A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   72

 
110
Müharibə başlanandan bir neçə ay sonra Rusiyadan Cənubi Qafqaza yeni qoşunlar gəldi. I Nikolay A. 
P. Yermolovu, İ.F.Paskeviçlə  əvəz etdi və rus qoşunu  əks hücuma keçdi. 1826-cı il sentyabrın 3-də  Şamxor 
yaxınlığındakı döyüşdə İran qoşunları ağır məğlubiyyətə uğradı, xeyli tran sərbazı öldürüldü və yaralandı, sağ 
qalanlar qaçmaqla canlarım qurtara bildilər. Rus qoşunlarının hücumu Abbas Mirzəni  Şuşa qalasını 
mühasirəsindən  əl çəkməyə,  Şamxor tərəfə  hərəkətə  məcbur etdi. Bu qoşunlarla rus qoşunları  Gəncə 
yaxınlığında üzləşdilər. Bu dəfə də rus qoşunları üstünlük qazandılar. İran qoşunu darmadağın edildi. Bu qələbə 
üsyançıların vəziyyətini də  ağırlaşdırdı. Rus hərbi cəza dəstələri üsyanları  qəddarlıqla yatıraraq üsyançılara 
divan tuturdular. Döyüşdə Azərbaycan feodallarından və onların nökərlərindən təşkil edilmiş süvari dəstələri də 
iştirak edirdi. Bu döyüş barəsində Qarabağnamə müəllifi Mirzə Adıgözəl bəy yazırdı:"...Qızılbaşlar basıldılar, 
məğlubiyyətin qabağını almaq mümkün olmayıb, qaçdılar. Bir gün bir gecə Arazdan keçdilər. "'Rus qoşunları 
Gəncəni yeni-dən ələ keçirdilər. İran qoşunlarının köməyi ilə öz torpaqlarını geri qaytarmış keçmiş xanların da 
müqəddəratı faktiki olaraq həll edilmişdi. Lənkəran xanlığı hələlik İran qoşununun əlində qalırdı. Az sonra Rus 
qoşunları  İrəvan və Naxçıvan xanlıqlarına hücum etdilər, xanlıqları tutdular. 1827-ci ilin sonlarında buradan 
Azərbaycanın cənub torpaqlarına girdilər. Rus qoşunlarının köməyi ilə hakimiyyəti  ələ keçirmək istəyən 
feodallar, həmçinin  İran  şah hakimiyyətinin zülmündən cana gəlmiş  əhalinin bir qismi, xüsusilə xristianlar 
onların Xoy və Təbrizə yürüşünə kömək edirdilər. Rus qoşunları dəstələrin-dən birinin başçısı yazırdı ki, "əhali 
hər yerdə öz yerində alıb qoşunlarımızı düşmənlər kimi deyil, öz himayəçiləri kimi qəbul edərək, onları 
qarşılamağa çıxırdı". Camaat qacarların zülmündən o qədər cana doymuşdu ki, sonralar nələr ola biləcəyinin
bir zülmkarın digər müstəmləkəçi ilə əvəz olunacağını nəzərə almadan şəhərlərin darvazalarını rus qoşunlarının 
üzünə açırdılar. Rus qoşunları  Təbrizə yaxınlaşanda Təbriz ruhanilərinin başçısı Mir Fəttahın çıxışı ilə  əhali 
onları qarşılamağa çıxdı. Təbrizlilər Qacar zülmündən o qədər Əziyyət çəkmişdilər ki, rus qoşununu Tehrana 
hücum etməyə çağırır, 12 min nəfərlik qoşunla kömək etməyə hazırlaşdıqlarım bildirirdilər. 
Rus qoşunu 1827-ci il aprelin 27-də Xudafərin körpüsünü ələ keçirdi. Hələ aprelin 23-də əsas qüvvələr 
İrəvana doğru irəlilədi, qala mühasirəyə alındı. Rus qoşunu böyük strateji əhəmiyyəti olan Abbasabad qalasına 
hücum etdi. Abbas Mirzə iyulda 16 minlik qoşunla qalaya köməyə  gəldi. Lakin iyulun 5-də Cavadbulaq 
döyüşündə  məğlub olandan sonra iyulun 7-də  təslim oldu. Avqustun 13-də Alagöz dağının  ətəklərində baş 
vermiş döyüşlərdə do ruslar qalib gəldilər. Sentyabrın 20-də Sərdərabad təslim oldu, ayın 26-da yenidən İrəvan 
qalası mühasirəyə alındı. 1827-ci il oktyabrın 2-də ruslar mərkəzə daxil oldular, 1828-ci ilin yanvarında 
Qaradağın mərkəzi  Əhəri tutdular. Hələ buna qədər Təbrizə yol açılmışdı  və oktyabrın 13-də  Təbrizə daxil 
oldular, Az sonra Urmiyya və  Ərdəbili tutdular. Tehrana yol açıldı.  Şah  İranı danışıqlara girməyə  tələsdi. 
Təbrizdən bir qədər Cənubda olan Türkmənçay kəndində, 1828-ci il fevralın 10-da İranla Rusiya arasında sülh 
müqaviləsi imzalandı. Türkmənçay danışıqlarında rus yazıçısı A.S.Qriboyedov və A.A.Bakıxanov da iştirak 
edirdilər. Müqaviləyə görə, çar qoşunları Azərbaycanın cənub torpaqlarından çıxırdı, yenicə tutulmuş İrəvan və 
Naxçıvan xanlıqları isə Rusiyanın tərkibinə qatıldı.  İran  şah hökuməti bu müqavilə ilə  Şimal xanlıqlarının 
Rusiya tərəfindən zəbtini təsdiq etdi. Bu müqavilə  hələ Gülüstan müqaviləsi ilə Rus tacirlərinə verilmiş 
imtiyazların, həmçinin Xəzər dənizində yalnız Rus hərbi donanmasının saxlanması hüququnu da təsdiq etdi. 
Müharibədə  məğlub olmuş  İran Rusiyaya 20 milyon manat gümüş pulla təzminat verməli idi. İran hökuməti 
təzminatı ödəyib qurtarana qədər zəbt edilmiş Cənubi Azərbaycan vilayətləri Rusiyanın himayəsində qalırdı. 
Rusiya-İran müharibəsi qurtarana yaxın Rusiya-Türkiyə münasibətləri kəskinləşdi. Bu iki dövlət 
arasında 1828-ci ilin aprelində müharibəyə gətirib çıxardı. Qafqaz cəbhəsində Rus qoşunlarının tərkibində dörd 
Azərbaycan süvari alayı iştirak edirdi. Bu alaylar çar Rusiyasına can-başla qulluq edib torpaq sahələri, vəzifələr 
almağa can atan bəylərdən, onların nökərlərindən və maaflardan ibarət idi. Çar hökuməti onları eyni zamanda 
müharibənin gedişində qənimət ələ keçirib varlanmaqla şirnikləndirmişdi, Bir sıra şəhərlərin ələ keçirilməsində 
bu alayların mühüm rolu olmuşdu. Bir rus yazıçısı alayların döyüşlərini belə mədh edir: "Bu alaylar barəsində 
mühakimə yürütmək üçün onları döyüşdə görmək hazıradır: bunlar şimşəyi xatırladır, bunlar qəzəblənmiş 
Allahın birdən-birə düşmənlər içərisinə ölüm və  dəhşət saçan atəşinə  bənzəyirdi. Müsəlman alaylarının 
gözlərim önündə törətdikləri igidlik xarüqələrini hələ də heyrətlə yad edirəm". 
Türkiyə hökuməti rus qoşunlarının ölkənin içərilərinə yeriyəcəyindən ehtiyat edərək sülh müqaviləsi 
bağlamağa tələs-di. 1829-cu ildə  Ədirnədə müqavilə imzalandı. Türkiyə  Cənubi Qafqazın çar Rusiyası 
tərəfindən zəbt olunmasını təsdiq etməli oldu. 
Azərbaycanın Rusiya tərəfindən  zəbt edilməsinə  münasibət birmənalı olmamışdır, onun mənfi 
nəticələri ilə yanaşı  əhəmiyyətli cəhətlərinin olmasına da diqqət verilmişdir.  İlk növbədə  də qeyd etmək 
lazımdır ki, Azərbaycanın  şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsilə Azərbaycan xalqı öz dövlət 
müstəqilliyini itirdi. Xalqı onun dövlət müstəqilliyindən məhrum etmək  ən mürtəce hadisədir.  Şimali 
Azərbaycanın işğalı  nəticəsində Azərbaycan xalqının zorla iki hissəyə bölünməsi kimi tarixi ədalətsizlik baş 
verdi. Bu tarixi ədalətsizlik nəticəsində vahid xalq bölündü, bir-birindən fərqli sosial-iqtisadi, siyasi və mədəni 
inkişaf yoluna düşməyə məcbur oldu. İşğal nəticəsində Azərbaycan çar Rusiyasının xammal bazasına və satış 
bazarına çevrildi. Azərbaycan iqtisadiyyatı müstəmləkə iqtisadiyyatı xarakteri aldı. Bu isə, o demək idi ki, ölkə 
yalnız Rusiya sənayesi üçün xammal istehsal etməli, öz sənayesi də buna xidmət etməli idi. Bununla da 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə