11
28 may 1918: Bakıda hakimiyyəti ələ keçirmiş S.Şaumyanın başçılıq
etdiyi daşnak-bolşevik rejiminin Azərbaycanın türk-müsəlman əhalisinə həyata
keçirdiyi kütləvi soyqırımının qarşısını almaq, torpaqlarını azad etmək və
Azərbaycan xalqını dövlət müstəqilliyini qorumaq üçün Osmanlı dövlətinin qoşunu
və Azərbaycan könüllü qüvvələrindən təşkil edilmiş hərbi struktur olan Qafqaz
İslam Ordusu yaradılmışdır.
28 may 1918: “Bakinski raboçi” qəzetinin bugünkü sayında (№ 109(225))
Nuri paşanın 30 zabiti 25 atlı əsgəri ilə Yevlaxda duz-çörəklə qarşılanması
mərasimini təsvir edərək qarşılayanlar adından injiner Bebitovun salamlamasını
Nuri bəyin qısa cavab nitqindən sonra Gəncəyə yola düşdüyü xəbər verilir.
2 iyun 1918: III Ordu komandanı Vehib paşa Nuri paşanı Gəncəyə çatması
münasibəti ilə təbrik edir və tərkibi qarışıq (çeşidli) olan mürəttəb bir dəstəni
Qazax yolu ilə Gəncəyə göndərəcəyini çatdırırdı.
2 iyun 1918: 5-ci Qafqaz piyada firqəsinin Bakıya yola düşməsi barədə Ш
Ordu komandanı Vehib paşanın məlumatında “Azərbaycan hökumətinin mənə
müraciətlə onların bolşevik təcavüzündən qorunması, təhlükəsizlik və asayişinin
təmin olunması, Bakı və ətrafının bolşeviklərdən təmizlənməsi və Azərbaycan
ərazisi daxilindəki dəmiryolu xətlərinin təminat altına alınması və fəaliyyət
göstərməsi məsələlərindəki istək və xahişlərini dərhal qəbul edərək ən cəsur və
hərbi qabiliyyəti çox yüksək olub, həmişə şan-şərəf tacı geymiş bir firqəni dərhal
yola saldım. Lazım olsa bu qüvvələri gücləndirəcəyəm” bildirirdi.
Azərbaycandan Batum konfransının nümayəndəsi Xosrov bəy Sultanov
mətbuat təmsilçilərinə verdiyi müsahibədə bolşevizmlə mübarizədə türklərdən
kömək istədikdə onlar bunun Zaqafqaziya hökumətinin xahişindən sonra mümkün
ola biləcəyini çatdırdılar. Zaqafqaziya hökuməti isə Türkiyənin müsəlmanlan
mühafizə etməsini insani vəzifə hesab edir. Türklərin gəlişi anarxiyanı yatirib
ermənilərlə münasibətlərin yaxınlaşmasına səbəb olacaqdır, deyə göstərir.
(“Hümmət” qəzeti 2 iyun 1918).
2 iyun 1918: III Ordu komandanı Mehmet Vehib paşanın hərbi
nazir Ənvər
paşaya Azərbaycana təcili əlavə hərbi yardım göndərmək barədə teleqramı.
2 iyun 1918: Şaumyan hökuməti neft müəssisələrinin milliləşdirilməsi
haqqında dekret verdi. Leninə teleqramında (7 iyun) bununla Gəncəyə doğru
hücuma hazırlıqların gedişində belə dekretləri verməklə Rusiya Sovet respublikası
üçün neftin necə böyük əhəmiyyət kəsb etməsini duyduğunu qeyd edirdi.
2 iyun 1918: III Ordu komandanının əmrinə əsasən Qazaxdan başlayaraq
Gəncəyədək olan dəmiryolu xəttini süvari minbaşısı komandanı altında olan
mürəttib 2-ci süvari alayı qorumalı idi.
4 iyun 1918: Bakı Xalq Komissarları Soveti Hərbi və Dəniz işləri komissarı
Q.Korqanov 1-ci Qafqaz Qırmızı Korpusunun Zaqafqaziya dəmiryolu boyunca
Hacıqabuldan qərbə doğru hücuma keçməsi barədə 8 saylı əmri imzaladı.
12
4 iyun 1918: 5-ci Qafqaz firqəsinin tərkibində olan 9-cu Qafqaz alayı
Qazağa doğru hərəkət əmri alıb saat 04.30-da Gərgərdən, saat 6.00-da isə 1336
nəfərlik canlı qüvvəsi Nikolayevkadan yola çıxdı.
4 iyun 1918: Batumda “Sülh və dostluq haqqında” Osmanlı-Azərbaycan
müqaviləsi imzalandı. Azərbaycanın taleyində mühüm rol oynayan Batum
müqaviləsinin əsasında M.Rəsulzadə və M.Hacınski xarici hərbi müdaxiləyə son
qoymaq və daxili asayişi qorumaq məqsədilə hərbi yardım barədə Türkiyəyə
müraciət etdilər. Müqavilənin şərtinə görə Beşinci Qafqaz firqəsi Azərbaycana
göndərildi. Həmin diviziya və general leytenant Əli ağa Şıxlinskinin komandanlığı
ilə əsası hələ 1917-ci ildə qoyulan Azərbaycan hərbi qüvvələri (Müsəlman
korpusu) Qafqaz İslam Ordusu ilə vahid strukturda birləşdirildi. Bu struktura
rəhbərlik Nuri paşaya həvalə olundu.
4 iyun 1918: Cəmil Cahid bəyin rəhbərliyi altında Cəlaloğlu yolu ilə
Gəncəyə doğru hərəkətə keçən 9-cu piyada alayında 61 nəfəri topçu olmaqla 1336
nəfər var idi.
4 iyun 1918: Minbaşı Zihni bəyin komandanlığı altında mürəttəb süvari
alayı saat 14-də Cəlaloğludan Qazax istiqamətində hərəkət etdi.
6 iyun 1918: Bakı XKS adından S.Şaumyan Gürcüstan hökumətindən
Türkiyə qoşunlarını öz ərazisindən Azərbaycana buraxmamasını tələb etdi. Məhz
buna görə də iyun ayının 10-da Borçalı istiqamətindən Azərbaycana doğru hərəkət
edən türk qoşunları alman-gürcü qoşunları ilə üz-üzə dayandı. Kiçik bir əməliyyat
keçirməklə Türkiyə qoşun hissələri general Kressin başçılıq etdiyi alman-gürcü
dəstələrini geri oturtdu və xeyli sayda əsir aldı.
6 iyun 1918: Qrup komandanının iyunun 2-də
verdiyi əmrə əsasən Zihni
bəyin komandanlığı altında 2-ci mürəttəb süvari alayı iyunun 6-da artıq
Azərbaycan ərazisində idi.
6 iyun 1918: Qazaxa ayrı-ayrı bölüklər halında və ayrı-ayrı yollardan girən
Zihni bəyin komandanlığı altında mürəttəb 2-ci süvari alayı tərəfindən Ağstafa və
qərbindəki stansiyalar ələ keçirilmişdir.
6-7 iyun 1918: Azərbaycana yardıma qoşan və Qafqaz İslam Ordusunun
özəyini təşkil edən V Qafqaz piyada firqəsi Mürsəl paşanın komandanlığı altında
Batum-Dilican yolu ilə Qazaxa daxil olur. Diviziyada 330 zabit, 7403 əsgər,
həmçinin 1939 qoşqu və minik heyvanı var idi.
7 iyun 1918: Baş komandanlığın əmri ilə 3-cü və 2-ci ordulardan Şərq
Orduları qrupu təşkil edildi; V Qafqaz firqəsi müstəqmən III Orduya tabe idi.
7 iyun 1918: Cəlaloğludan hərəkət edən (iyunun 4-u) 9-cu piyada alayı
iyunun 7-də Qazaxa çatdı.
7 iyun 1918: Şərq Orduları qrupu komandanının 5-ci Qafqaz firqəsinin
özünün təkmil qüvvəsi və qərargahı ilə Cəlaloğludan ayın 8-də səhər Qazaxa doğru
hərəkətə keçməsi barədə əmri verildi.