A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   72

 
98
və inzibati mərkəzinə çevirə bilmişdi. 
Beləliklə, quba haqqında olan məlumatlar onun əsasının qoyulma tarixini müəyyənləşdirməyə imkan 
vermir. Lakin östərdiyimiz faktlar şəhərin nə Nadir şah, nə də Hüseynəli xan dövründə deyil, ondan da çox-çox 
əvvəl əsası qoyulduğunu söyləməyə əsas verir. 
1770-ci ildə Qubada olmuş Rusiya Elmlər Akademiyasının akademiki S.Q.Qmelin şəhərin və xan 
sarayının quruluşunun qısa şəkildə təsvirini vermiş və yerli əhalinin dediynə əsaslanaraq 30 il əvvəl, yəni 1740-
cı ildə şəhərin ətrafı daş hasarla hörüldüyünü göstərmişdi. 
A.V.Suvorovun məktublarından birində çayın sahilində möhkəm Quba şəhərinin olduğu göstərilir.  
Mənbələrdə həmin dövrdə Qubada 2000-dən çox yaşayış binasınnı və 7000-dən çox əhalinin yaşadığı göstərilir. 
Onu da qeyd etmək lazımdır ki, XVIII əsr üçün bu qədər əhalisi olan şəhərlər xarakterik idi. Quba eyni zamanda 
ticarət əhəmiyyətli şəhər idi.  
XVIII  əsrin ikinci yarısında Qubada bir neçə  məşhur rus səyyahı olmuş  və onlar şəhər haqqında 
müxtəlif təsəvvürlər vermişdər. M. Biberşteynin yazdığına görə «… Quba xanlığına  Şirvannı bir hissəsi və 
Ləzgistana qədər olan münbit torpaqlar bağlar aid idi. Şərq üslubunda bəzədilmiş qüllələri olan divarlar 
möhkəmləndirilmişdir». 
Hüseynəli xan dövründə tixilmiş xan sarayı sonralarq bərpa olunmuş  və yenidən bəzədilmişdi. 
Azərbaycanın memarılıq abidələrini tədqiq etmiş  İ.Şeblıgin qəşəng bəzəkləri, quruluşu etibarı ilə XVIII əsr 
saray tikililərinə xas olan xüsusiyyətləri özündə cəmləşdirmişdi. 
XVIII  əsrin ikinci yarısında Quba hərbi-siyasi sahədə möhkəmlənmiş  və o, Azərbaycanın daxili və 
xarici siyasətində  əsas rol oynamağa başlamışdı. Onu da qeyd etmək lazımdır ki, Quba Şimali Azərbaycanın 
iqtisadi təsərrüfat mərkəzinə çevrilə bilmişdi. 
 
20.2. Quba xanlığının xarici siyasəti 
 Quba şəhəri öz tarixi kecmişi ilə Azərbaycanın ən qədim şəhərlərindən biri hesab olunur. Zəngin bir 
kecmişə malik olan bu şəhər Azərbaycan tarixində mühüm rol oynayan bir çox tarixi simalar, görkəmli alimlər 
və bacarıqlı dövlət xadimləri yetişdirmişdir. 
Qubanın XVIII əsrdə yetişdirdiyi qabaqcıl adamlarından biri də  məşhur dövlət xadimi Fətəli xandır. 
Quba xanlığının  ən parlaq dövrü Fətəli xanın hakimiyyəti illərinə  təsadüf edir.Onun babaları uzun illər qanlı 
carpışmalarda iştirak edərək Qubada xanlıq etmişlər. 
Fətəli xanın babası Hüseynxan Qubaya tabe olan Məclis kəndində yaşamış  və  şah sarayında böyük 
hörməti olmuşdur. Tarixi vəsiqələr göstərir ki, Süleyman Səfəvi (1667-1694) şahlığnın sonuncu illərində Yeni 
kənd feodalları  Məclis kəndinin torpaq və  sərvətinə sahib olmaq ücün oraya basqın edib kəndi talan edirlər. 
Əhalisinə divan tutur. Kicik Hüseyn bu qarışıqdan özünü xilas edib Salyana qacır, oradan da İsfahana gələrək 
şəxsən şah sarayına təqdim olunmaq və şahla görüşmək ücün vasitələr axtarmağa başlayır. 
Həmin bu vaxtlar İsfahan feodallarından birisinin qızı Zəhra xanım Hüseyn xanın cəsarət və mərdliyini 
görüb ona məhəbbət bağlayır. Hüseyn xan bir müddət şah sarayında qaldıqdan sonra doğma vətənə qayıdır və 
rəsmi fərmanlarla Qubaya xan təyin olunur. 
Həmin vaxtdan Xudat qalası Quba xanlığanın mərkəzi elan olunaraq möhkəm bir istinadgaha cevrildi. 
Hüseyn xan ölənə  qədər Quba xanlığının siyasi azadlığı  uğrunda fədakarcasına mübarizə aparıb onu feodal 
basqınlarından qorumuşdur. Fətəli xan onun üçüncü nəvəsi idi. 
1758-ci ildə atası Hüseynəli xan öləndən sonra Quba xanlığına oğlu Fətəli xan keçdi. 23 yaşlı Fətəli xan 
(o, 1735-ci ildə anadan olmuşdur) hakimiyyəti əlinə alar-almaz birinci növbədə əz ərazisini mökəmləndirmək, 
sərhəddini möhkəmləndirmək və qonşu xanlıqları özünə tabe ötmək fikrinə düşür. 
Fətəli xan həqiqətən öz əsrinin bacarıqlı  və  tədbirli dövlət xadimi, də yaxşı  sərkərdəsi idi. Məşhur 
Azərbaycan tarixicisi A.Bakıxanov onun haqqında bələ yazır: "Fətəli xan Qafqaz  tarixində diqqətə layiq bir 
şəxsiyyətdir. O, öz ağlı, səxavəti və bacarığı  nəticəsində yüksəlmişdi. O, hakimiyyət başına keçəndən sonra 
ağıllı  və çalışqan hakim olduğunu göstərdi, bütün ətrafındakı adamları özünə  cəlb etdi, düşmənlərinin 
fəaliyyətini zəiflətdi və ən çətin vəziyyətdən çıxa bildi. 
Qafqaz tarixindən yazan Butkov isə onun barəsində "Fətəli xan ağıllı, igid, tədbirli,  şöhrət səvən idi, 
yorulmaq nə olduğunu bilməzdi deyə  tərif edir. Fətəli xan hər vasitə ilə Quba xanlığını möhkəmləndirməyə 
çalışırdı. O, mahal naiblərinin hakimiyyətini məhdudlaşdırdı, vergi yığılmasını nizama salaraq, xəzinənin 
gəlirinin artmasını  təmin etdi. Muzdlu qoşunun sayı artırıldı. S.Qmelinin verdiyi məlumata görə Quba 
xanlığının xeyli qoşunu və topu var idi. Kicik topların bir hissəsi arabalarda yerləşdirilmişdi və xanlığın paytaxtı 
Quba qala halına salınmışdı». 
Qubalı  Fətəli xan bununla yanaşı öz sərhədlərini möhkəmləndirmək məqsədilə Muğandan döyüşkən 
şahsevən köcərilərinin bir hissəsini xanlığın ərazisinə köcürmüşdü. 
Fətəli xan Azərbaycanın qonşu xanlıqlarını ilhaq etmək yolu ilə öz torpaqlarını  gənişləndirməyə 
calışırdı. 
Fətəli xan öz məqsədinə nail odmaq ücün birinci növbədə ona müqavimət göstərən  Şəki və  Şirvan 


 
99
xanlıqlarını özünə tabe etməyi qərara alır. Şirvan feodalları onun cavanlığından istifadə edərək tez-tez Qubaya 
talancı basqınlar edirdilər. 
1758-ci ildə  Fətəli xan Şamaxı yaxınlığındakı ilk vuruşmasında  Şirvan xanlarına qalib gəlib öz 
güsücünü onlara göstərdi. Lakin bu qalibiyyət onu arxayın edə bilməzdi. Hər tərəfdən Fətəli xana qarşı baş 
qaldıran feodalların səsini kəsmək və onlara qalib gəlmək ücün etibarlı adamlar tapmaq lazım idi. 
Hələlik Fətəli xan Şəki xanlığının taleyi ilə maraqlanırdı. Həmin bu vaxtlar, yəni 1759-cu ildə Şəki xanı 
Ağa Kişi bəy öz qaynatası olan Qazıqumrlu Məhəmməd xan tərəfindən xaincəsinə öldürülür. Məhəmməd xan 
Şəki xanlığının sərvətini Ərəş sultanı ilə bölüşdürür və özünü Şəkidə hakim  elan edir. Lakin Məhəmməd xanın 
ağalığı 40 gün davam edə bildi. 
Şəki  əhalisi bu qırx gün ərzində  hədsiz vergilər, qanunsuz cərimələr verməklə, zülmkar hakimə qarşı 
üsyana hazırdaşdılar. Hüseyn ağa (Şəkili Hacı Çələbinin nəvəsi) Ağa Kişi bəy öldürüləndən sonra Fətəli xana 
pənah aparıb ondan kömək istədi. Əlverişli bir şəraitin yaranmasını görən Fətəli xan qoşun çəkib Şəki üzərinə 
hərəkət etdi. 
Qazıqumux talanlarından təngə gələn əhali bu xəbəri eşidən kimi Quba xanının qarşısına cıxdı və onu 
böyük təntənə ilə qarşıladı. Cağırılmamış qonaq ev sahibindən hörmətsizlik görüb öz yerinə çəkildi. Fətəli xan 
Hüseyn ağanı Şəkiyə xan təyin etdi və Şəki xanlığı həmin vaxtdan Fətəli xanın vassalı oldu. 
Həmin il Fətəli xana başqa bir xoşbəxtlik də üz verdi. Dərbənd camaatı öz xanlarından narazı olduqları 
ücün elcilər göndərib Fətəli xanın onlara xan olmasını arzu etmişdilər. 
Dərbənd qalasının böyük siyasi və strateji əhəmiyyəti var idi. Hələ ilk orta əsrlərdə  Dərbənd Qafqaz 
tarixində mühüm rol oynamış  və  həmin vaxtlarda məşhur idi. Cənubi Rusiyaya və Ön Asiyaya gedən ticarət 
karvanları «Dəmir qapı» Dərbənddən keçməli idi. Uzaqgörən Fətəli xan bütün bu üstünlükləri başa düşmüş və 
ona görə də dərbənddilərin təklifini qəbul etmişdi. 
XVII  əsrdə  və XVIII əsrin birinci yarısında Dərbənd sultanlıq idi. XVIII əsrdə  Dərbənd o qədər də 
böyük olmayan bir şəhər idi. Onun əhalisi əsasən əkinciliklə, bağçılıqla, ticarət və sənətkarlıqla məşğud olurdu. 
Böyük strateji əhəmiyyət kəsb edən Dərbənd Rusiyanın, Türkiyənin və İranın diqqət mərkəzində idi. 
Azərbaycanın başqa xanlıqları kimi Dərbənd də XVIII əsrdə  İran zülmündən azad olur və  Dərbənd 
sultanlığı müstəqil xanlığa çevrilir. 
Xanlığın mərkəzi olan Dərbən qalası uzunluğu 6 verst 400 sajen olan qalın daş divarla hörülmüşdü. 
Həmin dövr üçün  xarakterik üslubda müdafiə olunmuş Dərbənd cox möhkəm dəmir qapılara malik idi. 
XVII əsr səyyahlarının verdiyi məlumatdan aydın olur ki, Dərbənd cox möhkəm hərbi nöqteyi-nəzərdən 
xüsusi  əhəmiyyətə malikdir. Dərbənd xanı istədiyi zaman «...5000-dən 6000-dək piyada və süvari» toplaya 
bilərdi. 
Dörd hissədən ibarət olan şəhərin narın qala guşəsində xan sarayı yerləşmişdi. 
XVIII əsrin 50-ci illərində Dərbənd hakimi Məhəmməd Hüseyn xan idi. Onun dövründə xanlığın daxili 
və xarici vəziyyəti möhkəm deyildi. Əhalinin cox hissəsi ağır vergilərə tab gətirə bilmirdilər.Əhali Məhəmməd 
Hüseyn xanın zülmündən qurtarmaq ücün yollar axtarırdı və tezliklə buna nail olurlar». 
Mənbələrdə Məhəmməd Hüseyn xandan gizlin Quba xanı Fətəli xana müraciət etdiyi göstərilir. Şəhərin 
əhalisi Fətəli xanın simasında...ədalətli, yaxşı hakim arzulayırdılar. 
Quba xanlığı ilə xalq kütlələrindən başqa, feodallar və varlı  təbəqənin nümayəndələri də birləşmək 
fikrində idilər. Bəhs etdiyimiz dövrdə Dərbənddə iki qrup əmələ kəlmişdi.Birinci qrupa iri feodallar daxil idi və 
Məhəmməd Hüseyn xan tərəfindən müdafiə olunurdu. Onlar Quba xanlığı ilə birləşməyin əleyhinə idilər. 
Quba xanlığına rəğbət bəsləyən ikinci qrupa sənətkarlar, tacirlər,  əhalinin yoxsul təbəqəsi və  xırda 
feodallar daxil idilər. 
Dərbənd xanlığında  əmələ  kəlmiş belə bir vəziyyətdən Fətəli xan məharətlə istifadə etdi. Fətəli xan 
birdən-birə Dərbəndə hücum edə blməzdi. Çünki, belə hərəkət Dağıstanın cənubundakı feodalların narazılığına 
səbəb olacaqdı...Feodallar Quba xanlğının Dərbəndi tutmasına razı olmazdılar. Çünki, onlar yaxşı bilirdilər ki, 
Dərbəndi ələ keçirən Quba xanlığına sonradan gücləri çatmadacaqdır. 
Fətəli xanın qarşısında duran çətin məsələlərdən biri də  Dərbəndə hakim olmağın düzgün yolunu 
axtarmaq idi.Quba xanlığı  Dərbəndə hucum etməklə özunə qarşı  cənubi Dağıstan feodallarının blokunun 
meydana çıxmasına yol vermək istəmirdi. 
Digər tərəfdən, Quba xanlığının bu məsələnin həllində vəziyyətin çətinləşməsində Şamaxı xanı ilə pis 
münasibətdə olması idi. 1758-ci ildə  Şamaxı xanın Beşbarmaq yaxınlığıandakı  məğlubiyyətindən sonra Quba 
xanlığına qarşı mübarizə ücun özünə sərfəli imkan axtarırdı. 
Belə bir gərgin vəziyyətdən qələbə ilə çıxmaq ücün xüsusi məharət, bacarıq və siyasətçi olmaq lazım 
idi. Belə bir siyaəət antiquba blokunun   yaranması qarşısını ala bilərdi. 
Quba xanı cənubi Dağıstan feodadları arasındakı narazılıqdan məharətlə istifadə edir və cənubi Dağıstan 
hakimlərindən Tarku-Şamxalı Murtuzəli, Qaraqaytaq Usmisi Əmir Həmzə  və Taba-soran hakimi ilə  əlaqəyə 
girib, 1752-ci ildə Dərbəndə yürüş etdi. 
Həmin ittifaq Dərbənd xanlığına qarşı yaranmışdı. Fətəli xan ən  əvvəl dağlarla Kaspi dənizi arasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə