Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə26/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   22   23   24   25   26   27   28   29   ...   65

  
 
53 
 
Beytullahül-hərama  (Məkkəyə  -  Ş.F.)  ziyarətə  gedən  Xacə  Mahmud  Bakuyiyə 
şifahi olaraq sizin olaraq sizin dərgahınıza çatdırmaq üçün bir neçə kəlmə söz ərz 
etmişik. Nəyə işarə etsəniz, ona da əməl edəcəyik‖.
37 
Tezliklə Şirvanşaha Sultan Səlimdən yeni bir məktub gəldi. Osmanlı Sultanı 
Xacə  Mahmud  Bakuyinin  onun  hüzuruna  gəldiyini,  Şirvanşahın  ona  yazdığı  kimi 
qızılbaş  elçilərinin  də  dalbadal  Türkiyəyə  təşrif  gətirmiş  elçilərinin  olduqlarını 
bildirir,  yenə  də,  özünübn  ―qızılbaşe-ovbaşın  bədkirdar  vücudlarını‖  iti  qılınclarla 
yer üzündən silmək və ―aləmi Şah İsmayılın şər və şurundan təmizləmək‖ niyyətini 
bildirir.
38 
bu məktubu alan Şeyxşah Osmanlı sultanını Azərbaycan üzərinə növbəti 
hücumundan çəkindirmək  məqsədi ilə  dərhal  ona  cavab məktubu göndərmiş, onu 
bu əməldən əl çəkməyə çağıraraq, ―ey islamın pənahı, bu işi etməyin‖ yazmışdır.
39
 
Lakin  Şirvanşahla  Osmanlı  sultanı  arasında  bu  məsələ  xüsusunda  məktublaşma 
yenə  də  davam  edir.  Sultan  Səlim  ona  öz  fikrinin  qəti  olduğunu,  ―daim  fitnə-
fəsadın aradan götürülməsi barədə düşündüyünü‖ yazır.
40
  
Şeyxşah  belə  bir  şəraitdə,  məlumdur  ki,  öz  ehtiyatını  əldən  verə  bilməz, 
Osmanlı  sultanına  arxalanan  da  heç  vəchlə  özünün  Şah  İsmayılla  münasibətini 
korlamaq istəməzdi. Məlumata görə, Şeyxşahın  h. 927 (m.1520)-ci ildə Səhənddə 
Şah  İsmayılın  yanında  olmasından  sonra  Şirvan  yenidən  onun  idarəsinə 
tapşırılmışdır,
41 
hətta,  azacıq  sonra  Şah  İsmayıl  öz  qızı  Pərixan  xanımı  sarayda 
girov saxlanan Şirvan şahzadəsi Sultan Xəlilə ərə vermişdi.
42  
Çaldıran  vuruşmasından  əvvəl  və  sonra  Şirvanşahların  Osmanlılara  qarşı 
olan münasibətini ―Şirvanın Türkiyəyə tabe olması‖ kimi qələmə verən Fəxrəddin 
Kırzıoğlu  əsassız  yerə  Şirvan  ölkəsini  ―Yavuz  çağında  Osmanlılara  itaət  edən, 
sonradan Şah Təhmasibin istilası ilə əlaqədar İrana tabe olan Şirvan‖ adlandırır
43
 ki, 
bu  fikir  tamamilə  əsassızdır.  Çünki  Şirvan,  yuxarıda  göstərildiyi  kimi,  ilbəil 
Səfəvilərə xərac verirdiki, bu fakt Şirvanşahların Osmanlılara deyil, Səfəvilərə itaət 
etdiyini göstərir. Bu biri tərəfdən, II İbrahim, təbiidir ki, Şah İsmayılla da təmasda 
olur,  münasibətin  daha  yaxşı  və  etibarlı  vəziyyətə  düşməsinə  çalışırdı.  Həmin 
arxivin sənədlərinin birində hətta məlumat verilmişdir ki, Şirvanşah Şeyxşah h. 923 
(m.  1517)-cü  ildə  qızını  Şah  İsmayılın  oğlunja  vermiş,  onunla  yaxın  qohumluq 
əlaqəsi yaratmışdı.
44 
Sultan  Səlimin  Çaldıran  qələbəsindən  və  özünün  uğursuzluğundan  sonra 
Şah  İsmayıl,  çox  ehtimal  ki,  gələcək  də  Türkiyə  tərəfdən  ola  biləcək  yürüşlərdə 
Şeyxşahın  köməyindən  istifadə  etmək  niyyətilə,  Şirvanşahla  daha  yaxşı 
davranmağa  başladı,  onun  qızını  oğluna  almaqla  kifayətlənməyərək,  hətta  h.  929 
(m.1523)-cu ildə onun azyaşlı qızıyla evləndi.
45
  
Qeyd  etmək  lazımdır  ki,  istər  Sultan  Səlim,  istərsə  də  onun  yerinə  taxta 
çıxan Sultan Süleyman qızılbaşların əzəmətli hökmdarı Şah İsmayıla qarşı özlərinə 
daim yeni mütəffiqlər cəlb etməyə çalışır, qonşu dövlət başçıları ilə öz diplomatik 
əlaqələrini  kəsmirdilər.  Sultan  Səlim  Şirvanşaha  yazdığı  bir  məktubunda  ona 


  
 
54 
 
özünün  Misir  və  Suriyada  əldə  etdiyi  qələbələrdən  xəbər  verərək,  İrana  yenidən 
hücum  etmək  niyyətini  də  göstərir.
46
  Sultan  Süleymanın  hakimiyyəti  başlayanda, 
məktubda göstərildiyinə görə, Hüseyn bəy dərhal həbsdən azad edilir, amma onun 
hərbçi  yürüşlərində  iştirak  etmək  arzusunu  nəzərə  alan  Osmanlı  hökmdarı  onu  da 
özü  ilə  həmin  yürüşlərə  aparmış,  qələbədən  sonra  Hüseyn  bəyin  Şirvana 
qayıtmağına  icazə  vermişdi.  H.  930  (m.  1524)-  cu  ildə  yazılan  bu  məktubdan 
məlum olur ki, Belqradın h. 927 (m. 1521) və Rodosun h. 928 (m.1522)-ci ildə baş 
verən  fəthlərindən  bir  neçə  il  keçməsinə  baxmayaraq,  Şirvan  Hüseyn  bəy  hələ 
Osmanlı dövlətində qalmış, Şirvanşahın nümayəndəsi kimi hörmət və nüfuz sahibi 
olmuşdur.
47
 
Şirvanşah  I  İbrahim  Şeyxşah  Sultan  Səlimin  vəfatı  və  Sultan  Süleymanın 
taxta  çıxması  münasibətilə  h.  930  (m.1524)-cu  ildə  əl-Hac  Hüseynlə  Osmanl 
sarayına  rəsmi  məktub  göndərmiş,  ―səltənət,  cahandarlıq,  xilafət  və  şəhriyarlıq‖ 
taxt-tacının  öz  varisinə  çatmasını  təbrik  etmişdi.  Sultan  Süleyman  isə  öz 
növbəsində ona göndərdiyi cavabında ―aramızdakı vəfadarlıq əbədi olsun‖ yazaraq 
Şirvanşaha münasibətini bildirmişdir.
48
 
Göstərmək  lazımdır  ki  II  İbrahim  Şeyxşahın  h.930  (m.  1524)-cu  ildə 
vəfatından sonrakı bir neçə il ərazində Şirvan dövləti növbə ilə II Xəlilullahın və II 
Fərrux  Yəsarın  hakimiyyəti  altında  olmuş,  1538-ci  ildə  isə  Səfəvilərə  tabe 
edilmişdir.  Bu  müddətdə  Şirvanda  sabit  hökmdarlıq  bərqərar  olmadığı  üçün  yeni 
Şirvanşahlara  Türkiyə  hökmdarı  Sultan  Süleyman  arasında  elə  bir  nəzərə  çarpan 
münasibət  yaranmamış,  tərəflərin  birinin  digərinə  elçi  get-gəli  və  məktub 
mübadiləsi olmamışdır. Lakin II Xəlilullahın oğlu Bürhanəddinin h. 951 (m.1544)-
ci  ildə,  Dağıstanda  yaşayan  qaytaqlı  qohumlarının  yanından  çıxaraq  Şirvan  valisi 
Əlqas  Mirzə  ilə  döyüş  üçün  Şirvana  gəlib  məğlub  edilməsi  və  Türkiyəyə 
getməsindən  sonra  Şirvan-Osmanlı  münasibətləri  yenidən  təzələnmişdi.  Bürhan 
belə  hərəkət  etməklə,  şübhəsiz  ki,  Bürhanın  köməyi  ilə  Şirvanı  ələ  keçirməyin 
mümkünlüyünü  düşünmüş,  qızılbaşlar  əleyhinə  ondan  istifadə  etməyi  qərara 
almışdı.  Osmanlı  hökmdarının  onun  ixtiyarına  verdiyi  qoşunla  Şirvana  tərəf 
hərəkət  edən  Bürhan  qızılbaş  əsgərlərinin  çoxluğunu  görüb  qorxuya  düşmüş,  türk 
qoşununu Türkiyəyə geri göndərərək, əlverişli fürsət və vaxt gözləmək niyyəti ilə 
yenidən  Dağıstana  getmişdi.  H.  955  (m.  1548)-ci  ildə  Azərbaycana  növbəti  yürüş 
edən  Sultan  Süleymana  birləşmək  məqsədi  ilə  Dağıstandan  hərəkət  edən  Bürhan 
tezliklə Osmanlı hökmdarı ilə görüşmüş və Şirvanı ələ keçirmək üçün qızılbaşlarla 
savaşa girişmişdi.
49
 
Dövrün  bir  sıra  mənbələrində  Bürhanəli  Sultanın  əsasən  Dağıstanda 
yaşaması  və  İstanbulda  bir  dəfə  olması  barədə  məlumat  vardır.  Lakin  əsasən 
Osmanlı müəlliflərinin əsərlərinə əsaslanan F.Kırzıoğlu Bürhanəlinin İstanbula üz 
tutduğunu  nəzərə  çatdırıb  yazır:  ―Sultan  Bürhanəli  qaçıb,  Qaytaq  türklərinin 
yanında yaşayırdı. Osmanlılardan yardım alıb Şirvana vardı, Əlqasın ordusunu çox 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə