79
qarşısına çıxmışdı.
115
―Əgər indi sən də mənim mərdlik və mərdanəliyimi
müşahidə etmək istəyirsənsə, pərdə arxasında əyləşən qadınlar kimi deyil, şir
ovlayan nəhənglər kimi top-tüfəng qalasından çıx
*
və bizi ilahi qüdrətimizi gör!..
Həmin məktubda Sultanın dördüncü yürüşü üçün fitva verərək sünni
üləmaları da tənqid olunur. Bu, artıq Şah Təhmasibin ideoloji mübarizəsidir:
―Məlumunuz olsun ki, biz sizin üləmaları bir neçə xüsusiyyətə görə kafir, fitnəkar,
bədbəxt və üzüqara sanırdıq. Onların əksəriyyəti rəsulullah evinə ədavət edir.
Sünniliyə öz müstəqil münasibətini bildirən Şah təhmasib sonra şiələrin və şiəliyin
tərifinə keçir. ―Osmanlıların və Mərvani davamçılarının məzhəb və qanununun
şərəfsizliyinə və rüsvayçılığına baxmayaraq, siz şiə tayfasına ―rafezi‖ demiş, onları
―şiəye-şəniyye‖ (―murdar şiə‖) adlandırmısınız . Həzrıte-kainatın (Məhəmməd
peyğəmbərin – Ş.F.) dövründə onlara heç kim belə deməzdi‖.
116
―Yazmısan ki, üç illik yaraq-yasaq hazırladığından sonra, ağır qoşunla dörd
bir tərəfdən İrana yollanırsan. Sən beş dəfə bu diyarı tutmaq və viran etmək üçün
üç yüz minlik qoşunla gəlmisən
*
. Qüvvət və qüdrət toplamısan ki, [burada] beş gün
qala biləsən. Sən gərək mənə yazdığın layiqsiz məktubun bu cavabını oxuyub
cəhalət və ədavəti tərk edəsən, peyğəmbər şəriətinə tabe olasan, islam əhlinin
yolunu tutasan, inadı yerə qoyasan və səadət tapasan‖.
117
Osmanlı ordusunun Azərbaycana dördüncü yürüşü xüsusunda Şah
Təhmasibin ―Təzkirə‖sində də məlumat vardır. Orada deyilir ki, əmir Həsən bəy
Yüzbaşının Osmanlı ordusuna hücum etmək barədəki təklifinə şah razı olmamış,
―mən qəfildən onlara hücum edib, qanlarına bais ola bilmərəm‖ demişdir. Şah
Təhmasib yazır: ―Onların ―gəlin döyüşək‖ sözlərindən məlum olur ki, neçə dəfə
sizi cəngə çağırdıqsa da, gəlmədiniz, qaçdınız və biz buna görə də geri qayıdırıq.
Xülasə, bundan üç gün sonra xandgar geri qayıtdıq. Sonra Şahverdi Sultan mənə
dedi ki, əgər əmr etsəniz, biz irəli gedər, Arazda toplanan qoşuna hücum edərik.
Razılaşmadım‖.
118
Sultan Süleymanın ikinci vəziri İsgəndər paşanın və ərzurum
hakimi Ayaz paşanın Səfəvi əmir və vəzirlərinə göndərdiyi məktublar
(―Məlumunuz olsun ki, biz bundan əvvəl də siz tərəfə məktub yollamışdıq,
məqsədimiz sərhəd vilayətlərin əmirləri arasında sülh olmasıdır. Əgər onlardan
sədaqət görünsə, bu tərəf də sədaqətə əməl edəcəkdir‖),
119
Şah Təhmasibin dövlət
başçıları Şahqulu Xəlifə, Sevindik bəy Qorçibaşı, Məsum bəy Səfəvi və Bədrxan
Əmirdivanın birgə yazdıqları məktub
120
hər iki ordunun artıq döyüşlərdən
bezdiyini göstərir. Lakin Sultan öz qürurunu sındırmaq istəmir. ―Məktubunuz gəldi.
*
Tür tədqiqatçısı F.Kırzıoğluya görə, Sultan Süleyman doğrudan da ikinci ―Şərq səfəri‖ndən sonra
―xəstəhal olduğundan‖ heç bir hərbi döyüşdə şəxsən iştirak etmir, yeni ölkə və vilayətlərin zəbti üçün
vəzir və paşalarını yollayırdı. 1552-ci ilin baharında 59 yaşlı sultan Macarıstan üzərinə yeni yürüşə də
öz vəzirini yollamışdı və özü ―ovlaqlarda ov edərək‖ istirahətlə gün keçirməkdə idi. (Bax: F.Kırzıoğlu.
Göstərilən əsər, səh. 209-210).
*
Şah təhmasib ―beş hücuma işarə etməklə görünür ki, Sultan Səlimin 1514-cü ildə Azərbaycana
yürüşünü də nəzərdə tutmuşdur.
80
Bizim xidmətimizdə olan vəzir və qulların siz tərəfə heç bir sülh məktubu
göndərilməmişdir. Bizim üçün nə zərurət vardır ki, sizinlə sülh bağlamağı
arzulayıb məktub göndərək? Sülhə çatmaq istəyirsinizsə, bilin ki, sülh qapısı
bağlıdır. Əlacsız qalıb zəbun olanlar sülh xahişi elə xahişi edə bilərlər‖.
121
Sultan
Süleyman yenə də qızılbaşları kafir adlandırır: ―Kafir kimə deyirlər? Əgər kafir
yalnız ölkəsində kilsə olan adamlardırlarsa, ölkənizdə kilsə yoxdur, lakin siz
imamın və islamın kimi və nə olduğunu bilmirsiniz‖.
122
―Sonuncu namənizdə sülh
əhvalı zikr olunmuşdur. Əgər sülh istəsəydiniz, öz məmləkətinizdə oturub, fitnə-
fəsada başlamazdınız. Əgər həqiqətən sülh istəyirsinizsə, bir adam göndərin ki,
təklifinizə cavab verilsin‖.
123
Lakin sultan yenə də özünün Azərbaycana etdiyi hücumlara bəraət
qazandırır: ―Şərq məmləkətləri üzərinə bizim tərəfimizdən hər dəfə yürüş
edilərkən, bilin ki, bunlar məhz islam qayda-qanununu himayə etmək və dini işlərə
riayət olunması üçün edilmişdir‖. Sultanın bu məktubunda hədə-qorxu duyulsa da,
nəhayət sultan bildirir: ―Əgər sizin xatırlatdığınız əhdi-peyman etibarlıdırsa
özünüzün mötəbər əmirlərinizdən birini bizim tərəfə yollayın və verdiyiniz söz və
şərtdən kənara çıxmayın‖.
124
Tezliklə Şah Təhmasibdən cavab məktubu alan Sultan
Süleyman orada bu cümlələri oxuyur: ―Fərruxzad bəy Eşikağasını risalət təbliği və
sədaqət təkidi üçün ali dərgaha göndərdik. Qoy sülh elə möhkəm olsun ki, bundan
sonra bütün islam əhli, əsgər ya rəiyyət olmasından asılı olmayaraq, əmin-amanlıq
beşiyində asudə və xoş-hal yaşasın! Qoy həmişə yazışma və elçi gediş-gəlişi
davam etsin!‖.
125
Heydər Evoğlunun ―Münşəatı‖nda dərc olunan başqa bir məktubunda isə
Şah Təhmasib Osmanlı-Səfəvi döyüşlərinin başvermə səbəblərini izah edir, Əlqas
Mirzəni, Osmanlı sərhəd əmiri İbrahim paşanı, ―sərhədləri qoruyan bəzi alçaq
adamlar‖ təqsirləndirir, sülhün Türkiyə ərazisindən keçib Beytullaha gedən
zəvvarlar üçün zərurət olduğunu bir daha xatırladır.
126
beləliklə, Sultan Süleymanın
razılığından sonra, iki elçi heyəti - əvvəlcə Şahqulu bəy Qacarın, az sonra isə
Fərruxzad bəyin başçılıq etdiyi heyətlər Türkiyəyə yollandı. Müqavilənin dəqiq
imzalanma günü məsələsində İran və Osmanlı tarixçilərinin məlumatlarını
hərtərəfli araşdıran O.Əfəndiyevin fikrincə, həmin sülh 1555-ci ilin may ayının 29-
da imzalanmışdır.
127
Alman müəllifi Hammerin yazdığına görə, Amasya sülhü
Osmanlı imperiyası və Səfəvi dövləti arasında imzalanmış ilk rəsmi sülh
olmuşdur.
128
Amasya müqaviləsinin şərtlərinə əsasən Gürcüstanın qərb vilayətləri
(İmeretiya, Meqreli və Qori) Türkiyənin, şərq vilayətləri isə (Mesxetiya, Kartli,
Kaxetiya) Səfəvilərin, həmçinin, ermənilər yaşayan torpaqların qərbi Osmanlıların,
şərqi isə qızılbaşların hakimiyyəti altına keçməsi haqqında İsmayıl Uzunçarşılının
fikri yanlışdır
129
və heç bir sərhəd dəyişikliyinin müqavilə olmadığı barədə Sultan
Süleymanın özünün Şah Təhmasibə belə bir məlumatı vardır: ―Sülh, vaxtı
Dostları ilə paylaş: |