A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   72

 
111
Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi. 
Azərbaycanın çar Rusiyası  tərəfindən işğal edilməsi nəticəsində faciənin başlanğıcı qoyuldu, ölkə iki 
hissəyə bölündü və bir-birindən fərqlənən ictimai-siyasi inkişaf yolu götürdü,  Azərbaycanın torpaqları hərraca 
qoyuldu, ermənilərin, rusların, almanların və digər xalqların ölkəmizə köçürülməsi başlandı, təbii sərvətlərimiz 
talan edilidi, tariximiz sistemli şəkildə saxtlaşadırılmağa başlandı. Bununla belə, on illər boyu davam edən ara 
müharibələrinə son qoyuldu, xanlıqları dövrünün sərhədləri aradan götürüldü, müharibələrə son qoyulması sabit 
iqtisadi inkişafı  şərtləndirdi, kapitalist istehsalının  əsasları qoyuldu, xüsusilə neft Bakısının sürətli inkişafı 
başlandı. Bununla belə, işğal faktorunun mənfi nəticələri, Azərbaycanın iki hissəyə parçalanması (bu siyahını 
kifayət qədər uzatmaq mümkündür) onun müsbət nəticələrinin üzərinə kölgə salsa da, unutmaq olmaz ki, 
bugünkü müstəqil Azərbaycan Respublikası məhz Rusiyanın tərkibində olan Şimali Azərbaycanın varisidir. 
 
Mövzuya dair suallar: 
 
1.
 
XIX əsrin əvvəllərində  beynəlxalq şəraitin mürəkkəbləşməsi 
2.
 
Çar Rusiyasınnı Azərbaycan torpaqlarının işğalına diplomatik-siyasi hazırlığı 
3.
 
Cənubi Qafqazın Rusiyaya ilhaqının başlanması və problemlə Qərb dövlətlərinin (İngiltərə və Fransa) 
münasibəti 
4.
 
Şimali Azərbaycanın işğalının I mərhələsi 
5.
 
Cənubi Qafqaz uğrunda Rusiya-İran və Rusiya-Türkiyə müharibələri 
6.
 
Çarizmin Azərbaycanda müstəmləkə və dini ayrı-seçkilik siyasəti 
7.
 
Şimali Azərbaycanın işğalının II mərhələsi və beynəlxalq nəticələri 
8.
 
Gülüstan və Türkmənçay müqavilələri 
 
Ədəbiyyat: 
1.
 
Məmmədov S. Azərbaycan tarixi. Dərslik, B., 2004 
2.
 
Azərbaycan tarixi üzrə qaynaqlar. B., 1989 
3.
 
Sadıqov H. XIX əsrin əvvəllərində Rusiyanın xarici siyasətində Qafqaz problemi // Azərbaycan EA-nın 
xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 1990, №3, s. 28-35 
4.
 
Cənubi Azərbaycan tarixinin oçerkləri (1828-1917). 
5.
 
Azərbaycan tarixinin çağdaş problemləri toplusu. B., 2000 
6.
 
Şükürov K. Azərbaycanın bölüşdürülməsi // Kitablar aləmində, 1990, №3 
7.
 
Babayev A. Rusiyaya qovuşmaq ərəfəsində. B., 1988 
8.
 
Şükürov K. Azərbaycan tarixi. II hissə, B. 1998 


 
112
XX Mövzu 
Krım müharibəsi ərəfəsi və dövründə beynəlxalq münasibətlər 
 
Avropa dövlətləri arasında həmrəyliyin pozulmasında mühüm əhəmiyyətə malik 1848-1849-cu illər 
inqilabları Vyana sisteminin çökməsində  də böyük rol oynadı.  əsrin ortalarında Avropanın yaşadığı ictimai-
siyasi sarsıntılar dövlətləarası münasibətlərdə «real siyasət» adını almış strateji xəttin meydana 
gəlməsinişərtləndirdi. Vyana sisteminə sonuncu zərbə isə 1853-1856-cı illər  Krım müharibəsi oldu. Onun 
başlanmasında Fransa, Rusiya və Ingiltərə ilə yanaşı Avstriya və Prusisiya da maraqlı idilər və hər biri konkret 
məqsədlərə malik idilər. 
Avropa dövlətləri «real siyasət» kursuna birdən-birə keçmədilər.  əsrin ortaları üçün kontinentdə yeni 
geosiyasi durum formalaşmaqda idi. Fransa onilliklər boyu davam edən müharibənin nəticələrinin aradan 
qaldırmış, III Napoleon hakimiyyətə gəlmiş (1853-1870) və II imperiya qurulmuşdu. Fransanın başlıca məqsədi 
Vyana sisteminin buxovlarından qurtulmaq idi ki, Macarıstanda baş vermiş 1848-1849-cu il hadisələri bunun 
üçün əlverişli imkan yaratmışdı. Avstriya impetorunun xahişi ilə I Nikolay rus qoçunlarının Macarıstanda baş 
verən inqilabi çıxışların yatırılmasında iştirakına göstəriş vermiş, macar inqilabı boğulduqdan sonra inqilabi 
çıxışlarda iştirak edənlərin bir qismi Türkiyədə sığınacaq tapmışdılar. 
Yaranmış  şəraitdə Rusiyanın  əlinə Qara dəniz boğazlarına müdaxilə etmək üçün fürsət düşmüşdü və III 
Napoleon bundan istifadə edərək Müqəddəs  İttifaqın parçalanması üçün müxtəlif üsullara əl atdı. I Nikolay 
Türkiyədən inadla macar inqilabçılarının geri qaytarılmasını  tələb edir, sultan isə bundan qəti olaraq imtina 
edirdi. Məhz bu zəmində «Şərq məsələsi»yenidən kəskinləşməyə başladı ki, bu da müharibəyə gətirib çıxardı. 
Şərq məsələsinin kökləri tarixin dərinliklərindədir, konseptual əsaları isə rus çarı I Pyotrun 
«Vəsiyyətnaməsinə» əsasən qoyulmuşdur. Avropa dövlətləri bu məsələdən istifadə etməklə aşağıdakı məqsədlri 
reallaşdırmağa çalışırdılar: 
- Türkiyənin Avropa qitəsində yerləşən torpaqlarının onun əlindən alınması. 
- Qüds və Vifleym şəhərindəki xristian müqəddəslərin qəbrlərinin müsəlmanların hakimiyyətindən azad 
edilməsi. 
Şərq böhranının qızışdırılmasında iki dövlət xüsusilə maraqlı idi: Fransa və Rusiya. 
- Fransa onu iflic vəziyyətinə salmış Müqəddəs Ittifaqın dağıdılmasına çalışırdı. 
- I Nikolay isə Qara dəniz boğazında Rusiyanın ağalığına nail olunmasını istəyirdi. 
Avropa dövlətlərindən  İngiltərə Qara dəniz boğazında qüdrətli Rusiyadansa, zəif Türkiyənin olmasına 
üstünlük verirdi. Avstriya isə şərq böhranından Balkanlarda möhkəmlənmək üçün bir vasitə kimi istifidə etməyə 
çalışırdı. K.Marks yazırdı ki, «Avropa müharibə tufanlarından, siyasi sarsıntılardan qurtaran kimi, ənənəvi 
məsələ ilə qarşılaşır. Bu qurtarmaq bilməyən şərq məsələsidir».  
I Nikolay Müqəddəs Ittifaqın meydana gəlməsindən sonra Avropada əminamanlığı qorumaq adı altında rus 
qoşunlarının bir neçə  dəfə Avropada görünməsinə nail olmuşdu və Rusiyaya “Avropanın jandarmi” adını 
qazandırmışdı.  
Artıq XIX əsrin ortaları üçün I Nikolayda belə bir fikir yaranmışdı ki, Türkiyə «xəstə adam» timsalıdadır və 
tezliklə «öləcəkdir». Buna görə  də, Türkiyə imperiyasının  ərazisini bölüşdürmək və Qara dəniz planını 
reallaşdırmaq olar. Halbuki bu dövrdə beynəlxalq şərait kəskin şəkildə Rusiyanın əleyhinə idi.  
Avropa dövlətlərinin hamısı Rusiyanın cahangirliyindən bezmişdi və ona qarşı  çıxış etmək üçün fürsət 
axtarırdı. Belə fürsəti isə rəqiblərinə I Nikolay özü verdi. 1853-cü il yanvarın 9-da ingilis diplomatik korpusu 
Çar sarayında olarkən I Nikolay İngiltərənin Rusiyadakı  səfiri Seymur Hamiltona yaxınlaşaraq Türkiyənin 
gələcəyinə  İngiltərənin münasibətinin necə olacağı fikrini öyrənmək istədiyini bildirdi. Səfir Rusiyanın 
mövqeyini İngiltərə hökumətinə çatdırmağa söz verdi. Bir  aydan sonra, fevralın 9-da İngiltərənin stats katibi 
Con Rosselin imzası ilə Rusiyanın mövqeyinə  İngiltərənin kəskin mənfi münsibətini bildirən cavab gəldi. 
Fransa və Avstriya da analoji mövqe nümayiş etdirdilər. 
Artıq bu dövr üçün Rusiyanın Xarici İşlər naziri Nesselrode I Nikolayı inandırmışdı ki, Türkiyə Avropa 
dövlətlərinin gözündən düşmüşdür. Rusiyanın Fransadakı  səfiri Kiselyov, İngiltərədəki səfiri Brunnov və 
Avstryadakı səfiri Meyndorf I Nikolayı arxayınlaşdırmışdılar ki, Rusiya Türkiyəyə müdaxilə edəcəyi təqdirdə 
Avropa diplomatiyasının dəstəyini qazanacaqdır. Çar elə hesab edirdi ki, 1848-49-cu il inqilabından sonra 
Avstiya Rusiyaya müttəfiq olmaq üçün onun tərəfindən çıxış edəcəkdir. Fransa isə 1852-ci il dövlət 
çevrilişindən sonra özünə  gəlməyib, buna görə  də Avropada hamı Rusiyanın tərəfində duracaq. Çar bununla 
olduqca ciddi siyasi səhvə yol verirdi. Çünki Fransa keçmiş müttəfiqlərin arasını vurmaq üçün belə fürsəti 
çoxdan gözləyirdi. 
    Xaricdəki rus diplomatlarından yalnız A.Qorçakov əvvəlcə Vyanadan, sonra isə Alman knyazlarından I 
Nikolayın adına göndərdiyi təqdimatda göstərirdi ki, Avropadakı beynəlxalq  şərait Rusiyanın  əleyhinə 
çevrilmişdir. Avstriya Rusiyanın hegemonluğundan çıxmaq üçün fürsət axtarır. III Napoleon isə «Avropa 
konsertini» dağıtmaq üçün bəhanə gəzir. Təsadüfü deyildi ki, Fransa Avropa dövlətlərindən ilkini kimi, 1853-cü 
ildə hələ 1740-cı ildə imzalanmış Fransa-Türkiyə müqaviləsinin şərtlərini bərpa etməyə müvəffəq olmuşdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə