A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
118
Napoleonun siyasəti doğrudan da üst-üstə düşürdü, lakin xarici siyasətdə Bismarkın III Napoleondan öyrənməli 
olacağı heç bir şey yox idi. 
Avstriyanın qüvvələrini iki cəbhəyə parçalamaq üçün Bismark 1866-cı il aprelin 8-də  İtaliya ilə gizli 
ittifaq müqaviləsi bağladı. Müqaviləyə görə,  İtaliya Prussiyanın tərəfində müharibəyə girməyin  əvəzində 
Venetsiyanı əldə etməli, Bismarkdan pul yardımı almalı, habelə Avstriya ilə seperat müqavilə bağlamamalı idi.  
1866-cı il iyunun 16-da Prussiya ordusu kiçik alman knyazlıqlarına daxil oldu. Orduya istedadlı prus 
generalı Helmut fon Moltke başçılıq edirdi. Lakin cənub-qərbdən hücuma başlayan italyan ordusu elə 
müharibənin ilk günlərindən darmadağın edildi.  İyulun 3-də Çexiyada Sadova kəndi yaxınlığında alman ordusu 
Avstriya generalı Benediktin başılıq etdiyi Avstriya qoşunlarını ağır məğlubiyyətə uğratdı. Deyirlər ki, həmin 
gün Bismark cibində  zəhər gəzdirmişdi, məğlubiyyət olacağı  təqdirdə onu içib həyatla vidalaşmalı idi. 
Qələbədən sonra I Vilhelm və onu əhatə edən generallar müharibəni davam etdirməyi, Avstriyanı diz 
çökdürməyi və Vyananı tutmağı  tələb edirdilər. Lakin Bismark qəti surətdə bildirmişdi ki, müharibə davam 
edəcəyi təqdirdə o, istefa verəcəkdir. Çünki Bismark gələcəkdə Avstriya-Almaniya İttifaqının yaradılmasını 
planlaşdırırdı, buna görə də Avstriya ictimai fikrində Prussiyaya qarşı qisasçılıq əhval-ruhiyyəsinin qalmasına 
imkan vermək  olmazdı. Yalnız bundan sonra Bismarkın təkidi ilə sülhh danışıqlarına başlanıldı və avqustun 14-
də Praqada Avstriya ilə sülh müqaviləsi imzalandı. Müqavilənin  şərtlərinə görə, Avstriya həmişəlik Alman 
İttifaqından çıxır və öz hegomonluğundan imtina edirdi. 
Müharibəqnin gedişində yalnız Fransanın qüvvələrini parçalamaqla Prussiyaya xidmət göstərmiş İtaliya 
isə Venetsiyaya sahib olurdu. İtalyan kralı II Viktor Emmanuel Triyesti və Triyenti də  tələb etdikdə Bismark 
məsləhət görmüşdü ki, müharibəni özü təklikdə davam etdirsin. İtalyan diplomatiyası yalnız bu zaman 
Bismarkın uzağagedən məqsədlərində bir vasitə olduğunu dərk etmişdi. 
Beləliklə, Avstriya üzərində  qısa müddətə çalınan qələbə  həm ordunun sürətli hücumu, həm də 
Bismarkın diplomatik fəaliyyəti ilə bağlı idi. Bismark diplomatiyasının böyük uğurları Almaniyanın 
birləşdirilməsi yolunda iki başlıca maneənin qısa müddətə aradan qaldırılmasına gətirib çıxardı. Almaniyanın 
birləşməsi yolunda əldə edilən uğurlar, bu birləşmənin perspektivləri, Almaniyanın Avropa geosiyasi 
xəritəsində yeri və əhəmiyyəti ilk növbədə Bismarkın xidmətləri ilə bağlı idi.  
Knyaz Otto Eduard Leonold fon Bismark Şenhauzen XIX yüzillyin yaşıdı idi. O,  1815-ci il aprelin 1-də 
Almaniyanın şimalında - Şenhauzendə anadan olmuş, uşaqlıq illərini burada keçirmişdi. Məhz həmin il Avropa 
I Napoleon zülmündən xilas olmuş, xalqların və monarxların «Müqəddəs İttifaqı» meydana gəlmişdi. Bismarkın 
atası mülkədar, anası isə çinovnik ailəsindən çıxmız professor qızı idi. Bismark sonralar hərbi işi seçmədiyinə 
təəssüf edir və buna görə anasını günahlandırırdı, anası  həmişə onu diplomatik xidmətdə görmək istəyirdi. 
Bismarklar ailəsinin yaşadığı bölgədə onu kifayət qədər dalaşqan, cod xasiyyətli gənc kimi tanıyırdılar. Təsadüfi 
deyildir ki, Bismark «vəhşi yunker» adını məhz Şenhauzendə yaşadığı illərdə qazanmışdı.  
Məktəbi bitirdikdən sonra Bismark Hettinin və Berlin universitetlərində hüquq təhsili almış, bir müddət 
məhkəmə  və mülki idarələrdə  işləmişdi. Lakin «ipə-sapa yatmayan» gənc yunker tezliklə xidmətdən imtina 
etmiş və atası Ferdinanddan Pomeraniyada ona miras qalmış mülkdə işləməyə başlamışdı. 1848-ci ilin martında 
başlanmış inqilabi hadisələr zamanı Bismark artıq kifayət qədər təcrübəyə və uğura malik mülkədar idi. 
XIX yüzillyin ortaları üçün Bismarkın siyasi görüşləri də kifayət qədər kamilləşmişdi. O, gənclik 
illərindəki yarım respublikaçıdan qatı monarxistə çevrilmiş, prus monarxiyasının ideoloqu olmaq səviyyəsinə 
yüksəlmişdi. Təbiətən bir qədər kobud, güclü xarakterə malik insan, mahir ovçu və duelyant kimi ad çıxarmış 
Bismarkla yaşadığı bölgədə kifayət qədər ehtiyatla rəftar edirdilər. Bu dövrdə Bismarkın ailə  həyatında da  
dəyişikliklər baş vermiş, ailə qurmuş və nəticədə kral ailəsi ilə qohumluq münasibətəlri yaranmış, hətta şahzadə 
Vilhelmlə dostluq münasibətləri  qurulmuşdu ki, bu onun gələcək həyatında mühüm rol oynamışdı.  
Bismarkın siyasi səhnədə ilk çıxışı 1847-ci il mayda Birləşmiş landtaqın iclasında olmuşdur. O burada 
«ehtiyat deputatı» kimi iştirak edirdi. Birləşmiş landtaq Prussiyada 1847-ci il aprelin 11-də yaradılmış və feodal 
təbəqələrinin yığıncağından ibarət idi. Buraya  8  əyalət landtağının nümayəndələri daxil idilər. Landtaq iki 
kuriyadan ibarət idi: yuxarı kuriya – buraya zədəgan təbəqəsinin yüksək dairələri daxil idilər;  aşağı kuriya –
buraya kiçik zədəganlar, şəhərlilər və kənd varlıları daxil idilər. Bismarkın ilk çıxışı kral IV Fridrix Vilhelmin 
müdafiəsinə  həsr olunmuşdu. O, həmin çıxışında zədəgan müxalifətini kraldan hətta xırda hüquqlar istəmək 
üstündə rüsvay etmişdi. 
1848-ci ilin martında Almaniyada inqilab başladıqdan sonra Bismark şahzadə Vilhelmə yaxınlaşmağa 
müvəffəq olur. Şahzadə Vilhelm (1797-1888) 1848-ci ilin martında inqilabi top atəşləri ilə yatırmağa 
çağırdığına görə «top şahzadə» ləгəbi qazanmışdı. Bu dövrdən etibarən Bismarkla sıx münasibətlərə malik olan 
şahzadə Vilhelm 1858-ci ildə regent, 1861-ci ildə isə  IV Fridrix Vilhelmin ölümündən sonra Prussiyanın kralı, 
1871-ci ildə Alman imperatoru- II Reyxin başçısı olmuşdu. Bismarkın Vilhelmlə yaxınlaşması onun sonrakı 
həyatında və yüksəlişində böyük rol oynadı. 
Bismarkın Almaniyanın gələcəyi ilə bağlı görüşləri məzmunca Prusiya hakimiyyət elitasının 
baxışlarından o qədər də  fərqlənmirdi. Lakin nəzərdə tutulmuş planın həyata keçirilməsi yolları  məsələsində 
mövqklər tamamilə  fərqli idi. Hələ 60-cı illərin  əvvəllərində Bismark öz mövqeiyni konkret olaraq aşağıdakı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə