A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
115
 1855-ci 
ilin 
oktyabrında Fransa ilə Rusiya arasında qeyri-rəsmi və qeyri-leqal danışıqlar başladı. Lakin 
rus diplomatlarının ehtiyatsızlığı üzündən danışıqlar çox tezlilə qırıldı. Hadisələrin kulminasiya nöqtəsi 1855-ci 
il dekabrın 2-də Avstriyanın Rusiyaya “5 bənddən ibarət ultimatumu” oldu.  
 Ultimatumun 
şərtləri III Napoleonun 4 bəndindən daha ağır idi. Lakin notadan fərqli olaraq ultimatuma 
vaxt qoyulmuşdu. Onun qəbul edilməyəcəyi təqdirdə Avstriya Rusiyaya qarşı müharibəyə başlaya bilərdi. 
Hakimiyyətə yeni gələn I Aleksandr 1856-cı il yanvarın 1-də ultimatumun Dövlət  Şurasında müzakirəsini 
keçirdi. 9 nəfərin iştirakı ilə keçirilən müzakirələr zamanı general Buludovdan başqa bütün üzvlər ultimatumun 
qeyd-şərtsiz qəbul edilməsinə razılıq verdilər.  
 Rus 
diplomatiyasının gərgin səyi nəticəsində Avstriyanın müharibənin nəticələri ilə bağlı Vyanada 
beynəlxalq konqresin keçirilməsi təşəbbüsü baş tutmadı. Konqresin 1856-cı il fevralın 25-dən Parisdə 
keçirilməsi qərara alındı. Paris konqresinə sədrliyi I Napaleonun qrafinya Valevskyadan olan oğlu qraf Valevski 
başçılıq edirdi ki, bu da Rusiyanın mövqelərinin möhkəmlənməsinə böyük təsir göstərmişdi. Rus nümayəndə 
heyətinə qraf Orlov və Brunnov daxil idilər.  
 
Paris sülh konqresi bir neçə sənədin imzalanması ilə başa çatdı. Bunların içərisində sülh müqaviləsinin 
mətni, Rusiya ilə Türkiyə arasında konvensiya əsas yer tuturdu. Sülhün şərtlərinə görə, Qara dəniz 
neytrallaşdırılır, müharibə  və sülh dövründə boğazlar ticarət və  hərb gəmilərinin üzünə açıq elan olunur, 
Rusiyanın sahil istehkamları sökülür, Rusiya və Türkiyəyə Qara dənizdə  hərbi donanma saxlamaq qadağan 
edilirdi.  
 
Xüsusi konvensiyaya görə, Rusiya və Türkiyəyə qaçaqmalçılığa qarşı mübarizə  məqsədilə 10 kiçik 
hərbi gəmidən ibarət hərbi dəniz qüvvəsi saxlamağa icazə verilirdi. Əslində Paris konqresi İngiltərə  və 
Avstriyanın nəzərdə tutduqlarının reallaşmasına imkan vermədi. Çünki nə Balkanlarda, nə  də Türkiyənin 
Avropa hissəsində ciddi ərazi dəyişiklikləri həyata keçirilmədi.  Bununla belə, A.Qorçakov Paris sülh 
müqaviləsini «Rusiyanın tarixində ən biabırçı ləkə» adlandırmışdı.  
 
Mövzuya dair suallar: 
1.
 
Krım müharibəsi ərəfəsində beynəlxalq vəziyyət. 
2.
 
Knyaz Menşkovun Türkiyəyə səfəri və nəticələri. 
3.
 
Krım müharibəsinin başlanması. İngiltərə və Fransanın planları. 
4.
 
Krım müharibəsinə Avropa diplomatiyasının münasibəti. 
5.
 
Rusiyanın beynəlxalq aləmdən təcrid edilməsi və bunun müharibənin gedişinə təsiri. 
6.
 
Avstriya və Prussiyanın müharibəyə cəlb edilməsi ətrafında diplomatik mübarizə. 
7.
 
Qraf Orlovun Vyana səfəri. 
8.
 
III Napoleonun «dörd bəndi» və Avstriyanın ültimatumu. 
9.
 
Rusiyanın məğlubiyyəti və Paris sülh konqresinin çağırılması. 
 
Ədəbiyyat: 
1.
 
Виноградов В.Н. Британский лев на Босфоре. М., 1991  
2.
 
Виноградов К.В. Мировая политика 60-80-х годов XIX века. События и люди. Л., Изд. ЛГУ, 1991, 
168 с. 
3.
 
Восточный вопрос во внешней политике России. Конец XVIII – нач. ХХ в. М.,1978. 
4.
 
Дебидур  А.  Дипломатическая  история  Европы.  От  Венского  до  Берлинского  конгресса.  Т.I (1814-
1878). Ростов на Дону, 1995 
5.
 
Ибрагимбейли Х.М. Кавказ в Крымской войне 1853-1856 гг. и международные отношения. М., 1971 
6.
 
Иванова И.И. История Международных отношений от античность до конца первой мировой войны. 
Владивосток, 2001, ч. I 
7.
 
История внешней политики России. Первая половина XIX века. М., 1995  
8.
 
История дипломатии. Т. I М., 1959  
9.
 
Международные отношения на Балканах. 1830-1856. М., 1890 
10.
 
Нарочницкая Л. Россия и отмена нейтрализации Черного моря 1856-1871 гг. К истории восточного 
вопроса. М.,1989. 
11.
 
Российская дипломатия в портретах. М., 1992, ч. II 
12.
 
 Тарле Э. В. Крымская война. Соч., т. VIII-IX. М.,1959. 
 


 
116
XXI Mövzu 
 Almaniyanın birləşdirlməsi ətrafında diplomatik mübarizə 
və beynəlxalq nəticələri 
 XIX yüzilliyin ortaları üçün Avropada iki dövlətin birləşdirilməsi prosesi-Almaniya və  İtaliyanın 
birləşdirilməsi öz həllini gözləyən problemlərdin sırasında idi. 1815-ci il Vyana konqresinin məlum qərarına 
əsasən təsis olunmuş Alman İttifaqı Avstriya və Prussiya arasındakı rəqabət ucbatından bir neçə dəfə dağılmaq 
təhlükəsinə məruz qalmışdı. XIX yüzillyin ortalarında Almaniyanın birləşdirilməsi ətrafında Avstriya-Prussiya 
rəqabəti kifayət qədər kəskinləşmişdi. Lakin Rusiyanın Avstriyanı dəstəkləməsi problemin yenidən Avstriyanın 
xeyrinə  həll olunması ilə bitmişdi. Avropa hökmdarlarının da iştirakçısı olduqları 1851-ci il Olmyuts 
müqaviləsinin şərtlərinə görə, Alman İttifaqında Avstriyanın birinciliyi bərpa olunmuşdu. Rusiyanın hadisələrə 
təsiri Avropada tarazlığın saxlanıması məqsədi ilə edilmşidi. 
Bununla belə, Olmyuts müqaviləsindən sonra da Prussiyanın Almaniyanı öz ətrafında birləşdirməsi 
prosesini həyata keçirməsi ciddi maneələrlə qarşılaşırdı. Artıq məlum idi ki, Rusiya Almaniyanın birləşməsi 
prosesinə imkan verməyəcək. Buna nə Avstriya, nə Fransa, nə  də  İngiltərə imkan yaratmaq fikrində deyildi. 
Çünki Avropada yaradılmış tarazlıq Almaniyanın birləşdirilməsi prosesinin başa çatması ilə yenidən pozula 
bilərdi. Bunu isə ilk növbədə  İngiltərə  və Fransa istəmirdi. Çünki əks təqdirdə Fransanın milli maraqlarına 
təhlükə kimi onun sərhədləri yaxınlışında böyük dövlət yarana bilərdi. 
 Almaniyanın birləşməsi Otto Eduard Leapold fon Bismark Şenhauzenin adı ilə bağlı idi. O, XIX 
yüzilliyin yaşıdı idi, 1815-ci ildə yunker ailəsində anadan olmuş, yaxşı  təhsil görmüşdü. 1848-49-cu illər 
inqilabı ərəfəsində siyasət meydanına qədəm qoyan Bismark Avropa diplomatiyasının incəliklərini mənimsəmiş 
və Avropa siyasətində elə  dəyişikliklər etmişdi ki, F.Engelsin ifadəsinə görə, Bismarkdan sonra Avropa 
dövlətləri arasında ancaq qarşılıqlı etimadsızlıq qalmışdı. 1849-59-cu illərdə Bismarkın “tülkü yuvası” 
adlandırdığı İttifaq Seymində fəaliyyəti ona Avstriya, Fransa, İngiltərə və Rusiya diplomatiyasının incəliklərini 
öyrənməyə imkan vermişdi.  
Bismark Almaniyanın qarşısında duran ağır vəzifələrdən danışarkən hələ 1859-cu ildə rus diplomatı 
qraf Orlovla söhbətində demişdi ki, onu Almaniyaya qarşı Avropa dövlətlərinin «koalisiyaya koşmarı» ciddi 
narahat edir. Bismark öz son məqsədini ifadə edərək deyirdi: «Tarixdə alman xalqı deyilən şey yoxdur, bizim 
məqsədimiz Almaniyanı Prussiyanın içərisində əritmək və Prussiyanı Almaniyaya çevirməkdən ibarətdir».  
Almaniya  İttifaqında birincilik uğrunda mübarizə 60-cı illərin  əvvəllərindən etibarən Prussiyanın 
xeyrinə dəyişməkdə idi. Krım müharibəsindən sonra Avstriya Rusiya kimi etibarlı müttəfiqini itirmişdi ki, bu da 
Almaniyanın gələcək taleyində mühüm rol oynadı. Almaniya tarixində «İndemnitet haqqında qanun»un qəbulu 
prosesi kifayət qədər ağrılı  məsələlərdən biri idi. Prussiyaya Almaniyanın birləşməsini həyata keçirmək üçün 
hərbi islahatın keçirilməsi vacib idi. Lakin İttifaq Seymi hərbi nazir Albrext fon Roonun təklif etdiyi ordu 
quruculuğu  layihəsini iki dəfə rədd etmişdi. Yaranmış şəraitdə prus imperatoru I Fridrix Vilhelm 1861-ci ildə 
istefa verməyə hazırlaşdığını  bəyan etdi. Bismark bu dövrdə Peterburqda diplomatik poçtla bağlı problemləri 
öyrənirdi. Hətta rus çarı II Aleksandr ona Rusiyada qalıb xidmət göstərməyi təklif etmişdi.  
Hərbi nazirin təklif etdiyi layihənin uğursuzluğu Prussiyada bir sıra dəyişikliklə şərtləndirdi. O.Bismark 
Prussiyanın kansleri vəzifəsinə 1862-ci il sentyabrın ortalarında hərbi nazir Roonun təklifi ilə gətirildi.  Onun 
gördüyü ilk iş isə «Septenant haqqında qanun»un İttifaq Seymindən keçirməsi oldu. Bismark Prusiyanın birinci 
naziri kimi fəaliyyətə başladıqdan dərhal sonra hərbi büdcə üçün seymin razılışını almadan kiçik bir məbləğ 
ayırdı. Son nəticədə seym Bismarkın təklif etdiyi qanun lahiyəsini qəbul etdi. Həmin qanuna görə, parlament 7 
illik dövr üçün qabaqcadan hərbi büdcəni təsdiq edir, sonra isə bu büdcə Bismark tərəfindən 1-2 ilə xərclənirdi. 
Otto fon Bismark Prussiyanın kansleri vəzifəsinə gəldiyi  dövr Avropada dramatik  hadisələrin cərəyan 
etdiyi dövr idi. Dövlətlər arasında müstəmləkə rəqabəti güclənmiş, mənafe ayrılığı Avropa dövlətlərini üz-üzə 
qoymuş, Qorçakov «sirkulyarının» (tövsiyə məktublarının) yayılması nəticəsində Rusiya Qara dənizdə itirilmiş 
hüquqlarını dinc yolla bərpa edilməsi uğrunda mübarizəyə başlamış, 1863-cü ildə baş vermiş Polşa üsyanı 
Avropa dövlətlərinin diqqətini bir müddət Almaniyanın birləşdirilməsi məsələsindən yayındırmışdı.  Yaranmış 
şəraitdə Rusiya, İngiltərə və Fransa arasında münasibətlər yenidən kəskinləşmiş, lakin Avropa dövlətləri Polşa 
ilə bağlı Rusiyaya qarşı vahid cəbhə yarada bilməmişdi.  
Zaman Prussiyanın xeyrinə  işləyirdi. Bismark qısa müddətə  hərbi quruculuqla bağlı ciddi yeniliklər 
etmiş, orduya 43 minə yaxın alman gənci çağırılmış, xaricdən silah və sursat alınmışdı. Artıq Bismark 
Almaniyanın birləşdirilməsi prosesinə  nədən və necə başlamaq üzərində düşünürdü ki, bu fürsəti Danimarka 
yaratdı. Belə ki, 1863-cü il noyabrın 15-də Danimarka kralı VII Fridrixin ölümündən sonra IX Xristian taxt-taca 
sahib oldu. Onun ilk gördüyü iş isə Danimarka konstitusiyasının Şlezviq və Qolşteynin ərazisinə yayılması ilə 
bağlı sərəncam verməsi oldu. Bu ərazilər hələ Vyana konqresi dövründən Danimarkanın tərkibinə qatılsa da, bir 
neçə dəfə müzakirə obyekti olmuşdur.   
XIX  əsrin ortalarında Alman İttifaqında siyasi mübarizə yenidən qızışarkən Almaniyaya məxsus tarixi 
ərazilərin taleyi yenidən gündəliyə  çıxdı. 1851-ci ildə imzalanmış Olmyuts müqaviləsinə  əsasən, Alman 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə