İbrahim Həbibov
26
Kafedra müəllimləri ilə xoş münasibəti ilə fərqlənən Cahangir müəllim
söhbətlərimizdə Böyükağa Quliyev, Oqtay Qurbanov, Ədalət Babayev, Abduləli
Əsədov və Zöhrab Kərimov ilə daha yaxın olduqlarını və bundan şərəf duyduğunu
bildirərək danışdı. Mən kafedrada işləməyə başlayanda bu münasibətləri həmişə
görürdüm, sonralar da onların tez-tez birlikdə olduqlarının şahidi olmuşam.
Cahangir müəllim səyahət etməyi, ovçuluğu və balıq tutmağı çox xoşlayır. O
öz avtomobili ilə Azərbaycanın çox rayonlarına, Gürcüstana, Qərbi Azərbaycan
torpaqlarına, Qara Dəniz sahillərinə və Krıma səyahətə çıxmışdır.
Onunla bir vaxtlar Əlcəzairdə olan dostları və tanışları Cahangir müəllimin
balıqçılığından maraqla danışırlar.
Cahangir müəllim ixtisasına və bütövlükdə neft elminə olan məhəbbətini
zaman-zaman övladlarına ötürə bilmişdir.
1982-ci il ovdan sonra
Məktəbi bitirdikdən sonra
Aydın, Elvira və Səbinə tərəddüt
etmədən neftçi ixtisasını seçdiklərini
bildiriblər və sənədlərini M.Əzizbə-
yov adına Azərbaycan Neft və Kimya
institutuna verərək oranın “Qazneft-
mədən” fakültəsində təhsil alıblar.
Aydın və Səbinə neft yataqları-
nın işlənməsi sahəsində dissertasiya-
lar müdafiə edərək texnika elmlər
namizədi adına layiq görülmüşlər.
Aydın British Petrolium (BP)
şirkətinin Çıraq və Günəşli yatağının
işlənməsi şöbəsində laylar üzrə
mühəndisdir. Elvira Neft-qaz elmi
tədqiqat və layihə institutunun «Elmi
texniki informasiya və patent»
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
27
şöbəsində mühəndis, Səbinə isə həmin institutun «Layların neft veriminin artırılma
üsulları» laboratoriyasında elmi işçi vəzifəsində çalışırlar.
5 dekabr 2011 — Ad günündə
Cahangir müəllim beş nəvənin babasıdır. Onlardan biri hal-hazırda
Almaniyada kimya mühəndisliyi ixtisasının sirlərini öyrənir, dördü məktəblidir.
İxtisasartırma kurslarında - 2012-ci il
Cahangir müəllim bu gün də aktiv həyat mövqeyindədir. Daim öz üzərində
çalışır. Bu böyük ailəyə sağlamlıq, xoşbəxtlik və qarşılıqlı hörmət arzulayıram.
İbrahim Həbibov
28
PRİNSİPİAL İNSAN, SƏDAQƏTLİ YOLDAŞ, MEHRİBAN ATA
Əsədov Abduləli Şahmalı oğlu
«Mühəndis qrafikası» kafedrasının aparıcı
müəllimlərindən biri, korifeyi Abduləli müəllim
Azərbaycan Dövlət Neft Akademiyasında öz
prinsipiallığı və obyektivliyi ilə seçilən, tələbə və
müəllim heyəti arasında böyük hörməti olan
şəxsiyyətlərdəndir. Bərabər çalışdığımız müd-
dətdə həmişə onun məsləhətinə və dəstəyinə
ehtiyac duymuşam və bu gün də duymaqdayam.
Abduləli müəllim 1934-cü il iyun ayının 5-də Yevlax rayonunun Borçalı
adlanan kiçik bir kəndində kolxozçu ailəsində doğulmuşdur. Anası Məmmədova
Bülbül xanımı erkən itirən Abduləlinin uşaqlıq dövrü atası Məmmədov Şahmalı və
nənəsi Məmmədova Gülxanımın himayəsində keçmişdir.
O, orta məktəbin I-IV siniflərini Hürüuşağı adlanan qonşu kənddə
bitirmişdir. Bu kəndlə Borçalı kəndi arasında 2 kilometrlik məsafə vardır. Hər gün
bu yolu gedib-gəlmək məktəbli uşaqlar üçün çox ağır bir işə çevrilmişdi. Xüsusən
də, payız və qış aylarında palçıqlı yollarla məktəbə getmək, soyuq otaqlarda dərs
oxumaq və piyada geri qayıtmaq 7-10 yaşlı uşaqlar üçün olduqca çətin idi.
Mənimlə söhbətlərində həmin illəri yada salaraq danışanda, müharibənin aclıq və
səfalətini gözləri önünə gətirərək susurdu.
O, ibtidai məktəbi bitirdikdən sonra Mingəçevir kənd orta məktəbinin V
sinfinə keçmiş və orta təhsilini bu məktəbdə başa vurmuşdur. Bu müddətdə o,
Mingəçevirdə həkim işləyən dayısı Dəmir Musayevin evində yaşamışdır. Öz
evlərinə həftənin yalnız istirahət günlərində gələ bilirdi. Anasının vəfatından sonra
nəvazişi, istiliyi nənəsində tapan Abduləli üçün bu vəziyyət çox çətin idi.
1951-ci ildə Mingəçevirdə tam təhsilini başa vuran Abduləli neftçi olmaq
arzusu ilə Bakı şəhərinə gəlir. 1952-ci ildə Azərbaycan Sənaye institutunun
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
29
“Qazneftmədən” fakültəsinin axşam bölməsinə daxil olur. Ailələrində maddi
durumun ağır olması, onlardan heç bir köməyin olmaması səbəbindən o, həmin il
Azərbaycan elmi-tədqiqat neftçıxarma institutunda texnik vəzifəsində əmək
fəaliyyətinə başlayır. 1958-ci ildə ali təhsilini başa vuran Abduləli müəllimə «Dağ
mühəndisi» ixtisası verilir və bu tarixdən onun həyatında yeni mərhələ başlanır.
Özü haqqında belə söyləyir: «Mən elmi-tədqiqat institutunda əmək
fəaliyyətinə başlayanda Böyük Yaradan mənə dövrün böyük şəxsiyyətləri ilə çiyin-
çiyinə işləmək kimi şans vermişdi. İnstitutun direktoru Mahmud Abdullayev, Əşrəf
Əlizadə, Nəriman Tahirov, Şükür Əliyev kimi görkəmli, alicənab alimlərlə tanış
olmaq, onların məktəbini keçmək hər adama nəsib olmurdu. Allah onların
hamısına rəhmət eləsin. Onlar biz gənclərə ata əvəzi idilər, hər birimizə böyük
qayğı ilə yanaşırdılar. Bu alimlərin içərisində Nəriman Tahirovun mənim
həyatımda oynadığı rolu ömrüm boyu unutmaram. O, həyatın kələ-kötürlü
yollarında hərəkət etməyi, elmin mənasını mənə hələ ali təhsil almamışdan
anladırdı. Nəriman müəllim çox gənc yaşında texnika elmlər doktoru alimlik
dərəcəsi almışdır. O, çalışırdı ki, gənclər elə gənc yaşlarında alim olsunlar.
Nəriman müəllimin təşəbbüsü ilə mən 1958-ci ildə institutu bitirən kimi elmi işlə
məşğul olmağa başladım. Apardığım elmi işlərin ilk nəticələrini «Elmlər
Akademiyasının Xəbərləri»ndə dərc etdirmək arzusunda idim. Mənim elmi
fəaliyyətim belə başladı».
Abduləli müəllim elmi-tədqiqat institutunda işlədiyi müddətdə başına gələn
maraqlı epizodlardan çox həvəslə danışır. Xüsusən institutun direktoru Mahmud
müəllimin mərd xarakterindən və insani keyfiyyətlərindən. Onun işə qəbulu ilə
bağlı söhbəti isə xüsusi olaraq tərbiyəvi xarakter daşıyır.
Məsələ belə olmuşdur. İşə qəbul olmaq məqsədi ilə, Mahmud Abdullayevin
qəbulunda olduqda o, gənc mütəxəssisdən soruşur:
- Ay bala, sən niyə neftçi olmaq istəyirsən?
- Mən Azərbaycan Sənaye institutuna ürəyimin istəyi ilə daxil olmuşam.
Sevdiyim peşəyə yiyələnmək üçün — deyə Abduləli müəllim cavab verir. Mahmud
müəllim telefonun dəstəyini qaldıraraq kimi isə yanına çağırır. Sonra üzünü
Abduləliyə tutaraq deyir:
Dostları ilə paylaş: |