A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   72

 
60
Azərbaycanın  Şirvanşahlar dövlətinin tərkibində olan Kür çayına qədər olan şimal torpaqların istisna olmaqla 
qalan ərazilərində feodal pərakəndliyi hökm sürürdü. Azərbaycanın cənubunda yüksəlməkdə olan Qaraqoyunlu 
tayfa ittifaqı hələ cənub torpaqlarının birləşdirmək ixtiyarında deyildi. Gürcüstanda yeodal pərakəndliyi hökm 
sürürdü. Tarixi torpaqları Cənubi Qafqazın hdudlarından kənarda yerləşən Ermənistan (Erməniyyəni) ayrı-ayrı 
şəhərlər təmsil edirdilər. XIV əsrin sonlarında Cənubi Qafqazda mövcud olan belə  şərait ölkənin maddi 
ehtiyatlarının və canlı qüvvələsini teymurilərə qarşı birləşdirməyə imkan vermirdi. Yaranmış şəraitdə ayrı-ayrı 
feodal hökmdarların teymurilərlə itifaqa girərək vassal asılılığını qəbul etməsi onların hakimiyyəti altında olan 
ərazilərin teymurilərin talançı yürüşlərindən xilas olmasına imkan yaradırdı. Şirvanşah I İbrahim Dərbəndinin 
Teymurləngin müttəfiqinə çevrilməsi  Şirvan dövlətinin talançı yürüşlərə  hədəf olmaqdan xilas etdisə, 
Şirvanşahın vasitəçiliyi ilə Şəki hakimi Sidi Ədi və gürcü çarı Georginin Teymur tərəfindən tanınması Şəki və 
Gürcüstanın tarixi taleyində əhəmiyyətli rol oynadı. 
Gürcü, erməni və rum mənbələri Teymurləngi «tanrının növbəti bəlası», onun istilaçı yürüşləri dövrünü 
isə fəlakət və faciələr dövrü kimi səciyyələndirirdi. Foma Metsopski yazırdı ki,, «Teymurləng gedəndən sonra 
fəryad səsləri göylərə ucaldı… Arçeşdən tutmuş  İberiyaya- Ağvanın Kür çayınadək bütün ölkə  əzab və 
işgəncələrə tutulmuş, (əhalisi) qırılmış və əsir edilmiş, günahsızların qanına boyanmışdı».  
Teymuri işğalları  əkinçilik mədəniyyətinin yüksək səviyyədə olduğu ölkələrin təsərrüfat həyatına və 
mədəni inkişafına ölümcül zərbə vurdu. Oturaq xalqların min illər boyu yaratdıqları köçərilərin zərbələri altında 
yerlə yeksan edildi. Məhsuldar zəmilər  suvarma sistemləri, nadir mədəniyyət abidələri və bu abidələri yaradan 
xalqlar – bir sözlə, teymuri  qoşunlarının atının ayağı dəyən yerlər xarabazara çevrilirdi, bütün yaxşı sənətkarlar, 
istila olunmuş ölkələrin var-dövlət Orta Asiyaya yola salınırdı. Bütün tarixi ədəbiyyatlarda XV əsr Orta Asiya 
xalqlarının mədəni inkişafının yüksək səviyyəsi ilə  səciyyələndirilir.  Əslində  həmin mədəniyyət öz 
vətənlərindən didərgin salınmış adlı-sanlı ustaların, sənət adamlarının çiyinləri üzərində yüksəlmişdi. Teymuri 
işğallarından sonrakı dövrdə  həmin işğallara məruz qalmış xalqların mədəni inkişafında, iqtisadi həyatında 
boşluq yarandığını görürük. Teymurləngin Orta Asiya tarixində müsbət rol oynadığını göstərən tədqiqatçılar 
onun ümumiyyətlə təbii-tarixi inkişaf prosesinə vurduğu zərərin üstündən sükutla keçirdilər. 
Görkəmli  şərqşünas tədqiqatçılardan B.Bortold və A.Yakubovski Teymurləngin «dünya xalqları 
qarşısında iki böyük xidmətini» xüsusi qeyd edirlər. Birincisi, 1395-ci ildə Teymurləngin Qızıl Ordanı 
darmadağın etməsi nəticəsində rus, Volqaboyu və  Cənubi Qafqaz xalqlarının tatar zülmündən xilas olması, 
ikincisi, 1402-ci ildə Osmanlı Türkiyəsinin darmadağın edilməsi nəticəsində Avropa, Afrika və  cənub-qərbi 
Asiyanın türk zülmündən nicat tapması.  Şübhəsiz, Qızıl Ordanın darmadağın edilməsi mütərəqqi hadisə idi. 
Lakin Osmanlı Türkiyəsi haqında ikinci fikir düzgün deyil. Çünki Osmanlı Türkiyəsi göstərilən dövrdə 
özünütəsdiq uğrunda mübarizə aparırdı. Teymurləngin müdaxiləsi həmin prosesi ləngitsə də, onun qarşısını ala 
bilmədli. 
Teymurləngin strateji planlarında «Hülakü ulusuna» - Cənubi Qafqaza xüsusi əhəmiyyət verilirdi. 
Təsadüfi deyildi ki, 1385-1405-ci illərdə Teymurləng Cənubi Qafqaza dörd yürüş etmişdi, Azərbaycan və 
Gürcüstan «3 illik», «5 illik» və «7 illik» yürüşlərin başlıca hədəfi idi. Ermənistan da fəlakətdən kənarda 
qalmamışdı. F.Metsopskinin yazdığına görə, teymurilərin yürüşləri nəticəsində minlərlə adam həlak olmuş, qul  
edilmiş, 40-dan yuxarı yaşayış məskəni yerlə-yeksan edilmiş, qalalar, müdafiə istehkamları uçulub yerlə yeksan 
edilmiş, ölkə kmmsəıizləşmişdi.  
Teymurun istilaçı yürüşləri başqa yerlərdə olduğu kimi, Cənubi Qafqazda da kortəbii kəndli çıxışlarına 
səbəb oldu, xalq kütlələrinin azadlıq mübarizəsinin güclənməsinə Azərbaycan və gürcü xalqlarının 
yaxınlaşmasına gətirib çıxardı.  Əlincə qalasının 14 ilədək davam edən müdafiəsi uğrunda döyüşlərdə gürcü 
xalqının oğulları da qurban getdi. Teymuri işğallarına qarşı mübarizə sonralar qoca şərqin bir çox ölkələrində 
özünə  tərəfdar toplamış hürufilik dini-siyasi hərəkatının meydana gəlməsinə  səbəb oldu, dahi Azərbaycan 
mütəfəkkirləri Fəzlullah Nəimi və İmadəddin Nəsimi bu yolda şəhid oldular. 
Teymurilərə qarşı mübarizənin gedişində Azərbaycan dövlətçiliyinin  əsasları qoyulmuşdu. XV əsrin 
əvvəllərindən etibarən tarixi Azərbaycan torpaqlarında tarix səhnəsinə müstəqil Qaraqoyunlu, Ağqoyunlu və 
Şirvanşahlar dövlətləri qədəm qoydu: müstəqil Azərbaycan dövlətinin yaranması ilə paralel olaraq  Azərbaycan 
xalqının təşəkkülü, türk-azəri  ədəbi dilinin formalaşması prosesləri gedirdi. Yerli türk etnosu Teymurləngin 
köçürmə siyasəti nəticəsində Cənubi Qafqazda yerləşdirilmiş köçəri türk xalqları hesabına daha da gücləndirildi. 
Cənubi Qafqazın təbii-coğrafi şəraiti çox tezliklə həmin tayfaların oturaqlaşmasına səbəb oldu.  Nəticədə türk-
azəri dili Cənubi Qafqaz və Yaxın Şərqin ümumişlək dilinə çevrildi. 
Teymur və monqol istilaları Cənubi Qafqaz xalqlarına görünməmiş müsibətlər gətirərək onun ictimai-
siyasi, mədəni və iqtisadi inkişafını azı iki əsr ləngitmiş, bütün orta əsr səyyahlarının dönə-dönə vəsf etdikləri 
Qafqaz şəhərlərini, onların təsərrüfat həyatını tənəzzülə uğratmışdılar. 
 
Mövzuya dair suallar 
1.
 
Teymurilər dövlətinin yaranması və beynəlxalq nəticələri 
2.
 
Əmir Teymurun işgalları dövründə Yaxın Şərq və Cənubi Qafqazda beynəlxalq vəziyyət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə