A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   72

 
102
Lakin, onu da qeyd etmək lazımdar ki, Cavad xanlığı XVIII əsrdə baş vermiş hadisələrlə ayaqlaşa 
bilmirdi. Belə ki, Cavad xanlığı nə döyüşkən şahsevən koçəriləri ilə, nə də Qaradaq, Ərdəbil köçərilərinə qarşı 
mübarizə apara bilmirdi. Tez-tez onların hücumlarına məruz qalan Cazad xanlığının möhkəm bir müttəfiqə 
ehtiyacı var idi. O, belə bir müttəfiqi Fətəli xanın şəxsində görürdü. Beləliklə, yuxarıda göstərildiyi kimi, 1768-
ci ildən Cavad xanlığı Quba xanlığının vassalığanı qəbul etməli olmuşdur. 
Muğanın Cavadla birlikdə Quba xanlığına birləşdiriməsini  Fətəli xanın II Yekaterinaya göndərdiyi 
məktubundan da aydın görmək olar. 
Quba xanlığına birləşdiriləndən sonra Cazad xanlığı Fətəli xanın hərbi yürüşlərlərində fəal iştirak edir. 
O, hətta 1769-cu ildə  Şamaxıda Fətəli xana qarşı hazırlanmış bir sui-qəsdin qəsdin ləğv edilməsinə xüsusi 
xidmət göstərmişdir.. 
Cavad xanı Quba xanın ən inanılmış adamlarından biri idi O, hətta Quba xanlığının gizli məclislərində 
də iştirak etmək hüququnu qazanmışdı. 
Şamaxı, Cavad xanlıqlarının va Muğanın Quba xanlığına birləşdirilməsini Fətəli xanın gələcək 
planlarının həyata keçirilməsi işində böyük əhəmiyyəti olmuşdur
Şamaxı və Cavad Azərbaycanın şimal və cənub xanlıqları üzərinə gələcəkdə olacaq yürüşlər zamanı əsas dayaq  
nöqtəsi təşkil etməli idi. 
Şamaxı xanlığı Quba xanlığına uzun sürən müharibələrin nəticəsində silah gücünə tabe edildiyi halda, 
Cavad xanlığının birləşməsi isə tamamilə başqa xarakterdə olmuşdur. Yəni o, könüllü birləşmişdi. 
Göründüyü kimi, XVIII əsrin ikinci yarısında Quba xanlığı  Dərbənddan Cavada qadər Azərbaycanın 
şimal-şərq torpaqlarını öz hakimiyyəti altında birləşdirilşdi. Qubalı  Fətəli xan öz torpaqlarını genişləndirmək 
uğrunda mübarizədə əsas eitibari ilə xırda və orta feodallara arxalanırdı. 
Fətəli xanın siyasəti həm də  fеodal ara müharibələrinə nifrət edən oturaq əkinçi  əhali tərəfindən 
müəyyən dərəcədə müdafiə olunurdu. 
Tacirlər də Fətəli xanın belə xarici siyasətinə tərəfdar idilər. Çünki, onlar başa düşürdülər ki, ölkənin 
qüvvətli bir hökmdar hakimiyyəti altında birləşməsi həm daxili, həm də xarici ticarətin inkişafı ücün geniş 
imkan yaradar. 
Bələliklə, XVII əsrin ikinci yarısında  şimali-şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi işində 
Qubalı Fətəli xanın xüsusilə böyük xidmətləri olmuşdur. 
XVIII  əsrin ikinci yarısında feodal müharibələrinin qızğın bir dövründə  və xarici vəziyyətin belə bir 
gərgin vaxtında heç kəs Fətəli xan kimi bu cür qalibiyyət əldə edə bilməzdi. Fətəli xan bu müvəffəqiyyətilərə 
ancaq öz bacarığı, zəkası  və  cəsarəti sayəsində nail ola bilmişdi. Ona görə  də xalqımız onu sevir və adını 
tarixlərlə iftixarla qeyd edir. 
Doğrudur, Fətəli xan Azərbaycanı tam mənası ilə birləşdirə bilmədi, ancaq o, bu işdə ilk dəfə böyük bir 
təşəbbüs göstərdiyindən onun fəaliyyəti mütərəqqi hesab olunur. 
Bəzi tarixçilər onu bir zülmkar kimi qələmə verməyə çalışırlar. Fətəli xan həqiqətən də öz düşmənlərinə 
qarşı  qədar idi. Əgər onda bu sifətlər olmasaydı, onun xanlığı bu qədər geniş sahəyə malik ola bilməz və ya 20 -
yə qədər böyük, xırda feodalları itaətdə saxlamay bilməzdi. 
O, belə hərəkət etməsəydi, xain və hiyləgər düşmənlər onu tezliklə aradan qaldıra bilərdilər. Fətəli xan 
ehtiyatla dolandığından düşmənlərin düzəltdiyi sui-qəsd də baş tutmurdu. 
Fətəli xan bəzi feodal hakimlərdən fərqli olaraq dini məsələlərə fikir vermirdi. O, yəhudi, sünni və şiə 
məzhəblərinə mənsub olanların hamısı bir gözdə görür və akademik Qmelinin yazdığı kimi «sünniləri də şilərəi 
sevdiyi qədər sevir. Hər ikisinə də meyl edir… Fətəli xanın rəftarına görə yaxın tanışlar onun bu məzhəblərə aid 
olan qanunları qəbul etmədiyini təsdiq edirlər».  
 
Fətəli xan Azərbaycan tarixində unudulmaz bir simadır. Azərbaycanın birləşdirməyə  və müstəqil bir 
dövlət yaratmağa təşəbbüs edən  Şirvanşah  İbrahim və  Şah  İsmayıl Səfəvi kimi məşhur dövlət xadimlərinin 
sırasında qubalı Fətəli xanın da adı hörmətlə göstərilir. 
Beləliklə, Fətəli xan Azərbaycanın Dərbənd, Bakı, Salyan, Şəki, Şirvan kimi mahallarını Quba ətrafında 
birləşdirərək möhkəm və vahid bir Azərbacyan dövləti yarada bildi. Bundan başqa vaxtilə Dərbəndə tabe olan 
Müşkür,  Şabran, Beşbarmaq və Qazıqumux və Tabasaran hökmdarları, Talış  və Gilan xanları, Avar, Şamaxı 
feodalları Fətəli xana tabe oldular. 
Cənubi Azərbaycanın Təbriz, Qaraba, və  Ərdəbil kimi qüvvətli xanlıqları, Fətəli xanla hesablaşmalı 
oldular. Beləliklə, Fətəli xan otuz illik mübarizə  nəticəsində  şimal-şərqi Azərbaycan torpaqlarını vahid bir 
dövlət ətrafında birləşdirməyə müvəffəq oldu. 
 
Mövzuya dair suallar 
1.
 
XVIII əsrin  ortalarında Cənubi Qafqazda beynəlxalq şərait 
2.
 
Osmanlı, İran və Rusiya dövlətlərinin Cənubi Qafqazla bağlı planları 
3.
 
Azərbaycan xanlıqlarının yaranması və beynəlxalq nəticələri 
4.
 
Quba, Şəki və Qarabağ xanlıqlarını Azərbaycanı birləşdirmək siyasəti 


 
103
5.
 
Quba xanlığının Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri 
6.
 
İki rus-türk müharibəsinin Cənubi Qafqazda siyasi vəziyyətə təsiri 
7.
 
İranın Azərbaycanı ilhaq etmək siyasəti və uğursuzluğu 
8.
 
Qubalı Fətəli xanın Şimal-şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi və beynəlxalq nəticələri 
9.
 
Parçalanmanın Azərbaycan faciəsində yeri 
 
Ədəbiyyat 
1.
 
Azərbaycan tarixi üzrə qaynaqlar. B., 1989 
2.
 
Azərbaycanın Rusiya ilə birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri. B., 1956 
3.
 
Bakıxanov A.. Gülüstani-İrəm. B., 1951 
4.
 
Əfəndiyev O. Azərbaycan Səfəvi dövləti. B., 1993 
5.
 
Əliyev F. XVII əsrin birinci yarısında Azərbaycanda ticarət. B., 1985 
6.
 
Hacınski İ. Qubalı Fətəli xanın həyatı. B., 1969 
7.
 
Həsınaliyev Z.M. Səfəvi dövləti (XVII əsrin I yarısı). B., Altay, 2000 
8.
 
Mahmudov Y. Səyyahlar, kəflər, Azərbaycan. B., 1985 
9.
 
Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Bakı, 1959 
10.
 
Mirzə Adıgözəlbəy- Qarağanamə. B., 1950 
11.
 
Nəcəfli G.C. Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVİİİ  əsrin II yarısı). 
B., 2002 
12.
 
Абдуллаев Г. - Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Б.,1965 
13.
 
Абдуллаев  Г.  Из  истории  Северо-восточного  Азербайджана  в 60-80-х  годах XVIII вв.  Б., 
1958; 
14.
 
Дружинин Е. Кючук- Кайнаржинский мир. М., 1955 
15.
 
Петрушевский И.П. Очерки по истории феодальных отношение в Азербайджана и Армении в 
XVI в. начале  XIXв. Л., 1949 
16.
 
Рахмани А.А. Азербайджан в конце XV и XVII веке (1590-1700). Б., Элм, 1991 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə