Mövzu. QenderiN Əsaslari və MÜnaqiŞƏ



Yüklə 152,82 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix03.05.2018
ölçüsü152,82 Kb.
#41188
1   2   3   4   5

 

 

Analitik termin mənasında «qender» sözünü elmi ədəbiyyatda ilk dəfə 1961-ci ildə amerikalı tarixçi 



Coan V.Skott öz «Qender: tarixi təhlilin  əhəmiyyətli vahidi» məqaləsində istifadə etdi. Burada deyilir: 

«qender - … cinslərin fərqlərinə  əsaslanan sosial münasibətlərin elementi, hakimiyyət münasibətlərini 

bildirən  əsas yoldur». Coan Skottun fikrincə, «qender mənsubiyyətinin dərki – sosial münasibətlərin 

yaradıcı, yəni formalaşdırıcı elementidir. Qender – cinslər arasında gözə çarpan fərqlərinə əsaslanır, cins 

isə hökmranlıq münasibətlərini ifadə etmək üçün yoldur». (4) 

Son zamanlar elmi ədəbiyyatda kişilik və qadınlıqda təbii və sosiomədəni tərəflərini dəqiq 

fərqləndirmək cəhdləri artıb; bu cəhdlər cins və qender anlayışları üzərində qurulur.(5) «Cins» termini 

insanlar arasındakı bioloji fərqləri təsvir edir; bu fərqlər hüceyrələrin quruluşunun genetik 

xüsusiyyətləri, bədənin anatomik və fizioloji keyfiyyətləri və doğum funksiyalarından ibarətdir. 

«Qender» termini şəxsiyətin sosial statusu və sosial-psixoloji keyfiyyətlərinə işarə vurur; bu keyfiyyətlər 

cinsiyyət, seksuallıqla bağlı olsa da, digər imkanlarla qarşılıqlı fəaliyyət zamanı yaranır.  

Linda Nikolsonun fikrincə, «cins» sözü o zaman işlədilir ki, kişi və qadınlar arasında fərqlər bioloji 

səviyyədə  təsdiqlənir; «cins» sözü belə halda buraya uyğun gəlir. «Qender» sözü isə yalnız dilçilikdə, 

dilin qrammatik formalarını (kişi və qadın cinsi ilə bağlı olan) bildirmək üçün istifadə edilirdi. Qadın və 

kişilər arasındakı  fərqlərin sosial münasibətlərlə bağlılığı müəyyən ediləndən sonra, qender sözünü 

bioloji keyfiyyətlərdən fərqli olan hallarda istifadə etməyə başladılar.  

Cins və qender sözlərinin fərqləndirilməsi fikrini ən birinci antrpoloqlar bəyəndilər.  1972-ci ildə 

Şerri Ortner tərəfindən yazılmış «Qadın, mədəniyyət, cəmiyyət» kitabı böyük diskussiyalara səbəb oldu. 

Diqqəti daha çox «Qadınlıqla kişiliyin nisbəti təbii ilə mədəninin nisbətinə uyğundurmu?» məqaləsi cəlb 

etmişdir. Bu məqalədə qeyd edilir ki, qadının cəmiyyətdə sosial statusu müəyyən edildikdə onun 

reproduktiv vəzifəsi (uşağı dünyaya gətirmək) nəzərə alınmır, çünki qadınlıq (feminililik) və qadınlar 

təsviri sosial yox, təbii amillərlə əlaqələndirilir. 

Psixoloq Roda Unqer öz «Cins və qender anlayışlarını yozulması haqqında» məqaləsində «cins» 

(«sex») sözünün yalnız bioloji keyfiyyətlərin (mexanizmlərin) təsvirində istifadə olunmasını  təklif etdi. 

Onun fikrincə, «qender» sözünü maskulin və femininin sosial, mədəni və psixoloji tərəflərinin təsvirində 

istifadəsi daha məqsədəuyğundur. Başqa sözlə, R.Unqer cinsi – bioloji hadisə, qenderi isə – sosiomədəni 

quraşdırma olduğunu hesab edir. (7)  

Amerikalı sosioloq Entoni Giddens 1989-cu ildə  nəşr etdiyi «Sosiologiya» dərsliyində qenderin 

tərifini verərkən, onu «cins» terminindən belə  fərqləndirib: «əgər cins kişi və qadınların cismani, fiziki 

fərqlərini göstərirsə, «qender» anlayışı onların mədəni fərqləri ilə bağlıdır. Cins və qenderin 

fərqləndirilməsi fundamental (əsaslı) xarakter daşıyır, çünki kişi və qadınların bir çox fərqləri, öz 

mahiyyəti etibarilə heç də bioloji sayılmır». (8) 

90-cı illərdə «qender» anlayışı feminizm və sosiologizm həddlərini aşaraq, onlarla köklü əlaqəsini 

itirməyib. Qenderin femininliyin qanadları altından çıxmasının səbəbi – maskulinliyə diqqətin artması 

olub. Müasir cəmiyyətdə problemlər, bəzən çox kəskin və ağrılı, nəinki qadınlarda, həm də kişilərdə olur. 

Tədqiqatlar göstərir ki, qadınlıq və kişiliyinin ayrı-ayrılıqda, onları müqayisə etmədən, qarşılıqlı əlaqə və 

münasibətləri müəyən etmədən, yanlış təsəvvürlər yaradır, həm kişi, həm də qadınlara xas olan ümumi 

keyfiyyətləri fərqli, xüsusi olduğunu göstərir. 

«Cins» diskursunun (mühakimənin) «qender» mühakiməsi ilə  əvəz olunmasının tərəfdarları 

aşağıdakı fikirlərə istinad edirlər: qender anlayışı  əvvəlki, yanlış stereotipləri aradan götürür; qender 

tədqiqatların həm obyekti, həm də subyekti – həm qadınlar, həm də kişilərdir; kişilik və qadınlığın 

formalaşmasında yalnız sosial, cinslərin anatomiya və fiziologiyası ilə bilavasitə bağlı olmayan amillərə 

diqqəti cəlb edir; eyni zamanda cins haqqındakı çoxsaylı  nəzəri-metodoloji paradiqmaları (təlimləri) 

tədqiqat dairəsində saxlayır. 

«Qender» anlayışının müasir elmdə durumu, yəni onun strukturu, məzmunu və metodoloji rolunu 

nəzərə alsaq, onu nə «cins» anlayışının sosial mahiyyəti, nə də ki, feminizmlə eyniləşdirə bilmərik, «cins» 

ümumi sosial anlayışının mürəkkəb strukturuna «qender» anlayışının daxil edilməsi daha 

məqsədəuyğundur; burada bioloji cins «Sex» və sosial cins – «qender» qenderli sosiallaşma və qenderli 

strukturlaşma – stratifikasiya zamanı bir-birinə inteqrasiya edir. Bu tərifin əsasını C.Lorberin «Cins sosial 

kateqoriyadır» məqaləsində təklif etdiyi «cins» kateqoriyasının təkmilləşdirilmiş strukturu təşkil edir. (9) 

Başqa sözlə, belə konstruksiya (quraşdırma) həm konseptual xarakter daşıyır (yəni onun metodoloji 

əsasları var), həm də  təcrübəyə  əsaslanır, onun fərdi və ictimai, kross-mədəni (qarışıq) və spesifik 




 

 

mədəni, zehni və  mənəvi, siyasi tərəfləri nəzərə alınır. (9) Bütövlükdə qender – dünyada baş verən 



proseslərin inikasıdır; bu prosesləri isə törədən sadəcə insanlar yox, məhz kişilər və qadınlardır.  

Məhz qender mövqeləri müəyyən mənada «cins-qender» sisteminin ümumi strategiyasını (yəni 

inkişaf xəttini) özündə inikas edir və bizim kim olduğumuza işarə vurur; qadın və yaxud kişi, qız və 

yaxud oğlan. Anadan olan fərd, insan cəmiyyətində artıq formalaşmış münasibətlər sisteminin üzvünə 

çevrilir. Bu sistemdə qadınların üzərinə passiv, kişilərin üzərinə – aktiv, fəal olmaq rolu düşür. Üstəlik 

fəal («kişilik») mövqeyinin əhəmiyyəti passiv («qadınlıq») mövqeyinin əhəmiyyətindən qat-qat çoxdur. 

Beləliklə, «qender» terminin tədqiqatlarda istifadəsinin əsas məqsədi – «cins insan mədəniyyətinin 

məhsuludur» fikrini təsdiqləmək və ondan bəhrələnməkdir.  



 

Qender tədqiqatları və Azərbaycanda onların yaranması 

Qender tədqiqatları  nəticəsində xüsusi, özünəməxsus kateqorial aparatı yaranıb; bu gün həm 

Qərbdə, həm də  Şərqdə bu aparatdan geniş istifadə olunur. Hal-hazırda qender tədqiqatlarının 

mərkəzində, cəmiyyətdə qadın və kişilərin arasındakı  fərqlər, onların xüsusiyyətləri,  əsas keyfiyyətləri 

haqqındakı  təsəvvürlər durur. Bu təsəvvürlər elmi ədəbiyyatda maskulinlik (kişilik) və femininlik 

(qadınlıq) adları altında öyrənilir. Qender baxımından maskulinlik və femininlik altında qadınlar və 

kişilər haqqında normativ sosial təsəvvürlər, davranışın mədəni-simvolik tərzi nəzərdə tutulur. Burada 

nəinki mümkün keyfiyyətləri, həm də onların ifadə oluna biləcək sahələri nəzərdə tululur. 

60-cı illərdə feminizm sahəsində aparılan tədqiqatların kütləviliyi, tənqidi ruhu və  nəzəri 

səviyyəsinin artması  nəticəsində  Qərbdə qadın mövzusu daha fəal  şəkildə öyrənilməyə başlandı. 70-ci 

illərin əvvəllərində Amerika universitetlərində qadınlar öz tədqiqatlarında qadın təcrübəsini öyrənməyə 

başladılar. Belə tədqiqatların səbəbi ondan irəli gəlir ki, sosial və humanitar elmlər insanı, yəni «Homo 

sapiens»i öyrəndikdə,  əslində kişiləri öyrənir, qadınların həyat təcrübəsi, onların dünya haqqında 

təsəvvürləri kənarlaşdırılır və geriyə atılır. Paralel olaraq, feminizm mövqeyindən ənənəvi qərb elminin 

tənqidi də başlandı. Feminizm nümayəndələri elmin bir çox hadisələrində maskulinlik və 

androsentrizmin mahiyyətini aşkar etmişdilər.  

60-70-ci illərdə yayılan feminizm nəzəriyyələrinin antikişilik pafosu (hissi) «cins və «qender» 

kateqoriyalarının işlənməməsi ilə bağlı olduğunu bir çox tədqiqatçılar qeyd edir (məs., O.Voronina). 

Buna baxmayaraq, müxtəlif feminizmlə bağlı erkən yazılarda artıq qender nöqteyi-nəzərindən dünyaya 

baxışlar formalaşır. Misal olaraq, Simona de Bovuarın ifadəsini gətirmək olar: «Qadın doğulmaq yox, 

yaranmaq lazımdır»; yaxud da ki, başqa bir misal gətirsək olar: «Təbiət qadını kişidən fərqli yaradıbsa, 

cəmiyyət onu insandan fərqli edib» (Sulamif Fayerstoun). 

Qadın tədqiqatlarında yeni mərhələ XX əsrin 80-ci illərində başlanıb: bu zaman patriarxal və  sırf 

qadın təcrübəsinin öyrənilməsini, qender sisteminin təhlili əvəz edir. qadın tədqiqatları tədricən qender 

səviyyəsinə ucalır; ön plana bir sıra yeni yanaşmalar çəkilir: cəmiyyətin, mədəniyyətin və insanların 

qarşılıqlı münasibətlərinin bütün sahələri,  əslində qender təmayüllüdür. Tədricən qadın amilinin 

təhlilindən, kişiliyin üstünlüyünün təsdiqindən qender problemlərinin təhlilinə keçid formalaşır: bütün 

sosial proseslərdə qender necə ifadə olunur, formalaşır və yaranır, necə bu proseslər qadınlar və kişilərə 

təsir edir. Qadın tədqiqatların məzmunu daha əhatəli olaraq, özünə maskulinlik və femininlik 

problemlərini daxil etmiş, yeni istiqaməti – kişi tədqiqatları yaratmışdır (man’s studies). (10). 

90-cı illərdə qender tədqiqatları bütün dünyada inkişaf etməyə başlamışdı. Sosial və humanitar 

elmlərdə qender yanaşmasının formalaşması halı əslində adi yeni elmi nəzəriyyənin yaranması faktından 

qat-qat artıq-dır. Bu kimi təlimin yaranması və qəbul edilməsi bəzən insanda dəyərlər sisteminin alt-üst 

olmasına gətirib çıxarır; belə qlobal xarakterli tapıntı  və  kəşflər nəinki sivilizasiyanın gedişatına, 

həmçinin insan şüurunun dəyişilməsi prosesinə də təsir göstərə bilər. 

Beləlilkə, qender tədqiqatları vasitəsilə  şəxsiyyətlərarası münasibətlərin və insanların 

qavranılmasının müəyyən stereotiplərini öyrənmək, fərdin özünəməxsus davranışı  və qiymətvermənin 

ekspressiv modelini formalşadırmaq, müəyyən cinsi aidiyyatı baxımından sosial modelini (ideal şəkildə) 

yaratmaq olur. Qender stereotipləri adı ilə tanınan bu istiqamətlər – qender nəzəriyyəsinin  əsas 

anlayışlarıdır. 



Qender stereotipləri  daha konkret desək, mövcud cəmiyyət və tarixi dövr üçün səciyyəvi olan 

kişilər və qadınlar arasındakı  fərqlərdir. Bu stereotiplər həm fərd, həm də  cəmiyyət səviyyələrində 




Yüklə 152,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə