7
FƏSİL 1.
MÜHƏNDİS EKOLOGİYASININ KONSEPSİYASI.
1.1. Əsas anlayışlar.
Ətraf mühitin mühafizə problemləri bütün bəşəriyyəti
düşündürür. Onlardan başqa kontinentdə gizlənmək və ya hər
hansı şəkildə sığortalanmaq mümkün deyildir. İnsanın ətraf
mühitə təsiri problemlərini, bu təsirlərin neqativ nəticələrindən
mühafizə üsullarını aydınlaşdırmağa cəhd edərək, bəşəriyyət
çoxlu sayda elm və elmi istiqamətlər yaratmışdır. Bunlardan
hər biri öz terminlərindən və tədqiqat metodlarından istifadə
edirlər.
Son zamanlar klassik “ekologiya” terminindən istifadə
edən xeyli sayda söz birləşmələri meydana gəlmişdir. Məsələn:
“klassik ekologiya”, “ümumi ekologiya”, “şəhər ekologiyası”,
“kosmik ekologiya” və s. Belə söz birləşmələri ekoloji
biliklərin ayrı-ayrı istiqamətlərini müəyyənləşdirir.
Ekologiya (yunanca oikos – ev, logos – elm) – canlı
orqanizmlərin yaşama şəraitini,onların öz aralarında və
yaşadıqları mühitlə qarşılıqlı əlaqəsini öyrənən elmdir.
Termin 1866 –cı ildə alman alimi Erns Heggel
tərəfindən
təklif
olunmuşdur.
Əvvəllər
ekologiyaya
orqanizmlərin, onların yaşadığı təbii mühitdə fəaliyyətlərinin
qanunauyğunluqlarını tədqiq edən bir elm kimi baxılırdı, yəni
bioekologiya kimi. Hal-hazırda bu termin, hər biri ayrıca
sərbəst elm kimi çıxış edə bilən, müxtəlif istiqamətlərdən ibarət
ekoloji biliklər sistemini göstərmək üçün istifadə olunur
(şək.1.1).
İnsan cəmiyyəti sözün geniş mənasında tələbata
əsaslanmışdır. İnsanın təsərrüfat fəaliyyəti onun tələbatından
asılı olaraq inkişaf edir. O, inkişafı təbiətdən və onun müxtəlif
ehtiyatlarından istifadə ilə bağlı olan istehsala əsaslanır.
Cəmiyyətin inkişafının müəyyən mərhələsində insan və təbiət
8
Şək. 1.1. Ekologiyada biliklər istiqaməti
arasında, istehsal və təbii ekoloji sistemlər arasında qəti şəkildə
anlaşılmazlıq yaranır.
9
Mühəndis ekologiyası – tətbiqi fənndir. Özündə,
yüksələn sənaye istehsalı şəraitində ətraf mühitin keyfiyyətini
qoruyub saxlamağa yönəlmiş, elmi əsaslara söykənən
mühəndis – texniki tədbirlər sistemini əks etdirir.
Mühəndis ekologiyasına, müxtəlif bilik sahələrinin
kəsişməsində formalaşan çoxlu sayda terminlər daxildir. Oların
bəzilərini nəzərdən keçirək.
Biosfer ( yunan. bios – həyat, spharia – kürə ) –
müxtəlif canlıların həyatının inkişaf etdiyi və atmosferin,
hidrosferin aşağı hissəsini və litosferin yuxarı hissəsini əhatə
edən Yer örtüyüdür. Biosfer 3,5...4,5 mlrd. il bundan əvvəl
yaranmış, canlı və cansız materiyanın qarşılıqlı əlaqəsinin
nəticəsi kimi mövcuddur. Bu zaman canlı maddə biosferin
“funksiyası” olduğu kimi, biosfer də canlı maddənin inkişaf
nəticəsidir. Misal kimi göstərmək olar ki,biosferin yuxarı
təbəqəsindəki canlı maddələrin 99% -i canlı orqanizmlər
tərəfindən dəyişmişdir. Yerin canlı orqanizmlərinin cəm kütləsi
təqribən
12
10
4
,
2
t qiymətləndirilir. Biosfer inkişaf edir. İnsan
cəmiyyəti Yerdəki həyatin inkişafının bir mərhələsidir, yəni
biogenezin bir mərhələsidir.
Noosfer – şüur (ağıl) sferidir, bəşəriyyətin yaranması
və inkişafı ilə bağlı olan biosferin inkişafının ali pilləsidir. Bu
zaman şüurlu insan fəaliyyəti qlobal inkişafın əsas təyinedici
amili olur.
Hal-hazırda, klassik “biosfer” və “noosfer” anlayışları
ilə yanaşı, təbii mühitin yeni vəziyyəti meydana gəlmişdir –
texnosfer
(biotexnosfer).
Texnosferə
insanın
əmək
fəaliyyətinin hər hansı inteqral yığımı kimi baxmaq olar. Bu
çərçivədə biosferdə gedən bütün real proseslərin inkişafı baş
verir. Texnosfer texnogezin nəticəsidir. Buna isə öz növbəsində
destabilləşdirici amil kimi baxıla bilər.
Məhz,
mühəndis ekologiyası
biosferin
noosferə
keçməsində əsas elementdir. Mühəndis ekologiyasında əsas
10
anlayışlardan biri, mürəkkəb sistemlər sinfinə aid olan “ekolji
sistem” (ekosistem) anlayıçıdır.
Ekolji sistem – qanunauyğun şəkildə bir-biri ilə
əlaqədə olan müxtəlif növ orqanizmlərin məskunlaşması və
onların yaşayış şəraitinin yığınıdır.
“Ekosistem” anlayışına yaxın, daha dar mənada xüsusi
anlayış “biogeosenoz” dur. Biogeosenoz (yunan. bios – həyat,
geo – Yer, cenoz – qrup) – yer səthinin canlı və sümüklü
komponentlərinin müəyyən tərkibi və onlar arasındakı dinamik
qarşılıqlı təsir ilə bağlı bircinsli sahəsidir.
“İnsan – istehsal obyekti - ətraf mühit” kimi ekoloji
sistemlər üçün aşağıdakı təsnifata baxaq. Qəbul edək ki, belə
ekosistemlər üç səviyyəli ola bilər:
- qlobal (iri sənaye regionu);
- regional (ixtiyarı sənaye müəssisəsi);
- lokal (sex, istehsal müəssisəsi, işçi yerini, mənzili
və s. daxil etməklə ixtiyarı bina).
Növbəti termin “ekoloji amil” anlayışıdır. Ekoloji amil
mühitin canlı orqanizmə olduqca təsir edən elementidir.
Ekoloji amilləri aşağıdakılara ayırırlar:
cansız mühitin amilləri ( məsələn: iqlim – temperatur,
rütubət, işıq, təzyiq );
biotik – canlıların təsiri ilə bağlı canlı mühitin
amilləri;
antropogen
–
insan
fəaliyyəti
prosesində
(planlaşdırılmış, təsadüfi, indiki və keçmiş ) yaranan amillər.
Beləki, insan fəaliyyəti məişət, istehsal və həmçinin hərbi
işlərlə bağlı ola bilər.
Antropogen istehsal amili (AİA) – bilavasitə istehsal
prosesində məşğul olan insan sağlamlığında neqativ
dəyişmələr yaratmağa qadir olan amillərdir.
Bu amilləri müxtəlif əlamətlərə görə təsnifatlandırmaq
olar.
Dostları ilə paylaş: |