Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə84/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   80   81   82   83   84   85   86   87   ...   205

cümlələr  müblədası  meydanda  olan  cümlələrə  nisbətən  daha 

çoxdur.


-Dünən  üş  tay  un  alıp  göndərmişəm,  əmə,  ancax  hələ 

gcdip çatmıyıp (Q.Qış.);

-  Sər  tezdən  işıxlaşanda  evdən  gedirəm,  axşam  da  pütün 

cəməhət  qəyidənnən  sora  qəyidirəm  (Kül.);  -  Obaşdan  durup 

lıammını işə yola salmışdıx (Şah.).

Miıbtədası  meydanda  olmayan  cümlələrə  vasitəsiz

•  •

nitqdə  də  tez-tez  rast  gəlmək  olur.  Ümumiyyətlə,  Şahbuz 



şivələrində  də  Azərbaycan  dilinin  bir  çox  dialekt  və 

şivələrində  olduğu  kimi,  vasitəsiz  nitqin  geniş  şəkildə 

işləndiyini  müşahidə  etmək  olur.  Yəni  burada  vasitəsiz  nitq 

vasitəli  nitqə  nisbətən  daha  çox  inkişaf  etmişdir.  Şahbuz 

şivələrində ədəbi dildə olduğu kimi vasitəsiz nitq  iki hissədən  - 

müəllifin  sözlərindən  və  vasitəsiz  nitqdən  ibarətdir.  Burada 

müəllifin  sözləri,  yəni  danışana  aid  olan  hissədə  cümlənin 

ikinci  dərəcəli  üzvləri  az  hallarda  işlənir.  Bu  hissə,  əsasən 

miibtədadan  və  xəbərdən  ibarət  olur.  Lakin  müəllifin 

sözlərinin  yalnız  xəbərdən  ibarət  olduğu  cümlələr  də  geniş 

yayılmışdır.  Belə  ki,  bu  cümlələrin  də  mübtədası  xəbərdəki 

şəxs sonluğu ilə müəyyənləşir.

-  Oğlan  dedi:  «Nolar  vaxt  gələr  mən  də  binin  əvəzini 

çıxaram» (Şalı.).

-  Dedim:  «Bıraların  hammısı elə bil  sənin  öz əvindi,  nə 

qədər isdiyirsən qal, irahat gəzginən» (Biç.).

Xəbər  cümlənin  baş  üzvü  olub,  fikir  predmclinin 

hərəkət və ya əlamətini  bildirir.  Xəbərin  sualları  nitq  hissələri 

ilə 

ifadəsindən 



və 

ifadə 


olunduğu 

sözün 


konkret 

semantikasmdan  asılı  olub,  mahiyyət  etibarilə  predmet 

haqqında  nə  danışılır?  sualından  ibarətdir  (3;  səh. 109).  Ədəbi 

dilimizdə  və  digər  dialekt  və  şivələrimizdə  olduğu  kimi, 

Şahbuz  şivələrində  də  xəbər,  əsasən  fellərlə  ifadə  olunur,  yəni 

feli  xəbər  olur.  Lakin  burada  fel  olmayan  digər  nitq  hissələri 

ilə ifadə olunan ismi xəbərlərə də rast gəlirik.

-  Onun  kətdə  bir  evi  var  kin,  başıvı  qaldırıp  baxanda 

adamın  papağı  başınnan  tüşür  (Şah.);  -  Mənim  atam  mən  üç

255



aylığ  olanda  maharbiyə  gedip,  qayıtmıyıp.  Mən  ağlım 

kəsənnən yetimçiliyinən  yekəlmişəm  (Şah.); - M anaf kişi ağıllı 

adamdı.  Kəndimizin ağsaqqalıdı (Kül.).

Azərbaycan  dilində  ismi  xəbərlər  fel  olmayan  digər

nitq  hissələrinə  xəbər  şəkilçisi,  yəni  -dır,  -dir,  -dur,  -dür

şəkilçisi  artırmaqla  əmələ  gəlir.  Lakin  misallardan  da

göründüyü  kimi,  Şahbuz  şivələrində  xəbər  şəkilçisinin

sonundakı  r  sonoru  düşür  və  bu  şəkilçi  -dı,  -di,  -du,  -dü

şəklində  tələffüz  olunur.  Ümumiyyətlə,  Naxçıvan  qrupu

dialekt  və  şivələrində,  adətən,  xəbər  şəkilçisinin  son  samiti 

1

  • •  


• •  

duşuı*.


Azərbaycan  dilində  həmcins  üzvlü  cümlələrdə,  əsasən, 

xəbər  təkrar  olunmur.  Bir  qayda  olaraq  ikinci  həmcins 

üzvdən  əvvəl  gəlir  və  çox  vaxt  cümlədə  da,  də  bağlayıcıları 

işlənir.  Naxçıvan  qrupu  dialekt  və  şivələrində  bu  xüsusiyyət 

çox  halda  pozulur,  eyni  xəbər  həm  ikinci  həmcins  üzvdən 

əvvəl,  həm  də  cümlənin  sonunda  işlənir.  Bəzən  cümlədə 

sözlərin  yerdəyişməsi  ilə  əlaqədar  olaraq,  xəbər  sonuncu 

yerdən  əvvəl  də  gələ  bilir  (1;  səh. 172).  Eyni  hal  Şahbuz 

şivələrində  də  müşahidə  olunur.  Yəni  xəbər  cümlədə  iki  dəfə, 

həm  ikinci  həmcins  üzvdən  əvvəl,  həm  də  cümlənin  axırında 

işlənir.

-  Mən  piitün  nöxsannarı  sən  da  olsan  diyərəm,  ayrısı 

da olsa diyərəm (Kül.);

-  Kişinin  dedixləri  patşahın  da  ağlına  batdı,  vəzirin  də  ağlına 

batdı (Şah.).

Şahbuz  şivələrində  xəbərin  belə  bir  xüsusiyyəti  də 

diqqəti  cəlb  edir.  Belə  ki,  görülən  işin  qətiliyini,  dəqiqliyini 

təsdiq  etmək  üçün  bəzən  cümlədə  xəbər  iki  dəfə  təkrar 

olunur.

-  Mən  bi  dəfə  söz  verdimsə,  gələciyəm,  gələciyəm 



(Q.Qış.);  -  Onun  sözünün  qabağında  söz  demək  olmaz.  Əyər 

deyirsə bu belə olacax, olacax (Kül.).

Şahbuz  şivələrində  ədəbi  dildə  olduğu  kimi,  əsasən, 

mübtəda  cümlənin  əvvəlində,  xəbər  isə  ikinci  dərəcəli 

üzvlərdən  sonra  -  cümlənin  sonunda  olur.  Ədəbi  dildə

256



cümlədə  sözlərin  bu  sırası,  demək  olar  ki,  pozulmur.  Cox  az 

hallarda söz sırasının  pozulmasına rast gəlirik  ki,  bu  da  daha 

çox  bədii  əsərlərdə  özünü  göstərir.  Şahbuz  şivələrində  də  söz 

sırasının  pozulmasına  rasl  gəlirik.  Belə  ki,  xəbər  mübtədadan 

qabağa, cümlənin əvvəlinə keçir.

-  Biliriəm  mən  bınnarın  fırıl daxlarını  (Biç.);  -

Başdıyırıx yaz gələn kimi torpağı əkinə hazırramağa (Şah.).

Qeyd  edək  ki,  Şahbuz  şivəsində  cümlədə  söz  sırasının 

pozulması  o  qədər  də  geniş  yayılmamışdır.  Lakin  xəbər 

mübtədadan  əvvəl  gələ  bildiyi  kimi,  cümlənin  ortasında, 

tamamlıqdan, zərflikdən də əvvəl işlənə bilir.

Cümlədə  söz  sırasının  bu  cür  pozulmasının  əsas 

səbəblərindən  biri  məntiqi  vurğudur  (1,  səh. 184).  Belə 

hallarda  cümlədə  söz  sırasının  pozulmasına  baxmayaraq, 

vurğu  fikrin  düzgün  başa  düşülməsinə  imkan  yaradır.  Yəni 

burada yerdəyişmə  nəticəsində  xəbərin  mübtəda,  mübtədanm 

isə  xəbər  yerində  olması  onların  sintaktik  vəzifəsinə  təsir 

etmir.  Onların  hər  biri  öz  vəzifəsində  qalır.  Mübtəda  yenə  də 

cümlənin  fikir  predmentini  bildirir,  şəxs  bildirməklə  yanaşı 

bütün  digər canlı və cansız varlıqları,  mücərrəd  anlayışları  da 

ifadə  edir  (3,  səh. 102).  Xəbər  isə  bunlar  haqqında  yeni 

məlumat verir, onların hərəkət və ya əlamətini bildirir.

Bütün  deyilənlərdən  də  aydın  olur  ki,  Şahbuz  rayon 

şivələrinin  özünəməxsus  sintaktik  xüsusiyyətləri  var.  Bu 

xüsusiyyətlərin  öyrənilməsi  Azərbaycan 

ədəbi  dilinin 

inkişafına  da  öz  müsbət  təsirini  göstərir  və  olduqca 

əhəmiyyətlidir.  Cünki  ədəbi  dilimizin  inkişafında  mühüm 

mənbələrdən  biri  də  dialekt  və  şivələrimizdir.  Onlar  keçmişin 

izlərini  özündə  qoruyub  saxlamaqla dilimizin  tarixi  inkişafını 

da aydınlaşdırmağa kömək edir.

Ə d ə b i y y a t :

1. Azərbaycan  dilinin  Naxçıvan  qrupu  dialekt  və  şivələri.  Bakı, 

1962.


2.  Azərbaycan dilinin dialektoloji lüğəti.  Bakı,  1964.

3.  Kazımov Q. Müasir Azərbaycan dili.  Bakı, 2000.

257



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə