59
— təbiət parkının fəaliyyətini təmin edən zonalar.
Təbiət parkının ərazisində onun ekoloji, istirahət və estetik
keyfiyyətinə mənfi təsir edən, tarixi-mədəniyyət abidələrinin, nadir ağac və
kolların abidə kimi qorunub saxlamlması rejimini və həmin abidələrin
varlığına təhlükə yaradan hər bir fəaliyyət qadağan edilir. Ümumi balansda
şəhər yaşılllıqlarının sahəsi 70%-dən az olmamalıdır.
Şəhər yaşıllıqları şəhər havasının təmizliyinin təmini ilə yanaşı
sakinləri səs küydən mühafızə edir. Botanik alimlər avtomobil yolları
boyunca 3 cərgədən ibarət ağac əkilməsi və bu zaman səsi udan ağac
növlərindən istifadə olunmasmı təklif edirlər. Onların fıkrincə yaşayış
massivində hündürlüyü 10 metri keçə biləcək ağaclar əkilməlidir. Bu ağaclar
evləri tozdan qorumaq qabiliyyətinə malik olurlar.
VI I ƏSİL. ƏTRAF MÜHİTİ ÇİRKLƏNDİRƏN MƏNBƏLƏR VƏ
MADDƏLƏR
6.1. Atmosferin çirkləndirilməsi
Atmosfer yer üzərində yaşayış üçün əsas şərtlərdən biridir. O planetdə
iqlimin yaranması, onun istilik rejiminin tənzim olunmasında iştirak edir.
Günəş şüalarının bir hissəsi atmosferdə udulur. Yerdə qalan hissəsi yer
üzərinə çataraq torpağa, su hövzələrinə daxil olur. Daxil olan enrerjinin bir
hissəsi yer üzərindən atmosferə əks etdirilir. Yer kürəsində cazibə qüvvəsi
nin mövcudluğu atmosferin onunla birgə hərəkət etməsinə səbəb olur.
Yerin atmosferi temperatur paylanmasından asılı olaraq aşağıda
göstərilən qatlara ayrılır:
60
Atmosferdə ən aktiv qaz oksigen sayılır. Onun miqdarı 20,94%-ə
bərabərdir. Atmosfer 0,03 %-ə qədər karbon qazı (CO
2
), 0,934% təsirsiz
qazlar, 78,09% azot qazından ibarətdir.
Atmosferdə qazlarla yanaşı maye, aerozol və ion şəkilində olan
müxtəlif maddələr də mövcüddür. Atmosfer həm şaquli və həm də üfüqi
istiqamətdə yekcins deyil. Bu xüsusiyyət onun yer üzərində hərəkət
istiqamətinin dəyişən olmasına səbəb olur. Atmosfer müxtəlif maddələrlə
çirkləndirilə bilir Çirkləndiricilər təbii və antropogen mənşəli olur.
Bəşəriyyət yarandığı gündən hal-hazıradək onu əhatə edən mühitdən öz
mənafeyi üçün istifadə etmək məqsədilə ona hər cür təsir etməkdən
çəkinməmişdir. Bu vəziyyət elmi-texniki tərəqqi əsri olan müasir dövrdə
daha kəskin xarakter almışdır.
Ətraf mühiti çirkləndirən komponentlərə, əsasən, kükürd oksidi,
hidrogen sulfıd, azot oksidi, karbohidrogenlər, dəm qazı və mexaniki
qarışıqları misal göstərmək olar.
61
Kükürd qazları ilə ətraf mühitin çirkləndirilməsi yüksək kükürdlü neft
və neft məhsullarının yanması zamanı baş verir. Qeyd etmək lazımdır ki,
SO
2
-nin atmosferdə paylanması qeyri müntəzəm olur. Bu hal onun
atmosferdə az müddət ərzində asılı vəziyyətdə qalması ilə izah edilir.
Məsələn, kontinental sahədə havada olan SO
2
10 saatdan soraa tamamilə
başqa maddəyə, adətən sulfat turşusuna çevrilir. Kükürd qazlarının sulfatlara
çevrilməsi prosesi ammiakın iştirakı ilə getdikdə reaksiya daha sürətli gedir.
Havadakı nəmliyin artması kükürq turşusunun artmasına səbəb olur.
Hidrogen sulfıdin insan orqanizminə təsir edən konsentrasiyası 0,008
mq/m
3
təşkil edir. Havada sulfatların miqdarının artması kükürd və onun
birləşmələrinin emalı zamanı da bas verir.
Atmosferə atılan çirkləndirici maddələrin hava ilə qarşılıqı təsiri
onların bir-birinə olan təsirlərindən daha çoxdur. Müəyyən edilmişdir ki,
işığı udan zərərli maddələr onun təsirindən parçalana bilərlər. Yer səthinə
çatan günəş şüalarının radiasiya dalğasının uzunluğu 2900 A°-dan az
deyildir. Bu onu göstərir ki, ilk fotokimyəvi reaksiya o maddələr arasında
gedə bilərki onların udulma sahəsi 2900 A° yuxarı olsun. Deməli, qaz emalı
zavodlarında kimyəvi çevrilmələrdə o maddələr iştirak edə bilər ki, onların
udma sahəsi 2900 A° yuxarıdır. Əldə olunana məlumata görə SO
2
və H
2
S
ozon və qısa dalğalı radiasiya vasitəsilə oksidləşerək stratosferə qalxır və
aerozol hissəciklərini yaradırlar. Bu aerozol hissəciklərinin stratosferdə
ömrü 10-100 həftəyə qədər olur. Stratosferdə aerozol nüvəsinin saxlanması
troposferdən stratosferə yönəldilən daimi qaz axınının mövcudluğu ilə izah
edilir.
Kükürd
anhidridi MnCL
2
CuCI və s. katalizatorlarının təsiri ilə
atmosfer su buxarında həll olaraq yer səthinə çökürlər.
62
SO
2
və
SO
3
qaz fazasında otaq temperaturunda və qaranlıqda gec
oksidləşir.İşıq təsirindən SO
2
molekulları aktivləşərək oksidləşirlər.
Oksidləşmə spektrin ultrabənövşəyi zonasında baş verir.
Miiəyyən
edilmişdir ki, S0
2
-nin fotooksidləşməsi intensiv günəş işığında 0,1-0,2%.
saat sürətlə baş verir. Kükürd iki oksid su ilə daha sürətlə reaksiyaya girib
sulfat turşusu yaradır. Kükrd qazı günəş radiasiyasını dalğanın uzunluğu
2900-3000A° həddində intensiv udur. Lakin bu zaman fotonların enerjisi o
qədər kiçik olur ki, kükürd qazının mollekullarının dissosiasiyası baş vermir.
Ancaq bu zaman elektronların həycanlaması baş verir. Həyəcanlanan
molekullar başqalarına nisbətən havadakı oksigenə daha həssas olurlar.
Müxtəliff tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ağ
ciyər,xərçəng, dəri və digər patoloji xəstəliklər atmosfer havasının
çirkləndirilməsi ilə sıx əlaqədardır. Məsələn, havada kükürd qazının
konsentrasiyası 0,13 mq/m
3
olduqda xroniki bronxit xəstəliyi 13%-ə, 0,78
mq/m
3
konsentrasiyasında isə26,5 %-ə çatır.
Kükürd qazının konsentrasiyasının havada artması ilə uşaq
xəstəliklərinin miqdarının artması müşahidə olunur. Kansoregen maddələrin
insan orqanizmi ilə təması yeni hüceyrə sisteminin yaranmasına səbəb olur.
Orqanizmin belə bir sistemə uyğunlaşması müasir zamanda çətin müalicə
olunan xəstəliklərin yaranmasma səbəb olur.
Atmosferdə olan çirkləndirici maddələr bitki aləminə də böyük təsir
edir. Adətən bitkilər SO
2
-
Ə
çox həssas olur. O yarpaqların xlorofilini
dağıdaraq fotosintez prosesinin getməsini ləngidir. Kükürd qazlarının bitki
aləminə təsiri təkcə onun konsentrasiyasından yox, həmçinin bitkinin
özünün xüsusiyyətindən də asılıdır. S0
2
-nin taxıla təsiri nəticəsində
məhsuldarlıq 30-40% aşağı düşür.
Dostları ilə paylaş: |