Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə89/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   85   86   87   88   89   90   91   92   ...   205

durur. 

Bu  da  ədəbiyyatın,  vətən  müharibəsi  cəbhəsində 

gurlayan  azadlıq  toplarının  və  bombalarının  səsinə  öz  səsini 

qata  bilməsidir."  (3)

Ədəbi  şöbə  müdiri  və  redaktor  kimi  işlədiyi  beş  il 

müddətində  o,  bütünlükdə  "Ədəbiyyat  qəzeti"ni  məhz  bu 

məqsədə  istiqamətləndirmək  üçün  ciddi  yaradıcılıq  və 

təşkilatçılıq işi görmüşdür.

Səməd 

Vurğun.  Məmməd 



Arif,  Mehdi  Hüseyn, 

Heydər  Hüseynov,  Əkbər  Ağayev,  Hidayət  Əfəndiyev  və 

Orucəli  Həsənov  ilə  birlikdə onun ehtiraslı,  publisist və  fəlsəfi 

ruhlu  tənqidi  yazıları  Azərbaycanda  qüvvətli  bir  "müharibə 

ədəbiyyatının" yaranmasında mühüm rol oynayır .  (4)

Məmməd  Cəfər hər şeydən  əvvəl  faşizmin  ideya-nəzəıi 

əsaslarını  ifşa edən silsilə məqalələr yazmışdır.  Məqalələrdə o, 

milli  folklorun  fəlsəfi  pafosunu,  klassik  irsin 

humanizm, 

vətənpərvərlik  və  qəhrəmanlıq  potensialını  da  bu  istiqamətə 

yönəltmişdir.  "Atıcı  İlyas",  "Səlib  yürüşü  baş  tutmadı", 

"Vətən  qəhrəmanı"  kimi  publisist  yazılarında  o,  müasir 

Azərbaycanlı  döyüşçünün  mənəvi  simasını,  onun  vətəndaşlıq 

qeyrətini  və  qəhrəmanlığını,  ataların  ənənəsini  ləyaqətlə 

daşıdığını  tərənnüm  etmiş,  faşizmi  kəskin  şəkildə  ifşa 

etmişdir.  "Madrid",  "İntizar",  "Fərhad  və Şirin",  "İnsan"  kimi 

bilavasitə faşizm,  müharibə əleyhinə yazılmış  müasir  və  tarixi 

mövzuların 

təhlilində 

də 


"müharibə 

ədəbiyyatını" 

istiqamətləndirə bilmişdir.

Görkəmli  tənqidçi  müharibədən  sonrakı  illərdə  də 

satira  ənənəsinə  sadiq  qalmışdır.  Azərbaycanda  xüsusi  satira 

jurnalı  olmadığı  üçün  və  bu  jurnalın  yaradılmasına  hazırlıq 

mərhələsi  kimi  "Satira  süngüsü"  guşəsini  "Molla  Nəsrəddin 

guşəsi"  adı  ilə  davam  etdirmiş  və  burada  məişətdə,  şüurlarda 

aparılan  böyük  işlərə  əngəl  olan  qalıqları,  o  cümlədən 

mənasız  "yemlikləri"  tənqid  edən əsərlərə  geniş  yer  vermişdir. 

Digər  tərəfdən  isə  onun  nəsr  yaradıcılığı  da  məhz  satirik 

üslub  və  ənənə  ilə  bağlı  olmuşdur.  "Molla  Nəsrəddin" 

ənənəsinə,  dəsti-xəttinə  sadiq  qalan  Məmməd  Cəfər  guşədə 

"M.Zeynaloğlu",  "M.Nəsrəddin",  "M.Nəsrəddinov",  "M.N.",

270



"Zorən  Təbib",  "Zurnaçı",  "Lağlağı",  "Dəmdəməki"  imzaları 

ilə satirik  hekayələr yazmışdır.

Romantik  şerlərindən  sonra  Məmməd  Cəfər  öz  həqiqi 

bədii  ənənəsini  satirik  hekayədə  tapmışdır.  Cəmiyyətin 

müflisliyi,  milli  simasızlıq,  cılız  əqidəsizlik,  rüşvətxorlar  və 

digərləri bu  hekayələrin tənqid obyekti  olmuşdur.

1946-cı  ildə  "Zurnaçı"  imzası  ilə  yazdığı  "Ədəbi 

islilahlar lüğətindən bir neçə nümunə göstərmək yerinə diişər: 

"Təzad  -   sənətkarın  yaradıcılığı  haqqında  özünə  bir 

söz deyib, daldada  ayrı söz danışmaq.

Pauza  -   sözün  əsli  uzadıram  deməkdir.  - Yəni,  bir 

sətirdə  ifadə  oluna  bilən  mətləbi  darta  -   darta  bir  çap  listi 

həcmində uzatmaq.

Stil  -   farsca  kağız  torba  deməkdir.  Ədəbiyyatda  söz 

yığını  mənasında işlənir və s."  (5)

Məmməd  Cəfərin  hekayələrinin  çoxu  xalqın  yaxşı  və 

pis  ənənələri  məsələsinə  həsr  olunmuşdur.  O  milli  sənətkar 

idi  və  buna  görə  də  milli  yaddaşımızı,  soy  kökümüzü 

qorumağa,  milli  eposumuzu  nəsillərdən  -   nəsillərə  ötürməyə 

çalışmışdır.

1981-ci  ildə  onun  müxtəlit 

illərdə  qələmə  aldığı 

hekayələrdən  ibarət  "Əntiqə  adamlar"  (2)  kitabı  çapdan 

çıxmışdır.  Kitaba  yazdığı  ön  sözdə  Məmməd  Cəfər  xahiş  edir 

:  "Hörmətli  oxucu  nəzərə  alsın  ki,  bu  yazı  larin  müəllifə 

özünü  "bədii  söz  ustası"  hesab  etmir.  O,  yalnız  belə  bir 

həqiqətə  əsaslanır  ki,  fikrin,  düşüncənin  müxtəlif janrlarda 

ifadəsi  mədəniyyətin  söz  sənəti  üçün  yaratdığı  gözəl 

imkanlardan  biridir  və  fikir  sahibi  olan  adamın  müəyyən 

məqsədə görə  bu janırlardan hər hansı  birinə müraciət  etməsi 

də təzə bir hadisə deyildir."  (2)

Kitab  3  bölmədən  ibarətdir.  "Hekayələr"  bölməsində 

ədibin  18  hekayəsi  :  "Qayanın  dibində",  "Çox  gözəl,  çox 

yaxşı",  "Sehrli  palto",  "Şalvar",  "Qurban  və  Mansurov", 

"Qeybalmm  dostlarına  məktubu",  "Bir  yüngülcə  səhv", 

"Hörmət  və 

artıqlaması  ilə", 

"Fəna", 


"Nigarançılıq", 

"Zənbillər", 

"Metronun 

əxlaqı", 

"Dana 

əti", 


"Yuxu

271



bişirənlərin  yol  söhbəti  yaxud  Tağı  və  Nağı"  hekayələri  və 

"Atıcı  İlyas"  sənədli  hekayəsi  verilmişdir.  Bıı  hekayələrdə 

şüurlarda,  məişətdə,  əxlaq  və  adət-ənənələrdə  cəmiyyət 

işlərinə  laqeyidlik,  əqidəsizlik,  ətalət,  mədəniyyətsizlik  kimi 

mənfiliklər  tənqid  olunmuş,  köhnəliklə  yeniliyin  mübarizəsi, 

yeniliyin, ağlın və müasirliyin qələbəsi  işıqlandırılmışdır.

Kitabın 

"Molla 


Nəsrəddin 

guşəsi"ndə 

Molla 

Nəsrəddinin  dili  ilə  cəmiyyətdə  olan  xüsusən  ziyalı,  elmi 



mühitdə  olan  nöqsanlar  tənqidə  cəlb  olunursa,  "Bəhlul  və 

Nəsrəddinin  söhbəti"  bölməsi  Bəhlul  Danəndə  ilə  Molla 

Nəsrəddinin  dialoqları  şəkilində  verilmiş  hekayələrdən 

ibarətdir.  Bu  2  məşhur  insanın  söhbətlərində  məhz  ziyalılar 

arasında  baş  verən  mənasız  və  məntiqsiz  çəkişmələr,  elıııi- 

tədqiqa':  institutlarında  baş  alıb  gedən  bürokratçılığın,  ağır 

əməkdən  qaçıb  ədəbiyyat  və  sənətdə  özünə  yer  axtaranlar 

satira  atəşinə  tutulur.  Məmməd  Cəfərin  bütün  hekayələrinə 

yığcamlıq 

konkretlik 

xasdır. 

Bu 


hekayələrin 

əsas 


leytmotivlərindən  biri  də  Azərbaycan  dilinin  saflığı,  təmizliyi 

məsələsidir.  Məsələn "Dilindən iş gələn"  adlı hekayədə müəllif

Bədii  əsər  ,  məsələn,  şer,  poema,  roman,  povest, 

hekayə  və  i.  a.  yazmaq  üçün  nəyi  bilmək,  nəyə  fikir  vermək 

lazımdır ?"- sualına ironiya ilə belə cavab verir:

"- Çox şeyi bilmək lazımdır, dildən başqa!

- Çox şeyə fikir vermək lazımdır, dildən başqa.

- Çox şeyi öyrənmək lazımdır, dildən başqa."

Bu  sözlər  öz  dilinə  xor  baxanlara,  ədəbi  dilimizin

qayda -  qanunlarını gözləməyənlərə öldürücü  bir cavabdır.

•   •

ümumiyyətlə  Məmməd  Cəfərin  satiraları  xalqda 



vətənpərvərlik  hisslərinin  gücləndirilməsi,  öz  müstəqilliyinə, 

öz  qüvvəsinə  yüksək  inam,  mübarizə  əzmi  tərbiyə  etməyə 

xidmət edir.

Ən  başlıcası  isə  sadalanan  bütün  mənfiliklərə  nifrət 

ruhu,  müasirlik  Məmməd  Cəfərin  bədii  yaradıcılığının  əsas 

qayəsini təşkil edir.

272



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə