apararaq, ali məktəb müəllimləri, AMEA-nın alim-tədqiqatçıları, ictimai təşkilatların üzvləri üçün elmi
konfranslar, trenninq və seminarlar keçirmişdir.
2004-cü ilin mart ayında keçirilən «Müasir sosial-siyasi dəyişikliklər kontekstində qender təhsilinin
inkişafı» mövzusunda elmi-praktiki konfransın plenar iclasından sonra dörd bölmə fəaliyyət
göstərmişdir. M.Əliyeva və F.Zurikaşvili rəhbərliyi altında «Münaqişəlrdə və sülhün bərqərar olmasında
qender» adlanan üçüncü bölmədə müəllimlər-konfliktoloqlar, qeyri-hökümət təşkilatlarının
nümayəndələri öz çıxışlarında qender münaqişələrinin aktual problemlərinə toxunublar.
Bu dərs vəsaitinin müəllifi konfransdan əvvəl respublikamızın iki ali məktəbinin – Azərbaycan
Respublikası Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyasının və Qərb Universiteti tələbələri
arasında «Qender təhsilinin qızların və oğlanların şüur səviyyəsinə təsiri» mövzusunda sosioloji tədqiqat
aparmışdır.(14)
Bakı Dövlət Universitetində «Qender və tətbiqi psixologiya» kafedrası yaradılıb; burada dörd
qender məzmunlu xüsusi kurs üzrə dərslər aparılır – siyasət, sosiologiya, fəlsəfə və psixologiya sahələri
üzrə.
BMT-nin «Qadınlar münaqişələrin aradan qaldırılması və sülhməramlı prosesin gücləndirilməsi
uğrunda» proqram çərçivəsində YUNİFEM regional görüşlər, konfranslar, trenninqlər keçirir; «Münaqişə
və sülh quruculuğu: problemə giriş» adlı tədris proqramı və müntəxəbat hazırlanıb nəşr edilmişdir. (15)
Qeyd edilən faktlar onu göstərir ki, Azərbaycanda qender tədqiqatları sahəsində özünəməxsus
dəstxətti yaranıb, bu da vətəndaş cəmiyyətinin formalaşması yolunda ölkəmiz üçün çox vacib olan bir
amildir.
Münaqişə ictimai həyatın sosial fenomeni kimi
Yeni bir elmi istiqamət olan qender tədqiqatlarının faydalılığı nəinki elm nümayəndələri üçün, eyni
zamanda kütləvi, adi şüur səviyyəsində də məlumdur, müasir həyatımızın praktikası da bunu
təsdiqləyir. Gündəlik həyatda münasibətlərin bu və ya digər modelinin səciyyəvi cəhətlərini araşdırmaq
işi bir o qədər asan deyil; bunlar daha çox insanlar münaqişə vəziyyətinə düşəndə aşkar olur.
Münaqişə haqqındakı bütün müasir təlimlərdə belə bir fikir var ki, insanların hər hansı bir hərəkəti
(o cümlədən münaqişəli vəziyyəti də) sosial mühitlə bağlı olur. Münaqişəni, onun səbəbləri, ifadə
formaları, həlli yollarının dərki yalnız cəmiyyətin, xüsusilə insanın təbiətinin dərindən öyrənilməsi, sosial
münasibətlər və insanların qarşılıqlı fəaliyyətinin qanunauyğunluqlarının tədqiqi əsasında mümkündür.
Münaqişələrin öyrənilməsində insanın mahiyyəti, onun dünyada rolu və vəzifələri haqqındakı
məsələnin dərki fundamental, əsaslıdır. Alman-amerikan sosioloqu Erix Fromm (1900-1980) insan
həyatını idarə edən qanunları belə formula edib: «İnsanın həm ən gözəl, həmdə ən eybəcər meylləri onun
konkret həddləri ilə ölçlülən, təbii amillərlə bağlı olan təbiətindən yox, şəxsiyyətin fomalaşmasının sosial
prosesi zəminində əmələ gəlir».
Bu gün «insan nədir, onu nə idarə edir, onun davranışı nə ilə müəyyən edilir?» sualına müasir elm
belə cavab verir: insan davranışının əsas hərəkətverici qüvvəsi – bital (həyati), sosial (ictimai) və ideal
(mənəvi) tələbatlarıdır; bu tələbatlar, ilkin olaraq, insanın mahiyyətindən irəli gəlir və biri digərindən
əmələ gəlmir.
Münaqişə (latınca konflikt – «confliktus» – toqquşma) – sosial qarşılıqlı fəaliyyəti subyektləri
arasında yaranan elə bir münasibətlərdir ki, burada əks istiqamətlərə yönəldilmiş motivlər (tələbatlar,
maraqlar, məqsədlər, ideallar, əqidə) və yaxud muhakimələr (rəylər, baxışlar, qiymətvermələr) toqquşur.
Münaqişə – insanlar və yaxud kollektivlər arasnıda onların birgə əmək fəaliyyəti zamanı maraqların
ziddiyyətli və anlaşıqsız olmasına, iki və ya daha çox tərəfləri arasında razılığın olmadığına görə yaranır.
Ensiklopedik lüğətlərdə, məlumat kitablarında «münaqişə» sözü – əks qüvvələrin, maraqlar, fikirlər,
baxışların toqquşması kimi təyin edilir; bu mübarizə və münasibətlərin sərtlənməsi ilə nəticələnə biləcək
ciddi hərc-mərclikdir.
Münaqişələr haqqında çoxlu fikir, konsepsiya və təriflər var. Məs., L.Kozer münaqişəni ideoloji
hadisə adlandırır, çünki burada sosial fərdlərin və ya qrupların öz obyektiv məqsədləri uğrunda
(hakimiyyət, statusun mövqeyin) dəyişilməsi, gəlirlərin yenidən bölüşdürülməsi, dəyərlərin yenidən
qiymətləndirilməsi, hisslər və ya istəkləri əks etdirir. Onun fikrincə, münaqişələrin əhəmiyyəti ondadır
ki, onlar sistemin donub qalmasının qarşısını alaraq, innovasiyalara (yeniliyə) yol açır. L.Kozer hesab edir
ki, «münaqişə-müəyyən status, hakimiyyət və resurslara iddia edilməsi, bir də dəyərlər uğrunda gedən
mübarizədir ki, burada əksmüqabilin məqsədi – düşmənin zərərsizləşdirilməsi, ona ziyanın vurulması və
yaxud aradan götürülməsidir». (16)
Digər amerikalı alim K.Bouldinq qeyd edir ki, münaqişə, maraqların toqquşan nöqtələr və
ziddiyyətlərinin artıq yetişmiş və düşünülmüş məqamları özündə əks etdirir. R.Darendorf münaqişə
dedikdə «institutlar və qrupların, normalar və gözləmələrin ziddiyyətliliyinin struktur şəklinə düşmüş
bütün vəziyyətləri» ni nəzərdə tutur.
Bütün elmi tərifləri ümumiləşdirərərk, qeyd etmək lazımdır ki, münaqişə-ictimai həyatın
mahiyyətindən irəli gələn sosial hadisədir; münaqişə-düşünülmüş hadisə və fəaliyyətdir; münaqişə –
geniş yayılıb; o, hər yerdə, hər zaman baş verir; münaqişəni qabaqcadan görmək və idarə etmək
mümkündür.
Bütövlükdə münaqişə insanlar arasında sosial əlaqə və münasibətlərin ifadəolunmasının adi bir
tərzidir; baxışlar, mövqe və maraqlar bir araya sığmayanda münaqişə baş verir; münaqişə – qarşılıqlı
şəkildə əlaqəli olan, lakin bu zaman öz məqsədlərini güdən iki və ya daha çoz tərəflərin qarşıdurmasıdır.
(17)
Münaqişələr ictimai həyatın çox mürəkkəb hadisəsidir. Onları idarə etmək və yaxud onlara nəzarət
etmək üçün, birinci növbədə burada başlıca struktrur elemenləri və ölçülərini axtarıb tapmaq lazımdır.
Ən vacibləri burada – münaqişələrin mahiyyəti, strukturu, səbəbləri və dinamikasıdır (inkişaf tempi və
mərhələləri).
Müəyyən fikir müxtəlifliyinə baxmayaraq, münaqişələr nəzəriyyəsinin tədqiqatçıları münaqişənin
əsas elementləri sırasında aşağıdakıları qeyd edirlər: münaqişənin tərəfləri – sosial qarşılıqlı fəaliyyətin
subyektləridir; onlar münaqişəli vəziyyətdədir ya da ki, açıq və ya gizli şəkildə münaqişə edənlərə tərəf
çıxırlar; münaqişənin predmeti (mahiyyəti) - münaqişə iştirakçıları arasında yaranmış ziddiyyətin əsası;
münaqişənin motivləri – sosial qarşılıqlı fəaliyyətin subyektlərini münaqişəyə sövq edən təhrikedici
qüvvələr (tələbatlar, maraqlar, ideallar, əqidə); subyektlərin mövqeləri – münaqişənin gedişatı zamanı
tərəflərin qarşılıqlı iddiaları; münaqişənin vasitələri – tərəflərin qarşıdurmada adətən tətbiq etdiyi
ehtiyatlar (resurslar), vasitə və üsullar; münaqişənin xarakteri – rəqabəti aparan tərəflərə ən çox əsas olan
münasibətlər tərzi, mövqelərin sərt və yaxud mülayim olması, mübahisə mövzusunun şəklinin
dəyişdirilməsi, vasitəçilərin cəlb edilməsi və s.
Münaqişənin başlıca struktur elementlərinin müəyyən edilməsi həm də onun prosessual
keyfiyyətlərini və yaxud mübahisə edən tərəflərin mübahisə xüsusiyyətlərinin anlamını da nəzərdə tutur.
Demək olar ki, münaqişə nəzəriyyəsinin bütün tədqiqatçıları belə bir fikirlə razılaşırlar ki, münaqişə-
müxtəlif ifadəolunmaya və intensivliliyə (sürəkliliyə) malik olan tərəflərin rəqabətli qarşıdurmasıdır.
Bununla əlaqədar mövcuddur – gizli (latentli), açıq və böhranlı vəziyyətlər. Böhranlar, iştirakçı-tərəflər
üçün ən ağır və gözlənilməz nəticələr verə bilər. Belə faktın mövcudluğu bizi belə qənaətə gətirir ki,
cəmiyyət öz sosial institutları vasitəsilə insan davranışı normalarını yaradır, istər qadın, istərsə də kişi
üçün. Onların rolları vəziyyət və mühitdən asılı olaraq müəyyən edilir, maskulin-feminin münasibətlər
sistemində sosial ziddiyyətlərin xarakterini istiqamətlənləndirir.
Cəmiyyət, bioloji cinsdən asılı olaraq, qadın və ya kişinin sosial rolu və davranışının tərzini
müəyyən edir. Nəticədə maskulinli həmişə aparıcı, üstünlük təşkil edən, femininin isə – tabelikdə olan
tərəfi bildirir. Bu da, öz növbəsində həm qadın, həm də kişiləri ənənəvi norma və stereotiplərin
qurbanına çevirir.
XX əsrə qədər cinslər arasında fərqlər elmi təhlil obyekti olmayıb. Yalnız kişi və qadın rolları
haqqında qender tədqiqatlarının aparılması, qender anlayışının əmələ gəlməsi dövründən məlum oldu
ki, bu sahədə ənənəvi təsəvvürlər və yeni reallıqlar arasında xeyli ziddiyyətlər var. Qadınların müxtəlif
fəaliyyət sahələrində iştirakı genişləndikcə, kişilərin üstünlüyü, onların dəyərlər sistemi və təfəkkür tərzi
artıq məcburən qəbul edilmir, bu da mənfi reaksiya yaradır: narazılıq, qarşıdurma və s.
Mədəniyyət tərəfindən gətirilən fərqlər tarixən əmələ gəlmiş ünsiyyət formalarında anlaşılmazlıq
yaradır. Qarşılıqlı anlaşılmazlıq yarandıqda, kişilər qadının davranışına qiyməti öz şəxsi əqidə və
mövqelərindən irəli gələrək verir.
MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR
1. «Cins»
və «qender» anlayışlarının məzmunu nədir?