyi arxa plana keçir. 
   Ümumiyyətlə, XVIII əsrin sonlarından etibarən Fransada burjua inqilabının təsiri ilə baş verən hadisələr 
qlobal dəyişiklikləri şərtləndirməklə Vyana sisteminin qurulmasına yol açdı. Bununla belə, əsrin dörddə birində 
baş verən hadisələr dünyanın sonrakı ictimai-siyasi və iqtisadi inkişafında mühüm rol oynadı. 
 
Mövzuya dair suallar 
1.
 
Napoleon imperiyasının süqutundan sonra beynəlxalq şərait 
2.
 
Vyana konqresinin çağırılması və məqsədləri 
3.
 
Legitimlik və Polşa-Saksoniya məsələsinə dair fikir ayrılığı 
4.
 
Taleyronun Vyana konqresi dövrü diplomatiyası 
5.
 
1815-ci il gizli sazişi və məqsədləri 
6.
 
Vyana konqresində Almaniya və İtaliya məsələsi 
7.
 
Konqresdə ərazi dəyişiklikəri problemi 
8.
 
Napoleonun «100 günü» və Vaterloo döyüşünün beynəlxalq nəticələri 
9.
 
Fransada və I Napoleon tərəfindən işğal edilmiş ölkələrdə legitim sülalələrin bərpası 
10.
 
Müqəddəs İttifaqın təşkili və Avropada irticanın güclənməsi 
11.
 
Avropa dövlətlərinin nisbi həmrəyliyi və «Avropa konsertinin» dövrün hadisələrinə münasibəti 
 
Ədəbiyyat 
1.
 
Галкин И.О. Создание германской империи (1815-1871). М., 1986 
2.
 
Германская история в новое и новейшее время. Т.1, М., 1970 
3.
 
Дебидур  А.  Дипломатическая  история  Европы.  От  Венского  до  Берлинского  Конгресса (1814-
1878), Т1, М.-Л., 1947 
4.
 
Жилин П.А. Гибель наполеоновский армии в России. М., 1974 
5.
 
Зек. А.А. Монархи против народа. Дипломатическая борьба на развалинах наполеоновской импе-
рии. М., 1966 
6.
 
История дипломатии. Т.1. М.,1959 
7.
 
История Франции. т.1. М., 1972 
8.
 
Монфред А.З. Великая французская буржуазная революция. М., 1983 
9.
 
Монфред А.З. Наполеон Бонапарт. М., 1980 
10.
 
Новая история стран Европы и Америки. Первый период. М., 1983 
11.
 
Собул А. Первая республика, 1792-1804. М., 1974 
12.
 
Талейрон Ш.М. Мемуары. М., 1959 
13.
 
Троицкий Н.А. Александр I и Наполеон. М., 1994 
14.
 
Эпштейн А.Д. История Германии от позднего средневек вья до революции 1848г. М., 1961 
 


 
95
XVIII Mövzu 
Xanlıqların yaranması və Quba xanlığının xarici siyasəti 
 
 XVIII 
əsrin ikinci yarısı Azərbaycan tarixinin ən az öyrənilmiş sahələrindən biridir. Doğrudur, həmin 
dövrün ayrı-ayrı  məsələlərində bir sıra elmi-tədqiqat  əsərlərində toxunulmuşdur. Lakin bu məsələlərin 
əksəriyyəti ümumi şəkildə qoyulmuş, bu və ya digər məsələnin ayrılıqda həllinə xüsusi yer verilməmişdir. 
 
Məlum olduğu kimi, hələ XVIII əsrin birinci yarısında Azərbaycan uğrunda Rusiya, Türkiyə  və  İran 
dövlətləri arasında aparılan mübarizə sonda ölkəyə hərbi müdaxilə ilə nəticələnmiş və Azərbaycan ərazisi həmin 
dövlətlər arasında bölüşdürülmüşdür. Bu dövlətlərdən İran və Türkiyə arasında hərbi əməliyyatların gediçində 
Azərbaycanın  şəhər və  kəndləri xaraba qoyulmuş, xalqın var-dövlətiqarət edilmiş  və ölkə  ağır vəziyyətə 
salınmışdı. 
Bəhs etdiyimiz dövrdə mühüm məsələlrdən biri də Azərbaycanda xanlıqların meydana gəlməsi, şimal-
şərqi Azərbacyan xanlıqlarının birləşdirilməsi,  İran və Türkiyəyə münasibətləri, habelə birləşmə  ərəfəsində 
Quba xanlığının mövqeyidir. 
Azərbaycan xanlıqlarının birləşdiriləsində  cəsaprətlə mübarizə aparış qubalı  Fətəli xanın fəaliyyəti 
haqqında H.Abdullayevin iki əsəri (Абдуллаев  Г. “Азербайджан  в XVIII веке  и  взаимоотношения  его  с 
Росиией”.  Б.,1965;  Абдуллаев  Г. “Из  истории  Северо-восточного  Азербайджана  в 60-80-х  годах XVIII 
вв”. Б., 1958)  nəzərə alınmazsa xüsusi tədqiqat əsərləri  yoxdur. Onun fəaliyytəi haqqında ancaq bir neçə kiçik 
məqalələr və kütləvi broşuralarla kifayətlənmişlər. 
 
20.1. Azərbaycanda xanlıqların meydana çıxması. 
 Quba xanlığı. 
 
XVII  əsrin ikinci yarısında Azərbaycanın gələcək inkişafında mühüm rol oynayan bir sıra mühüm 
hadisələr baş verdi ki, bunlar da Azərbaycana Rusiya təcavüzünün güclənməsi ilə bağlı idi. 
XVII əsrin sonlarından etibarən Səfəvilər dövlətinin tənəzzülü daha da güclənmişdi. Səfəvilər dövlətinin 
əsarətində olan  ölkələrdə baş vermiş kəndli hərəkatı və saray dairələri arasındakı çəkişmələr əsası 1502-ci ildə 
Şah İsmayı tərəfinədn qoyulmuş və uzun müddət qüdrətli dövlət olmuş Səfəvilər dövlətinin daha zəifləməsinə 
gətirib çıxardı. 
Azərbaycanda və Səfəvilərin hakimiyyəti altənda olan digər ərazilərdə baş vermiş təsərrüfat dağınıqlığı 
bu dövlətin tənəzzülünü daha da sürətləndirirdi. Uzun müddət gizli və  bəzən açıq surətdə yerli feodalların 
mərkəzləşdirilmiş şah hökumətinə qarşı mübarizəsi onların müstəqilləşməsinə imkan yaradırdı. 
Zəhmətkeş əhalinin istismar edilməsi, vergilərin artması və İran feodallarının talançılıq siyasəti ölkənin 
məhsuldar qüvvələrini daha çox dağıdırdı. Bəhs etdiyimiz dövrdə, kəndli təsərrüfatı  və  sənətkarlıq daha çox 
tənəzzülə  uğramışdı ki. bu da Səfəvilər dövlətinin iqtisadi əsaslarını sarsıdırdı. Yerli bəylər tərəfindən kəndli 
torpaqlarını özbaşına tutulması kəndlilərin narazılığını daşha da artırırdı.  
Saysız-hesabsız vergilər  şəhər zəhmətkeşlərini də boğur, var-yoxdan çıxarır və dilənçi halına salırdı. 
Feodal özbaşınalığı şəhərlərə və ticarətə böyük ziyan vururdu. Daxili çəkişmələrə qarşı mübarizədə zəif olan şah 
hökuməti azadlıq hərəkatlarını boğlmaqda da azic idi. Bunun nəticəsində ticarət  əlaqələri zəifləyirdi, xarici 
ölkələrdən gələn ticarət karvanlarının istiqaməti dəyiçirdi. 
XVIII  əsrin  əvvəllərində Rusiya ilə ticarətdə törədilən maneələrin artması da tacirlərin mənafeyinə 
uüğun gəlmirdi. Çünki, müharibələr qonşu dövlətlərə mal aparılmasına da mane olurdu.  
XVIII əsrin birinci yarısında nadir şahın qurduğu dövlət daha ağır maliyyə böhranı keçirir və uzun sürən 
müharibələr,  şah sarayında hərc-mərclik, məmurlar tərəfindən böyük məbləğlərin mənimsənilməsi dövlət 
xəzinəsini var-yoxdan çıxarmışdır. 
İqtisadi və milli zülmün şiddətləndiyi və  əsarətə düşmüş xalqların müqavimətinin artdığı bir şəraitdi 
mərkəzi hakimiyyət son dərəcə zəifləmişdi. Müstəqil olmağa çalışan bəylər, xanlar və digər iri feodallar şaha 
tabe olmaqdan boyun qaçırırdılar.  Hətta vəziyyət o yerə çatmışdı ki, vaxtilə I Şah Abbasın və onun xələflərinin 
dayağı olan şahsevənlər şah hakimiyyyətindən  üz çevirmişdilər. Adətən, Şahsevən xanları mərkəzdən kəndlilər 
və  şəxsən  şahın özü tərəfindən təsdiq olunurdular.  Bu haqda XVIII əsr rus səyyahları  və dövlət xadimləri 
maraqlı məlumatlar verirlər. Rusiyanın Cənubi Qafqazda agenti olan A.Volınski Səfəvilər dövlətində baş vermiş 
özbaşınalığı qələmə alaraq yazmışdır ki, 1717-ci ildə şahsevənlər «..şahın göndərdiyi adamı qəbul etmədilər və 
öz xalqları içərisində hakim seçdilər…, onlar şahın başqa  əmrlərini də yerinə yetirmədilər. Onlar iranlılardan 
əsla qorxmurdular». 
Daha sonra ölkədə baş vermiş özbaşınalığın şahidi olmuş A.Volınski I Pyotra göndərdiyi məktubunda 
yazmışdır. «… burada indi elə hakim vardır ki, o təbələri üzərində deyil, təbəlləri onun üzərində hakimdirlər». 
XVIII  əsrin ikinci yarısında Azərbaycanın xalq kütlələrinin vəziyyəti xüsusilə  ağır idi. A.Volınski öz 
məktublarının birində yazmışdır ki, «Səfəvilər dövlətinin taxıl ambarı olan Azərbaycanda tarlalar 7 il ərzində 
əkilməmiş qalmış  və ölkədə aclıqdır». Belə  məlumalara rus səhhayhlarından Druvilinin, Qmelinin və 
başqalarının yazılarında də rast gəlmək olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə