Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə29/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   25   26   27   28   29   30   31   32   ...   65

  
 
59 
 
torpaqlar uğrunda ciddi-cəhd göstərirdilər. Məhz buna görə də, Osmanlı sərdarları, 
adət  üzrə,  qış  fəslini  Ərzurumda  keçirir,  baharda  yenidən  özlərinin  sultan 
tərəfindən  təyin  edilən  yerlərinə  qayıdırdılar.  Osmanlılar  qızılbaşlarlın  hücumları 
nəticəsində  Şirvanda  ara-sıra  öz  mövqelərini  itirirdilərsə  də,  yeni  qüvvə  toplayıb 
sonradan  həmin  yerləri  geri  alırdılar.  H.  990  (m.  1582)-cı  ilən  Gəncə  hakimi 
İmamqulu  xan  Qacar  Şah  Məhəmməd  Xudabəndə  tərəfindən  4  xan,  30  sultan,  3 
min  qorçi  və  50  minlik  bir  qoşunla  Şamaxıya  göndərilmiş,  bəzi  yerləri  tutmuş, 
Şabran yaxınlığında olan Niyazabadda Rumeli döyüşçülərinin sərdarı Yaqub bəylə 
döyüşmüş, məğlub olaraq geri çəkilmişdi. 991-ci ilin rəbiüs-sani ayının 18-də (12 
may 1583) isə İmamqulu xanla ―islam döyüşçüləri‖ osmanlılar arasında yeni döyüş 
olmuşdu.  İbrahim  Peçəvinin  məlumatına  görə,  ―İmamqulu  xanın  qoşununda  ibn 
Bürhan da vardır. O, Şirvan bəylərindən olub, sonra düşmənlər (qızılbaşlar – Ş.F.) 
tərəfinə keçmişdi‖.
73
 Şübhəsiz ki, burada adı çəkilən ibn Bürhan yuxarıda haqqında 
bəhs etdiyimiz Əbu Bəkr Mirzədir.
*
  
Zəbt  etdikləri  və  sonradan  dəfələrlə  əldən  verdikləri  böyük  şəhərləri 
qorumaq  üçün  Osmanlılar  qalalar  tikir,  böyük  qarnizonlar  saxlayırdılar.  Belə 
qalalardan  biri  də  40  gün  ərzində  tikilən  və  cəmadüs-sani  ayının  15-də  (7  iyul 
1583) tamamlanan Şamaxı qalası olmuşdur.
74 
Dərbənd  bəylərbəyiliyi  isə  aşağıdakı  8  sancaqdan  ibarət  idi:  Dəmirqapı, 
Şabran, Axtı, Quba, Müskür, Kürə, Çıraq, Rustov.
75
 
Osmanlı  imperiyasının  razılığı  ilə  Şirvanda  belə  bölgü  işi  aparılmasına 
baxmayaraq,  orada  əldə  edilən  qələbəni  saxlamaq  üçün  bu  işə  həvəslə  girişə 
biləcək  bir  şəxs  tapmaq  çətinlik  yaratmışdı.  Şirvandakı  Osmanlı  qoşunlarına 
başçılıq etmək əvvəlcə Diyarbəkir Mustafa paşaya təklif olunmuşdursa da, onlar bu 
vəzifədən  boyun  qaçırmış,  nəhayət  sərdar  Lələ  Mustafa  paşa  həmin  vəzifəni 
Özdəmiroğlu Osman paşanın öhdəsinə qoymuşdu.
76
 
Osmanlı məmurları Şirvanda əhalinin siyahıya alınması ilə də məşğul olub, 
orada  Osmanlı  vergi sistemi  üzrə  fəaliyyətə  başladılar. 1582-ci  ilin  sonlarında  III 
Murad təkcə Şirvanı deyil, bütün Azərbycanı ələ keçirmək niyyəti ilə ölkəyə yeni 
yürüşlər təşkil etdi.
*
 Sonralar Şah Məhəmməd Xudabəndə Şirvanda qalan türklərlə 
döyüşmək  üçün  bir  neçə  dəfə  qoşun  yolladısa  da,  lakin  İsgəndər  bəy  Münşinin 
göstərdiyi kimi, Osman paşa onlara qarşı durmağa müvəffəq oldu.
77
 
                                                 
*
 Əbu Bəkr Mirzə 1602-ci ildə vəfat etmiş, ondan sonra varisi qalmadığı üçün Şirvanşahlar dövlətinin 
bərpası uğrunda daha da bir cəhd göstərilməmişdir. (Bax: Bəkir sidqi Kütükoğlu. Göstərilən əsər, səh. 
124-127). 
*
  Osmanlı  ordusunun  Azərbaycana  bu  yeni  yürüşləri  ilə  əlaqədar  bir  sıra  tədqiqatçıların  səhv  fikirləri 
vardır.  Şərəfxan  Bidlisinin  əsərinə  istinad  edərək,  1582-ci  ildən  sonrakı  Osmanlı  yürüşlərində  guya 
Krım  tatarlarının  da  iştirak  etmələri  xüsusunda  məlumat  verən  İ.P.Petruşevskinin  səhv  fikri  S.B. 
Aşurbəyli. Şirvanşahlar dövləti, səh. 281-282/. Halbuki, O. Ə. Əfəndiyev tarixçi İ. Peçəvi və tədqiqatçı 
B.  Donra  istinad  edərək,  yuxarıda  göstərilən  yeni  Osmanlı  yürüşlərində  tatarların  iştirakını  təkzib 
etmişdir. 


  
 
60 
 
―Sultan  döyüşçülərinin  ələ  keçirdikləri  yerlər  və  məmləkətlərin  əhalisi 
qızılbaş zəbtindən çıxıb, bizim sarayın yolladığı adamların əlində olmalıdır: Təbriz, 
Qaracadağ  ətrafı,  Gəncə  və  Qarabağa  mənsub  olan  yerlər,  Şirvan  torpaqları, 
Gürcüstan  nahiyəsi,  Nəhavənd  və  ona  mənsub  yerlər,  Luristan  və  onun 
tabeliyindəki  torpaqlar,  sultan  sarayının  müvəkkillərində  və  Osmanlı  dövlətinin 
etibarlı adamlarının ixtiyarında qalmalıdır. Sərhədlərin yenidən müəyyən olunması 
üçün  Ban  bəylərbəyisi  ızır  paşa  və  ali  dərgaha  yaxın  adam  olan  Hüseyn  təyin 
edildi‖.
78
 
Bu məktubun ardınca III Murad elə həmin məsələ xüsusunda yeni bir namə 
yollayıb,  artıq  sərhədlərin  müəyyənləşdirilmiş  olduğunu  Səfəvi  hökmdarına 
bildirirdi.
79
 
Beləliklə,  1590-cı  ilin  may  ayının  21-də  bağlanan  Səfəvi-Osmanlı  sülh 
müqaviləsinin şərtlərindən birinə görə Şirvan vilayəti başqa Azərbaycan torpaqları 
kimi Osmanlı imperiyasının tərkibinə qatıldı. Həmin ərazi XVII əsrin başlanğıcına 
qədər  türk  hakimiyyəti  altında  qalmışdır.  Şirvan  1590-cı  ildən  sonra  on  ildən  çox 
Türkiyə  tərəfindən  idarə  olumuşdusa  da,  bu  vilayət  öz  keçmiş  müstəqilliyinə 
qaytarmaq  üçün  müəyyən  cəhdlər  edilmişdir.  Belə  ki,  1602-ci  ildə  Şirvan  taxt-
tacının Şirvanşahlar nəslindən olan son iddiaçısı Əbu Bəkr Mirzə bu məsələdə ona 
kömək göstərilməsi üçün I Şah Abbasa müraciət etmişdi.
80
 
 
SƏFƏVİ DÖVLƏTİ VƏ OSMANLI İMPERİYASI 
 
XV  əsrin  müxtəlif  dövrlərində  Qaraqoyunlularla  və  Şirvanşahlarla  sülh, 
Ağqoyunlularla gah sülh, gah da müharibə şəraitində yaşayan və həmin dövlətlərdə 
öz  ictimai-iqtisadi,  siyasi,  dini  və  hərbi  münasibətlərin  ardıcıl  davam  etdirən 
Osmanlı  dövləti  XV  əsrin  II  yarısından  başlayaraq,  əvvəlcə  Səfəviyyə  dərviş  və 
şeyxləri,  sonradan  isə  (XVI  əsrdə)  Səfəvi  padşahları  ilə  qarşılıqlı  münasibətlərdə 
olmuşdur.  Bütün  XVI  əsr  boyu  davam  edən  həmin  münasibətlər  əsasən  rəqabət 
xarakteri daşımışdırsa  da, Osmanlı-Səfəvi əlaqələrində, dinc  yanaşı  yaşamaq, bir-
birilərinə  müxtəlif  məqsədlər  daşıyan  diplomatik  elçilər  yollamaq,  məktublar, 
hədiyyələr göndərmək məqamları da az olmamışdır. 
XVI əsr Səfəvi-Osmanlı münasibətlərinin şərhinə başlamazdan əvvəl, bütün 
müsəlman  Şərqində  bərqərar  olmuş  islam  dinin  iki  cərəyanından  –  şiəlik  və 
sünnilikdən  bəhs  etməmək  olmaz.  Məmlük  sultanları  Osmanlı  və  Səfəvi 
hökmdarlarının  islam  dininin  qayda-qanunları  pozmaqda  günahlandırın,  Qahirəni 
bütün  islam  dünyasının  baş  şəhəri  sayır.  Məhəmməd  peyğəmbərin  və  böyük 
müsəlman imamlarının vəsiyyət bildirirdilər.
1  
Məlumdur  ki,  şiəlik  ideyaları  VII  əsrdən  etibarən  meydana  çıxmışdır. 
Həmin  ideyaların  ən  dolğun  şərhi  XII  əsr  müəllifi  Məhəmməd  əş-Şəhristani 
tərəfindən  onun  ―Kitab  əl-miləl  və-n-nihəl‖  kitabında  təfsilatla  verilmişdir.
2
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə