A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   72

 
96
Ümumiyyətlə, XVIII əsrin  əvvəllərində Azərbaycanın demək olar ki, bütün ərazisi  İran  əleyhinə 
çevrilmiş hərəkatla əhatə olunmuşdu ki, bu hərəkət çox vaxt xanların qüvvətli antifeodal çıxışları ilə birləşirdi. 
Əsrlər boyu siyasi azadlıq və vahid dövlət yaratmvaq uğrunda fədəkarcasına mübarizə aparan 
Azərbaycan xalqı XVIII əsrin ikinci yarısında obyektiv ictimai-iqtisadi səbəblərin nəticəsində bir neçə feodal 
xanlıqlara parçalandı. 
Bütün tarixi boyu bu xanlıqlar arasında mənafe uğrunda uzun-uzadı müharibələr olmuş  və bunun 
nəticəsində xalq təsərrüfatı dağılmış, kəndlilər talan olunmuş, ticarət zəifləmiş  və  kəndli kütləsi yoxsul hala 
düşmüşdü. 
XVIII  əsrin ikinci yarısında Azərbaycan iqtisadi tənəzzül dövrü keçirirdi. Bu dövrdə feodal 
münasibətləri Azərbaycanda məhsuldar qüvvələrin inkişafına daha çox əngəl törədirdi. 
Natural təsərüatın hökm sürməsi, ölkənin ayrı-ayrı vilayətlərinin iqtisadi dağınıqlığı, ictimai əmək 
bölgüsünün hələ də aşağı səviyyədə olması, feodalların xeyrinə çoxlu məhsul rentası toplanması - bütün bunlar 
əmtəə istehsalının inkişafına və daha yüksək istehsal formalarına keçməyə mane olurdu.  
Bəhs etdiyimiz dövrdə Azərbaycanda məhsuldar qüvvələrin ümumi durğunluğu  şəriatində  kənd 
təsərrüfatı hələ də ağır vəziyyətdə qalmaqda idi. Xaricilərin basqınları və daxili vuruşmalar nəticəsində suvarma 
şəbəkəsi dağılmış, becərilən torpaqların sahəsi xeyli azalmışdı. 
XVIII  əsrin ikinci yarısında Azərbaycan iqtisadiyyatında  əvvəllərdə olduğu kimi əhalinin  əsas 
məşğuliyyəti yenə  də  əkinçilik və maldarlıqdan ibarət idi. Əhalinin  əksəriyyəti kənd təsərrüfatı ilə  məşğul 
olurdu. 
Təsərrüfatda əmələ gəlmiş ixtisaslaşma zəif olsa da, hələ XVIII əsrdə də davam edirdi. Məsələn, buğda 
və apra becərilməsi üçün əlverişli  şəraitə malik olan Quba, Qarabağ,  Şamaxı xanlıqlarında  əkinçilik nisbətən 
yaxşı vəziyyətdə idi. Talış və Bərgüşad düyü becərilməsi ilə məşğul olurdu.  
İqlim  şəraiti çətin olan Abşeronda əkinçilik və maldarlıq zəif inkişaf etmişdi. Ona görə də, Abşerona 
dənli bitkilər başqa yerlərdən gətirilirdi. Mənbələrin verdiyi məlumata görə  o zaman Abşeronda zəfəran 
yetişdirilməsi daha geniş yayılmışdı. Abşeronda həmçinin üzümçülük və ipəkçilik də geniş yayılmışdı. Nadir 
şahın hakimiyyətinin sonlarına doğru burada neft daşınması  dəniz yolu ilə Rusiya istiqaməti istisna olmaqla 
demək olar ki, dayanmışdı. 
Gəncə, Şamaxı, Təbriz, Şəki və Qəbələ ipəkçiliyin əsas mərkəzi kimi qalmaqda idi. Salyanda əhalinin 
həyatında balıq ticarəti mühüm yer tuturdu. Bu rayonlarda pambıqçılıqla son dərəcə məhdud miqyasda məşğul 
olurdular. 
Balıqçılıqdan daha çox mənfəət götürülürdü. XVII əsr səyyahlarından M.Biberştyen uol qeydlərində 
göstərirdi ki, «Kürdə balıq tutulmasından əldə edilən gəlir… 50 min gümüş manat təşkil edir». 
Əkinçilikdə isə bu dövrdə Ön Asiya üçün xarakterik olan bəsit texnikadan istifadə olunurdu. Əsas 
əkinçilik alətləri xış  və ketman idi; torpaq əsasən öküzlərin vasitəsilə becərilirdi. Kəndlilərin  çoxunun iş 
heyvanının olmaması, süni suvarma imkanlarının son dərəcə  məhdudluğu,  əkinçilik texnikasının olduqca geri 
qalması - bütün bunlar Azərbaycanın kənd təsərrüfatının inkişafına ciddi əngən törədirdi.  
Qubanın təbii  şəraiti  əkinçiliyin, maldarlığın və xüsusilə bağçılığın inkişafı üçün böyük imkanlar 
yaratmışdı. M.Biberşteyn Quba xanlığının ərazisində məhsuldarlığın qismən yüksəlişinin səbəbi kimi dağ ətəyi 
sahələrə  malik olduğunu göstərmişdir. 
XVIII  əsrin ikinci yarısında Azərbaycanın iqtisadiyyatında maldarlıq  əkinçilikdən sonra ikinci yer 
tuturdu. Ancaq bir çox yerlərdə maldarlıq əhalinin məişətində əsas yer tuturdu. 
Köçərilərin arasında feodallaşma prosesi çox ləng gedirdi. Azərbacyan kəndlilərinin əksər hissəsi eyni 
zamanda «… həm maldarqıla və  həm də  əkinçiliklə  məşğul olurdular. Bu kimi təsərrüfat sahələri  əsasən 
Qarabağ, Şamaxı, Təbriz və Naxçıvan xanlıqlarında geniş yayılmışdı. 
XVIII əsrin ikinci yarısında Azərbaycanın feodal xanlıqlara parçalanması təsadüfi hal olmayıb, əksinə 
dərin iqtisadi, ictimai köklərə malik olmuşdur. Tədqiqatçılar yazırlar ki, əgər iki yüz ildən çox davam etmiş 
(1502-1736) Səfəvilərin dövründə güclü idarə sistemi yaradılmışdısa, Nadir şah dövründə (1736-1749) möhkəm 
mərkəzləşdirilmiş idarə sistemi kiçik bir mərhələ təşkil etmişdir. 
XVIII əsrin 40-cı illərndə İranda və Cənubi Qafqazda feodal parçalanma prosesinin ən kəskin vaxtı idi. 
belə tarixi prosesin nəticəsində Azərbaycan xanlıqlarının meydana gəlməsi üçün də zxəmin yaradılmışdı. 
İlk Azərbaycan xanlıqlarının meydana gəlməsi XVII əsrin sonralarına təsadüf edilir. O zaman Quba və 
Talış xanlıqları mövcud idi. Həmin xanlıqlar irsi hakimlər tərəfindən idarə olunur və ölkə adlanırdı.  
Azərbaycan  İran  əsarətindən xilas olandane sonra yəni XVIII əsrin ortalarına yaxın bir çox xanlıqlar, 
kiçik feodal hökmdarlıq, sultanlıq və məliklər var idi.  
Kürlə Araz arasında olan ərazi də Qaraba xanlığı, Zəngəzurdan Araza kimim olan sahədə Naxçıvan, 
Murovdağla Kür çayı vadisində gəncə xanlığı yaranmışdı. 
Şirvan  ərazisində  mərkəzi  Şamaxı olan Şamaxı, Kür çaüyı boyunca isə Cavab xanlıqları yarandı. 
Bunlardan  əlavə  Xəzər dənizinin qərb sahillərndə  Dərbənd, Quba, Bakı, Salyan və Talış xanlıqları meydana 
çıxdı. 


 
97
Xanlıqlarla yanaşı Azərbaycanda daha kiçik feodal hokmdarlıqlar – İlisu-Ərəş, Qurtqaşen, Qazax və 
Şəmsəddil sultanlıqları, Dağlıq Qarabağda isə Bərənd və Xaçın, Qrabert, Gülüstan, Dizaq malikanələri var idi. 
Sultanlıqlar və məliklər, adətən xanlıqlardan asılı idilər. Məsələn, Qutqaşen, Ərəş və İlisu sultanlıqları 
Şəki xanından, Dağlıq Qarabağın məlikləri Qarabağ xanlığından asılı idilər. 
Azərbaycan xanlıqları  İran hakimləri ilə mübarizə  nəticəsində meydana çıxmışdı. Nadir şahın 
ölümündən sonra, Azərbaycanda olan İran hakimləri qovuldular. Xalq kütlələrinin çıxışından istifadə edən 
hakimlər hakimiyyəti öz ələrinə keçirərək özlərini xan adlandırırdılar: özlərinə məxsus pulları, çəkiləri, ölçüləri 
olan bu xanlar öz bildikləri kimi də xanlığı idarə edirdilər. 
A.Bakıxanov yazır ki, Nadir şahın ölümündən sonra hətta  şahdan nəslən asılı olan hökmdarlar da 
müstəqillik  əldə etdilər. Məsələn, Quba xanı Hüseynəli xan və  Gəncə xanı  Şahverdi xan əvvəllər  İran 
feodallarından asılı olduqları halda, Nadir şahın ölümündən sorra müstəqil, tam hakimiyyətə malik xanılıqlar 
yaratdılar. 
Azərbaycan xanlıqları içərisndə  ən qüvvətlisi  Şəki, Qarabağ  və Quba xanlıqları idilər. Azərbaycanda 
belə çox xanlıq və digər feodal hökmdarlığın meydana çıxması ölkənin ayrı-ayrı vilayətləri arasıda sabit ictimai 
əlaqələrin olmaması, natural təsərrüfatın hökm sürməsi, habelə iri feodalların bu və ya digər ərazi üzərində öz 
hakimiyyətini qurmağa cəhd etmələri idi. 
Tarixi sənədlərə əsaslanaraq Azərbaycanda xanlıqların meydana gəlməsi səbəblərini araşdırmaq xüsusi 
əhəmiyyət kəsb edir. Diplom işində  əsas vəzifə Azərbaycanda qüvvətli xanlıqların biri olan Quba xanlığının 
tarixini tədqiq etməkdir. 
Azərbaycanın zəngin vilayətlərindən biri olan Qubanın münbit torpaqları müxtəlif kənd təsərrüfatı 
bitkiləri becərməyə imkan verirdi. Onu da qeyd etmək lazımdır ki, Quba Azərbaycan, Dağıstan, Şimali Qafqaz 
və Cənubi rus torpaqları ilə birləşdirən mühüm ticarət yolu üzərində yerləşmişdi. 
Bu xanıq hələ XVII əsrin sonlarında yarı müstəqil ölkə halında fəaliyyət göstərmişdi. Həmin vaxt onun 
tabeliyində Salyan və Kulqan ərazisi də var idi.  İlk Quba xanı Hüsenəli olmuşdu.    
Tarixi sənədlərdə onun anadan olduğu il 1689-cu il qeydə alınmışdı. Hüseynəli xan Nadir şaha xidmət 
edərək, mənbələrin tədqiq etdiyi kimi, «öz ata-babalarının irsini və  ləyaqətini» saxlaya bilmişdi. Nadir şahın 
ölümündən sonra İranda feodal çəkişmələri başlandığı dövrdə o öz hakimiyyətini daha da möhkəmləndirmişdi.  
Həmin dövrdə Quba xanları böyük hüquqa- səlahiyyətə malik idi. Onlar hətta müstəqil fərmanlar da verirdilər.  
1721-1722-ci illərdə Quba xanlığının müvəqqəti olaraq Qazı qumuqlu Surxay xan və Müşkürlü Hacı 
Davud tərəfindən tutulmuşdu.  
Türkiyə xanlığının bir hissəsi Nügədi, Rustav, Xınalıq və s. kəndlərə keçdi. 
 Quba  xanlığının sonrakı tarixi Rusiya ilə  sıx  əlaqəli bir şəriatdə keçmişdi. I Pyotrun dövründə olan 
səfərlərin nəticəsində Quba xanlığı Rusiyanın himayəsində olmuşdur. 1727-ci ildə Rusiya ilə Türkiyə arasında 
sərhəd məsələlərinin nəticəsinə görə Şabran, Rustav, Beşbarmaq, Müşkür, Xudat Rusiyanın himayəsinə keçdi. 
Həta çar hökuməti Rustavda qarnizon saxlamaq üçün bir qala da tikdirmişdi. 
Rusiya himayəsinə keçəndən sonra Hüseyəli xan xanlığı idarə etmək üçün naib təiyn edilir. Ölkənin 
vergiləri xanın adamları  tərəfindən yığılırdı. Lakin tərəflər arasında  şərtləşməyə görə xan Rusiyanın 
müharibələrinə də hər şeylə kömək etməli idi.   Belə bir fatk isə Quba xanlığının Rusiyadan vasallıq asılılığna 
sübutdur. 
Tarixi mənbələrdə Quba hakimləri tərəfindən ticarət haqqında Rusiya ilə bağlanmış müqavilənin necə 
yerinə yetirilməsi haqqında çoxlu faktlar vardır. 
Genişlənmiş Quba xanlığına Samur ətrafı sahələr də daxil edilmişdi. Həmin yerlərdə olmuş Qmelin 
Gülqan və Axtıpara kimi yerlərin də Quba xanlığına məxsus olduğunu göstərmişdi. 1756-cı ildə Quba 
xanlığının himayəsinə keçmiş Salyan XVIII əsrin ikinci yarısında xanlığın əsas siyasi dayağı və gəlir mənbəy 
idi. Salyanın Quba xanlığı ilə b irləşdirilməsi nəticəsində  həsənabad, Rüdbər, Səfi xan, Salyan limanı  kənd 
təsərrüfatı rayonları xalqın ixtirarına keçdi. 
Şamaxı xanlığı üsündə Quba və  Şəki xanları arasında mübarizə başlandı. Hüseynəli xan Şabran 
vilayətində Muğandan, Dərbənddən və  Şirvandan çoxlu əhali köçürdü. Quba xanlığı  hər vasitə ilə 
möhkəmlənməyə və geniş əraziyə malik olmağa çalışırdı. 
Quba xanlığının yaranması  və onun möhkəmlənməsində onun mərkəzinin, yəni xanın iqamətgahının 
harada yerləşməsinin böyük əhəmiyyəti vardı. Mənbələrdə və səyyahların verdiyi məlumatlarda müxtəlif fikirlər 
vardır.  
Məsələn, xan iqamətgahının Xudatdan Quba qalasında köçürülməsi haqqında «Qafqaz təqvimində» belə 
məlumata rast gəlirik. «Qubalı Hüseynəli xan 1747-ci ildə iqamətgahını Qudyal çayının sahilinə keçirdi». 
İ.P.Petruşevski isə Quba xanlığının iqamətgahının Xudat olduğunu, sonra isə 1735-ci ildən yenidən 
əsası qoyulmuş Qubanın olduğunu, Bakıxanov isə iqamətgahın Xudatdan Qubaya köçürülməsinin 1748-ci ilə 
aid olduğunu göstərir. 
Beryozin yazır ki, quba xanlığının iqamətgahı Xudatdan başqa bir yerə köçürülməmişdi. Quba şəhəri 
çoxdan tikilmiş və balaca idi. Hüseynəli xan şəhəri yenidən bərpa edərək onu şmali-şərqi Azərbaycanın siyasi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə