Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə38/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   34   35   36   37   38   39   40   41   ...   65

  
 
77 
 
əsir  tutulmuş,  Ərciş  və  Barciri  fəth  edilmişdi)
106
  geri  dönmüş,  Şah  Təhmasib  h. 
960-cı  (m.  1553)  ilin  baharında  Naxçıvana  qayıdaraq,  Həsən  bəy  Rumlunun 
məlumatına  görə,  əmir  Şəmsəddin  Dilcanini  sülh  danışıqları  aparmaqdan  ötrü 
sultan  sarayına  yollamışdı.  Lakin  yenə  də  bu  tarixçiyə  görə,  sultan  tərəfindən 
qızılbaş səfiri etinadsızlıqla qarşılandığı üçün Şah Təhmasib təzədən oğlu İsmayıl 
Mirzəni  Kürdüstan  üzərinə  hücuma  yollamış,  onlar  Van,  Vostan,  Ərciş  və 
Adilcəvazi qarət edərək yenidən Naxçıvana qayıtmışdılar.
107
 
Bu  hadisələrdən  bi  il  sonra  (h.  961;  m.  1554)  Azərbaycana  dördüncü 
yürüşünə başlayan Sultan Süleyman böyük ordu ilə Qarsa gəlib, oradan Naxçıvan 
istiqamətinə  hərəkətə  başladı.  O,  Qarsda  olarkən,  şah  Təhmasibə  məktub 
yollayaraq,  onu  ―din  yolundan  döndüyü  və  düzgün  şəriəti  dəyişməklə  insaf 
dairəsindən  çıxdığı‖  üçün  töhmətləndirir,  artıq  ―şüarı  küfr  olan  Şərq  diyarını 
dağıtmaq niyyəti ilə fəqih və seyidlərin fitva‖ verdiklərini
*
 bildirir, şahın yenə də, 
əvvəllərdə  olduğu  kimi  açıq  müharibəyə  dəvət  edirdi:  ―Əgər,  yenə  cürət  etməsən 
şahlıq adı sənə haram olsun. Mənim bu fərmanıma cavab göndərib, vaxtlı-vaxtında 
döyüşə hazır ol‖.
108
 
Ehtiyatlı  şah  və  uzaqgörən  sərkərdə  olan  Şah  Təhmasib,  bu  dəfə  də  hərbi 
qüvvəcə  və  sayca  qızılbaşlardan  üstün  olan  Osmanlılarla  üzbəüz  gəlmir,  lakin 
Osmanlı ordusunun Naxçıvanda olmasından istifadə edərək, özünün iki qoşununu 
Van və Voston bölgələrini, həmçinin Pasin vilayətini işğal etmək, beləliklə də, geri 
qayıdacaq Osmanlı qoşunları üçün ərzaq və daldalanacaq sarıdan çətinlik yaratmaq 
məqsədilə  hücuma  göndərir.  Doğrudan  da,  Naxçıvanda  iki  gündən  çox  qala 
bilməyən,  Bazarçay  və  Qanlıçəməni  adlı  yerlərdə  məğlubiyyətə  uğrayan  Osmanlı 
qoşunları tezliklə öz ordularına qoşularaq Ərzuruma qayıtdılar.
109
 
Yenə  də  tarixçi  Həsən  bəy  Rumlunun  məlumatına  görə  tezliklə  tərəflər 
arasında sülh müqaviləsi imzalandı və hər iki tərəfin küdurəti aradan götürüldü.
110
 
Bir  sıra  Osmanlı  mənbələrində  Osmanlı  qoşunları  müqabilində  guya 
qızılbaş  qoşunlarının  və  şəxsən  Şah  Təhmasibin  həmişə  qaçdıqları  kimi  yanlış 
                                                 
*
 Osmanlıların hücumu ərəfəsində, adətən şeyxülislamlar hücumları əsaslandırmaq üçün fitva verirdilər. 
Məsələn, birinci yürüş ərəfəsində verilən fitvanın mətni 1534-1539-cu illərdə şeyxülislam olmuş tarixçi 
Xoca  Sədəddin    Əfəndi  tərəfindən  yazılmışdı.  Nasuhi  Mətrəki  özünün  ―Bəyane-mənazile-səfəre-
İraqeyne- Sultan Süleyman xan‖ əsərində birinci səfərin səbəbinin Osmanlı ordusuna belə anladıldığını 
bildirir:  ―Şimdiki  hində  diyare-Şərqdə  təbdile-ayine-şəriəte-  Muhəmmədiyyə  və  təğyire-məzahibe-
milləte  hənəfiyyə  edən  rəise-rüusul-əhməd  Təhmasib  ibn  Heydər  nam  şahın  vücudu  mayeye-itneyi-
alənm  və  maddeye-iztirabe-bəni-Adəm‖  olduğundan  onun  aradan  götürülməsinə  qərar  verildi.  (Bax: 
Mətrəkçi.  Göstərilən  əsər,  vər.  2b-3a;  F.Kırzıoğlu.  Göstərilən  əsər.  səh.  140).  Dördüncü  Şərq  yürüşü 
ərəfəsində  verilən  dördüncü  fitvada  (həmin  fitvanın  surəti  Ali  Əfəndinin  ―Nüsrətnamə‖  əsərində 
verilmişdir. Belə deyilirdi: ―O zalımlar Qurane-əzimi və şəriəte-şərifəni istixlaf eyləməklə və kotobe-
şəriyyəni təhrir edib oda yaxmaqla üləmaye-dini qırmaqla, rəisləri olan şahı məbud yerinə qoyub, ona 
səcdə eyləməklə, həzrəte-Əbu Bəkrlə həzrəte-Öməri lən eyləməklə kafir olduqdan sonra Qurane-kərimi 
təkzib edib, kafir və mürtədd olduqları üçün onların küfrlərində tərəddüd edən (şəxs) müslim deyildir‖ 
(Bax: F.Kırzıoğlu. Göstərilən əsər, səh. 140).  


  
 
78 
 
məlumatlar  boldur.  Biz  bir  daha  qeyd  etmək  istərdik  ki,  Şah  Təhmasib  özünün 
uzaqgörənliyi  sayəsində  mənasız  müharibəyə  girərək,  mütləq  məğlubiyyətə 
uöramasından  ötrü  doğrudan  da  qızılbaş  ordusunu  Osmanlı  ordusuna  dəfələrlə 
ciddi  həmlələr  edilmiş,  xəsarət,  yetirilmişdir.  Sultan    Süleymanın  təhqiramiz 
məktublarına  təhqiramiz  da  cavablar  Səfəvilərə  qarşı  olan  düşmənçilik  siyasətini 
qınamış,  ―bəd  etiqadlı  və  imansız  olan  ale-Osmanın  bəzi  şeytanların  uğrunda 
vədlərinə  uyaraq  yer  üzünün  ən  gözəl  mülkü  olan  İranda  şahlıq  və  padşahlıq 
xəyalına  düşüb.  Azərbaycan  məmləkəti  üzərinə‖  yürüşlərini  pisləmişdir.
111
  Bu 
qəbildən  onun  Sultan  Süleymana  yazdığı  bir  məktub  olduqca  səciyyəvidir.  İran 
Milli  Şura  Məclisinin  606  nömrəli  əlyazmasında  həmin  məktub  da 
saxlanılmaqdadır. Şah Təhmasib sultana  yazır: ―Mənə deyiblər ki, rum tayfası öz 
amansız qədəmlərini Naxçıvan vilayətində basıb zülm bayrağını ucaltmışdır. Mən 
bəzi  əsgərlərimi  o  tərəfə  yolladım.  Onlar  Naxçıvan  ulkasından  itlər  kimi  qaçmış, 
qəhətlik,  çatışmamazlıq,  aclıq  və  başqa  səbəblər  üzündən  təngə  gəlib  Diyarbəkirə 
dönmüşlər. Bu xəbər mənə çatdıqda, əziz fərzəndim... İsmayıl Mirzə bəzi adlı-sanlı 
əmirlər, qazilər və ağır qoşunla onların arxasınca getmək icazəsi istədi. Mən buna 
razı  olmadım.  Qələbə  Allah  tərəfindən  müəyyənləşibsə,  qoşuna  nə  hacət‖.
112 
Deməli, qızılbaş qoşunu heç də həmişə Osmanlılardan qabağından qaçmamış, yeri 
gəldikdə  onlara  hücumlar  da  etmişlər.  ―Mənə  yazdığın  ―mən  bir  dəfə  sənin 
məmləkətinə  hücum  etdimsə  də,  sən  qarşıya  çıxmadın  və  bizimlə  bacarmağa 
qüvvəm  çatmır‖  kimi  yava  sözlərinə  qarşı  bildirirəm  ki,  adlı-sanlı  sultanlar  və 
dünya  xaqanları  heçdə  mərdliyi,  mərdanəliyi,  igidliyi  və  müdrikliyi  sənə  şamil 
etmirlər, çünki sən heç  vaxt igidlər səfindən olmamısan,  müdirklik və  mərdanəlik 
etməmisən, həmişə şədəbazlıq və atəşbazlıq edərək, üzü çadralı qadınlar kimi qala 
içərisində  oturmusan  və  üç  yüz  min  namərdi  də  meydanda  məhbus  vəziyyətində 
saxlayaraq,  onların  ətrafını  zəncirləmisən.
*
  Şücaət  və  igidlik  bizə  böyük 
əcdadlarımızdan  və  əcdadlarımızdan  və  atamızdan  miras  qalmışdır!‖.
113
  Mənim 
əsgərlərimin  əksəriyyəti,  doğrudan  da  qaçmışdı.  Mən  üç  min  adamla  qalmışdım. 
Məhərrəmin  12-də  sübh  vaxtı  iki  yüz  əlli  min  özbək  əsgəri  və  bütün  Turan 
məmləkəti sultanları qarət üçün atlandıqları vaxt qaibdən qulağıma bir səda gəldi: 
―12  müqəddəs  imam  və  həzrət  Sahibüz-zəman  sənin  köməyinə  gəlmişdir,  tez  ata 
min!‖. Mən həmin üç min silahlı cavanla iki yüz min özbəyə həmlə etdim. Üç min 
qılınc  eyni  vaxtda  işlədi.  Turan  mülkünün  80  padşahını  ləşkərləri  ilə  birlikdə  bir 
fərsək  uzağa  qovduq.  Biz  həmin  döyüşdən  zəfərlə  qayıtdıq‖.
114
  Həsən  bəy 
Rumlunun  da  məlumatına  görə,  ―bir  qızılbaşın  iyirmi  özbəyə  qarşı  döyüşdüyü‖ 
Ülənge-Cam, Sarıqamış və yaxud Cam döyüşü adlanır ki, orada özbək Übeydulla 
xanın  bütün  Mavəra  ən-nəhr,  Kaşqar,  Əndican,  Otrar,  Seyran,  Kabul,  Qılmaq, 
Məska,  Çərkəz  və  Qıpçaqdan  topladığı  nəhəng  ir  ordu  gənc  Səfəvi  şahının 
                                                 
*
 Burada Şah Təhmasib türklərin döyüş üsuluna işarə edir. Məlum olduğuna görə, Osmanlılar əsgərlərin 
fərar etmələrinə yol verməmək üçün ordunun arxa tərəfinə araba və zəncirlərdən sədd çəkirdilər. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə