fəaliyyət göstərir. Qender stereotiplərini öz mahiyyətinə görə iki formada öyrənmək olar: qender
identikliyi (eyniliyi) və qender rolu.
Qender identikliyi – hər bir kəs tərəfindən özünün kişi və yaxud qadın cinsinə aid etməsi
deməkdir. Bu – identikliyinin xüsusi növüdür. İnsanın özündə şüurunda belə identiklik, sosial status
haqqındakı digər təsəvvürlərlə (peşə, ailə, etnik mənsubiyyət, təhlil və s.) yanaşı yaşayır. İnsandakı
«Mən»i bu komponentləri (tərkib hissələri) müəyyən bir qrupa mənsub olmağının dərki səviyyəsində
mənimsəyir. Qender identikliyi adamda körpəlikdən, cəmiyyətdə mövcud olan bu identiklik və rolları
haqqındakı təsəvvürlərin əsasında formalaşır.
Qender rolları sosial rolların növlərindən biridir. O, sosial rolların öyrənilməsi əsasında
şəxsiyyətin davranış xüsusiyyətlərini, sosial mühitlə onun qarşılıqlı əlaqəsinin özünəməxsusluğunu
öyrənməyə imkan verir. Qender rolları – insanların cinsi əlamətinə görə müxtəlifliyi ilə müəyyən edilən
rollardır; onlar müəyyən sosial gözləmələrini ifadə edir və davranışda özünü göstərir. Beləliklə, qender
rolları – insanlara başqalarının (fərdlərin) kişi və yaxud qadın cinsinə aidiyatını müəyyən edən davranış
modelləri və münasibətlərinin xarici təzahürləridir.
Qender differensiyasıyası (fərqləndirilməsi) – cinslər arasındakı bioloji fərqlərdə sosial məkanın
axtarışı prosesidir; bu fərqlər sosial təsnifatının vasitəsi rolunu oynayır. Sosiallaşma prosesində
differensial güclənmə və differensial təqlidetməni fərqləndirir. Birincidə – cəmiyyət özünə məğbul olan
davranışı alqışlayır, məğbul olmayanı isə sosial pisləmə, bə-yənməmək ilə cəzalandırır. İkinxi halda fərd,
qrupda qəbul olunmuş normalar baxımından özü üçün rol modellərini seçir və onları təsvir və yaxud
təqlid edir.
Cinsi əlamətə görə diskriminasiya (seksizm) (yəni hüquqların pozulması) o zaman baş verir ki, bir
cins, digərinə nisbətən, üstün sayılır. Əksər hallarda bunu diskriminasiya kimi qiymətləndirirlər
(qadınların ziyanına kişilərin üstünlüyü). Patriarxal münasibətlər üzərində qurulan cəmiyyətlərdə
qadınlar cəmiyyətin bütün fəaliyyət sahələrində (məşğulluq, siyasi və dini fəaliyyət, mənzil ilə təmin
olunması, mülkiyyət hüququ, vətəndaş və cinayət hüququ), sistematik olaraq, təqiblərə məruz qalır,
onların hüquqları pozulur. (11)
Cins və qender anlayışlarının fərqləndirilməsi sosial proseslərin öyrənilməsində yeni nəzəri
müstəviyə çıxması demək idi. Burada yeni yanaşmalar formalaşır; onlara görə, sosiallılıq və
mədəniyyətin bütün aspektləri qender ölçülərinə malikdir.
İctimai elmlərdə qender yanaşması kimi nəzəri cərəyan, cinslər arasındakı münasibətlərin ənənəvi
şəkildə öyrənilməsində müxtəlif mövqe kimi formalaşdı. Ənənəçilik belə bir fikrə əsaslanır ki, qadın və
kişilərin həyat fəaliyyətinin ictimai və fərdi sahələrdə rollarının, status və mövqelərinin fərqləndirilməsi
prosesi məqsədəuyğundur. Qender yanaşması bütövlükdə onu nəzərdə tutur ki, kişi və qadınların
obrazının qavranılması və onların davranışındakı fərqlər bir o qədər onların fizioloji xüsusiyyətləri ilə
yox, daha çox bir sıra sosial amillərlə (tərbiyə, hər bir mədəniyyətə xas olan kişilik və qadınlığın
mahiyyəti haqqında təsəvvürlər və s.) müəyyən olunur. Qender yanaşması, elmi nəzəriyyə səviyyəsində,
qender münasibətlərinin psixoloji aspektlərinin təhlili deməkdir. Bu zaman burada, cinslərarası
münasibətlərdə ənənəvi qeyri-bərabər əsassızlıq və lüzumsuzluq sübut olunur.(12) Cinslərarası
münasibətlər probleminin bu cür təhlil olunması iyerarxiyalılıq, diskriminasiya, asimmetriya kimi
stereotipləri dağıdır, ictimai və fərdi problemlərin izahında yeni yanaşmaları formalaşdırır. Belə işin
aparılması çox vaxt ümumi mədəni inkişafın, müasir sivilizasiyaya müdaxilə etmənin real göstəricisidir.
Dövlətlərin inkişafında yaranan ictimai-siyasi vəziyyət qender tədqiqatlarına daha çox diqqət tələb edir,
onların geniş yayılması cəmiyyətin ümumi mədəniyyət səviyyəsini qaldıracaq.
Azərbaycanda qender tədqiqatları – elmimizin inkişafında yeni bir mərhələdir. Nisbətən gənc
olmasına baxmayaraq (10-12 il), bu tədqiqatlar insanların təfəkkür və şüuruna böyük təsiretmə gücünə
malikdir. Kişi və qadınların cəmiyyətdə yeri və roluna, onların qarşılıqlı münasibətlərinə yeni baxışlar
formalaşır.
Qender tədqiqatlarının belə fövqəl əhəmiyyətini nəzərə alaraq, onları təhsil və tərbiyə sisteminin
sosial və humanitar sahələrinə tətbiq etməyə başladılar. Lakin bu yolun əvvəlində, cəmiyyətdə baş verən
bütün proses və hadisələrə qender yanaşmasının əhəmiyyətinin qəbul olunması və anlanması durmalı
idi.
Uzun müddət tarixdə qadınların rolu çox məhdud şəkildə yozulurdu; bu məsələnin öyrənilməsi
birinci növbədə hüquq bərabərsizliyi, onların yenilənməsi üğrunda mübarizəsi ilə əlaqələndirilirdi.
Qadın, yalnız qadın olduğuna görə, öz qüvvə və bacarıqlarını yalnız onun üçün yararlı yeganə bir sahə
sayılan nigahda sınaya bilərdi; o, uşaqları dünyaya gətirməli və tərbiyə etməli, ailə ocağını qoruyub
saxlamalı idi. Bunu, yaşadığı cəmiyyətin hüquqi münasibətləri müəyyən edirdi. Qadın həyatının dəyəri
istənilən mədəniyyətdə, cəmiyyətdə, istənilən tarixi dövrdə çox ucuz tutulur, elmi tədqiqat növlərinin
heç birində aparıcı çıxış nöqtəsi kimi götürülmürdü. Lakin qender qeyri-bərabərliyinin bu modeli
mövcud reallıqla qarşı-qarşıya gəldi.
Tarixdə görkəmli, öz ölkəsinin inkişafında, onun azadlığı və müstəqilliyi uğrunda mübarizədə
müstəsna rol oynayan qadınlar olub. Məs., türkdilli «Dədə Qorqud» dastanında qeyd olunur ki, qadınlar
kişilərlə bərabər, vətənin ən çətin anlarında öz zehnini, şücaət və məsuliyyətini nümayiş etdirmişlər.
Çətin bir şəraitdə onlar öz qabiliyyətlərini üzə çıxarmış, cəmiyyətdə özünə layiq yer tutmuşdular.
Qadınlar öz hüquqlarını müdafiə etmək üçün ayağa qalxmış və həqiqi bərabərliyi əldə etməyə
başlamışlar.
Azərbaycan cəmiyyətində qender tədqiqatlarının aparılması qadınların kişi hökmranlığından
qurtarmaq məqsədini güdmür; burada söhbət, cəmiyyətin bütün üzvlərinin müxtəlifliyi, hüquq və
xüsusiyyətlərini nəzərə alan dünyagörüşünün formalaşmasından gedir.
Qadınların vəziyyəti üzrə IV Ümumdünya konfransı (Pekin, 1995-ci il, sentyabr) «Bərabər
hüquqlar, inkişaf və sülh naminə fəaliyyət» şüarı altında keçdi. Qeyd etmək lazımdır ki, qadınların
vəziyyəti haqqında əvvəlki üç konfransda da söhbət aparılıb; həmin konfranslarda dövlətlərə kişi və
qadınlar arasında bərabərliyin təmin olunması yolları haqqında tövsiyələr verilmişdi. Amma yalnız
Pekin konfransının Deklarasiya və Fəaliyyət Platforması bu məsələni ön plana çəkmiş və hökümətlərə
tövsiyyə etmişdi ki, «qender aspekti bütün dövlət səviyyəsində qəbul olunan strategiya və proqramlarda
öz əksini tapsın».
Pekin konfransından sonra respublikamızda qadın probemlərinə və qender tədqiqatlarına maraq
xüsusilə artdı. Konfransın qərarları əsasında qadınların vəziyyətinin yaxşılaşdırılmasında sosial
institutlar səviyyəsində işlər aparıldı, qender bərabərliyinə nail olmaq yollarının axtarışı başlandı. 1997-ci
ildən hökumətlə əldə edilən razılıq əsasında «Azərbaycanda qenderin inkişafı» layihəsi reallaşdırılmağa
başlandı. Bu layihə «Qender inkişafdadır» adlı beynəlxalq regional proqramın tərkib hissəsidir. Nəticədə,
qenderin yayılması işini elmi və ictimai təşkilatlar daha fəal şəkildə həyata keçirməyə başladılar. 1998-ci
ilin fevralında «Qender: qadın probleminin yeni mərhələsi» mövzusunda ilk ümumrespublika konfransı
keçirildi. Müxtəlif kitab və jurnallar, qender üzrə keçirilən konfransın materialları nəşr olunmağa
başlandı.
Nəticədə respublikada qadınlarla iş üzrə təşkilatların sayı artdı. Burada cinslərin bərabərliyi
məsələsi üzrə maarifçilik işləri aparılır, problemlər izah edilir. 1994-cü ildə respublikada yalnız 5 QHT
qeydə alınmışdısa (həm də bir neçə qeydiyyatdan keçməmiş qeyri-formal birləşmələr fəaliyyət
göstərirdi), 2004-cü ilin yanvarında artıq 80 təşkilat bilavasitə qadın problemləri, qadın və qender
tədqiqatları ilə məşğul olurdu.
Bu sahədə Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, ali təhsil ocaqları və
beynəlxalq təşkilatların yerli idarələri də müəyyən işləri aparırlar. Bunların sırasında AMEA-nın Fəlsəfə
və hüquq instiututun qender tədqiqatları və fəlsəfədə yeni cərəyanlar şöbəsini, Qərb Universitetinin
nəzdindəki Qender Tədqiqatları Mərkəzini, «Qender və insan hüquqları» elmi-tədqiqat birləşməsini,
Azərbaycan Qender İnformasiya mərkəzini, BMT-nin qadınların mənafeyi uğrunda inkişaf Fondunu
(YUNİFEM) və s. göstərmək olar. Fəaliyyət müddətində qeyd edilən təşkilatların tədqiqatçıları bir neçə
elmi-praktiki konfranslar, trenninqlər, qender seminarları keçirmiş, qender problemləri üzrə xeyli kitab
vəsaitləri, mühazirə mətnləri və məqalələr məcmuələri nəşr etdirmişlər.
Respublikamızın bəzi ali məktəblərində sosial və humanitar fənlərin tədrisinə qender
problemlərinin tətbiqi üzrə faydalı işlər görülür. Məs., 1999-cu ildən başlayaraq, Azərbaycan
Respublikası Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyasında «Qender siyasəti» kursu oxunur;
bu kursun tədris proqramı Təhsil Nazirliyi tərəfindən təsdiq olunub. 2000-ci ildən etibarən Qərb
Universitetində qender üzrə xüsusi kurslar oxunur: Azərbaycan tarixi, politologiya, sosiologiya,
psixologiya, fəlsəfə, iqtisadiyyat, mədəniyyətşünaslıq və hüquq. Qərb Universitetin nəzdindəki Qender
Tədqiqatları Mərkəzi 14 fənn üzrə 14 tədris proqrammı hazırlayıb nəşr etdirdi (həmin proqramlar Təhsil
Nazirliyi tərəfindən təsdiq olunub); bundan başqa mühazirələrin mətnləri hazırlanıb, «Qender: tarix,
cəmiyyət, mədəniyyət» adlı məcmüə nəşr edilib. (13) Mərkəz böyük təbliğat-tədqiqat və metodoloji iş