Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə37/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   33   34   35   36   37   38   39   40   ...   65

  
 
75 
 
məzhəbini  yaymaqla  iman  şöləsini  öz  dövlət  çıraqlarından  uzaqlaşdırmışdır. 
Onların sərdarları olan Təhmasibin qardaşı Əlqas ali sarayımıza müraciət etmişdi. 
Din  güzcüsünü  tutan  pası  qılıncla  silib-təmizləmək  üçün  diyari-şərqə  yürüş  əmri 
verildi.  Azərbaycan  ərazisi  fəth  edildi.  Əsl  məqsədimiz  Azərbaycan  ərazisi  fəth 
edildi.  O  qəhr  olunmuşun  (Şah  Təhmasibin  –  Ş.F.)  Şirvan  məmləkəti  də  əlimizə 
keçdi‖.
96
 
Məsələ  bundadır  ki,  Sultan  Süleymanın  birinci  iki  yürüşü  kimi  bu  üçüncü 
yürüşünün də qələbə ilə bitməsi barədə məktubda deyilən qətiyyən düzgün deyildir. 
Tamamilə  müstəqil bir dövlət  ərazisində  bir  neçə  gün  dayandıqdan  sonra  yenidən 
öz  dövlətinə  qayıtmaq  hansı  səbəblə  adlandırıla  bilər?  Əgər  həmin  yürüşlərdən 
sonra  Osmanlı  qoşunları  Azərbaycan  və  Şirvan  torpaqlarında  qalsaydı  və  həmin 
yerlər Osmanlı qayda-qanunu əsasında idarə olunmağa başlanılsaydı, bunu sözsüz 
ki,  Osmanlı  qələbəsi  kimi  qəbul  etmək  olardı.  Öz  ölkəsinə  ―qış  gəldiyi  üçün‖
97
 
qayıdan sultanın bu dönüşünü qətiyyən qələbə adlandırmaq olmaz. O biri tərəfdən, 
Osmanlı qoşunlarının Azərbaycandan çıxmasını onların qələbəsi yox, məğlubiyyəti 
kimi  qiymətləndirən  Şah  Təhmasib,  bəlkə  də  haqlı  olaraq  özünə  nəticə  etibarilə 
qalib  saymış,  Rüstəmdən  hakimi  Məlik  Kəyumərsə  bu  xüsusda  bir  fəthnamə 
yollamışdır.  İran  Milli  Şura  Məclisində  saxlanan  606  №-li  əlyazmanın  327-ci  
səhifəsindən  əksini  tapan  həmin  fəthnamədə  Əlqas  Mirzənin  xəyanəti,  sultanın 
üçüncü  yürüşü,  Osmanlı  qoşununun  Mərənd  döyüşü  zamanı  məğlubiyyəti, 
―yürüşdən  peşman  olub  geri  qayıtmaları‖  haqqında  ətraflı  məlumat  verilmişdir.
98
 
Əlyazmanın sonunda Şah Təhmasibin belə bir göstərişi vardır: ―bu müjdəni eşidən 
bütün xalq gərək üç gecə-gündüz nağara çalıb şadlıq etsin‖.
99
  
Bir neçə kəlmə də, Şah Təhmasibin şəxsiyyəti barədə demək yerinə düşərdi. 
O.Əfəndiyev  ―XVI  əsr  Azərbaycan  Səfəvi  dövləti‖  kitabında  bəzi  tədqiqatçıların 
onun  guya  qeyri-fəal,  qətiyyətsiz,  təşəbbüssüz  olduğunu,  ―öz  böyük  atasına 
qətiyyən bənzəmədiyini‖ bildirən mülahizələrini doğru olaraq rədd edir və yazır ki, 
―Şah Təhmasibin şəxsində biz ağıllı, ehtiyatlı bir siyasətçi görürük‖.
100
  
Sultan  üçüncü  yürüşə  yollanarkən,  Şah  Təhmasibin  Anadolu  keçən  bir 
məktubunda  deyilirdi:  ―Siz  ki,  qədimül-əyyamdan  əshabe-xanədane-sorxsər‖  və 
ərbabe-əhzabe-mərdane-rəfzpərvərsiz,  hazır  və  mühəyya  olasız.  Biz  bu  canebdən 
ale-Osman  ilə  karzarda  ikən  gəlib  yetişəsiz.  Ola  bilsin  ki,  Sizin  köməyiniz 
sayəsində bu bəliyyeye-əzimə (böyük bəla –Ş.F.) üstümüzdən dəf ola‖.
101 
Deməli, 
Şah  Təhmasib  heç  də  ―təşəbbüssüz  hökmdar‖  olmamış,  yeri  düşdükdə, 
Osmanlılara  qarşı  öz  hərbi  fəndlərini  həyata  keçirməyi  bacarmışdır.  O  öz 
―Təzkirə‖sində,  hətta  Əlqasın  sözü  ilə  hərəkət  edib,  Azərbaycana  hücuma  keçən 
Osmanlıları ―divanə və ağılsız‖ adlandırmışdır: ―Əlqas bir məktub yazıb bildirir ki, 
xandgar  atamın  mülkünü  (yəni  Qızılbaş  dövlətini  –  Ş.F.)  bütünlüklə  mənə 
vermişdir.  Bu  məktub  mənə  (yəni  Şah  Təhmasibə  -  Ş,F.)  çatan  kimi  rumilərin 
divanəliyi  və ağıllarının azlığı tamamilə  məlum oldu.  Cavabında  yazdım  ki,  mülk 


  
 
76 
 
nə mənimdir, nə də xandgarın, mülk allahındır ki, hər kimə məsləhət bilsə ona da 
verər‖.
102* 
Mənbələrin  məlumatından  bəlli  olur  ki,  Sultan  Süleyman  ―Şərq  diyarı‖na 
etmiş  olduğu  uğursuz  üçüncü  yürüşdən  6  il  sonra  yenidən  Aərbaycana  hücuma 
keçmişdir.  Bildiyimiz  kimi,  o,  dördüncü  yürüşə  üçüncü  yürüşdən  az  sonra 
başlamaq  istəmiş,  lakin  başı  imperiyanın  niyyətini  tezliklə  həyata  keçirə 
bilməmişdir. Lakin bu heç də o demək deyildir ki, Osmanlı sultanı dördüncü yürüş 
barədə  6  il  düşünüb-daşınmamışdır.  Biz  Azərbaycan  torpağında  və  İraqi-Əcəmdə 
kama  yetdik,  qazilərimiz  neçə-neçə  qala  aldı.  İki  il  yaxındır  ki,  əsgərlərimiz  öz 
ipək  libaslarını  polad  paltarlarla  əvəz  etmişdir.  Əgər  o  tərəfdən  də  (yəni  Mavəra 
ən-nəhrdən  –  Ş.F.)  din  qoşunları  hücuma  keçərsə,  o  yolunu  azmış  tayfa  yer 
üzündən  silinər.  Həmin  yolunu  azanlar  olduqca  zəifdirlər.  Əgər  Sizin  də 
qoşunlarınız o müridləri əzmək üçün, gələrsə, işlərimiz düzələr.
103
 
Qızılbaş ordusunun ―olduqca zəif‖ olmadığına Sultan Süleymanın başqa bir 
məktubu  da  sübutdur.  Bir  türkmən  hakiminə  müraciətlə  göndərilən  həmin 
məktubda  h.  961  (m.  1554)-ci  ilin  ramazan  ayının  ortalarında  ―qorxaq  qızılbaş 
tayfasına  yürüş üçün qəza‖  təklif olunur,  ―bu işin (qəzanın) həyata  keçməsi üçün 
bundan əvvəl də həmin türkman hakiminə məktub göndərildiyi‖ bildirilir.
104
 
Göstərmək  lazımdır  ki,  Sultan  Süleymanın  qızılbaşlara  müxalif  olan 
hakimlərə  belə  məktublar  göndərilməsinin  səbəbi  h.  959  (m.  1552)-ci  ildən 
başlayaraq  Şah  Təhmasibin  Osmanlıların  əlində  olan  torpaqlara  etdiyi  fəal  hərbi 
hücumlarla  əlaqədardır.  1552-ci  ilin  başlanğıcında  Ərzurum  hakimi  İsgəndər 
paşanın əvvəlcə Xoya, sonra isə Çuxursədə hücumuna cavab olaraq, Şah Təhmasib 
həmin  ilin  yayında  böyük  ordu  yığmış,  onları  dörd  hissəyə  bölüb  aşağıdakı  dörd 
istiqamətə yollamışdı.  
1. Ərciş və Bargiri; 
2. Pasin; 
3. İraqi-Ərəb; 
4. Dəbil (Dvin). 
Qızılbaşların  bu  hücumlarında  məqsəd  Osmanlı  Türkiyəsi  sərhəd 
vilayətlərini  Osmanlı  döyüşçülərindən  təmizləmək  və  hərbi  qənimət  ələ  keçirmək 
idi. Şah Təhmasibin özü şəxsən bu hərbi yürüşlərdə iştirak edirdi.
105
 
1552-1553-cü ildə Türkiyə ilə həmsərhəd vilayətlərdə bir sıra uğurlu qələbə 
əldə  edən  qızılbaşlar  (Trabzon  valisi  Mustafa  bəy,  Mərəş  hakimi  Xeyrəddin  bəy 
                                                 
*
 Sultan Süleyman üçüncü dəfə Təbrizə girdiyi zaman doğrudan da, Əlqas Mirzənin ixtiyarında ―top və 
çəpi‖ verərək onu ―Təbrizdə İran taxtına‖ çıxzarmışdı. F.Kırzıoğluya görə, hökmdarlığa yaramadığını 
bildirdi.  Vaxtilə  Şirvanda  etdiyi  zülmləri  Təbrizdə  də  etməyə  başladı.  Sultan  vəziyyəti  belə  görüb, 
―Əlqas  Mirzənin  Təbrzi  taxtına uyğun  görmədi‖  (Göstərilən əsər.  Səh.  186). Bizə  elə  gəlir  ki,  Sultan 
Süleymanın  Əlqası  ―təbriz  taxtına  uyğun  görməməsini‖  səbəbini  heç  də  ―bu  yeni  hökmdarın‖ 
zülmkarlığında  yox,  Osmanlılardan  Şah  Təhmasibin  hərbi  siyasəti  nəticəsində  Azərbaycanda  qala 
bilməmələrində axtarmaq lazımdır.   


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə