Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə30/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   26   27   28   29   30   31   32   33   ...   65

  
 
61 
 
Onların  fikrincə,  imamlıq  hüququ  (imamət)  Əli  və  Fatimə  nəslindən  başqa 
(Məhəmməd peyğəmbərin oğlu olmadığına görə) heç kimə mənsub ola bilməz. Şiə 
əqidəsincə  imamət  hüququ  yalnız  irsi  prinsipə  əsaslanmalıdır,  imam  müsəlman 
icması tərəfindən müstəqil olaraq seçilə bilməz (sünni əqidəsinin əksinə olaraq) və 
yalnız irsi olaraq təyin edilməməlidir. Məhz buna görə də şiələr Əlidən əvvəlki üç 
xəlifəni  –  Əbu  Bəkri  (632-634),  Öməri  (634-644)  və  Osmanı  (644-656)  yalançı 
imamlar və yalançı xəlifələr hesab etmişlər.
3
 
Həmin  dövrdə  şiəlik  yalnız  Azərbaycanda  deyil,  həmçinin  İranda,  İraqi-
Ərəbdə, Suriyada (Şam) və Kiçik Asiyada (Rum) da  yayılmaqdaydı. Mötədil şiə-
imamların təsiri ilə, yuxarıda adları çəkilən dövlətlərin ərazilərində səfəvi-qızılbaş 
hərəkatı yaranmaqda idi.
4
 
Səfəviyyə,  yaxud  ―Şeyxi‖  adlanan  sufi-dərviş  təriqətinin  əsası  hələ 
monqolların  hakimiyyəti  zamanı  Ərdəbil  şəhərində  Şeyx  Səfiəddin  İshaq  (1252-
1334)  tərəfindən  qoyulmuşdu.  Ondan  sonra  bu  təriqətin  başında  oğlu  Şeyx 
Sədrəddin  (1334-1392),  nəvəsi  Xacə  Əli  (1392-1427),  nəticəsi  Şeyx  İbrahim 
(1427-1447)  və  kötücəsi  Sultan  Cüneyd  (1447-1460)  dayandılar.
5
  Əvvəllər 
Cüneydin  də  ―şeyx‖  adlandırılmasına  baxmayaraq,  o  sonralar  öz  müridlərini 
silahlandırılmış,  özünü  ―sultan‖  elan  edərək,  Azərbaycanda  və  Anadoluda  şiə 
məzhəbini hərbi-siyasi yollarla yaymağa başlamışdı.
6
 
Şeyx  Cüneydin  ―sultan‖  titulu  daşımağı  ilə  onun  siyasi  fəaliyyəti  Ərdəbil 
malikənəsi hüdudundan kənara çıxarırdı.
7
 O, geniş hakimiyyətə çatmaq üçün hətta, 
nə  qədər  təzadlı  bir  hal  olsa  da  bəzi  sünni  hökmdarların  nüfuzundan  da  istifadə 
etməyə  çalışırdı.  Şeyx  Güneyd  Şirvanşah  Xəlilullaha  məktub  yollayaraq,  onu  da 
cahad və qəzavata dəvət edir, ondan kömək təmənnasında olur.
8
 Sultan Cüneyd öz 
mürid  və  dərvişləri  ilə  az  sonra  Ərdəbili  tərk  etmiş,  Sivasa  gələrək,  Osmanlı 
hökmdarı  II  Sultan  Murada  elçi  göndərmiş,  onun  torpağında  özünə  iqamət 
verilməsini  xahiş  etmişdi.
9
  Türk  mənbələrinin  məlumatından  bəlli  olur  ki,  Sultan 
Murad Sultan Cüneydin bu xahişi ilə əlaqədar üləmalar ilə məsləhətləşdikdən sonra, 
şiəliyin  Türkiyədə  yayılacağından  qorxmuş,  şiə  rəhbərini  Osmanlı  dövlətinə 
gəlişinin ―millətin birliyini pozan bir təhlükə‖ olacağı xitabı ilə onun istəyini rədd 
etmişdi.
10  
Sivası tərk etməyə məcburiyyətində qalan Sultan Cüneyd əvvəlcə Konyada, 
sonra  isə  Trabzonda  qalmış,  öz  ideyalarını  təbliğinə  girişmiş,  hətta  Trabzon 
imperatorluğunu  yıxıb,  özü  də  müridləri  üçün  bir  dövlət  qurmağa  çalışmışdı. 
Özünün  bu  məqsədinə  yetə  bilməyən  Sultan  Cüneyd  ―Qaraqoyunlu  dövlətini 
devirib,
*
 Ağqoyunlu dövlətini yaradan‖ Uzun Həsənin yanına gələrək, onun bacısı 
Xədicə  ilə  evləndi.
11 
Bu  izdivac  onu  göstərir  ki,  Sultan  Cüneydin  şiə  məzhəbinin 
                                                 
*
 Professor. Mehmet Sarayın bu fikri səhvdir. Məlum olduğu kimi, Uzun Həsənin Ağqoyunlu bəyliyinə 
başçılığa  keçməsindən  (1453)  sonra,  heç  də  Ağqoyunlu  dövləti  yaranmamış,  Qaraqoyunlu  dövlətinin 
1467-ci ildə süqutuna qədər Uzun Həsən sadəcə olaraq bir ―bəylik‖ hökmdarı olaraq qalmışdı.  


  
 
62 
 
dini  başçısı  olmasına  baxmayaraq,  o,  qatı  sünni  olan  Uzun  Həsənin  bacısını 
almaqla,  fanatik  bir  şeyx  kimi  deyil,  siyasi  xadim  kimi  hərəkət  etmiş,
12
  məhz 
Ağqoyunlularla  qohumluq  sayəsində  özünün  gələcək  planlarını  həyata  keçirmək 
məqsədi güdmüşdür. Sultan Cüneydin vəliəhdi Heydər də atasının yolu ilə getmiş, 
Ağqoyunlulara  arxalanmış,  dayısı  Uzun  Həsənin  qızı  Aləmşah  (Marta)  ilə 
evlənmişdi.  Bu  kəbin  ilə  Uzun  Həsən  də  döyüşkən  Səfəvilərin  şəxsində  özünə 
himayəçi tapmış, Cahanşah Qaraqoyunlu  və Əbu  Səid Teymuri ilə  mübarizəsində 
qızılbaşların köməyindən istifadə etmişdir.
13
 
Uzun  Həsənin  vəfatından  sonra  Ağqoyunlu  taxt-tacının  irsi  sahibi  olan 
Sultan  Yaqub  Sultan  Heydərin  siyasi  fəaliyyətinin  genişlənməsindən  qorxmuş, 
onunla  mübarizədə  kömək  istəyən  qayınatası  Şirvanşah  Fərrux  Yəsara  hərbi 
dəstələr  yollayaraq  belə  demişdi:  ―Əgər  Sultan  Heydər  bu  ölkəni  (Şirvanı  –  Ş.F.) 
ələ  keçirərsə,  Azərbaycan  dövlətini  də  (yəni  Ağqoyunlu  dövlətini  –  Ş.F.)  almaq 
arzusunda  olacaqdır‖.
14
  Nəticədə,  Sultan  Heydər  də  öz  siyasi  məqsədlərinə  yetə 
bilmədi və 1488-ci ilin iyun ayının 30-da Tabasaran yaxınlığındakı döyüşdə məhv 
oldu.
15
  
XV  əsrdə  Səfəvilərin  arxalandıqları  əsas  qüvvə  sonradan  qızılbaşlar 
adlandırılan  yeddi  tayfa  (şamlı,  rumlu,  ustaclı,  təkəli,  əfşar,  qacar,  zülqədər) 
olmuşdur.  Bu  tayfalar  ―müqəddəs‖  Səfəvi  şeyxlərinin  itaətinə  girərək,  özlərini 
―mürid‖, ―sufi‖, ―dərviş‖ adlandırsalar da həqiqətdə, Səfəvilərə xidmət edən feodal 
qoşunları funksiyasını daşıyırdılar.
16
 
Səfəvi-qızılbaş  təsirinin  Ərdəbildən  çox-çox  kənara  yayıldığını  (İran, 
Kürdüstan, Rum, şam və s.) görən Ön Asiyanın sünni hökmdarları şiə hərəkatının 
belə  surətlə  genişləndiyindən  qorxuya  düşdülər.  İ.P.Petruşevskinin  tamailə  haqlı 
olaraq  yazdığı  kimi,  Şeyx  Heydər  Səfəvinin  Şirvanşah  Fərrux  Yəsar  tərəfindən 
məğlubiyyəti  və  qətlinin  beynəlxalq  əhəmiyyəti  vardır.
17
  Bu  hadisə  münasibətilə 
Yaqub  Ağqoyunlu  dərhal  Osmanlı  Sultanı  II  Bayazidə  məktub  yazmış,  ―yolunu 
azmışların başçısı‖
18
 (yəni Şeyx Heydər – Ş.F.) üzərindəki qələbəni böyük sevinclə 
ona bildirmişdi. 
Məktubda  Şeyx  Heydərin  ―əsil-nəsəb  etibarilə  övliya  xanədanından  və 
Əsfiya  (Səfəviyyə  -  Ş.F.)  dudmanından‖  olduğuna  baxmayaraq,  siyasi  fəaliyyəti 
(Gürcüstana  və  alicənab  Şirvanşaha  qarşı  Şirvana  hücumu)  pislənir,  ölümündən 
zərurət olduğu əsaslandırılır. ―O fiqrə (yəni qızılbaşlar – Ş.F.) peyğəmbər şəriətinin 
və  mürtəzəvi  təriqətin  düşmənləri,  din  və  dövlətin  yağılarıdırlar.  Onların  qəhr 
olunmaları  din  və  millət  səhabələri  üçün  müjdədir,‖
19
  –  yazan  Sultan  Yaqubun 
məktubuna  dərhal  cavab  göndərən  II  Bayazid  bir  sünni  hökmdarı  kimi  həmin 
qələbə münasibətilə onu təbrik etmişdi.
20
 
Sultan  Heydər  Səfəvinin  din  və  siyasət  meydandan  kənar  edilməsindən  az 
sonra  Sultan  Yaqub  Ağqoyunlu  da  öz  yaxın  adamları  tərəfindən  zəhərlənib 
öldürülmüş,  sarayda  hakimiyyət  uğrunda  daxili  çəkişmələr  qüvvətlənmişdi.  II 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə