A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   72

 
104
XIX Mövzu 
Azərbaycanın Rusiya tərəfindən 
işğalı və beynəlxalq nəticələri 
 
XVIII yüzilliyin sonu-XIX yüzilliyin başlanğıcında Azərbaycanda siyasi vəziyyət çox mürəkkəb idi. 
Əvvəlcə  Şəki, sonra isə Quba və Qarabağ xanlıqlarının Azərbaycan torpaqlarını öz ətrafında birləşdirmək və 
vahid dövlət yaratmaq  cəhdləri baş tutmadı. Buna bir tərəfdən ölkənin sosial-iqtisadi inkişafının geriliyi, digər 
tərəfdən isə xarici istilalar - İranının və çar Rusiyasının bu yerləri  ələ keçirmək üçün Azərbaycana yürüşləri 
mane oldu.  
Ayrı-ayrı xanların öz xanlığını qoruyub saxlamaq istəməsi və bir-birinə güzəştə getməməsi birləşmə 
prosesinə  əsaslı surətdə mane olurdu. Yaranmış  şəraitdə Azərbaycanı istila etməyə çalışan  İranın, Sultan 
Türkiyəsinin və çar Rusiyasının işğalçı planlarına qarşı dura biləcək vahid qüvvə mövcud deyildi.  
I Pyotr dövründə başlamış, II Yekaterina zamanı davam etdirilmiş Azərbaycanı  ələ keçirmək 
cəhdlərindən sonra XIX yüzilliyin başlanğıcında çar Rusiyası bütün Cənubi Qafqazı istila etməyə  hazırlaşırdı. 
Rus əsilzadələrinin və tacirlərinin mənafeyi çar Rusiyasının yeni torpaqlar zəbt etməyə, Rusiya sənayesi üçün 
xammal mənbələri və satış bazarları  əldə etməyə sövq edirdi. Çarizm Xəzər dənizini öz daxili dənizinə 
çevirmək və Cənubi Qafqazı zəbt etməklə daha cənuba – İran körfəzinə  doğru yol açmaq, Yaxın Şərqin iqtisadi 
ehtiyatlarına, habelə bazarlarına sahiblənməklə İngiltərəni sıxışdırmaq planları mövcud reallıqlara əsaslanırdı.  
Hindistanda sipahilər üsyanını yatırdıqdan sonra İngiltərənin  də Rusiyaya münasibətdə ehtiyatlı olmağa 
vadar edirdi. Xarici siyasət maraqları baxımından Cənubi Qafqaz Rusiya üçün hərbi-strateji əhəmiyyətə malik 
idi. Yaranmış şəraitdə I Napoleon bilərəkdən İngiltərə və Rusiyanın Qafqaz maraqlarını qıcıqlandırmaqda idi. 
Məqsəd II koalisiyanı diplomatik yolla dağıtmaqla yanaşı Fransaya qarşı gələcək koalisiyaların yaranmasına yol 
verməmək idi. 1800-ci ildə  İngiltərənin  İranla bağladığı müqaviləyə cavab olaraq Fransa 1801-ci ilin 
oktyabrında Türkiyə ilə müqavilə imzaladı  vəMisiri Türkiyəyə qaytardı. 1805-ci ilin dekabrında olmuş 
Austerlis döyüşündəki qələbədən sonra türk sultanı III Səlim I Napoleonu «Fransanın padişahı» və özunun «ən 
qədim, sadiq və vacib dostu» elan etdi. Təsadüfi deyil ki, Fransa bundan Rusiyanın qüvvələrini parçalamaq və 
onu Türkiyə ilə müharibəyə girmək kimi fakt qarşısında qoymaq məqsədilə istifadə etdi. I Napoleon çox tezliklə 
İranla münasibətlərdə də diplomatik üstünlüyə nail oldu və Rusiya-İngiltərə ziddiyyətlərinə barışmaz xarakter 
verdi.  
XVIII əsrin sonu-XIX əsrin başlanğıcında belə bir ziddiyyətli və qeyri-sabit beynəlxalq şəraitdə Cənubi 
Qafqaz, məsələləri, xüsusilə  Azərbaycan məsələsi mühüm yer tuturdu.  
Vahid Azərbaycan dövlətinin olmaması xarici siyasətdə  də özünü göstərirdi. Azərbaycan xanlıqları 
özlərini qoruyub saxlamaq üçün vahid mövqe nümayiş etdirə bilmir, bir tərəfdən  İran və Türkiyəyə, digər 
tərəfdən isə Rusiyaya meyl edirdilər. Bunu xanlıqların 1768-1774-cü illər rus-türk  müharibəsi  ərəfəsi və 
dövrünün siyasəti bariz şəikldə göstərir. Hətta müharibədən sonra - 1775-ci ildə Azərbaycan xanlıqlarının 
böyük bir qisminin əvvəlcə Türkiyəyə, sonra isə Rusiyaya istiqamətlənməsi də açıq şəkildə nümayiş etdirilirdi. 
Xüsusilə yaranmış  şəraitdə  İran və Türkiyə Azərbaycanın istiqlaliyyəti üçün təhlükəli deyildi, çünki bu 
dövlətlər bəhs edilən dövrdə istilaçılıq siyasəti yeritmirdilər. Avropa dövlətləri isə, əksinə, müstəmləkələr  ələ 
keçirmək uğrunda geniş müharibələrə başlamışdılar.  İngiltərə  və Fransanın Cənubi Qafqaz, habelə, 
Azərbaycana münasibətləri onların bilavasitə İrandakı mövqeləri ilə müəyyən edilirdi. XVIII əsrin sonlarından 
etibarən Azərbaycana qarşı əsas təhlükə şimaldan çar Rusiyası idi. Məhz bu zəmində  Rusiya-İran münasibətləri 
pisləşməkdə idi, buna isə həm İngiltərə, həm də Fransa çalışırdı.  
Xeyli davam edən ciddi diplomatik-siyasi və  hərbi hazırlıqdan sonra Georgiyevsk traktatına  əsasən 
1801-ci ildə  Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiyaya birləşdirildi. O dövrdə Qazax və  Şəmşəddil 
sultanlıqları Gürcüstandan asılı  vəziyyətdə olduğundan  Şərqi Gürcüstanla birlikdə onlar da Rusiyaya ilhaq 
edilmişdi. Azərbaycanın işğalına bununla da start verilmiş oldu. Rusiya Gürcüstanın ardınca Azərbaycanı  ələ 
keçirməyə hazırlaşırdı. Bu məqsədlə 1802-ci ilin sentyabrında P. D. Sisianov Rusiyanın Qafqaz ordusunun baş 
komandanı təyin edilmişdi. I Aleksandrın bu vəzifəyə knyaz P.Sisianovu təyin etməsi təsadüfi deyildi. Mənşəcə 
gürcü olan bu knyaz II Yekaterinanm göstərişilə vaxtilə V. Zubovun yürüşündə  iştirak etmiş, 1796-1797-ci 
illərdə Bakı qalasının komendantı olmuşdu. 
İran bu siyasətlə razılaşmayaraq, Avropa dövlətlərinin köməyinə arxalanmaqla Gürcüstanı Rusiya 
hakimiyyətindən qurtarmağa çalışır, antirus hərəkatına yardım göstərirdi. 
Azərbaycan xanlıqları ilə dil tapmağa xüsusi diqqət verilirdi. 1802-ci ildə  İrana tabe olmaq haqqında 
Qarabağ və Ba-kı xanlıqlarına təkliflər edildi. 
I Aleksandrın tapşırığı ilə Sisianov 1802-ci ilin dekabrında Georgiyevskdə xanlarla danışıqlara başladı. 
Görüşə Quba, Dərbənd, Talış xanları  və Dağıstanın bəzi hakimləri gəlmişdilər. Bakı xanı görüşə  gəlmədi. 
Dekabrın 26-da imzalanmış müqaviləyə görə onu imzalayan xanlar və hakimlər aralarındakı düşmənçiliyi, 
narazılığı, mübahisələri və s. kənara qoymalı və ara müharibələri aparmamalı, ortaya çıxan mübahisələr yalnız 
dinc yolla həll edilməli idi. İranın hücum edəcəyi halda ona qarşı birgə  çıxış etmək ayrıca göstərilirdi. 


 
105
Müqavilədə ticarətin inkişaf etdirilməsindən, dənizçiliklə bağlı məsələlərdən və s. bəhs olunurdu. 
1803-cü ildə Bakı xanlığı ilə belə bir müqavilə imzalandı. 
Georgiyevsk müqaviləsi bağlandığı vaxtdan əhəmiyyətsiz bir sənədə çevrildi. Müqaviləyə qoşulan 
xanlıqlar İranın deyil, məhz Rusiyanın təcavüzünə məruz qaldılar. Ona görə Georgiyevsk müqaviləsi qüvvəsini 
itirdi. 
Çar Rusiyası ayrı-ayrı xanları öz tərəfinə  çəkmək, onları himayəsi altına almaqla yanaşı, işğalçı 
qoşundan da istifadə etmək fikrindən daşınmamışdı. Gürcüstandan Şərqə Azərbaycanın əsas xanlıqlarına doğru 
qoşunların irəliləyəcəyi yolun üzərində böyük hərbi-strateji əhəmiyyəti olan Car-Balakən camaatları idi. 1803-
cü ilin yazında rus qoşunları general Qulyakovun komandanlığı altın-da Alazan (Qanıq) çayı keçidində  və 
Balakən yaxınlığında da Car-Balakən camaatını məğlubiyyətə uğratdılar. Balakəni tutub viran etdilər. Sonra isə 
Car camaatı müqavimət nəticə-sində Balakənin başına gətirilmiş  fəlakəti nəzərə alaraq, martın 29-da 
müqavimətsiz təslim oldu. Aprelin 12-də Tiflisdə Rusiya və Car-Balakən arasında "andlı öhdəlik" imzalandı. 
Car-Balakən camaatının nümayəndələri Tiflisə  gələrək Rusiyanın ali hakimiyyətini qəbul etmək barəsində 
müqaviləni imzaladılar. Bu müqaviləyə görə Car-Balakənlilər hər il çar xəzinəsinə 220 pud ipək verməli, Tiflisə 
girovlar göndərməli, Car-Balakəndə rus qoşunlarını yerləşdirməli idilər. Rusiya hökuməti Car-Balakən 
camaatının daxili idarə işlərinə qarışmayacağını  vəd etmişdi. 
Car-Balakənin tutulması Azərbaycanın sonrakı  işğalını nisbətən asanlaşdırdı. Təsadüfi deyildir ki, 
Sisianov Xarici işlər kollegiyasına bu qələbənin "xüsusi diqqətəlayiq olduğunu" yazmışdı. 
"Andlı öhdəliyin"  şərtləri Car-Balakən üçün ağır olduğundan onu yerinə yetirmək çətin idi. Rusiya 
müəyyən edilmiş ipəyi vaxtında ala bilmirdi. Bu da Sisianovun Car-Balakən camaatına hədələyici məktublar 
yazmasına səbəb oldu. Lakin bu onunla kifayətlənməyərək yenidən hərbi müdaxiləyə  əl atdı. Qulyakov 2500 
nəfərlik qüvvə ilə 1804-cü il yanvarın əvvəllərində yenidən  Car-Balakənə yürüşə başladı. Əhalinin tərk etdiyi 
Car tutuldu. Qulyakov camaatın müqavimətini qırmaq üçün təqiblərə başladı. Lakin 1804-cü il yanvarın 15-də 
carlılar tərəfindən öldürüldü. Vəziyyəti belə görən Sisianov Car-Balakən camaatı ilə barışıq bağladı. Car-
Balakəndən sonra İlisu sultanlığı da Rusiyanın təbəəliyinə keçməyə məcbur oldu. 
 Cavad xan Rusiyaya birləşməyin  əleyhinə idi, o xanlığı müstəqil idarə etməyi israr edirdi. Bu isə 
Rusiya hökumətini təmin etmirdi. Cavad xanın dövründə Qazax, Şəki,  Şəmşəddil və başqa yerlər Gəncə 
xanlığına daxil edildi. O, Qarabağ ilə münasibəti sahmana saldı. Cavad xan sədaqət rəmzi olaraq bir qızını və 
oğlunu İbrahimxəlil xanın yanına göndərdi. II İrakli daim Gəncəyə sahib olmağa can atırdı, yerli feodallar isə 
onu sıxışdıranda, Cavad xandan imdad gözləyirdi. Gürcüstan Rusiya dövlətinin himayəsinə keçəndə Şəmşəddil 
barədə general Georgi ilə Cavad xanm sözləri çəp düşdü. Lazerevin başçılığı ilə Gəncəyə qoşun gəl-di. Cavad 
xan bildirdi ki, həm ruslarla, həm də gürcülərlə dostluq münasibətləri saxlamaq istəyir, bircə  şərtlə-gərək rus 
qoşunu Şəmşəddildən çıxıb getsin. Sonra P. D. Sisianov gəldi. Qafqazdakı rus qoşunlarının başçısı təyin edilmiş 
və burada çarizmin müstəmləkə siyasətini zor gücünə həyata keçirən general P.D. Sisianov Gəncəni zəbt etməyə 
xüsusi  əhəmiyyət verirdi. O, Gəncəyə yürüş üçün məqam axtarırdı. Lazarev iki nəfər erməninin məktubuna 
əsaslanaraq 1803-cü il yanvarın 9-da Sisianova yazırdı ki, "Bütün Gəncə erməniləri rus ordusunun gəlişini 
səbirsizliklə gözləyirlər.  Gəncə xanının ehtiyat tədbiri yalnız ondan ibarətdir ki, əmrlə hər gün Şəmkirədək on 
nəfərlik süvari mühafizə  dəstəsi yola nəzarət edir". Deməli, Lazarev rəsmi  şəkildə bildirirdi ki, ermənilər 
Gəncəyə yadların gəlişini səbirsizliklə gözləyirlər. Üstəlik xəbər verirdi ki, qorxmayın yollarınız açıqdır, vur-tut 
onca nəfər yola göz qoyur. 
Onda Cavad xan hələ ruslarla səmimi qonşuluq, dostluq arzusunda idi. Öz sözünü Sisianova açıqca 
bildirmirdi. 1803-cü il fevralın 25-də Sisianov Cavad xana ilk məktubunda yazırdı:"...Sizi və sizin xalqı rus 
imperatoru öz himayəsinə götürür. Şərafətli etimadmızın...ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə 
alaraq yüksək mənsəbli böyük oğlunuzu - Uğurlu ağanı bir əmanət kimi Tiflisə göndərəydiniz". Cavad xan ona 
ikibaşlı bir cavab yazdı. Sisianov gördü ki, Cavad xan xoşluqla ipə-sapa yatmayacaq, Gəncəyə yürüşə 
hazırlaşdı. 1803-cü il noyabrın 29-da Şəmkirə çatdı və Cavad xana təcili məktub yazdı:"...Gəlmişəm ki, şəhərini 
Avropa adəti üzrə tutam... Sizdən ikicə söz tələb edirəm, birini seçin:"Hə", yaxud "yox". 
Cavad xan elə  həmin gün Sisianova ətraflı cavab yolladı. (29 noyabr, 1803-cü il). Məktubda 
deyilirdi:"...Müharibə etmək istəyirsənsə  mən hazır. Mənə müharibəyə hazır olmaq təklif edirsən? Sən 
Şəmşəddilə girən gündən döyüşə hazıram. Savaşmaq istəyirsənsə savaşaq, hədələyirsən ki, təklifini qəbul 
etməsəm bəlaya düçar olaram. Əslində bədbəxtlik səni Peterburqdan izləyə-izləyə bura çəkib gətirib. Bunu za-
man, bir də davanın özü göstərəcək". 
1803-cü il noyabrın 30-da Sisianov Gəncə ermənilərinə müraciət etdi:"... Hamımızı  əmin edirəm ki
Ümumrusiya tac-taxtının müdafiəsi üçün qalxan hər kəs özünün və  əmlakının təhlükəsizliyinə tam təminat 
alacaq, müsəlmanların soyğun çuluğundan, hər cür təqib və  sıxışdırmalardan canımız qurtaracaq. Sizə 
Gürcüstanın hər hansı bir guşəsində Rusiya dövlətinin sakini kimi asudə yaşamaq hüququ veriləcəkdir". 
...Sisianov az sonra 1803-cü ilin dekabrında təslim olmaq barədə Cavad xana ultimatum verdi. Cavad xan dərhal 
məktub yazdı; bildirdi ki, şəhərin təhvil verilməsi barədə xam xəyal-dan  əl çək. Gəncəyə yalnız meyidinin 
üstündən keçə bilərsən. Bildin? Mən öləndən sonra. Özgə cür yox". Rus qoşununun tərkibində 11 topu olan 6 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə