«çox ə’la» və s. kimi sözlərdən və ya bə’zi modal sözlərdən
ibarət olur:
- Uşaqlara nə olacaq. Xortdan yeməyəcək ki.
- Nə ... doğrudan da (5, s. 193).
Ola bilər ki, cümlənin digər növləri özündən əvvəlki
cümlələrlə əlaqəli olmasın, lakin söz-cümlə özündən əvvəlki
cümlə ilə ayrılmaz şəkildə bağlıdır. «...Oğuz qrupu türk
dillərinin hamısında söz-cümlələr özündən əvvəlki vahidin
ümumi məzmununa aid anlayış ifadə edir» (6, s.75).
Madam ki, belədir, özündən əvvəlki cümlənin cavabım
tə’min edən bu cümlələrin «cavab cümləsi» adlandırılmağa
haqqı var. Əgər belə cümlələri aid olduğu mətndən
uzaqlaşdırsaq, onlar heç bir mə’na ifadə etməyəcək.
Söz-cümləni
adlıq
cümləyə
bənzədənlər
belə
cümlələrdə baş üzvlərin müəyyənləşdirilə bilməməsini əsas
götürürlər. «Mübtəda və ya xəbərinin
müəyyənləşdirilə
bilməməsi cəhətdən bu tip söyləmlər adlıq cümlələrə
bənzəyir» (4). Ona qalsa, belə cümlələrin ikinci dərəcəli
üzvlərini də müəyyənləşdirmək olmur. Bu cəhətinə görə, o,
üzvlənməyən cümlə hesab edilir.
Üzvlənməyən cümlələr mübtəda və xəbər tərkibinə
malik olmayan, üzvlərinə ayrılmayan, özündən əvvəlki
cümlənin təsdiq, inkar, habelə modal -cavab vasitələri kimi
çıxış edən vahidlərdən ibarətdir» (6).
Beləliklə, təsdiq, inkar, emosionallıq (təəccüb, təəssüf,
sevinc, qəzəb və s.) və sual məqamlarının hamısında «söz-
cümlə» - cavab məqsədi ilə işlənir. Deməli, məqsədinə görə
belə cümlələr cavab cümləsidir. Belə cümlələr nitqdə böyük
əhəmiyyətə malikdir. Cavab-cümlələr nitqin ağırlaşmasının
qarşısını
alaraq,
dinləyicilərin
diqqətini
cəlb
edərək,
emosionallıq yaradaraq nitqə gözəllik gətirir.
Dilin kommunikativ funksiyası cümlələr vasitəsi ilə
reallaşır və cavab cümlələri də belə bir funksiyanı yerinə
yetirir.
Onlar predikativlik
xüsusiyyətinə
malikdir.
«Təktərkibli cümlələrdə də, hətta üvzlənməyən cümlələrdə də
predikativlik və predikativ münasibət olur, lakin onlar belə
cümlələrdə cüttərkibli cümlələrdəki qədər aydın təzahür
etmir» (4, s.78). Predikativlik xəbərlik
məzmununa malik
olmaq deməkdir və cavab-cümlələrdə o, cümləni təşkil edən
dil vahidinin semantikasında ifadə olunur. «Predikativlik elə
bir kateqoriyadır ki, o, cümləni qeyri-kommunikativ
vahidlərdən (sözlərdən, söz birləşmələrindən) fərqləndirir» (4,
s.79). Predikativlik nitq prosesində yaranır. Cavab cümləsi
predikativlik nəticəsində cümlə olur.
Hər hansı bir fikri təsdiq və ya inkar etmək
predikativlik deməkdir. Cavab cümləsində predikativlik
məntiqi kateqoriya kimi özünü göstərir. Predikativlik
cümlənin əsasıdır, bu əsas cavab cümləsində bir sözdə təzahür
edir. «... Xəbərlik... cümlənin məzmununun gerçəkliyə
münasibətidir. Düzdür, müəyyən cümlələrdə xəbər bu
münasibətin əmələ gəlməsində mühüm bir amil kimi çıxış
edir, ancaq bir qrup cümlələrdə (məsələn, adlıq cümlə, söz-
cümlədə) xəbər olmadığı halda xəbərlik vardır. Belə
cümlələrdə müəyyən sözlər mətn və intonasiya vasitəsilə
xəbərlik (predikativlik) münasibətini ifadə edə bilir»(3, s.15).
Çağdaş Azərbaycan dilində müstəqil xəbərlərdən
başqa, predikativ sözlər də var. Məsələn, cavab cümləsini
ifadə
edən
sözlər
predikativdir,
lakin
onlar
«var»
predikativinə nisbətən nisbi predikativdir. Belə ki, onların
predikativliyi özündən əvvəlki cümlə ilə az və ya çox dərəcədə
bağlıdır.
Cavab cümləsində ədat və modal sözlər predikativ
olaraq cümlənin əsasını təşkil edir. Dilimizdə bir neçə
funksiyada işlənən sözlər çoxdur. Ədatlar və modal sözlər də
hər hansı bir cümlədən ayrıldıqda, yəni tək işləndikdə bütöv
bir cümləni əvəz edir və predikativ olur. Belə olduqda, onları
artıq «ədat» adlandırmaq düzgün deyil, belə məqamlarda
onlar cavab cümləsidir, predikativdir.
Dildə hər bir sözü predikativ adlandırmaq düzgün
deyil. Predikativlik
cümlənin mayası deməkdir. Xəbərlik
şəkilçisi qəbul etmiş sözlər cümlədə «xəbər» adlanır. Lakin
cümlədə elə sözlər olur ki, onlar şəxs və xəbər şəkilçiləri qəbul
265
edə bilmir, lakin xəbərlik məzmunu ifadə edir. Belə sözlər
«predikativ» adlanır. Dildəki ədal: və modal sözlərin hamısı
deyil, yalnız özündən əvvəlki cümlənin davamı və cavabı
olaraq çıxış edən sözlər predikativ olur. Bəzi əsərlərdə
(məsələn,
Ə.Z.Abdullayevin
«Predikativlər
haqqında»
Azərbaycan dili məsələləri, Bakı, «Bakı Universiteti», 1992,
s. 185) «deyil» inkar sözü ədat hesab olunur. Lakin o, ədat
yox, «dır4» şəkilçisinin inkarı olaraq işlənir. Məsələn:
Bu kitabdır. Bu kitab deyil.
Belə cümlələrdə «deyil» sözü «dır4» şəkilçisinin inkarı
olduğundan tək işlənmir və özündən əvvəlki sözlə birlikdə
xəbər olur.
Cavab cümlələrində xəbər və mübtədadan və ya digər
cümlə üzvlərindən danışmağa dəyməz, çünki onlar maddi
baxımdan var olmadıqları üçün buna ehtiyac yoxdur. Belə
cümlələr semantik baxımdan cümlə və predikativdir. Belə
cümlələr predikativ olaraq məntiqi baxmıdan özündən
əvvəlki cümlənin cavabı olur və beləliklə, onların «cavab
cümləsi» adlandırılması daha düzgündür.
Ədəbiyyat:
1. Müasir Azərbaycan dili (Sintaksis), Bakı, Azərtədrisnəşr, 1962
2. Ə.Z.Abdullayev, Y.M.Seyidov, A.Q.Həsənov - Müasir
Azərbaycan dili, Bakı, «Maarif», 1985
3. Müasir Azərbaycan dili, Bakı. «Elm», 1981
4. Q.Ş.Kazımov - Müasir Azərbaycan dili, Bakı, «Ünsiyyət» 2000
5 .1.Əfəndiyev- Seçilmiş əsərləri, Bakı, Azərnəşr, 1971
6. Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası. Щ hissə
Bakı, BSU, 2002
Dostları ilə paylaş: |