www.vivo-book.com
939
–
Ey, Stil, mən həmiĢə belə deyiləm, – azca inciyir
və mən sözlərimə peĢman oluram
– Əlbəttə, Xose.
–
Bəs Qrey necədi? – soruĢur. Səsinin ahəngi
soyuqdur.
– YaxĢı. Hər Ģey yaxĢıdı, – deyirəm.
– Deyirsən, yəni hər Ģey ciddidi?
– Hə. Ciddi.
– Səninçün qoca deyil?
– Oy, Xose, bilirsən anam nə deyir? Deyir ki, mən
dünyaya qoca gəlmiĢəm.
Xose üzünü turĢudur.
– Anan necədi? – Beləcə, təhlükəli ərazidən çıxırıq.
– Ana!
Çevrilib Keyti və Ġtanı görürəm. Keyt dəbdəbəli
geyinib: gündə yanmıĢ saman rəngli saçlar, qızılı
qarayanıqlıq, ağ diĢlərin təbəssümü və əynində dar, аğ cins
Ģalvar və qolsuz ağ bluz köynək. Bütün baxıĢlar ona yönəlib.
Yerimdən atılaraq onu qucaqlayıram. Аh, bu qadına elə
ehtiyacım vardı ki!
www.vivo-book.com
940
Çiyinlərimdən yapıĢır və uzadılmıĢ əl qədər məsafədən
məni seyr edir. Onun diqqətli baxıĢları altında qızarıram.
– Arıqlamısan. Yaman arıqlamısan. Və baĢqa cür
görünürsən. Yetkin. Nə baĢ verir? – soruĢur, lap qayğıkeĢ
ana kimi. – Donun xoĢuma gəlir, sənə yaraĢır.
– Sənin gediĢindən sonra o qədər Ģey baĢ verib ki.
Sonra sənə danıĢaram, ikilikdə olduqda, – indi Ketrin
Kavana adlı inkvizatorun qarĢısında tövbəyə hazır deyiləm.
O, Ģübhəylə mənə baxır.
– Hər Ģey qaydasındadı? – o, ehtiyatla soruĢur.
– Hə, – gülümsəyirəm, halbuki indi hər Ģeydən çox
Kristianın harda olduğunu öyrənmək istəyirəm.
– Əla.
– Salam, Ġtan, – gülümsəyirəm və o məni qucaqlayır.
– Salam, Ana, – qulağıma pıçıldayır.
Хоse üzünü turĢudur və dəyərləndirici nəzərlə Ġtana
baxır.
– Mia ilə lanç necə keçdi? – Ġtandan soruĢuram.
– Maraqlı, – deyir.
Hətta?
www.vivo-book.com
941
– Ġtan, Xoseylə tanıĢsan?
– Bir dəfə görüĢmüĢük, – Xose mızıldanır, bir-birinin
əllərini sıxırlar.
– Hə, Vankuverdə, Keytgildə, – Ġtan təsdiqləyir,
Xoseyə baxaraq gülümsəyir. – Hə, nə içirik?
Tualetə gedirəm. Ordan SMS-lə Kristiana harda
olduğumuzu bildirirəm; bəlkə bizə qoĢular deyə. Nə zəng,
nə məktub var ondan. Kristiandan çıxmayan iĢ.
– Nolub, Аnа? – qayıdarkən Xose məndən soruĢur.
– Kristiana zəng çatmır. Ümid edirəm heç nə baĢ
verməyib.
– Narahat olma, hər Ģey qaydasında olacaq. Yenə pivə
istəyirsən?
– Əlbəttə.
Keyt mənə sarı əyilir.
– Ġtan deyir ki, hansısa gic tapançayla evə giribmiĢ,
Kristianın keçmiĢ sevgilisi, düzdü?
– Hə də, – çiyinlərimi çəkirəm. Ġlahi, məgər bu indi
belə vacib Ģeydi?
www.vivo-book.com
942
– Аnа, nolub axı, lənət Ģeytana? – Keyt qəfildən susub
telefonunu çıxarır. – Salam, əzizim. – Əzizim! О, üzünü
turĢudur və baxıĢlarını mənə yönəldir. – Əlbəttə, – deyir və
mənə müraciət edir: – Eliotdu, səninlə danıĢmaq istəyir.
– Аnа, – Eliotun səsi sakit və qırım-qırıqdır; pis
fikirdən saçlarım biz-biz durur.
– Nolub?
– Kristian Portlenddən qayıtmayıb.
– Nə? Necə yəni?
– Helikopteri itib.
– ―Çarli Tanqo‖? – pıçıldayıram, üzüm ölü rəngi alır. –
Yox!
www.vivo-book.com
943
19-cu fəsil
Gözümü od Ģölələrindən çəkmirəm. Оnlar sobada rəqs
edir, parlaq narıncı Ģölələr hərdən kobalt rəngi alır.
Donuram, məni üĢütmə tutub, odun istisinə və çiynimə
atılmıĢ adyala baxmayaraq. Mənə soyuqdur və iliyiməcən
üĢüyürəm.
Qulağıma səslər, çoxlu səslər çatır. Amma çox
uzaqdadırlar. Yalnız qazın xəfif fıĢıltısını eĢidir və diqqətimi
toplaya bilmirəm.
Fikirlərim dünən gördüyümüz evlə bağlıdır və iri
sobalarla, orda yanan odun parçalarıyla. Mən bu od
qarĢısında Kristianla seviĢmək istərdim. Hə, bu gözəl olardı.
ġübhə eləmirəm ki, o biz seviĢərkən hər Ģeyin yadda qalan
olması üçün nəsə fikirləĢib tapardı. O dəm də özüm özümə
xatırladıram ki, sadəcə, sikiĢərkən elədiyimizi də yaxĢı
yadımda saxlamıĢam. Hə, heç vaxt unutmayacam. O
hardadı?
Alov Ģöləsi iĢıldayır və titrəyir, məni öz əsarətində
saxlayır, nitq qabiliyyətindən məhrum edərək. Diqqətim
www.vivo-book.com
944
yalnız ondadır, onun yandırıcı gözəlliyində. O, adamı
ovsunlayır, sehrləyir.
―AnasteyĢa, məni ovsunlamısan‖.
О dedi ki, yalnız mənimlə ilk dəfə yataqda yatıb.
Yoox…
Çiyinlərimi qucaqlayıram və gerçəklik qan kimi
Ģüuruma dolur. Ġçimdəki dəhĢətli boĢluq daha da geniĢlənir.
―Çarli Tanqo‖ itib.
– Аnа, al bunu, – miss Cons nəvaziĢlə deyir.
Onun səsi məni özümə qaytarır, otağa, indiki vaxta və
qorxuya. Missis Cons mənimçün bir fincan çay gətirib.
Minnətdarlıqla
fincanı götürürəm. Fincan nəlbəkidə
taqqıldayır, çünki əllərim titrəyir.
– Çox sağ olun, – pıçıldayıram. Axıtmadığım göz
yaĢları və boğazımdakı iri qom ucbatından səsim xırıltılıdır.
Mia məndən çəpəki yarımdairəvi divanda oturub,
Qreysin əlindən tutaraq. Onlar mənə baxır, xoĢ simalarında
ağrı və həyəcan var. Qreys qocalmıĢ görünür – ana oğluyçun
narahatdır. Üzüm donuq maskanı xatırladır, nə gülümsəyə
Dostları ilə paylaş: |