Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə26/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   22   23   24   25   26   27   28   29   ...   185

85

bəy  qonaq  eləyəcəkdi,  Abdulla  bəy  üçün  ev  sahibəsilə 

köməkləşib tədarük görmüşdülər: o cavanları yola salandan 

sonra  Bakıya  qayıdacaq,  gedənləri  Parisdə  Əlimərdan  bəy 

qarşılayacaqdı.

Əli çamadanlı, bağlamalı, Avropa geyimli, gimnaziya for-

malı,  furajkalı,  şlyapalı  cavanları  faytonlarla  yola  salanacan 

həyəcanlı duyğu vücudunu tərk eləmədi...

Kuryer Məmmədağa və Qamət Əfəndi də daxil olmaqla 

səfarətin bütün heyəti onların yerbəyer olması, yemək yeyib 

dincəlməsi  qayğılarını  öz  üzərinə  götürmüşdü.  Limandan 

axırıncı çıxan da elə özləri oldular. Yusif Vəzir Abdulla bəyə 

yol göstərdi:

“İndi gedək sizin rahatlığınız barədə düşünək”.

...Az  sonra  Xeyriyyə  xanımın  açdığı  süfrə  arxasında 

əyləşmişdilər.

“Çox ağır iş oldu, – Abdulla bəy xoşbəxt yorğunluqla da-

nışırdı. – Bu qədər cavanı imtahandan keçirmək, biliyini yox-

lamaq, ən yaxşılarını seçmək asan deyildi. Amma öhdəsindən 

gələ bildik...”

“Bu  cümhuriyyətimizin  gələcəyinə  sərmayə  qoymaqdı, 

Abdulla bəy, – Yusif Vəzirin gözləri parıldayırdı. – Dörd-beş 

ildən sonra o cavanların hər biri öz sahəsində əvəzolunmaz 

şəxsə çevriləcək”.

“Hökumətimizin çətinlikləri olsa da, bu işə yeddi milyon 

manat  ayırdı,  – Abdulla  bəy  həvəsə  gəlmişdi.  –  Hər  birinə 

min  frank  yol  xərci  verilib,  bu  da  tətil  vaxtlarında  gəliş-

gedişlərilə  beş  min  frank  eləyir,  ayda  dörd  yüz  frank  da 

təqaüd alacaqlar. Beş il ərzindəsə hər tələbəyə otuz altı min 

manat  xərclənəcək.  Ərzaqla  da,  hər  cür  ləvazimatlarla  da 

təmin olunublar. Ticarət və Sənaye Nazirliyimiz hərəsinə qırx 

arşın parça, iki cüt döşəkağı, iki ədəd əl-üz dəsmalı, altı ədəd 

cib dəsmalı ayırıb”.

  “Miri  yazmışdı  ki,  Hacı  Zeynalabdin  də  öz  səxavətini 

göstərib...”



86

 “Düzdü, Hacı bu münasıibətlə böyük ziyafət verdi, amma 

cavanların  hər  birindən  iltizam  aldı  ki,  hər  ay  verəcəyi  əlli 

manat  təqaüdün,  ildə  bir  dəfə  tətil  xərclərinin  müqabilində 

mütləq  vətənlərinə  qayıdacaqlar,  işləyəndə  borclarını 

burdəfəlik, ya da hissə-hissə qaytaracaqlar, bir də qeyri-türk 

və  qeyri-müsəlmanla  evlənməyəcəklər.  Əlbəttə,  axırıncı 

şərtini müqavilədən çıxarmaq üçün Hacını razı sala bildik...”

 Abdulla bəy əhvalatın necə olduğunu da danışdı: tələbə-

lər yola düşməzdən əvvəl and içirlər: ‘’Qadir Allah və öz vicda-



nim qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi 

müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa Vətən 

tanımayacaq,  Azərbaycan  vətəndaşlığının  bütün  vəzifələrini 

dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti 

naminə  can-başla  qulluq  edəcək,  onun  üçün  nə  gücümü,  nə 

əmlakımı, nə də, lazım gələrsə, həyatmı belə əsirgəyəcəyəm. Qoy bu 

andı yerinə yetirməkdə Allaha mənə yar olsun!’’ Sonra səfərqabağı 

Hacını ziyarət gedirlər. Hacı onların hal-əhvalını xəbər alır, 

sonra  şikayətləri  olub-olmadığını  soruşur.  Hamısı 

vəziyyətlərindən  razılıqlarını  bildirirlər,  yalnız  bir  nəfəri 

dillənir: «Hacı əfəndi, Siz bizdən qeyri-türklə evlənməyəcəyimizə 

dair imza aldınız. Amma ölkəmizdəki məktəblərdə təhsil alan türk 

qızı yoxdu. Onda ziyalı və təhsilli kimsənin cahil qızla evlənməsi 

bilmirəm, nə dərəcədə düzgündü?» Sual Hacının ağlına batır, de-

yir: «Övladım, çox doğru söyləyirsən, əmin olun ki, bu nöqsanımızı 



da aradan qaldıracağam». Ertəsi gün Qafqazda nəşr olunan bü-

tün  qəzetlərdə  Hacının  aşağıdakı  məzmunda  elanı  çıxır: 



«Qafqaz türklərinin yeddi-səkkiz yaşları arasındakı qız uşaqlarını 

aşağıdakı şərtlərlə internat məktəbinə qəbul edirəm. Bu qız uşaqları 

on il təhsil alandan sonra öz qızlarım kimi onları evləndirib, gələcək 

həyatlarını təmin edəcəyəm. İmza: Hacı Zeynalabdin.»

 “Əlbəttə, düz eləyib, insanın əqidə azadlığına müdaxilə 

eləmək olmaz. Sağ olsun, Hacı çox ağıllı çıxış yolu tapıb, təki 

arzusu çin olsun...” – Yusif Vəzir dilləndi. 




87

 Bu məqamda, elə bil, Bakıda, Aşqabadda, Kiyevdə vurul-

duğu qeyri-türk və qeyri-müsəlman qızlardan Abdulla bəyin 

xəbər tutacağını beynindən keçirib özünü yığışdırdı.

 “İşimiz asan olmadı, Yusif bəy. Amma hökumət hər şeyi 

mütəşəkkil şəkildə yoluna qoymaq üçün əlindən gələni elədi. 

Elə  cavanların  özlərinin  nümayəndələrindən  ibarət  təşkilat 

bürosu yaratdıq. Büronun sədri Teymur bəy Aslanov bizim 

nümayəndəmizlə  birgə  lazımi  yol  vəsiqələri  almaq  üçün 

Tiflisdə, Batumda oldu. Cavanların necə təntənəylə yola sa-

lındıqlarını bir görəydiniz, – Abdulla bəyin gözləri parılda-

yırdı. – Hökumət üzvləri, ziyalılar, xeyriyyəçilər, din adamla-

rı bu cavanları yola salmağa gəlmişdilər. Səmədağa Ağama-

lıoğlu, İbrahim Əbilov, Əhməd Pepinov xeyir-dua, məsləhət 

verdilər.  Çox  təəssüf  ki,  seçilən  cavanlardan  biri,  Balaxanı 

məktəbinin müəllimi Miryusif Mirabdullazadə qəflətən vəfat 

elədi.  Məkanı  cənnət  olsun.  Müəllim  yoldaşı  Seyidbağır 

Axundzadə çıxış eləyib onun barəsində danışdı. Cabbar Qar-

yağdıoğlu Qurban Pirimov və Saşa Ohanezaşviliylə elə vağ-

zalın böyük zalındaca məclis qurdu, Əlabbas Müznib süfrə 

açıb  hamını  çay,  şirniyyat,  meyvəyə  qonaq  elədi.  Əlbəttə, 

Ağamalıoğlu fürsətdən istifadə eləyib öz siyasi məramlarını 

cavanların beyninə yeritməyə çalışdı, amma ümidvaram ki, 

ağıllı adamlar öz inandıqları yolla gedəcək, onlara bəslənən 

ümidləri  doğruldacaqlar.  Hacıqabulda,  Kürdəmirdə,  Yev-

laxda, Gəncədə, Qazaxda cammat uşarların pişvazına çıxmış-

dı.  Tiflisdəki  dostlar  sağ  olsunlar,  bizə  Batumacan  xüsusi 

vaqon ayırdılar. Gəmiyə minməkdə də çətinliyimiz olmadı...”

 “İnşallah, – Yusif Vəzir ərklə qonağının sözünü kəsdi, – 

Abdulla bəy, yol gəlmisiniz, yemək buyurun, söhbətə vaxtı-

mız olacaq...”

 ...Yenicə qəhvə masasının arxasına keçmişdilər ki, Cahan-

gir bəy, ardınca Zeynal və Mirzə Qədir içəri girdilər. Sabahkı 

işləri götür-qoy eləməliydilər. Belə qərara gəldilər ki, əvvəlcə 

müttəfiq qoşunları komandanlığından icazənamə alsınlar da, 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə