Mövzu. QenderiN Əsaslari və MÜnaqiŞƏ



Yüklə 152,82 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix03.05.2018
ölçüsü152,82 Kb.
#41188
1   2   3   4   5

 

 

2. Cinslər münasibətlərinin qender konsepsiyasını necə qəbul edirsiniz? 



3. Azərbaycanda qender tədqiqatları haqqında danışın. 

4. Qender 

münaqişəsinin əsasını nə təşkil edir? 

 

İş üsulları - Babet Fransizin «Qender – sosial hadisədir, yoxsa bioloji hökm?»; test «Münaqişəliyinin öz-

özünə qiymətləndirilməsi» 

 

Babet Fransız 



«QENDER – SOSİAL HADİSƏDİR,  

YOXSA BİOLOJİ HÖKM?» 

(Avstraliyanın ailə elmi-tədqiqat institutunun  

VII konfransında məruzə. Sidney, 2000) 

 

Təchizat 

1. Rəngli markerlər 

2. B.Fransizin 

məruzəsinin mətni. 

Hər bir tələbədə  mətnin nüsxəsi olmalıdır ki, üzərində, tapşırığı yerinə yetirərkən rəngli 

markerlərlə işləyə bilsin. 

İş qaydaları 

Məşğələ qender tədqiqatları problematikasının nəzəri hissəsi ilə tanışlıqdan sonra aparılır; 

dinləyicilər gərək qender anlayışının mahiyyəti, onun cins anlayışı ilə bağlılığı, məzmunun izahında əsas 

yanaşmaları ilə tanış olsunlar. 

Müəllim hər bir dinləyiciyə B.Fransizin məruzəsinin mətnini paylanılır, onun məzmunu ilə 

diqqətlə tanıl olmasını və aşağıdakı suallara cavabın hazırlanmasını təklif edir. 

• 

Mətnin müəllifi qender və qender identikliyi anlayışını necə başa düşür? 



• 

Onun mövqeyi qender tədqiqatlarda qəbul olunmuş mövqelərə uyğun gəlirmi? 

• 

Mətnin müəllifinin qender yanaşmalarında narazı edən nədir, nəyə görə  o,  bunu  tənqid edir, onun 



gətirdiyi dəllilər arxasında hansı sosial və şəxsi mövqelər durur. 

• 

Zənninizcə, Brendanın psixoloji problemlərinin səbəblərini qender yanaşması baxımından nexə 



qiymətləndirmək olar? 

10-15 dəqiqədən sonra aparıcılar qrupu bir neçə kiçik qrupa bölünür (3-4 nəfər), hər bir yarıqrupda 

mətn, suallara da uyğun müzakirə edilməlidir. Sonra yarıqruplar ümumi müzakirə üçün birləşirlər 

 

Məruzənin mətni 



 

İnsan bu və ya digər davranış rollarını və həyat tərzini seçəndə, ona nə təsir edir: təbiət yoxsa sosial 

mühit? Bu sualın cavabını sosiobiologiya axtarmaqda idi. 1970-ci illərdən başlayaraq, alimlər arasında 

ümumi diskussiya başlandı: mədəniyyət (tərbiyə) biologiyaya üstün gələrək, bioloji cinsin özünü 

müəyyən edə bilərmi? Diqqətinizə  təqdim olunan məqalədə müasir feminizmin, «qender məsələ»sini 

«qender» sözünün siyasətləşməsi tənqid atəşinə tutulur, çünki onlar «cins» sözünü (insana aid olan) 

«qender» sözü ilə əvəz etməyə çalışırlar.  

(…) Son on il ərzində liberal feminizm daha radikal, «qender feminizm» ilə əvəz olundu; sonuncu, 

marksizm ideologiyasına arxalanaraq, nəinki iqtisadi cəhətdən fərqli sinifləri, həm də cinsi bir sinif kimi 

aradan götürməyə tələb edirdi, yəni insanların qadın və kişilərə bölünməsini ləğv etməyə çalışırdı.  

Məhz bununla əlaqədar «cins» sözü «qender» sözü ilə əvəz oludu (…). 

Qender tədqiqatlarıda bəyan edilir ki, kişi (qadın, maskulinik) femininlik – adicə  mədəni 

quraşdırmalar, insanların isə  əmin olduqları o fikir ki, geretoseksuallıq (qarşı cinsə meyl) – cinsi 

instinktin ifadəsinin «təbii» formasıdır – «bioloji»nin sosial səviyyədə yoxolmasının daha bir 

nümunəsidir.  

(…) On ildir ki, Nyu-Yorkdan olan feminist-qadınlara BMT-ni əksər üzvləri tərəf çıxır; bunu, onlar 

tərəfindən nəşr olunan bütün sənədlərdə görmək olar.  

Feminist – qadınların istinad etdiyi anadangəlmə pozuntular (hesab edilir ki, cinslər iki yox, daha 

çoxdur) nisbətən az təsadüf edilir. Mən öz məqaləmdə sübut etməyə çalışıram ki, bu pozuntular heç də 



 

 

cinslərin ikidən artıq olmasını təsdiqləmir. Pozuntuların (anomaliyaların) mövcudluğu heç də onu sübut 



edə bilməz ki, geteroseksuallıq təbii hadisə sayılmamalıdır; kor uşaqların dünyaya gəlməsi heç də onu 

sübut etmir ki, insanlarda görmə qabiliyyəti yoxdur. Bioloji cinsi feminist – qadınların hesab etdiyi kimi, 

insan bədəninin xarici əlamətləri yox, genetik struktur müəyyən edir. İnsan bədəninin hər bir 

hüceyrəsinin ya kişi, ya da qadının olduğu dəqiq bilinir. Ana bətnində böyüyən dölün beynində 

testosteronun miqdarına uyğun onun feminin və yaxud maskulin olduğunu müəyyən etmək olur.  

(…) Məni feminist-qadınların daha bir məsələsi narahat edir: onlar düşünürlər ki, insan təbiəti – 

muma bənzər bir material olduğu üçün, cəmiyyət uşaqları istədiyi şəklə sala bilər. Mən özüm dörd qızın 

və dörd oğlanın anasıyam; təcrübə göstərir ki, qızlar və oğlanlar bir-birindən seçilir; çətin ki, onlar siyasi 

cəhətdən ölçüb-biçilmiş qeyri seksist oyuncaqları oynatsınlar. Ailəmizdə bir hadisə  az  qala  böyük 

qalmaqala səbəb olmuşdu: oğlum böyük bacısının gəlinciyinin başını qopartdı ki, baxsın, içi nədən 

düzəldilib. 

Məktəblərdə  bərabər imkanlar üzrə Böyük Viktorian komitəsinin məruzəsində (Avstraliya) 

nədənsə bizim diskussiyalarda daima səslənən Con Maninin adı  gətirilmir. Bu adam Yeni Zelandiyada 

anadan olmuş, psixologiya üzrə  dərəcəni Harvardda almış, sonra isə Con Hopkins adına Baltimor 

hospitalında tədqiqatçı olmuşdur. Con Mani, birinci olaraq, şəxsiyyətin, özünü qadın və ya kişi duymaq 

baxımından daxili vəziyyətini təsvir edən qender identekliyi anlayışını istifadə etmişdir. o, dünyada ilk 

dəfə olaraq, adı  çəkilən hospitalda qender identikliyi ilə bağlı olan problemlərin müalicəsi üzrə klinika 

yaratdı. Bu klinikada yetkinlik yaşına çatmış adamların cinsini dəyişməklə  məşğul olurdular. Tez bir 

zamanda Con Mani insanların psixoloji korreksiyası (düzəliş) sahəsində tanınmış nüfuzlu şəxsə çevrildi.  

Lakin həkim Maninin quraşdırmalarını alt-üst edən bir parlaq misalı çox az adam bilir. Söhbət Brüs 

Raymerdən gedir. Brüs və Brayan Raymer qardaşları Binnipeq (Kanada) şəhərində  1965-ci ildə normal 

eyni hüceyrədən əkiz doğulmuş uşaqlar idi. Lakin sünnət əməliyyatı zamanı kobud səhvlərə yol verilmiş, 

sünnət yeri zədələnmiş  və yandırılmışdı. Nəticədə Minnesot ştatında yerləşən Mayo klinikasının 

həkimləri Büqusun valideynlərinə onu qıza döndərmək məsləhətini verib, Con Mani həkiminin üstünə 

göndərdilər. Mani valideyənləri əmin etdi ki, Brüsun kişi cinsinin qadın cinsinə dəyişməsi mümkündür 

və yaxşı nəticə verəcək.  

1967-ci ilin iyulunda 22 aylıq uşaq olan Brüsun üzərində  cərrahiyə  əməliyyatı aparılıb və onun 

cinsini dəyişdirdilər. Uşağın adını qoydular Brenda. Valideynlər öz hərəkətindən peşman deyildilər, 

çünki, əks təqdirdə qorxurdular ki, məktəbdə, digər ictimai yerlərdə uşağı istehzalarla qarşılayıb, alçalda 

bilərdilər. Onlar uşağın yanında dayəni də saxlamağa belə çəkinirdilər, çünki yaş əskiləri dəyişən zaman 

dəhşətli yara dərhal gözə çarpacaqdır.  

Eksperiment baş tutmadı. Brenda femininliyin heç bir əlamətini ifadə etmirdi; əksinə maskulin 

davranışını daima nümayiş etdirirdi; o cümlədən, köbud, çevik, güc tələb edən oyunları oynayır, ayaq 

yolunda kiçik bayra ayaq üstə çıxırdı və s. Qızlarla ünsiyyəti yarada bilmirdi, baxmayaraq ki, qardaşı ilə 

bir məktəbdə oxumurdu. Psixoloqun məsləhətləri də kömək etmirdi. Brenda özünü yaxşı aparmırdı, 

dərslərini də yaxşı oxumurdu. İkinci ilə sinifdə qaldığı halda, onun qardaşı yuxarı sinifə keçmişdi.  

Baxmayaraq ki, eksperiment öz uğursuzluğunu tam təsdiqlədi, Brendanın özü isə bir çox psixoloji 

və davranış problemlərini qazandı,  1972-ci ildə  həkim Mani öz məşhur «əkizlər tarixçəsini» müəllifi 

olduğu «Kişi və qadın, oğlan və  qız» kitabında təsvir etdi. Mani yazırdı ki, insanların üzərində 

planlaşdırılmış eksperimentlər mümkün deyil; etik qaydaları buna imkan vermir, buna görə də burada 

təsadüfün rolu böyükdür. Belə  təsadüfdən həkim istifadə edərək, eksperiment keçirtdi, özü də böyük 

uğurla. O, Brayanın maşınlara, cihazlara, nasoslara, Brendanın isə – gəlinciklərə, gəlincik evlərinə və uşaq 

arabalarına olan maraqlarını müqayisə edirdi. O, Brendanın təmizkarlığını  və Brayanın təmizliyə 

biganəliyini qeyd edirdi. Brenda mətbəx işlərinə maraq göstərir, Brayan isə yaxın da durmurdu.  

Con Mani Brendanı dominantlıq (aparıcı) uşaq olduğunu təsvir edirdi; üç yaşından başlayaraq o, 

qardaşının qayğısına, quş, yuvadakı balalarının qayğısına qaldığı  tək qalırdı.  Əkizlərdə qender 

baxımından zövq, temperament, davranış tamamilə bir-birinə  əks idi. Bu hal əsaslı  şəkildə onu sübut 

edirdi ki, insan oğlan və ya qız doğulmur.  

Qender tədqiqatlarının inkişafına əkizlər hadisəsinin təsiri çox böyük olub. Feminizm hərəkatı bu 

faktlarla dərhal silahlandı, çünki onun nümayəndələri həmişə cinsi əlamətlər və fərqlərinin bioloji cəhət 

kimi gös-tərilməsinə qarşı  çıxırdılar. Keyt Millet özü feminist xarakterli «Seksual siyasətçilər»  əsərində 

Maninin kitablarından sitat gətirərək, sübut etməyə çalışırdı ki, qadın və kişilər arasındakı fərqlər bioloji 




 

 

qanunauyğunluqlarını yox, cəmiyyətin gözləmələrini və mövhumatçılığını əks etdirir. Əkizlərin tarixçəsi 



belə düşünməyə guya böyük əsas verir. 

Daha bir neçə il ərzində Mani Brenda hadisəsini böyük uğur kimi təsvir edirdi. Həmin müddətdə 

isə Brenda 11 yaş  mərhələsini aşanda müəyyən fizioloji dəyişikliklərə  məruz qalmağa başladı, çiyinləri 

enli oldu, əzələləri artdı, boyun və çiyinləri iriləşdi, səsi dəyişməyə başladı.  1978-ci ildə Mani həkimin 

yanına aparılan Brendanın transseksual adam ilə söhbət zamanı elə  dəhşət bürüdü ki, o, klinikadan 

qaçdı, mehmanxanaya ata-anasının yanına gətiriləndən sonra dedi ki, bir də onu, könülsüz həkimin 

yanına aparsalar o, özünü öldürəcək. Brendanın ata-anası bir müddət də ümidlə yaşadılar ki, onların 

uşağı  qıza dönəcək, lakin 1980-ci ilin may ayında Brenda onu müalicə edən endokrinoloqu və psixiatrı 

dönə-dönə başa salandan sonra ki,o qız olmaq istəmir, həkimlər valideynlərə  həqiqəti açıqlamağı 

məsləhət gördülər. Brenda daxilində böyük rahatlıq hissi ilə yanaşı hirs və  təəccübü yaşayırdı. O, 

demişdi: «birdən-birə mənə, iztirab və əziyyətlərimin səbəbi məlum oldu. Mən heç də dəli olmamışam, 

nə də ki, qeyri-təbii, şikəst». 

Maninin qender identikliyinin çevikliyi, yaxud psixo-seksual qeyri-müəyyənliyi haqqında baxışları 

müsbət qəbul edildi; elmi ictimaiyyət onu təkzibedilməz həqiqət kimi qəbul etsə  də, ona qarşı  çıxan 

tədqiqatçı da tapıldı. O, Maninin əldə etdiyi nəticələri  şübhə altına aldı. Kanzas universitetinin 

endokrinoloqlarının qabaqcıl qrupuna rəhbərlik edən biofizik Milton Daymond və onun həmkarları 

1950-ci ildə hind donuzları üzərində  təcrübəni apararkən, müəyyən etdilər ki, ana bətnindəki cinsi 

hormonlar nəinki dölün xarici cinsi orqanlarının və reproduktiv sisteminin inkişafında mühüm rol 

oynayır, həm də baş-beynin maskulinləşmə və ya femininləşməsi prosesinə təsir göstərirlər.  

1959-cu ildə Daymond «İnsanın cinsi davranışının ontogenezisinin tənqidi qiymətləndirilməsi» 

məqaləsini dərc etdirir. Bu məqalədə o, Maninin nəzəriyyəsini bütünlüklə  rədd edir. Bu, andan 

uzunmüddətli və  zəhərli sözlərlə dolu akademik debatlar başlandı. Mətbuatda çıxan məqalələrin, elmi 

aləmdə davam edən mübahisələrin diqqət mərkəzində Milton Daymond yox, Brendanın özü də olub 

(sonradan ona, Davud adını verdilər); Brenda nəhayət, həqiqəti örynənəndən sonra, öz seksual 

identikliyini özünə qaytardı. 15 yaşını bu uşaq artıq oğlan adı ilə qeyd etdi.  

Oğlanın yeni adı, Qoliafla, yəni Con Mni və onun tərəfdaşları ilə mübarizə simvoluna (rəmzinə) 

çevrildi (İncil rəvayətinə görə,  İsrail çarı olmazdan qabaq adi çoban kimi tanınan Davud təkbətək 

döyüşdə nəhəng boyu və ölçüləri olan fələstinli Qoliaf adlı əsgərə qalib gəlmişdir). Davud adı həm də öz 

identikliyinin müdafiə edilməsində göstərilən mərdliyin simvoluna çevrildi. Nəticədə, tibbi ictimaiyyət 

reallığa qayıtdı; hər halda Amerikada bu, müşahidə olunurdu. Con Hopkins hospitalındakı qender 

identikliyinin pozulmasının müalicəsi klinikası bağlandı, seksologiya üzrə, ziddiyyətlərlə dolu tədris 

kursu 1970-ci ildə təxirə salındı.  

ABŞ-da uroloq Uillyan Rayner öz skalpelini (cərrah bıcağı) bir kənara qoyaraq, transseksuallıq üzrə 

ixtisaslaşmış  uşaq psixiatrı  vəzifəsinə qayıtdı. O, əmindir ki, cinsi dəyişdirmək üzrə  cərrahiyyə 

əməliyyatı – yanlış yoldur. Mənim də  əqidəm belədir ki, öz xromosom tərkibinə görə uyğun cinsi 

audiyyatı ilə bağlı uşaqlar – tərbiyə olunmalı, böyüklər isə ömürlərini sürməlidirlər. Beyin də, kişinin ya 

da ki, qadınınkı kimi qabaqcadan proqramlaşdırılır. «Yuliy Sezar» əsərindən Kassiy adlı  qəhrəmanının 

ifadəsini bir qədər dəyişdirib demək istərdik: «Brut, əzizim, səhvə yol verən ulduzlar yox, bizik, çünki 

bunun təməli genlərimizdə qoyulub».  

 

TEST 

 

«Münaqişəliyinin öz-özünə qiymətləndirilməsi» 

 

1. Birdən avtobusda mübahisə başlasa, mən  

a. mübahisədən ümumiyyətlə qaçıram; 

b. haqlı olana tərəf çıxa bilərəm, müdaxilə edə bilərəm; 

c. mütləq qarışacağam və öz mövqeyimi axıra qədər müdafiə edəcəyəm.  

2.  İclas olanda rəhbərliyə nəyisə irad tuturam 

a. həmişə səhvləri irad tutub tənqid edirəm; 

b. elədir ki, var, amma baxır ona olan münasibətimə; 

c. xeyr. 

3.  İşdə müdiriniz öz təkliflərini irəli sürür. Bu təkliflər sizi qane etmir, onda, yeniləri hazırlamağı boynuma 

alaram: 



 

 

a. başqaları mənə tərəf çıxsa, edərəm; 



b.  əlbəttə, mən öz təkliflərimlə çıxış edəcəyəm; 

c. çətin, çünki buna görə mənim mükafatımı kəsəcəklər. 

4. Öz 

həmkarlar, dostlarımızla mübahisə etmək adətiniz varmı?  



a. yalnız münasibətlərə toxunmamaq və kiminsə xətrinə dəyməmək şərtilə; 

b. bəli, amma prinsipial, vacib məsələlər üzrə; 

c. istənilən məsələ üzrə mübahisəyə girirəm. 

5.  Əgər kimsə növbəni pozursa, siz: 

a. mən də onun kimi hərəkət edəcəyəm; 

b. acığım gəlsə də, dözürəm; 

c. öz 

etirazımı sözümlə bildirirəm.  



6. Təsəvvür edin ki, çox möhtəşəm bir layihə müzakirə edilir, içində  həm qabaqcıl ideyalar, həm də 

səhvlər var. Əgər bunun taleyi Sizin rəyinizdən asılıdırsa, onda: 

a. layihənin həm mənfi, həm də müsbət tərəflərindən danışacağam; 

b. müsbət tərəflərinə fikrimi cəm edərək, müəllifi onların üzərində işləməyə dəvət edəcəyəm; 

c. tənqid edəcəyəm, çünki yenilikçi olmaq lazımdır, səhv buraxmaq olmaz.  

7. Qaynana 

qənaətdən, sizin boş yerə  xərcləmələrdən danışır, özü isə tez-tez bahalı  qədim  əşyaları alır. 

Sonuncu əşya haqqında fikrinizi soruşur. Siz deyirsiniz ki: 

a. o, 

aldığı əşyadan həzz alırsa, oda alqışlayıram; 



b. deyirəm ki, bu əşyadan sənətkarlığın izi-tozu da yoxdur; 

c. belə halların üstünə tez-tez söz-söhbət, qalmaqal olur.  

8.  Parkda siqaret çəkən yeniyetmələrə rast gələndə, nə edirsiniz? 

a. onları məzəmmətləndirəcəyəm; 

b. başqaların, tərbiyəsi olmayan uşaqların üstündə qanımı qaraltmayağam; 

c. ictimai yerdə olmasaydı, onlara öz narazılığımı bildirəcəkdim.  

9.  Restoranda ofisiant pulu əskik qaytardı. Onda:  

a. mən ona «çaypulu» vermək istəmişdimsə də, verməyəcəyəm; 

b. xahiş edəcəyəm ki, xərcləri birdə hesablasın; 

c. dilimin altından çıxanı deyəcəyəm. 

10.  İstirahət evinin administratoru əylənir, kənar işlərlə məşğuldur, amma nə otaqların təmizliyinə, nə də 

ki, yeməklərin keyfiyyətinə nəzarət etmir. Onda:  

a. elə bir yolla şikayət edəcəyəm ki, cəza versinlər, ya da ki, işdən çıxartsınlar; 

b.  ona sözümü desəm də, deməsəm də, vəziyyət olduğu kimi qalacaq; 

c. digər işçilərdən – aşpaza, süpürgəçiyə iradlarımı tutaram, yoldaşımdan acığımı çıxıram.  

11. Yeniyetmə oğlunuz mübahisədə haqlı çıxdı. Səhvinizi boynuna alacaqsınızmı? 

a. a) xeyr; 

b. b) əlbəttə, alacağam; 

c. v) çalışaram ümumi razılığa gələk.  

 

Nəticələrin qiymətləndirilməsi 

 

Suallar 

Cavab 

2 3 4 5 6 7 8 9 10 



11 

a  4 


0 2 4 2 4 0 4 0 0 0 

b  2 


2 0 2 4 4 2 4 2 4 4 

v  0 


4 4 0 2 0 0 2 0 2 2 

 

30-44 xal. Siz nəzakətlisiniz. Münaqişələrdən zəhləniz gedir. Onlardan qaça bilirsiniz, gərgin 

vəziyyəti dərhal aradan qaldırırsınız. Mübahisə zamanı  həmişə  işinizdəki vəziyyəti və yaxud dostluq-

qardaşlıq münasibətlərinin gələcəyini düşünürsünüz. Çalışırsınız hamı ilə yaxşı münasibətlərdə olasınız, 

lakin köməyi sizdən gözləyənlərə onu etməyə  bəzən tələsmirsiniz. Ola bilsin ki, bu zaman ətrafdakıların 

gözündən düşəsiniz. Yoxsa belə deyil? 



15-29 xal. Sizin haqqında deyirlər ki, «çətin adamdır». Nəticəsi sizin üçün (istər işdə, istər  şəxsi 

həyatda) lap pis olsa da, dediyinizdən dönmürsünüz. 




 

 

14 xala qədər. Siz xırdaçı adamsınız, yerli-yersiz dava-dalaş üçün bəhanə edirsiniz. Hətta haqlı 

olmadığı hallarda öz rəyini başqalarına məcburən qəbul etdirirsiniz. Sizə davakar deyiləndə, xətrinizə 

dəymir. Fikirləşin, bəlkə belə davranışın əsasında daxili namamlılıq hissi durur?  

 

 

ƏDƏBİYYAT 



 

1.  Rubin Gayle. The Traffic in women: Notes on the “political economy” of sex. – N.Y., 1975 

2.  Jennifer Hornsby. The Oxford Companion of Philosophy. – N.Y., 1995 

3.  Абубикирова Н.И. Что такое гендер? / Женщина в обществе: мифы и реалии. – М., 2001 

4.  Scott J.W. Gender: A useful category of historical analysis. – American Historical Rewiew, 1986 

5.  Берн Ш. Гендерная психология. – СПб, 2001 

6.  Woman, Culture and Society. Eds. M.Zimbalist Pasaldo and L.Lamphere. Stanford, Calif. Stanford 

University. Press, 1972 

7.  Unger R. Toward a re-definition of sex and gender // American Psychologist, 1979, № 34 

8.  Гидденс Э. Социология // Эдиториал УРСС, 1999 

9.  Лорбер Дж. Пол как социальная категория / Женщина, мужчина, семья. Альманах THESIS., Вып. 6 

– М., 1994 

10.  Шабурова Л.В. Гендер // Современный философский словарь. – Лондон, 1998 

11.  Большой толковый социологический словарь. COLLINS. – М., 1999 

12.  Клецина  И.С.  Гендерный  подход  и  равноправие  в  межличностных  отношениях / Российские 

женщины  и  европейская  культура:  Материалы V конференции,  посвященной  теории  и  истории 

женского движения. – СПб., 2001 

13.  Qender: tarix, cəmiyyət, mədəniyyət / Müəl. kollektivi (azərb. və rus dil.) – B., 2002 

14. Müasir sosial-siyasi dəyişikliklər kontekstində qender təhsilinin inkişafı. Elmi-praktiki 

konfransın materialları. – B., 2004 



15. Münaqişə və sülh quruculuğu: problemə giriş. Müntəxabat / Müəl.kollektivi. – B., 2003 

16.  Coser L.A. The Functions of Social Conflict. – London: Free Press, 1956 



17.  Воробейкин И.Е. и др. Конфликтология. – М., 2000  

 

Yüklə 152,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə