Mövzu. QenderiN Əsaslari və MÜnaqiŞƏ



Yüklə 152,82 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix03.05.2018
ölçüsü152,82 Kb.
#41188
  1   2   3   4   5


 

 

MÖVZU. QENDERİN ƏSASLARI VƏ MÜNAQİŞƏ 

 

Qətl etmək zamanı və diriltmək zamanı 

Dağıtmaq zamanı və yaratmaq zamanı. 

Sevmək zamanı və nifrət etmək zamanı 

Döyüşmək zamanı və tərksilah zamanı. 

Ekkleziast 

 

Əgər qadının cənnətin yarısına sahib olmaq 



hüququ varsa, onda onun yer kürəsində də 

hakimiyyətin yarısına sahib olmaq hüququ var 

Simona de Bovuar 

 

• 



Qender və onun əsas anlayışları  

• 

Qender tədqiqatları və Azərbaycanda onların yaranması  

• 

Qünaqişə ictimai həyatın sosial fenomeni kimi 

 

Qender və onun əsas anlayışları 

Qender konfliktologiyası müasir elmdə nisbətən yeni istiqamətdir. Nəzərə alınmalıdır ki, onun 

anlayış-kateqorial aparatı hələ ki, sabit, hamı tərəfindən qəbul edilmiş sistem şəklinə düşməyib, ona görə 

də bu, əlimizdəki kursu, qenderin əsaslarının, başlıca anlayışlarının öyrənilməsindən başlayaraq, onların 

etimologiyası, məzmunu və qarşılıqlı əlaqəsinin tədqiqi ilə davam etdirmək fikrindəyik.  

XX  əsrin son onillikləri cəmiyyətin həyatında yeni, çox mühüm hadisələrin: kompyuterin, 

internetin, qender və s. digər mövhumların yaranması ilə  səciyyələnir. Müasir cəmiyyətin  ən 

fundamental, mərkəzi anlayışlarından biri – qenderdir. Qender – insan nəslinin tarixinin bir çox sirrlər və 

müəmmalarının açılmasına imkan verə biləcək dünyagörüşdür. Qender həm fəlsəfə, sosiologiya, 

psixologiya və s. elmlərin nəzəri problemləri, həm də müasir dünyada baş verən iqtisadi, sosial, siyasi və 

hüquqi proseslərlə, yəni bilavasitə  həyat təcrübəsilə bağlıdır. Qender yanaşması müasir cəmiyyətin 

strukturunun, onun bütün fəaliyyət sahələrinin analizinə əsaslı şəkildə təsir etməyə başlayıb. Son dövrdə 

qender məsələləri beynəlxalq hüququn ayrılmaz atributu (hissəsi) olaraq, müxtəlif təşkilatlar, qurumlar, 

konfranslar, beynəlxalq simpoziumlarda – qəbul olunmuş bütün sənədlərdə öz əksini tapır.  

«Qender» ifadəsini, ilk dəfə olaraq, feminizmi təbliğ edən amerikalı qadınlar (latınca «femina» - 

qadın deməkdir) istifadə etmişdilər. Qender onu bildirirdi ki, xüsusi qrup olaraq qadınların 

öyrənilməsinə son qoyulur və  əvəzinə cinslərin qarşılıqlı  şəkildə bütün bioloji, psixoloji və sosial 

xüsusiyyətlərini nəzərə alaraq tədqiqi başlanır. «Qender» sözünün yaranması, əsasən, müasir cəmiyyətin 

fəlsəfi tənqidi ilə bağlı idi; tənqid olunan sahə isə qadınların hüquqlarının pozulması idi. İlk dəfə olaraq, 

antropoloq Qeyl Rubin bu sözü öz «Qadınlar mübadiləsi: cinsin «siyasi iqtisadiyyatı» üzrə qeydlər» 

əsərində istifadə edərək, ona belə tərif vermişdir: qender - «bioloji cinsi ictimai fəaliyyət sahəsi kimi idarə 

edən razılaşmalar kompleksidir». (1) Qeyl Rubin sübut edə bildi ki, tayfalar arasında qadınların 

dəyişilməsi (mübadiləsi) kişi hakimiyyətini və ailədə qender uyğunluğu strukturlarını  təkrar istehsal 

edir.  


İndiyə qədər xeyli mübahisə yaradan və feminizm nəzəriyyəsinin özünün belə tərəfindən müxtəlif 

təlimlər  şəklində  fərqli yozulan bu söz 80-ci illərdə bu nəzəriyyənin inkişafının yeni mərhələsinə  əsas 

oldu. Məs., ABŞ-da fəlsəfə üzrə buraxılan məlumat kitablarında qenderin aşağıdakı  tərifi verilir: 

«Feministlər tərəfindən, cinslərin fərqlərinin sosial aspektini qabart-maq üçün işlədilən termin. Kişi və 

qadın məxluqlarının arasındakı  fərqləri «cinsi fərqlər» adlandırarkən, burada bioloji fərqlər nəzərdə 

tutulur. Qender deyəndə isə «qadın» və «kişi» anlayışlarının müəyyən sosio-mədəni mahiyyətindən 

söhbət gedir və birinci növbədə burada onların sosial vəziyyətlərində fərqlərin müəyyən edilməsi tələb 

olunur». (2) 

Bununla belə, müxtəlif qender nəzəriyyələrinin, təlimlərin təhlilinə keçməzdən qabaq, bütün 

təriflər üçün ümumi olan cəhətləri müəyyən etmək lazımdır; bu cəhətlər həm də konkret qender 

tədqiqatları üçün də bir əsasdır. 



 

 

«Qender» termini (ingiliscə «qender»-cins, nəsil, yunanca eros, azərbaycanca «soy» - «mənşə», 



«nəsil», «əmələ gələn» kimi tərcümə olunur) dünyanın bəzi ölkələrinə (əsasən ingilisdilli) XX əsrin 60-cı 

illərində istifadə olunmağa başlandı. Eyni zamanda İngiltərədə, Fransada, bir çox Şərqi Avropa 

ölkələrində bu söz qəbul olunmadı; tədqiqatçılar burada onun əvəzinə «women studies» («qadın 

tədqiqatları») ifadəsini işlədirlər. Bəzi alimlər «qender» dedikdə yalnız cinslərin bioloji və fizioloji 

əlamətlərinin məcmusunu nəzərdə tutur, digərləri – «sosial cins» olduğunu qeyd edir, elələləri də var ki, 

ümumiyyətlə «qender» terminini qəbul etmir, əvəzinə «qadın tədqiqatları» ifadəni işlədirlər.  

İngilis sözü olan «qender» cinsi bildirir; məs., dilçilikdə cins və ya növ olduğunu (yəni müəyyən 

sinfə aidiyyatını) bildirən, yaxud insan cəmiyyətində – ailə, nəsil mənsubluğunu, nəsillərin bağlılığı  və 

əlaqəsini bildirən söz. Humanitar mənada istifadə edilən bu söz «sosial cinsi» bioloji cinsdən 

fərqləndirmək vəzifəsini daşıyır; bioloji cins bütün sənəd və anketlərdə «sex» kimi qeyd olunur. «Sex» 

sözü istifadə olunarkən (azərbaycanca «cins») insanın bioloji tərəfi, yəni onun cinsi mənsubiyyəti nəzərdə 

tutulur (bioloji təbiəti, bu təbiətin müvafiq xüsusiyyətləri). 

Cinslərin fərqlərinin başlıca əlamətləri cəmiyyətin dünyagörüşü və mədəniyyəti ilə bağlıdır; məhz 

buna görə onlar, demək olar ki, həmişə cinslərin həqiqi fərqlərinin yox, konkret, mövcud cəmiyyətin 

mənəvi-maddi dəyərlər və ideallarının mürəkkəb sistemini əks etdirir. Süni şəkildə qadın və kişi 

cinslərində aparılan bölgünü (hətta dil səviyyəsində) cəmiyyətin sosio-mədəni strukturunda izləmək 

olur. Məs., ingilis dilində  olan  «-he    -she  -it»  fərqləndirmə Azərbaycan dilində yoxdur; burada vahid 

əvəzlik «o» işlədilir. Beləliklə, kişi və qadınların arasındakı bioloji fərqlər cins sahəsinə aiddir. Bu 

ifadələrə (yəni «kişi» və «qadın») müəyyən  şəraitdə müəyyən tarixi dövrdəki mədəni sahədə verilən 

məna isə qender tədqiqatlarının obyektidir (gender studies).  

Amerikada ingilis sözlərinin varisliyi lüğətində «qender» sözü təsnifat termini kimi qeyd edilir, o 

cümlədən buraya bu sözün morfoloji mənası da daxildir («qrammatikada cins»). Həmin lüğətdə bu söz 

«cinsin təsnifatı, cins» kimi də müyyən olunur. Roman qrupu dillərində bu sözün dilçiliklə bir o qədər 

bağlılığı yoxdur. İspan dilində «genero», italyan dilində «genere» və fransız dilində «genre» insan cinsini 

bildirmək mənasında işlənmir. Bunun əvəzinə «sex» sözü istifadə olunur.  

İngilis dilinin qrammatikasında qadın və kişinin cinsi göstərilmir; burada «qender» sözü cinsi 

bildirən termin kimi qəbul olunur. Yuxarıda qeyd edilən Amerika lüğətində «qender» sözünün daha bir 

mənası verilir – «təmsil etmək». «Qender» anlayışı, münasibətlərin təmsil olunması, onların bu və ya 

digər sinfə, qruppa, kateqoriyaya mənsubiyyəti kimi başa düşülür. Başqa sözlə, qender müəyyən bir 

obyekt (və ya məxluq) digər obyektlə (siniflə (qrupla) münasibətəri quraşdırır; bu münasibətlər – 

mənsubiyyəti bildirən münasibətlərdir. 

V.Müllerin ingiliscə-rusca lüğətində qeyd edilir ki, qenderin iki mənası var. Birincisi – qrammatik 

kateqoriya (cins), ikincisi isə – zarafatla cinsə deyilən söz. S.Ojeqovun lüğətində cins kateqoriyasının, 

qrammatikada müəyyən sözlər toplusunu bildirmək üçün istifadə olunduğu göstərilir, nəsillər silsiləsini 

bildirir, bir də ki, müəyyən fəaliyyət növünü göstərir.  

Rus dilində «rod»-«pol» sözlərinin mənaları qarşılıqlı şəkildə sıx əlaqədar olduğu üçün «qender»-

«cins» (yəni «pol») kimi tərcümə olunur. V.Dalın lüğətində «ər», «arvad», «cins» və «nəsil» (muc, cena, 

pol, rod) bir növ qender problematikasının sırf rusdilli şəraitində məna xüsusiyyətlərini özündə cəm edir. 

Tədqiqatçı-alimlər belə  qənaətə  gəlirlər ki, «qender» anlayışının mənası birinci növbədə cinsin 

sosial modelləşdirmə  və layihələşdirmə ideyasında təcəssum olunur. Sosial praktika, yəni həyatın özü 

sosial cinsi (cinsin sosial keyfiyyətlərini) cinsin bioloji təməli ilə onun sosial davranışı arasında sədd 

çəkmək getdikcə daha çətin olur.  

Beləliklə, qender hər hansı bir sinfin daxilində obyektin, ya da ki, fərdin müəyyən mövqeyini 

müəyyən edir, bu mövqe həm də digər üzvlərinin mövqeləri ilə nisbətdə qurulur. Qender – sosial 

münasibətlərdir; bioloji cins yox, hər bir fərdin, müəyyən sosial münasibətlər sistemində  təsvir 

olunmasını (reprezentasiyasını) göstərir.  

Qender anlayışı qadınlar və kişilərin yaşında, ailə  vəziyyətində, sosial və etnik qruplarda 

dəyişikənliyini, tarixiliyini, fərqliliyini, müxtəlifliyini nəzərə alır. Qender anlayışı, təbii və qabaqcadan 

müəyyən edilmiş  nə isə ola bilməz; bu – institutlar, mənalar, uyğunluqların formalaşması  və inkişafı 

prosesidir. O, dəyişkən, tarixi və çevikdir, eyni zamanda sistemliliyə  və  məntiqililiyə malikdir; həm də 

mədəni və sosial mühitdən, qender münasibətlərinin xüsusiyyətlərindən asılıdır, çünki qender müxtəlif 

cəmiyyətlərdə, müxtəlif tarixi dövrlərdə, müxtəlif sosial siniflər və nəsillərdə formalaşıb ifadə olunur. 




Yüklə 152,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə