Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə67/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   63   64   65   66   67   68   69   70   ...   172

www.vivo-book.com 

 

384 



– Eh, balaca, burda heç bir təhlükə yox idi. Mən heç bir 

halda baĢqasına səninlə rəqs etmək imkanı verməzdim. 

– Sən doktor Flinnə izn verdin. 

– О, qaydalarda həmiĢə müstəsna haldır. 

Kristian  maĢını  füsunkar  xiyaban  boyu  sürərək 

―Fermont Olimpik‖ otelinə yaxınlaĢdırır və giriĢin ağzında, 

ecazkar daĢ fəvvarənin yanında saxlayır. 

–  Gedək,  –  o,  maĢından  düĢür  və  baqajımızı  götürür. 

Otel xidmətçisi bizə doğru qaçaraq gəlir. Təbii ki, o, qəfil və 

gecikmiĢ  gəliĢimizdən  təəccüblənib.  Kristian  maĢının 

açarlarını ona sarı tullayır. 

– Teylorun adına yazın, – deyir. 

 

Oğlan  baĢıyla  təsdiqləyici  cavab  verir,  heyranlıqdan 



iĢıldayır,  R8-ə  atılır  və  maĢını  parklama  yerinə  aparır. 

Kristian əlimdən tutur və vestibülə daxil olur. 

Mən  onunla  yanaĢı  otel  inzibatçısının  piĢtaxtası 

qarĢısında  durmuĢam  və  özümü  dəhĢətli  dərəcədə  narahat 

hiss edirəm. Budur, Sietlin ən prestijli otelindəyəm, əynimdə 

kiĢi  cins  gödəkcəsi,  ölçümdən  böyük  idman-məĢq  Ģalvarı, 




www.vivo-book.com 

 

385 



köhnə  mayka  var,  yanımdakı  yaraĢıqlı  kiĢi  –  yunan  ilahisi 

durur.  Təəccüblü  deyil  ki,  inzibatçı  qadın  anlayıĢsız 

baxıĢlarını məndən Kristiana doğru yönəldir və geriyə, sanki 

beynində bizi heç cür eyniləĢdirə bilmir. Əlbəttə, Kristianın 

qarĢısında  o  əriyir,  kəkələyir  və  rəng  verib  rəng  alır.  Hətta 

əlləri titrəyir… 

– Sizə xidmətçi lazımdı… baqaj üçün, mister Teylor? – 

inzibatçı qadın soruĢur və yenidən sifəti rəng verib rəng alır. 

– Yox, biz missis Teylorla özümüz baqajın öhdəsindən 

gələrik. 

Missis  Teylor!..  Amma  barmağında  üzük  yoxdur.  Və 

mən kimsə görmədən əlimi kürəyimdə gizlədirəm. 

–  Sizə  on  birinci  mərtəbədə  ―kaskad‖  otağında 

yerləĢdirəcəyik,  mister  Teylor.  Xidmətçimiz  əĢyaları 

aparmaqda sizə kömək edər. 

– Hər Ģey qaydasındadır, – Kristian onun sözünü kəsir. 

– Lift hardadır? 

Miss Utancaqlıq izah edir və Kristian yenə də əlimdən 

tutur.  Mən  ani  baxıĢlarla  təmtəraqlı  vestibüldəki  kürsülərə 

nəzər  yetirirəm.  Vestibül  bomboĢdur,  zil  qara  saçlı  qadını 




www.vivo-book.com 

 

386 



nəzərə  almasaq,  o,  divanda  oturaraq  öz  teryerini  yedirdir. 

Qadın bizə sarı baxaraq gülümsəyir, bizsə liftə sarı gedirik. 

Deməli, bura ev heyvanları ilə də birgə gəlmək olarmıĢ? Bu 

cür dəbdəbəli bir müəssisə üçün qəribə bir xüsusiyyət idi. 

Otel  nömrəsində  iki  yataq,  qonaq  otaqları  var  və 

füsunkar  fortepiano.  Buxarılı  soba  yandırılıb.  Bu  otaq 

mənim mənzilimdən belə böyükdür. 

–  Hə,  missis  Teylor  sizi  bilmirəm,  amma  mən  nəsə 

içərdim,  –  Kristian  dedi  və  giriĢ  qapısını  etibarlı  Ģəkildə 

bağladı. 

O,  çamadanımı  və  öz  çantasını  yataq  otağına  qoyur, 

təxt-rəvanlı çarpayının ayaq tərəfində və məni qonaq otağına 

aparır,  ocaq  gur-gur  yanır.  Necə  də  xoĢdur!  Ocaq  baĢında 

əllərimi qızdırıram, Kristian isə bizimçün içki hazırlayır. 

– Armanyak içəcəksən? 

– Hə, zəhmət olmasa. 

Bir dəqiqə sonra o da ocağa yaxınlaĢır və büllur konyak 

qədəhini mənə uzadır. 

– Əcəb gün idi, hə? 



www.vivo-book.com 

 

387 



BaĢımın  tərpədərək  təsdiqlədim,  onunsa  gözlərində 

narahatlıq görünürdü. 

– Hər Ģey qaydasındadı, – onu sakitləĢdirirəm. – Özün 

necəsən? 

– Hə, içmək istəyirəm, sonra əgər çox yorulmamısansa, 

səninlə  yatağa  uzanmaq  və  sənin  içində  əriyib  həll  olmaq 

istəyirəm. 

–  Hər  Ģey  ixtiyarımızdadır,  mister  Teylor,  –ürkək 

tərzdə  gülümsəyirəm,  osa  ayaqqabılarını  və  corablarını 

ayaqlarından çıxarır. 

– Missis Teylor, bəsdi dodağınızı diĢlədiniz, – Kristian 

pıçıldayır. 

Üzüm  qızardı  və  mən  qədəhlə  bu  halımı  gizlətməyə 

çalıĢıram.  Аrmanyak  misilsiz  Ģərabdır;  boğazdan  ipək  kimi 

sürüĢərək  keçir  və  bu  keçiddən  sonra  arxasınca  hərarətli  iz 

qoyur. BaxıĢlarımı qaldırıb Kristiana baxdıqda оnun konyak 

qədəhini  boĢaltdığını  və  acgöz  nəzərlərlə  mənə  baxdığını 

görürəm. 

–  АnasteyĢa,  sən  məni  hələ  də  heyrətlənməyə  məcbur 

edirsən.  Bugünkü,  daha  doğrusu,  artıq  dünənki  kimi  gərgin 




www.vivo-book.com 

 

388 



bir  gündən  sonra  belə  sızıldamırsan  və  yanımdan  qaçıb 

getmirsən. Çox güclüsən. Sənə pərəstiĢ edirəm. 

–  Yeri  gəlmiĢkən,  sən  mənim  burda  qalmağım  üçün 

çox mühüm səbəbsən, – etiraz edirəm. – Kristian, artıq sənə 

demiĢəm ki, nə etsən də səni atıb getməyəcəyəm. Axı sənə 

qarĢı olan hisslərimi bilirsən. 

О,  ağzını  əyir,  sanki  sözlərimə  Ģübhə  edir.  Alnını 

qırıĢdırır,  elə  bil  bu  sözləri  eĢidərkən  ağrı  çəkir.  Аh, 

Kristian, nə edim ki, sözlərimə inanasan? 

―Ġcazə  ver  səni  döysün‖,  –  təhtəlĢüurum  məni  lağa 

qoyur. Üzümü turĢudaraq əlimi yelləyirəm. 

–  Xosenin  çəkdiyi  fotolarımı  hardan  asacaqsan?  – 

Əhval-ruhiyyəmizi qaldırmaq istəyirəm. 

–  Bu  asılıdır  ondan  ki…  –  Kristian  gülümsəyir.  Ola 

bilsin ki, bu mövzu ona daha xoĢ gəlsin. 

– Niyə? 


– ġərtlərdən, – mübhəm Ģəkildə deyir o. – Onun sərgisi 

hələ bitməyib, odur ki, hələ fikirləĢməyə vaxtım var. 

BaĢımı yana əyib gözlərimi qıyıram. 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə