94
“Ah, gözəl qəlbli Xeyriyyə xanım, – kədərli-kədərli gülüm-
sədi. – İkinci aydı, kirayə pulunu verə bilmirəm, bununla
belə, mənə xidmət də eləyirsiniz...”
“Həmişə belə keçməz, əfəndim, – ev sahibəsi qəhvə fin-
canlarını alçaq masanın üstünə qoya-qoya dilləndi. – Siz necə
deyirdiniz: “Yaman günün ömrü az olar””.
“Əlbəttə, əlbəttə,” – Cahangir bəy səsinə mümkün qədər
çox nikbin çalar qatmağa çalışırdı...
***
...O günlərin ən sevindirici hadisəsi Miridən aldığı məktub
oldu. Yazırdı ki, Parisə fevralın on birində çatıblar. Yol
təəssüratları çox maraqlıydı, qardaşının vəcdlə dolu sətirlərini
oxuyanda bərk təsirləndi. Mir Abdulla yazırdı, Lion vağzalın-
da Əlimərdan bəyin başçılığıyla bütün heyət onları təntənəylə
qarşılayıb, sevinc içində görüşüblər: Əlimərdan bəy çıxış
eləyib, deyib ki, siz dövlətinizin gələcəyisiniz, səylə oxuyun,
millətinizə layiq övladlar olun; Miri salamını Əlimərdan bəyə
də, Ceyhun bəyə də çatdırdığını əlavə eləmişdi. Yazdığına
görə, “Belmona” və “Yena” otellərində yerləşiblər. Heyətlə
birgə “Klaric” otelində yaşayan Ceyhun bəy bir neçə aya
heyətin öz işini tamamlayacağını, qayıdanda İstanbulda
onunla görüşəcəyini söyləmişdi. Miri yazırdı ki, hazırlıq
səviyyəsinə görə, Paris Siyasi Tədqiqatlar İstitutunun üçüncu
kursuna qəbul olunub, artıq dərslərə başlayıb, vəziyyəti yax-
şıdı; Aslan da Paris Universitetində kimyanı öyrənəcək. Fran-
sada iyirmi yeddi tələbə qalmış, digərləri Almaniyaya, İtali-
yaya, Belçikaya, İsveçrəyə, Avstiyaya göndərilmişdi; amma
Almaniyaya gedənlər iki ay Romada viza gözləməli, Bakının
Berlinlə diplomatik əlaqəsi olmadığından problemi Gürcüs-
tan nümayəndəliyinin köməyilə həll eləməli olmuşdular.
Miri onu da yazmışdı ki, görüşəndə səni çox narahat gördüm,
özünə fikir ver, xəstələnmə, məndən də fikir çəkmə, hələ ki,
Ceyhun bəy burdadı, hamımıza həyan olur.
95
Mirinin məktubu bir qədər qəlbini rahatlatdı, heç olmasa,
bu tərəfdən qayğısı azalmışdı. Amma kuryer hələ də gəlib
çıxmırdı, bu da narahatlığını artırır, əsəbini dinclik tapmağa
qoymurdu. Zeynal bəy maraqlı əhvalatlar danışıb kefini aç-
mağa çalışır, Cahangir bəy işlə bağlı sıxıntı olmadığını
dəqiqəbaşı dilinə gətirir, Mirzə Qədir dünyanın işlərinə bir
qədər soyuqqanlı baxmağın zərurətindən söz açırdı.
Əməkdaşların – Cəfərin, Qüdrətin, Möhsünün kiçik şirniyyat
bükülüsüylə yoluxmaları onu lap kövrəltdi. Bu adamlar doğ-
rudan da fədakarlıq eləyir, çətinliklərə dözür, şikayətlənmədən
tab gətirirdilər.
Üstəlik, himnlə bağlı müsabiqədə Üzeyir bəy də iştirak
eləyib qalib olmuş, on beş min manat mükafat almışdı. Seçdi-
yi sözlər Camo bəy Hacınskiyə məxsus idi, deyilənə görə,
sözlə musiqi möhtəşəm səslənirmiş. Belə çıxırdı ki, salamatlıq
olsa, himn yaxın günlərdə parlamentdə qəbul olunacaq.
Hər halda, qalxıb gəzməyi bir həftə çəkdi. Yazın özünü
bütün gözəlliyilə bildirdiyi günlərdən biriydi. Günorta aza-
nından sonra baş çəkmiş Zeynal bəyin köməyilə qalxıb geyin-
di, Xeyriyyə xanımın israrla təklif elədiyi şorbadan bir neçə
qaşıq yedi, sonra həyətdə gəzməyə çıxdılar. Amma yazın
cazibəsi onları Sultanəhməd camesinə, sonra Aya Sofyanın
yanına, Topqapıdan ötüb Gülhanə bağınacan apardı. Elə bil,
hardansa uzaq səfərdən qayıtmışdı, güclə xatırladığı yaddaş
küçələrilə özünə dönürdü.
“Məmmədağadan bir xəbər çıxmadı, – əsasını üzüaşağı
enən küçənin daşlarına vura-vura köksünü ötürdü. – Üç
həftədən artıqdı ki, gedib”.
“Qayıdar, inşallah, – Zeynal bəy onun fikrini yayındırmaq
üçün ayaq saxlayıb ikiqatlı taxta binanı göstərdi. – Taxta usta-
larının işinə fikir verirsənmi? – Təklikdə həmişə rəsmiyyəti
bir kənara qoyurdular, bu da hər ikisinə xoş gəlirdi. – Mən
nədənsə Bakıda ağac memarlığı örnəyinə rast gəlmədim”.
“Haqlısan, – binaya heyran-heyran baxıb başını tərpətdi,
Bakıda daş tikililərə daha çox fikir veriblər, ancaq onlardan
96
da memarlıq nümunələrini barmaqla saymaq olar, üstəlik,
Şərqin ruhunu tapmaq çətindi”.
...Ölkədə baş verən hadisələr onu daim səfarətdə olmağa
məcbur eləyirdi. Üç həftə əvvəl “Qaraqol” hərəkatına başçılıq
eləyən Rauf Orbey və Qara Vasifin məclis binasındaca tutu-
lub on altı nəfər millət vəkiliylə birgə Maltaya sürgün olun-
ması ingilislərin millətçi hərəkatdan çəkindiklərinə işarəydi.
Amma bu addım ingilislərdən ötrü əks nəticə verdi: məclisin
səksən dörd millət vəkilinin Ankaraya qaçıb Mustafa Kamal
Paşaya qoşulduqları barədə söz-söhbət gedirdi. Bundan son-
ra hadisələrin necə inkişaf eləyəcəyini kimsə bilmirdi.
“Məncə, Sultan müttəfiqlərlə oyununu davam etdirir, –
Cahangir bəy hökmünü verdi. – Necə olur olsun, məmləkətin
qurtulmasına çalışır, bunun naminə taxt-tacından da əl
çəkər”.
“Ola bilsin, haqlısınız, – Zeynal bəy razılaşırdı, – hər hal-
da, bu xarabalığın altından yeni dövlətin çıxacağı şübhəsizdi.
Müttəfiqlər Osmanlı torpaqlarından mümkün qədər artıq
pay qoparmağa çalışırlar”.
“Əlbəttə, özlərinə yox, həmişə əllərində alət eləyəcəkləri
yunanlara və ermənilərə... Belə başa düşürəm, yəhudilərə və
kürdlərə dövlət qurmaq barədə də düşünürlər, – Yusif Vəzir
Mirzə Qədirin laqeyd görkəmilə qarşılaşmamaq üçün
düşüncəli tərzdə nəzərlərini pəncərəyə çevirdi.
...Kuryerdənsə xəbər çıxmırdı. Hər həftə əməkdaşlardan
birini limana, Batumdam gələn gəmiləri qarşılamağa
göndərir, intizar içində onların qayıtmasını gözləyir, xəcalətli
görkəmlə qayıdıb gələn əməkdaşı görməmək üçün özünü, az
qala, səfarət binasından çölə atır, gələn yazın nəşəsini duyma-
dan küçələri dolaşırdı.
Bir neçə gün əvvəl cib saatını Qamət Əfəndiyə satdırmışdı
ki, puluna, heç olmasa, öhdəsindəki altı nəfərin gündəlik
xərcini ödəyə bilsin. Özü tamamilə Xeyriyyə xanımın
himayəsinə keçmişdi, onun hazırladığı yeməyi sıxıla-sıxıla
Dostları ilə paylaş: |