Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə18/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   14   15   16   17   18   19   20   21   ...   65

  
 
37 
 
Sultan  Məhəmməd  Fateh  yazır:  ―Ondan  sonra  Bayburt  hasarına  yürüdük.  Allah-
taalanın  inayəti  ilə  onu  da  aldıq.  Bütün  qəsəbələrini  və  hasarını  yıxdıq.  Fəqət 
müsəlmanların qadınlarını və cocuqlarını incitmədik. İndi tanrı inayətiylə qışlamaq 
üçün  İstanbula  gəlməkdəyik.  Tarix  səkkiz  yüz  yetmiş  səkkiz  ilin  ili,  rəbiül-axir 
ayının beşində, Qarahisarda ikən yazıldı‖.
96
 
―Yarlıq‖da  Məhəmməd  Fatehlə  Uzun  Həsən  arasında  müharibənin  səbəbi 
kimi  Ağqoyunluların  Toqat  şəhərinə  hücum  edib  oranı  ələ  keçirmələri  göstərilir. 
Bu  əməliyyat  Osmanlı  qoşununun  hücumu  üçün  bəlkə  də  bir  bəhanə  olmuşdur. 
Səbəb  daha  dərindədir.  Anadolunun  böyük  bir  hissəsini  öz  hakimiyyəti  altında 
birləşdirməyə nail olan Osmanlılar qarşılarındakı Bizans imperiyasının son mühüm 
nöqtəsi  olan  İstanbulu  fəth  etdikdən  sonra  Anadolunun  başqa  yerlərini  də  yavaş-
yavaş  ələ  keçirməyə  başlamışdılar.  O  dövrdə  Ağqoyunlu  dövlətində  baş  verən 
hadisələr  Osmanlıların  bu  hərbi  siyasətinə  maneçilik  törətməyə  başladı.  Uzun 
Həsən Qaraqoyunluları məğlub etdikdən sonra, yerli müstəqil bəylikləri öz ətrafına 
birləşdirməyə  çalışır,  bir  sıra  Anadolu  bəylərini  Osmanlı  dövlətinə  qarşı  çıxmaq 
üçün  rəğbətləndirirdi.  Sultan  Məhəmməd  Fateh  elə  buna  görə  də  ona  rəqib  olan 
Ağqoyunlu  dövlətini  aradan  götürmək,  heç  olmasa  onu  Anadolu  məsələlərinə 
qarışmamağa məcbur etmək istəyirdi.
97
 
Məlum  olduğu  kimi,  Otluqbeli  döyüşü  Ağqoyunluların  məğlubiyyəti  ilə 
nəticələndi. Həmin məğlubiyyətin əsas səbəblərindən biri prof. Yaqub Mahmudov 
tərəfindən göstərilmişdir. Belə ki, Uzun Həsənin öz Qərb müttəfiqləri ilə bağladığı 
müqaviləyə əməl olunmaması və onların ―Ağqoyunlu ordusuna hərbi mütəxəssislər 
və  odlu  silahlar  göndərməkdə  tələsməmələri‖  Otluqbeli  məğlubiyyətinin 
səbəblərindən  biri  və  başlıcasıdır.  İkiüzlü  siyasət  yeridən  Venesiya  respublikası 
Ağqoyunluların hərbi uğurlarından istifadə etməklə Osmanlı Türkiyəsini boğmağa 
ümid  etdi.  Nəticədə,  Ağqoyunluların  son  vaxtlarda  əldə  etdikləri  bütün  yerlər 
yenidən Osmanlıların nüfuzu altına düşdü.
98
 
Qələbə  əldə  edilən  kimi  Sultan  Məhəmməd  ətraf  yerlərə,  qəbul  olunmuş 
qayda üzrə, fəthnamələr göndərərək bu xəbəri tezliklə hər yana car etdi. Onun öz 
oğlu Sultan Cəmə göndərdiyi məktubda həmin döyüşün başlanmasında səbəb kimi 
Uzun  Həsənin  ―müsəlmanların  mal  və  mənalını,  ətfal  və  əyalını  qarət‖  etməsi  və 
onun  dəf  edilməsinin  ―darül-islamdan  şərən  və  əqlən  vacib  olduğu‖  göstərilir.
*
 
Sultan  Məhəmməd  sonradan  Xorasan  şahı  Sultan  Hüseyn  Baykaraya  da  bu  fəth 
münasibətilə  məktub yollamış, orada ―onun (Uzun Həsənin - Ş.F.) bütün ölkəsini 
                                                 
*
  Uzun  Həsənin  qətl  və  qarəti  haqqında,  şübhəsiz  ki,  mülahizələr  müxtəlifdir.  Osmanlı  müəllifərindən 
fərqli  olaraq  İran  müəllifləri,  əksinə,  qətl  və  qarət  işində  Osmanlı  sultanını  töhmətləndirirlər.  Məs: 
Fəzlullah ibn Ruzbehan Xuncinin məlumatına görə Uzun Həsən sərhədləri və yolları mühafizə edir və 
hətta 400 zaviyə, rabat və xanəgah tikdirmişdir. (Bax: Fəzlullah Xunci. Göstərilən əsər, səh. 41). 
 


  
 
38 
 
ələ  keçirə  bilərdim,  amma  o,  bir  əziz  danışmədi  sülh  üçün  yanıma  göndərdi‖ 
yazaraq Ağqoyunlu hökmdarının qüsurunu əfv etdiyini bildirir.
99
 
Bu  xüsusda  d-r  Səlahəddin  Tansel  də  məlumat  vermişdir:  ―Şərqdə    
getdikcə  böyüyən  və  Osmanlı  dövlətini  təhdid  edən  Ağqoyunlulara  qarşı  Fateh 
həqiqətən  bir  qədər  çəkingən  hərəkət  etdi.  Bu  məsələdə,  heç  şübhəsiz  ki,  Uzun 
Həsənin  böyük  hərbi  qüvvəsinin  mövcudluğu  amil  olmuşdur.  Ehtimal  ki,  Fateh 
Uzun  Həsənlə  qarşılaşmaqda,  Teymur-Bayazid  faciəsini  göz  önünə  gətirərək, 
tərəddüd edirdi. Bəlkə də, iki müsəlman hökmdarın vuruşması padşaha xoş deyildi. 
Buna  Otluqbeli  savaşının  baş  verməsi  ən  gözəl  misaldır.  Məğlub  olan  Uzun 
Həsənin  təqib  olunması  məsələsi  ortaya  çıxan  vaxt  divanda  bu  təklif  lüzumsuz  
yerə rədd edilir. Halbuki məğlub olan bir ordunu təqib edərək tamamilə yox etmək 
hərbin dəyişməz qaydalarındandır. Bu qaydanın elə o zaman da mövcud olmasına 
görə həmin təqib zəruri idi. Lakin belə olmadı, çünki padşaha (Fatehə - Ş.F.) görə, 
müsəlman  bir  hökmdarı  taxtından  uzaqlaşdırmaq  düzgün  əməl  sayılmamışdır. 
Sonralar  iki  hökmdar  arasında  elçi  get-gəli  də  olmuşdur‖.
100
  Amma  Sultan 
Məhəmməd Fatehin Sultan Hüseyn Baykaraya yazdığı  məktubdan məlum olur ki, 
Uzun  Həsən  Otluqbeli  məğlubiyyətindən  sonra  yenə  də  Osmanlı  sultanına  qarşı  
xoşagəlməz  hərəkətlər  etmişdir,  onun  başqa  əmir  və  qoşun  başçılarına  Osmanlı 
sultanı  əleyhinə  yazdıqı  məktublar  ələ  keçirilmişdi.  Buna  görə  də  Sultan 
Məhəmməd  Sultan  Hüseyn,  Baykaradan  xahiş  edib  yazırdı:  ―İndi  onun  (Uzun 
Həsənin  –  Ş.F.)  dəfi  və  məni  vacibdir.  İndi  siz  də  namusa  riayət  edib,  ondan 
intiqam  almaq  üçün  hücum  edin.  Biz  də  bu  tərəfdən  bütün  əsgərimizlə  hücuma 
keçəcəyik‖.
101
 
Otluqbeli  döyüşündə  Uzun  Həsənin  qoşununda  vuruşub,  əsir  düşən  üç 
Teymuri  şahzadəsinin  xilası  üçün  edilən  bir  cəhd  olduqca  maraqlıdır.  Çünki  bu 
məsələ ilə əlaqədar məktubları nəzərdən keçirdikdə bir sıra maraqlı  məsələlər üzə 
çıxır.  Belə  ki,  Miranşahın  artıq  qocalmış  gəlini  Ruqiyyə  xatun  üç  şahzadənin 
əsirlikdən  azad  edilməsi  barədə  Osmanlı  vəziri  Gədük  Əhməd  paşaya  ərizə 
göndərərək  bu  xüsusda  ondan  kömək  istəmişdir.  Ərizə  dərhal  vəzir  vasitəsilə 
hümayun  dərgaha  (saraya  -  Ş.F.)  çatdırılmış  və  Sultan  Məhəmməd  Ağqoyunlu 
şahzadələrinin  əsirlikdən  azad  edilməsi  müqabilində  böyük  məbləğdə  qan  bahası 
(xunbəha)  tələb  etmişdir.
102
  Həmin  xunbəhanın  məbləği  sənəddə  belə  göstərilir: 
Şahzadələrin  hər  birinin  xilası  üçün  20  dəfə  100  min  Təbriz  ağçası,  hər  üçünün 
azad  edilməsi  üçünsə,  müvafiq  olaraq,  60  dəfə  100  min  Təbriz  ağçası.  Məktubda 
bildirilir  ki,  Ruqiyyə  xatun  gərək  tezliklə  həmin  məbləği  ―xəzaneyi-amirəyə 
göndərsin‖.
103
  Göstərmək  lazımdır  ki,  Ruqiyyə  xatun  elə  öz  ilk  məktubu  ilə 
birlikdə sultana çoxlu peşkəş və töhfə yollamışdı. Sultan ona yazırdı: ―Sizin peşkəş 
və  töhfə  adı  ilə  göndərdiyiniz  şeylər  hesablandı,  450  min  ağçaye-Təbrizi  oldu. 
Buna görə də, sizin bir oğlunuz Əmirzadə Zeynal Mirzəni azad etdik ki, tez gedib 
həmin məbləğin qalan hissəsini, yəni 55 dəfə 100 min ağçaye-Təbrizini xəzaneyi-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə