Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə36/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   32   33   34   35   36   37   38   39   ...   65

  
 
73 
 
pərvərdigar  bütün  mövcüdatın  böyüyüdür.  O,  ―Kəlame-şərifdə  (Quran  –  Ş.F.) 
buyurmuşdur ki, kafirlərlə cahad və qəza etdiyiniz vaxt özünüzü təhlükəyə atmayın. 
Pərvərdigar  bir  halda  ki,  bizim  kafirlərlə
*
  döyüşdüyümüz  vaxt  belə  təhlükəli 
hərəkəti  qadağan  etmişdir,  mən  döyüş  fitvası  verərək  necə  ola  bilər  ki, 
müsəlmanları  təhlükəyə  atım?‖  Şah  Təhmasib  belə  dəlil  gətirməklə  yanaşı,  eyni 
zamanda  qızılbaş  və  Osmanlı  qoşnlarının  tənasübünü  də  nəzərə  çatdırmağı 
unutmur: ―İndi bizim bir nəfərimiz Sizin on nəfərinizin müqabilində nə edə bilər? 
Belə  olan  halda  biz  necə  Allahın  əmrinə  qarşı  çıxaq  və  bilərəkdən  özümüzü  oda 
yaxaq? Adam gərək divanə, ya da sərxoş olsun ki, faydasız döyüşə başlasın‖.
82
  
Göstərmək  lazımdır  ki,  el  baş  vəzir  İbrahim  paşa  da,  qızılbaşlarla 
döyüşməyi məsləhət bilmədiyinə baxmayaraq, bu barədə fikrini sultana bildirməyə 
qorxduğundan,  Şah  Təhmasibin  zövcəyi  Bəyimə  məktub  yazmış,  sanki  döyüş 
tərəfdarı  olmamışdır.  Lakin  Sultan  Süleymanın  fikri  qəti  idi.  Təbrizdə  girdiyinə 
baxmayaraq,  bir  həftədən  sonra  Azərbaycandan  çıxmağa  məcbur  olan  Osmanlı 
qonşunu Bağdada yollandı.
83
  
Osmanlı  qoşununun  Azərbaycana  birinci  yürüşü  və  onun  səbəbləri  barədə 
Sultan Süleymanın Krım hökmdarı Mengli Gəray xana bir məktubu vardır. Orada, 
Krım xanına məlumat verilir ki, ―İslam etiqadını möhkəmləndirmək naminə‖ Şərq 
diyarına  hücum  edən  osmanlı  qoşununun  qorxusundan  guya  Şah  Təhmasib 
Xorasana  qaçmağa  məcbur  olmuşdu.
84
  Əslində  isə  bildiyimiz  kimi,  bu  belə 
olmamışdır. Sultanın bu  yürüşü başlamazdan  əvvəl Şah Təhmasib Xorasanı tutan 
özbəklər  üzərinə  hücuma  keçmiş,  Azərbaycanın  idarəsini  Musa  bəy  Mosulluya 
tapşırmışdı.
85
  Demək,  Sultan  Süleyman  tərəfindən  Krım  xanına  verilən  məlumat 
düzgün deyildir.  
Tarixçi  Həsən  bəy  Rumlu  bildirir  ki,  bu  hadisədən  bir  il  sonra  Sultan 
Süleyman ikinci dəfə Azərbaycan üzərinəı hücum etsi.
86 
Lakin birinci yürüş kimi, 
Sultanın  ikinci  yürüşü  də  uğursuzluqla  nəticələndi.  Şah  Təhmasibi  bu  dəfə  də 
döyüşə  cəlb  edə  bilməyən  Sultan  Süleyman  Türkiyəyə  qayıtmış,  onun  ardınca 
hücuma başlayan qızılbaşlar isə Van və Ərciş qalalarını ələ keçirmişdilər.
87
 
Sultan  Süleymanın  qızılbaş  torpaqlarında  qala  bilmədiyini  nəzərə  çatdıran 
Əbdülhüseyn Nəvai yazır: ―Mərkəzi Avropada Vyana şəhərini tutan və İstanbuldan 
İsveçrəyə  qədər  ölkələri  zəbt  edən  Sultan  Süleyman  İranla  bacarmadı,  Avropada 
hökmranlıq edən ən qüdrətli türk sultanı İranla bacarmadı‖.
88
 
Lakin  bu  heç  də  o  demək  deyildi  ki,  Türkiyə  Azərbaycana  hücum  etmək 
cəhdindən  tamamilə  əl  çəkmişdi,  Sultan  Süleymanın  ―Şərq  diyarı‖na  üçüncü 
yürüşünün əsas təhrikçisi və səbəbkarı Şah Təhmasibin qardaşı, 1538-ci ildən bəri 
                                                 
*
  Sünni  Osmanlılar  işə  qızılbaşları  kafir  adlandırdıqları  kimi,  qızılbaşlar  da  sünni  özbəklər,  məhz 
məzhəb baxımından, kafir sanırdılar: ―Həzrət xandgar kəmfürsətlik edib, mən Herat tərəfindən və özbək 
hərbindən qayıdarkən, bizim ölkəmizə hücum etdi (Bax: Şah Təhmasib. Təzkirə, səh. 32.). 
 


  
 
74 
 
Şirvanda bəylərbəyi olan, 1547-ci ildə isə Şirvanda uğursuz müstəqillik cəhdindən 
sonra  İstanbula  qaçan  Əlqas  Mirzə  olmuşdur.
89 
Əlqasın  qızılbaşlara  xəyanəti  və 
bunun  səbəbləri  barədə  Şah  Təhmasibin  özünün  maraqlı  mülahizəsi  vardır. 
―Təzkirə‖də  Səfəvi  hökmdarı  Əlqasın  İstanbula  fərar  etməsinin  iki  səbəbini 
göstərir  ki,  həmin  səbəblərin  ikincisi  həqiqətə  uyğundur.  Şah  yazır:  ―Əlqas  yaği 
oldu‖.
90 
Qardaşınının ona qarşı çıxmasını ürək ağrısı ilə xatırlayan Səfəvi hökmdarı 
bu  hadisənin  başvermə  səbəbləri  üzərində  xeyli  düşündükdən  və  bu  məsələni 
götür-qoy  etdikdən  sonra  sözünə  davam  edir:  ―Onun  mənə  yağı  olması  (xəbəri) 
yayılmazdan əvvəl mən Əliağa Ağcasaqqalı onun yanına göndərdim ki, o, müxalif 
olub,  üzünü  rəhm  silləsindən  qaçırmasın.  Amma  o,  Əliağanın  nəsihətinə  heç  də 
qulaq  da  asmadı.  Öz  adına  xütbə  oxutdurub,  sikkə  kəsdirdi.
*
  Çərkəzə  qaçdı. 
Oradan  mənə  məktub  yazdı ki, ―bəs  mən  həzrət xandgarın  yanına  gedirəm, görün 
Sizin başınıza nə oyun alacağam!..‖
91
 Əlqasın xəyanətinin ikinci səbəbini belə izah 
edən  Şah  Təhmasib  Türkiyə  Sultanının  Azərbaycana  hücumunun  heç  bir  əsası 
olmadığını  və  bu  işdə  Əlqasın  yalnız  bəhanə  olduğunu  bildirir:  ―Gərək  həzrət 
xandgar  əvvəlcə  onun  (Əlqasın  –  Ş.F.)  idrak  və  əqlini  imtahana  çəkəydi  və  sonra 
onun  sözünə  əməl  edib  bu  tərəfə  gələydi.  Bundan  başqa,  gərək  həzrət,  Əlqasın 
günahını  öyrənəydi.  Əgər  mən  razılaşmasaydım,  istədiyini  edəydi.  Belə  olan 
surətdə  o,  mənim  üstümə  qəzəblə  gəlsəydi  də  haqlı  olardı‖.
92 
Şah  Təhmasibin 
dövlətlərarası  ixtilafları  nizama  salmaq  barədə  mülahizəsi  belədir.  Lakin  Sultan 
Süleyman  h.  955  (m.  1548)-ci  ilin  baharında,  Həsən  bəy  Rumlunun  məlumatına 
görə  Osmanlı  imperiyasına  tabe  olan  bütün  ölkələrdən  –  Macarıstan,  Anadolu, 
Bosniya, Serbiya, Qaraman, Ərəb və Kəfədən böyük qoşunlar çağırıb üçüncü dəfə 
Azərbaycana yürüş etdi.
93
 
―İranı  asanlıqla  tuta  biləcəyi  barədə‖
94
  Sultan  Süleymanı  əmr  edib  onu 
üçüncü  dəfə  Şərq  yürüşünə  çıxmağa  şirnikləndirən  Əlqas  Mirzə  də  yanılmışdı, 
Sultan  Süleyman  da.  Həsən  bər  Rumluya  görə,  Şah  Təhmasib  qətiyyən 
fəaliyyətsizlik edib gözləmə mövqeyində durmur, ―qızılbaş dilavərlərini rumluların 
dörd  bir  tərəfinə  kəşfiyyata  göndərir,  qazilər  Rum  əsgərlərini  ordubazarda  dara 
çəkirdilər‖.  Qızılbaşların  belə  müqavimətinə  ―pərişan  və  heyran‖  qalan  Sultan 
Süleyman  qayıdarkən,  Təbriz  əhalisi  onun  döyüşçülərinə  hücum  etmişdi.
95
  Lakin 
üçüncü Şərq yürüşünə Təbrizdə cəmi dörd gün qalıb heç bir qələbə əldə etmədən 
geri  qayıtmağa  məcbur  olan  Sultan  Süleyman  bu  yürüşün  nəticələrini  ―zəfər  və 
qələbə‖ adlandırmış, hətta bunu Qərb dövlətlərinə edə bildirmək üçün Fransa kralı 
II  Henrixə  bir  namə  də  yollamışdı:  ―Məlum  olsun  ki,  ovbaş  qızılbaş  tayfası  şiə 
                                                 
*
 Qeyd: Əlqas Mirzə doğrudan da Şirvanda öz xütbə oxutdurmuş, lakin Şah Təhmasibin fikrinin əksinə, 
sikkə kəsdirməmişdir. Bunu elə Əlqas Mirzənin özü sultan Süleymana yazdığı bir məktubda belə qeyd 
edir: ―ümidvaram ki, o İsgəndərməkan və Süleymanın sultan (I Süleyman  – Ş.F.) bu bəndənin halına 
acıyacaq,  mövrusi  ona  verəcək,  dinar  və  dirhəmi  onun  adı  ilə  kəsdirəcəkdir‖  (Bax:  Ə.Nəvai,  Şah 
Təhmasib Səfəvi, səh. 172.). 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə