Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə28/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   24   25   26   27   28   29   30   31   ...   65

  
 
57 
 
Dəmirqapı  qalasının  kutvalı  olan  qızılbaş  Çıraq  Xəlifəni  həbs  edərək,  onun 
adamlarından 300 nəfərinin başlarını kəsdilər. ―Sonra, iki minə yaxın sünni igidlər 
başlarına göy və qara papaqlar geyərək (qızılbaş papaqlarının əksinə olaraq – Ş.F.) 
Osmanlıların  hərbi  düşərgəsinə  getdilər,  Osmanlı  başçılarına  qiymətli  hədiyyələr 
verərək Çıraq Xəlifəni və onun başqa adamlarını qətlə yetirdilər‖.
63
 
Osmanlılar  Şirvan  vilayətinin  maliyyə  məsələləri  ilə  məşğul  olmağa 
başladılar. Bu işin icrası Gümüşzadə Mustafa Çələbiyə tapşırılırdı.
64
  Onun  xüsusi 
hazırladığı təhrir dəftərlərinə vilayətdən yığılan 247 yük yarım aldığı ağca pul
*
 səbt 
olundu.  Şirvan  vilayətində  olan  bütün  torpaqların  qeydiyyatı  isə  Zal  Məhəmməd 
Çələbiyə tapşırıldı. 700 min ağca gəliri olan bütün xass (xassə) torpaqları
*
 Şamaxı 
bəylərbəyisinə  verildi.  Ondan  başqa  14  sancaqbəyiyə  də  ―xass‖  torpaq  sahələri 
təhkim edildi.
65
  
Nəzərdə  tutmaq  lazımdır  ki,  Osmanlı  sərdar,  vəzir  və  döyüşmülərinin 
Şirvanın  mərkəzi  hissələrində  daimi  qalması  heç  də  xətərsiz  deyildi.  Ara-sıra 
hücumlara məruz qalan ―Şirvan bəylərbəyisi Osman Özdəmiroğlu bu qərara gəldi 
ki, islam döyüşçülərinin Dəmirqapıda qalmaları məsləhətdir‖.
66
 
Osman  paşa  Özdəmiroğlu  Dərbənddə  qalmaqda,  heç  də  başqa  Şirvan 
şəhərlərindən  əl  çəkmək  niyyətində  deyildi.  O,  tezliklə  Şamaxıya  15  min  noqay 
döyüşçüsü  yolladı.  Peçəvinin  məlumatına  görə,  təxminən  15  min  Dağıstan 
döyüşçüsü də Şamxal bəyin başçılığı altında oraya göndərildi.
67 
Qeyd etmək lazımdır ki, III Murad özünün əsas qüvvələrini qızılbaşların öz 
əllərində  saxladıqları  başqa  zəngin  və  münbit  Azərbaycan  və  İran  ərazilərinə 
yönəltmək məqsədi ilə Şirvanı, əsasən, tatarların gücü ilə saxlamaq niyyətində idi. 
Krım  xanı  bu  qədər  var-dövlət  əldə  etdikdən  sonra  daha  Şirvanda  qalmayıb,  öz 
ölkəsinə  qayıtmaq  qərarına  gəldi.  Özü  qayıdaraq,  oğlu  Qazi  Gərayı  Şirvanda 
saxladı.  Sultan  onun  bu  əməlindən  incidi,  xan  isə  öz  mülkündən  və  başından 
məhrum  oldu‖.
68 
Amma  məlumdur  ki,  bundan  sonra  da  Krım  xanları  Osmanlı 
sultanlarına onların sədaqətli vassalları kimi öz xidmətlərini göstərməkdə idilər.
**
 
                                                 
*
  Ağca  və  yaxud  axça  –vəzni  0,33  qramdan  1,2  qrama  qədər  olan  gümüş  pul.  Göstərilən  dövrdə  120 
ağca – 1 quruş, 270-360 ağca isə bir altuna bərabər idi. 1687-ci ildən başlayaraq ağca rəsmən quruşla 
əvəz edildi (Bax: İbrahim Peçəvi. Göstərilən əsər, Z.M.Bünyadovun ―Şərhlər‖i, səh. 97.). 
*
  Şah  və  şah  ailəsinə  məxsus  olan  torpaqlara  ―xass‖,  yaxud  ―xassı‖  torpaqlar  deyilirdi.  K.Röhrborna 
görə  isə,  əksinə,  şah  torpaqları  ―xalisə‖,  dövlət  torpaqları  ―xassə‖  adlanırdı  (Bax:  Ə.Ə.Rəhmani. 
Göstərilən əsər, səh. 125,228.). 
**
  Qeyd:  Krım  tatarları    h.  880  (m.  1475)-ci  ildən  Sultan  Məhəmməd  Fatehin  vəziri  Gədük  Əhməd 
paşanın  zindanda  dustaq  olan  Krım  xanı  Mengli  Gərayı  azad  edib  hakimiyyətə  gətirdiyi  ildən 
başlayaraq həmişə (rusların 1783-cü ildə bu sülaləni məhv etmələri qədər) Osmanlı sultanlarına onların 
Avropa xristianları və Səfəvi hökmdarlarına qarşı apardıqları döyüşlərə həmkarlıq etmişlər. H. 1188 (m. 
1774)-ci  ildə  Osmanlıların  Rusiya  tərəfindən  müstəqillik  əldə  etdi.  Lakin  bu  hal  uzun  sürmədi.  Rus 
çariçası II Yekaterinanın qoşunları Krımı zəbt etib, son Krım xanı Şahin Gəray xanın hakimiyyətinə son 
qoydular. Yuxarıda adı çəkilən Məhəmməd Gəray xan isə II Məhəmməd Gəray xandır ki, o h. 985-992 
(1577-1584)-ci illərdə hakimiyyət sürmüşdür. Ondan sonra qardaşı II İslam Gəray xan (h. 986: m. 1578-


  
 
58 
 
İndi Sərdar Sənan paşa düşmənə tərəf göndərilmişdir. O, sizin torpağınızdan 
keçib  gedəcəkdir,  məsləhət  bildiyiniz  yerdə  onunla  görüşün,  əcəm  məmləkətini 
ayinləri  pislik  olan  pafezilərdən  (qızılbaşlardan  –  Ş.F.)  təmizləyin,  sünni  əhalisini 
onların itaətindən çıxarın‖.
69
 
Bu  məktubun  misal  gətirdiyimiz  sön  cümləsi  Osmanlıların  Qızılbaşlara 
qarşı  mübarizəsi  dini-ideoloji  prinsiplər  əsasında  hərəkət  etdiyini  bir  daha  nəzərə 
çatdırır.  Elə  III  Muradın  İrana  həmlə  zamanı  Özdəmiroğlu  Osman  paşanın 
əsgərlərinə  fərmanında  da  əsas  fikir  bu  cəhətə  cerilir.  Fərmanda  oxuyuruq: 
―Müzəffər  əsgərlərim  qələbə  əldə  etmək  üçün  mənim  bu  nəsihətlərimə  əməl 
etsinlər.  Biz  din  yolunda  həmişə  döyüşmüş  və  qalib  gəlmişik.  Neçə  vaxtdır  ki, 
islam  qılıncı  öz  qınında  qalmaqdan  paslanmış  və  din  düşmənlərimiz  islam 
ölkələrinə vacibdir. Kəbə tərəflərdə çox döyüşmüş olan əzəmətli vəzir Hacı Sənan 
paşa ilə hücuma keçib, din düşmənlərini qırın‖.
70
 
III  Sultan  Muradın  Dağıstan  hakiminə  yazdığı  bir  məktubda  da  sultanın 
―əcdad,  sərdar  və  sərkərlərinin‖  vaxtı  ilə  Şirvana  yürüş  etmələri  və  oranın  pak 
etiqadlı sünnilərini rafezilərdən təmizləmələri xatırlanır, bu yolda dağıstanlıların da 
din  düşmənlərini  əzməyə  başlayıb,  böyük  xidmətlər  göstərdikləri  yad  edilir.  III 
Sultan  Muradın  yazdığına  görə,  Dağıstan  ―hövzəsi  üləma  mənbədi,  zühədə 
mədənidir  və  əhali  sünni  əqilədir‖.
71
  Məlum  olduğu  kimi,  II  Şah  İsmayılın 
hakimiyyəti  illərində  (1576-1577)  Osmanlı-Qızılbaş  hakimiyyəti  bir  həlimlik 
müşahidə olunmağa başlamışdı. Bunun səbəbi, zənnimizcə, bu Səfəvi hökmdarının 
aşağıda  göstərəcəyimiz  kimi  sünniliyə  meyl  və  böyük  rəğbət  etməsi  olmuşdur. 
Amma  ondan  sonrakı  Qızılbaş  hökmdarları  Şah  Məhəmməd  Xudabəndə  və  Şah 
Abbas şiəliyi özlərinin əsas dövlət dini elan edərək, var qüvvələri il sünniliyə qarşı 
çıxışlar etmiş, bu yolda dəfələrlə və inadkarlıqla mübarizə aparmışlar.
*
 
İ.P.Petruşevski və S.B.Aşurbəylinin düzgün olaraq göstərdikləri kimi, İran-
Türkiyə  müharibələrinin  ideoloji  əsasının  dini  motivlər  olduğuna  baxmayaraq, 
əslində  Osmanlı  Türkiyəsinin  Zaqafqaqziyanı  zəngin  ölkələrini  və  ticarət-karvan 
tranzit yollarını ələ keçirməkdə böyük marağı vardı. ―Bundan başqa, Bakı limanını 
tutmaqla  Türkiyə  Xəzər  dənizinə  çıxmaq  imkanı  əldə  edirdi.  Şirvanın  zənginliyi, 
onun nefti, duzu, ipəyi, pambığı və s. məhsulları da türk sultanlarını Azərbaycana 
hücuma şirnikləndirən amillərdən idi‖.
72 
 
Göstərmək lazımdır ki, 1578-1590-cı illər arasında Osmanlılar ümumiyyətlə, 
Azərbaycan,  Gürcüstan  və  Şirvan  torpaqları  üzərində  öz  hakimiyyətini 
saxlamışdılarsa  da,  qızılbaşlar  heç  bir  vəchlə  bunula  razılaşmır,  tez-tez  həmin 
                                                                                                                 
ci  ilədək)  və  II  Qazi  Gəray  (h.  992-996;  m.  1584-1588)  xanlıq  etmişlər.  Bax:  K.Э.  Босфорт. 
Мусульманские династии, Москва, 1971, с. 209.  
*
  II  Şah  İsmayılın  qısamüddətli  hakimiyyəti  zamanı  onun  dini  islahat  keçirmək  cəhdi  barədə 
O.Ə.Əfəndiyevin  verdiyi  məlumatlar  diqqətəlayiqdir.  (Bax:  O.Ə.Əfəndiyev.  XVI  əsr  Azərbaycan 
Səfəvilər dövləti, səh. 139-143). 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə