N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə27/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

bəri vasitəsilə həmin söz və söz birləşmələrinə müvafiq sual yönəldirlər. Ay -
dın olur ki, əsa sən cümlənin feili xəbəri ilə bağlı olub hərəkətin icra və ziy yətini
müxtəlif cə hət dən izah edən cümlə üzvü zərflikdir. O da bildirilir ki, hə rəkəti
müxtəlif cəhətdən izahetmə zərfliyin məna növlərini yaradır. 
Nəzəri məlumatla tanış lıq dan sonra 12-16-cı tapşırıqlar üzərində iş aparılır.
Bu çalışmalar üzərində iş iyerarxiya prinsipi ilə aparılır. 12-ci tapşırıqda al tın -
dan xətt çəkilmiş zərfliklərə xəbər vasitəsi ilə sual verilir və ifadə vasitəsi
müəyyən edilir. 
13-cü tapşırıqda zərf liklər tapılır, onların məna növləri müəyyənləşdirilir.
14-cü tapşırıqda isə zərf liklər cümlədən çı xa rılmaqla oxunur, əvvəlki cümlə
ilə müqayisə zamanı zərf liyin cümlədəki funk siyası daha da aydınlaşdırılmış
olur. 
15-ci tapşırıq zərflik haqqında bilik ləri bacarığa çevirməklə yanaşı, şa gird -
lərin nitq bacarıqlarını da inkişaf etdirməyi nəzərdə tutur. 
16-cı tapşırıq ümumiləşdirmə xarakterli olub zərfliyin kompleks təhlilinə
yönəldilməlidir. 
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
82
III 
BÖLMƏ


Dərs 16. SONUNCU DÜYM  (3 saat)
Motivasiya
Sual: – “Ekstremal vəziyyət” dedikdə nə başa düşürsünüz? (Adi vəziy yət -
dən fərqlənən, təhlükəli vəziyyət) Belə bir vəziyyətə düşmüsünüzmü? İnsan
ekstremal vəziyyətdə özünü necə aparmalıdır?
Şagirdlərə tapşırılır ki, cavablarını həyatda gördükləri, oxuduqları və ya
eşitdikləri ilə əsaslandırsınlar.
Oxu
(St. 2.2.1) 
Mətn İstiqamətləndirilmiş oxu texnikası ilə oxunur. Hadisələrin
cərəyan etdiyi məkan, obrazlar, konflikt və onun həll edilməsi cəhdləri, yoluna
qo yul ması, əsərin mövzu və ideyası müəyyən edilir. Şagirdlərə əvvəlcədən
aşağıdakı sxem təqdim edilir və oxuyarkən sxem üzərində düşünmək və
qeydlər aparmaq tapşırılır.
Oxu prosesində bu məqamları aydınlaşdırmaq məqsədilə sual və
tapşırıqlar qoyula bilər:
1.  Oxuduğunuz hissəyə istinad edərək hadisələrin baş verdiyi məkanı
müəy  yənləşdirin.
2. Devinin həyəcanlanmasının səbəbi nə idi? Altından xətt çəkilmiş cüm lə -
yə görə onun xarakteri haqqında nə deyə bilərsiniz? (1-ci mətndaxili tapşırıq)
3. Benin təhlükə ilə üzbəüz qalmasına səbəb nə oldu? Altından xətt çə kil -
miş cüm lə yə görə onun xarakteri haqqında nə deyə bilərsiniz? (1-ci mətn da -
xili tapşırıq)
Standartlar
Təlim nəticələri
2.2.1. Söz sırasını, cümlələr və ab -
zaslar arasında əlaqəni gözləməklə
mətni oxuyur.
Mətni oxuyarkən qoyulmuş sualları ca -
vablandırmaq üçün abzaslar ara sın da -
kı əlaqəni müəyyənləşdirir. 
2.2.3. Mətndəki fakt və hadisələri
real həyatla müqayisə edir və
əlaqələndirir.
Mətnin məzmunundan və həyat haq -
qında görüşlərindən çıxış edərək əsə -
rin ideyasını şərh edir.
2.1.1. Tanış olmadığı söz və ifadələrin
mənasını müvafiq qarşılığını tapmaqla
şərh edir.
Tanış olmadığı söz və ifadələrin qarşı -
lı ğını lüğətin köməyi ilə tapır və kon-
tekst daxilində izah edir.
3.1.1. Mövzuya uyğun müxtəliftipli (nəq -
li, təsviri, mühakimə) mətnlər yazır.
Mövzuya uyğun mühakimə xarakterli
esse yazır.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
Təyin vəzifəsində işlənmiş söz və söz
birləşmələrini müəyyən edir.
Məkan, obrazlar
Konfliktin yaranması   Konfliktin çözülməsi
83
FƏRD VƏ CƏMİYYƏT 


1-ci mətndaxili tapşırıq ata və oğulun yaş fərqindən irəli gələn xüsusiy yət -
lərini açmağa imkan verir. Belə ki, altından xətt çəkilmiş cümlələrdə oğulun
ata sından çox özünü düşündüyünün, atanın isə, əksinə, ölüm ayağında olsa
da, oğlunun taleyi haqqında narahat qaldığının şahidi oluruq. 
2-ci mətndaxili tapşırıq Proqnozlaşdırma üsulunu tətbiq etməyə imkan
verir. 
Proqnozlar dinlənildikdən sonra oxu davam etdirilir.
(St. 2.2.3)
4-cü tapşırıq. Şagirdlərin diqqəti “düym” sözünün mənasına
yönəldilir (dərsliyin 77-ci səhifəsi). Heka yənin başlığını izah etmək tapşırılır.
“Sonuncu düym” ifadəsinin rəmzi mənası açıqlanır: 
– Mətndə təyyarə yerə enərkən sonuncu düymü dəf etmək təyyarənin ida -
rə olunmasında ən çətin məqam kimi qələmə verilir. Həyatda ən çətin məqamı
dəf etmək insandan güclü iradə, əzmkarlıq, son gücünü toplamaq bacarığı
tələb edir. Hekayə qəhrəmanları da məhz belə bir məqamla qarşı laşıb bu
xüsusiyyətlərini nümayiş etdirirlər.
Qeyd etmək lazımdır ki, dərslikdə əsər ixtisarla verilmişdir. Yəqin ki, şa -
girdləri qəhrəmanların taleyi maraqlandıracaq. Müəllim əsərin sonluğunu oxu -
yur. Burada müəllifin “Sonuncu düym” ifadəsinə bir qədər fərqli şərhi öz əksini
tapmışdır.
“Benin sağ qalması xəstəxanadakı həkimləri mat qoymuşdu. Düzdür, sağ
əlini kəsməli olmuşdular, amma yavaş-yavaş da olsa özünə gəlirdi. Devinin
isə heç burnu da qanamamışdı. Təyyarə də salamat qalmışdı.
Devini xəstəxanaya, atasının yanına gətirəndə Ben oğlunun üzünə baxıb:
– Hə, necəsən, Devi? – dedi. – Əla idi, eləmi?
Ben bilirdi ki, uşaq başlarına gələnlərin heç də əla olduğunu düşünmür,
amma vaxt gələcək, o bunu başa düşəcək. Buna görə çalışmağa dəyərdi. Bu
balaca oğlanın ürəyinə yol tapmaq üçün indi Benə bütün həyatı, oğlunun ona
bəxş etdiyi həyatı gərək idi. Amma o, gec-tez bunu edəcək – oğlunun ürəyinə
yol tapacaq. Hamını və hər şeyi bir-birindən ayıran sonuncu düymü keç-
mək üçün öz işinin ustası olmaq lazımdır. Öz işinin ustası olmaq təy ya -
rəçinin vəzifəsidir, Ben isə vaxtilə heç də pis təyyarəçi olmayıb”.
5-ci tapşırığı yerinə yetirmək şagirdlərdən müəyyən bədii təxəyyül tələb
edir. Onlar artıq bu xarakterlə tanışdırlar. Ona görə də müəyyən hissələrə
Devinin xarakterinə uyğun bədii parçalar artırılır. Tapşırıq yerinə yetirildikdən
sonra müəllim mətndən çıxarılmış parçanı oxuyur: 
“Üç min fut yüksəklikdə tək qalan Devi fikirləşdi ki, daha heç bir vaxt ağlaya
bilməyəcək, onun göz yaşları ömürlük qurumuşdu. Burada, yüksəklikdə ətraf
işıqlı və sakit idi. Dəniz yamyaşıl, səhra isə küləyin qaldırdığı toza görə
dumanlı görünürdü. Devi xəritəni açıb baxdı. Təyyarəni mənzilbaşınadək
84
III 
BÖLMƏ


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə