Mövzu. QenderiN Əsaslari və MÜnaqiŞƏ



Yüklə 152,82 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix03.05.2018
ölçüsü152,82 Kb.
#41188
1   2   3   4   5

 

 

apararaq, ali məktəb müəllimləri, AMEA-nın alim-tədqiqatçıları, ictimai təşkilatların üzvləri üçün elmi 



konfranslar, trenninq və seminarlar keçirmişdir.  

2004-cü ilin mart ayında keçirilən «Müasir sosial-siyasi dəyişikliklər kontekstində qender təhsilinin 

inkişafı» mövzusunda elmi-praktiki konfransın plenar iclasından sonra dörd bölmə  fəaliyyət 

göstərmişdir. M.Əliyeva və F.Zurikaşvili rəhbərliyi altında «Münaqişəlrdə və sülhün bərqərar olmasında 

qender» adlanan üçüncü bölmədə müəllimlər-konfliktoloqlar, qeyri-hökümət təşkilatlarının 

nümayəndələri öz çıxışlarında qender münaqişələrinin aktual problemlərinə toxunublar.  

Bu dərs vəsaitinin müəllifi konfransdan əvvəl respublikamızın iki ali məktəbinin – Azərbaycan 

Respublikası Prezidentinin yanında Dövlət  İdarəçiliyi Akademiyasının və  Qərb Universiteti tələbələri 

arasında «Qender təhsilinin qızların və oğlanların şüur səviyyəsinə təsiri» mövzusunda sosioloji tədqiqat 

aparmışdır.(14) 

Bakı Dövlət Universitetində «Qender və  tətbiqi psixologiya» kafedrası yaradılıb; burada dörd 

qender məzmunlu xüsusi kurs üzrə dərslər aparılır – siyasət, sosiologiya, fəlsəfə və psixologiya sahələri 

üzrə. 

BMT-nin «Qadınlar münaqişələrin aradan qaldırılması  və sülhməramlı prosesin gücləndirilməsi 



uğrunda» proqram çərçivəsində YUNİFEM regional görüşlər, konfranslar, trenninqlər keçirir; «Münaqişə 

və sülh quruculuğu: problemə giriş» adlı tədris proqramı və müntəxəbat hazırlanıb nəşr edilmişdir. (15)  

Qeyd edilən faktlar onu göstərir ki, Azərbaycanda qender tədqiqatları sahəsində özünəməxsus 

dəstxətti yaranıb, bu da vətəndaş  cəmiyyətinin formalaşması yolunda ölkəmiz üçün çox vacib olan bir 

amildir. 

 

Münaqişə ictimai həyatın sosial fenomeni kimi 

Yeni bir elmi istiqamət olan qender tədqiqatlarının faydalılığı nəinki elm nümayəndələri üçün, eyni 

zamanda kütləvi, adi şüur səviyyəsində  də  məlumdur, müasir həyatımızın praktikası da bunu 

təsdiqləyir. Gündəlik həyatda münasibətlərin bu və ya digər modelinin səciyyəvi cəhətlərini araşdırmaq 

işi bir o qədər asan deyil; bunlar daha çox insanlar münaqişə vəziyyətinə düşəndə aşkar olur. 

Münaqişə haqqındakı bütün müasir təlimlərdə belə bir fikir var ki, insanların hər hansı bir hərəkəti 

(o cümlədən münaqişəli vəziyyəti də) sosial mühitlə bağlı olur. Münaqişəni, onun səbəbləri, ifadə 

formaları, həlli yollarının dərki yalnız cəmiyyətin, xüsusilə insanın təbiətinin dərindən öyrənilməsi, sosial 

münasibətlər və insanların qarşılıqlı fəaliyyətinin qanunauyğunluqlarının tədqiqi əsasında mümkündür.  

Münaqişələrin öyrənilməsində insanın mahiyyəti, onun dünyada rolu və  vəzifələri haqqındakı 

məsələnin dərki fundamental, əsaslıdır. Alman-amerikan sosioloqu Erix Fromm (1900-1980) insan 

həyatını idarə edən qanunları belə formula edib: «İnsanın həm ən gözəl, həmdə ən eybəcər meylləri onun 

konkret həddləri ilə ölçlülən, təbii amillərlə bağlı olan təbiətindən yox, şəxsiyyətin fomalaşmasının sosial 

prosesi zəminində əmələ gəlir». 

Bu gün «insan nədir, onu nə idarə edir, onun davranışı nə ilə müəyyən edilir?» sualına müasir elm 

belə cavab verir: insan davranışının  əsas hərəkətverici qüvvəsi – bital (həyati), sosial (ictimai) və ideal 

(mənəvi) tələbatlarıdır; bu tələbatlar, ilkin olaraq, insanın mahiyyətindən irəli gəlir və biri digərindən 

əmələ gəlmir. 

Münaqişə (latınca konflikt – «confliktus» – toqquşma) – sosial qarşılıqlı  fəaliyyəti subyektləri 

arasında yaranan elə bir münasibətlərdir ki, burada əks istiqamətlərə yönəldilmiş motivlər (tələbatlar, 

maraqlar, məqsədlər, ideallar, əqidə) və yaxud muhakimələr (rəylər, baxışlar, qiymətvermələr) toqquşur. 

Münaqişə – insanlar və yaxud kollektivlər arasnıda onların birgə  əmək fəaliyyəti zamanı maraqların 

ziddiyyətli və anlaşıqsız olmasına, iki və ya daha çox tərəfləri arasında razılığın olmadığına görə yaranır. 

Ensiklopedik lüğətlərdə, məlumat kitablarında «münaqişə» sözü – əks qüvvələrin, maraqlar, fikirlər, 

baxışların toqquşması kimi təyin edilir; bu mübarizə və münasibətlərin sərtlənməsi ilə nəticələnə biləcək 

ciddi hərc-mərclikdir. 

Münaqişələr haqqında çoxlu fikir, konsepsiya və  təriflər var. Məs., L.Kozer münaqişəni ideoloji 

hadisə adlandırır, çünki burada sosial fərdlərin və ya qrupların öz obyektiv məqsədləri uğrunda 

(hakimiyyət, statusun mövqeyin) dəyişilməsi, gəlirlərin yenidən bölüşdürülməsi, dəyərlərin yenidən 

qiymətləndirilməsi, hisslər və ya istəkləri  əks etdirir. Onun fikrincə, münaqişələrin  əhəmiyyəti ondadır 

ki, onlar sistemin donub qalmasının qarşısını alaraq, innovasiyalara (yeniliyə) yol açır. L.Kozer hesab edir 

ki, «münaqişə-müəyyən status, hakimiyyət və resurslara iddia edilməsi, bir də dəyərlər uğrunda gedən 




 

 

mübarizədir ki, burada əksmüqabilin məqsədi – düşmənin zərərsizləşdirilməsi, ona ziyanın vurulması və 



yaxud aradan götürülməsidir». (16) 

Digər amerikalı  alim  K.Bouldinq  qeyd  edir  ki,  münaqişə, maraqların toqquşan nöqtələr və 

ziddiyyətlərinin artıq yetişmiş  və düşünülmüş  məqamları özündə  əks etdirir. R.Darendorf münaqişə 

dedikdə «institutlar və qrupların, normalar və gözləmələrin ziddiyyətliliyinin struktur şəklinə düşmüş 

bütün vəziyyətləri» ni nəzərdə tutur.  

Bütün elmi tərifləri ümumiləşdirərərk, qeyd etmək lazımdır ki, münaqişə-ictimai həyatın 

mahiyyətindən irəli gələn sosial hadisədir; münaqişə-düşünülmüş hadisə  və  fəaliyyətdir; münaqişə – 

geniş yayılıb; o, hər yerdə, hər zaman baş verir; münaqişəni qabaqcadan görmək və idarə etmək 

mümkündür. 

Bütövlükdə münaqişə insanlar arasında sosial əlaqə  və münasibətlərin ifadəolunmasının adi bir 

tərzidir; baxışlar, mövqe və maraqlar bir araya sığmayanda münaqişə baş verir; münaqişə – qarşılıqlı 

şəkildə əlaqəli olan, lakin bu zaman öz məqsədlərini güdən iki və ya daha çoz tərəflərin qarşıdurmasıdır. 

(17) 

Münaqişələr ictimai həyatın çox mürəkkəb hadisəsidir. Onları idarə etmək və yaxud onlara nəzarət 



etmək üçün, birinci növbədə burada başlıca struktrur elemenləri və ölçülərini axtarıb tapmaq lazımdır. 

Ən vacibləri burada – münaqişələrin mahiyyəti, strukturu, səbəbləri və dinamikasıdır (inkişaf tempi və 

mərhələləri). 

Müəyyən fikir müxtəlifliyinə baxmayaraq, münaqişələr nəzəriyyəsinin tədqiqatçıları münaqişənin 

əsas elementləri sırasında aşağıdakıları qeyd edirlər: münaqişənin tərəfləri – sosial qarşılıqlı  fəaliyyətin 

subyektləridir; onlar münaqişəli vəziyyətdədir ya da ki, açıq və ya gizli şəkildə münaqişə edənlərə tərəf 

çıxırlar; münaqişənin predmeti (mahiyyəti) - münaqişə iştirakçıları arasında yaranmış ziddiyyətin əsası; 

münaqişənin motivləri – sosial qarşılıqlı  fəaliyyətin subyektlərini münaqişəyə sövq edən təhrikedici 

qüvvələr (tələbatlar, maraqlar, ideallar, əqidə); subyektlərin mövqeləri – münaqişənin gedişatı zamanı 

tərəflərin qarşılıqlı iddiaları; münaqişənin vasitələri – tərəflərin qarşıdurmada adətən tətbiq etdiyi 

ehtiyatlar (resurslar), vasitə və üsullar; münaqişənin xarakteri – rəqabəti aparan tərəflərə ən çox əsas olan 

münasibətlər tərzi, mövqelərin sərt və yaxud mülayim olması, mübahisə mövzusunun şəklinin 

dəyişdirilməsi, vasitəçilərin cəlb edilməsi və s. 

Münaqişənin başlıca struktur elementlərinin müəyyən edilməsi həm də onun prosessual 

keyfiyyətlərini və yaxud mübahisə edən tərəflərin mübahisə xüsusiyyətlərinin anlamını da nəzərdə tutur. 

Demək olar ki, münaqişə  nəzəriyyəsinin bütün tədqiqatçıları belə bir fikirlə razılaşırlar ki, münaqişə-

müxtəlif ifadəolunmaya və intensivliliyə (sürəkliliyə) malik olan tərəflərin rəqabətli qarşıdurmasıdır. 

Bununla  əlaqədar mövcuddur – gizli (latentli), açıq və böhranlı  vəziyyətlər. Böhranlar, iştirakçı-tərəflər 

üçün  ən ağır və gözlənilməz nəticələr verə bilər. Belə faktın mövcudluğu bizi belə  qənaətə  gətirir ki, 

cəmiyyət öz sosial institutları vasitəsilə insan davranışı normalarını yaradır, istər qadın, istərsə  də kişi 

üçün. Onların rolları vəziyyət və mühitdən asılı olaraq müəyyən edilir, maskulin-feminin münasibətlər 

sistemində sosial ziddiyyətlərin xarakterini istiqamətlənləndirir. 

Cəmiyyət, bioloji cinsdən asılı olaraq, qadın və ya kişinin sosial rolu və davranışının tərzini 

müəyyən edir. Nəticədə maskulinli həmişə aparıcı, üstünlük təşkil edən, femininin isə – tabelikdə olan 

tərəfi bildirir. Bu da, öz növbəsində  həm qadın, həm də kişiləri  ənənəvi norma və stereotiplərin 

qurbanına çevirir. 

XX  əsrə  qədər cinslər arasında fərqlər elmi təhlil obyekti olmayıb. Yalnız kişi və qadın rolları 

haqqında qender tədqiqatlarının aparılması, qender anlayışının  əmələ  gəlməsi dövründən məlum oldu 

ki, bu sahədə ənənəvi təsəvvürlər və yeni reallıqlar arasında xeyli ziddiyyətlər var. Qadınların müxtəlif 

fəaliyyət sahələrində iştirakı genişləndikcə, kişilərin üstünlüyü, onların dəyərlər sistemi və təfəkkür tərzi 

artıq məcburən qəbul edilmir, bu da mənfi reaksiya yaradır: narazılıq, qarşıdurma və s.  

Mədəniyyət tərəfindən gətirilən fərqlər tarixən  əmələ  gəlmiş ünsiyyət formalarında anlaşılmazlıq 

yaradır. Qarşılıqlı anlaşılmazlıq yarandıqda, kişilər qadının davranışına qiyməti öz şəxsi  əqidə  və 

mövqelərindən irəli gələrək verir.  



 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1. «Cins» 

və «qender» anlayışlarının məzmunu nədir? 



Yüklə 152,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə