toponimləri» adlı kitabında Naxçıvan toponimlərini özündə
birləşdirməklə yanaşı linqvistik təhlili də əsas götürərək, bir
sıra oykonimi, oronimi və s. təhlilə cəlb etmişdir.
A.Bağırovun
yazdığı
«Naxçıvan
toponimlərinin
linqvistik təhlili» kitabı hər bir toponimist üçün stolüstü
kitablardan biri ola biləcək dəyərdədir. Kitabda Naxçıvan
MR-də olan oykommlərin, xoronimlərin, urbanonimlərin,
dromonimlərin
linqvistik
xüsusiyyətləri,
toponimlərin
qrammatik xüsusiyyətləri izah edilmiş, sözlərin etimologiyası
verilmişdir. Təqdirə layiq bir haldır ki, kitabın sonunda
Naxçıvan toponimləri sözlüyündə doğma yurdumuzla bağlı
yer adları öz əksini tapa bilmişdir. Tədqiqatçı alim giriş
hissədə Naxçıvan MR ərazisindəki coğrafi adları dil
mənsubiyyətinə görə dörd qrupa bölmüşdür: (3, s.lS)
1. Türk mənşəli toponimlər
2. iran mənşəli toponimlər
3. Ərəb mənşəli toponimlər
4. Monqol mənşəli toponimlər.
Son zamanlar bu sahədə F.Rzayevin də əməyi xüsusi
diqqətə layiqdir. Onun bir sıra məqalələrində (6; 7; 8; 9; 10;
11) Naxçıvan toponimlərinin etimologiyası, leksik-semantik
xüsusiyyətləri, mənşəyi və s. kimi məsələləri əsas yer tutur.
F.Rzayev «Əlincə çayı vadisi toponimlərində türk
layı” ac.lı dissertasiyasında bu vadidəki yer adlarını sistemli
şəkildə tədqiq etmişdir.
Son zamanlar A.Imanlınm Şərur rayonu toponim
lərinə dair tədqiqatları, Siyaqut yer adının etimologiyası,
N.Əsgərovun «Xələc etnoniminə dair» fikirləri İ.Bayramovun
«Qərb bölgəmiz İrəvan əyalətinin
oronimlərinə dair»
məqaləsi, I.Hüseynovun «Unus etnotoponimi haqqında»
fikirləri bu sahədə yeni-yeni tədqiqat işlərinin aparılmasından
xəbər verir (1, s.52,61,94, 96, 101)
Bununla bərabər son dövrlər arxiv sənədlərinə əsasən
1509-cu ildən 2004-cü ilə qədər bir tarixdə fəaliyyət göstərmiş
Şərur rayon oykonimlərinin toplanıb sistemləşdirilməsi
246
məsələsində F.Rzayevin tədqiqat işi bu tədqiqatların davamı
kimi aktual məsələlərdəndir.
Naxçıvan toponimik sisteminin öyrənilməsi bu gıın də
davam edir və bu sahədə dilimizin tarixi, etnik təşəkkülümüz
haqqında yeni-yeni elmi nəticələr Naxçıvan tarixinin qaranlıq
səhifələrinin işıqlandırılmasında mühüm elmi əhəmiyyət kəsb
edir.
Ə d ə b i y y a t :
1. Azərbaycan onomastikası problemləri. Bakı, 2002, №10.
2. Babayev S. Naxçıvanda «Kitabi-Dədə Qorqud» topo
nimləri. Bakı, 2002.
3. Bağırov A. Naxçıvan toponimlərinin liqvistik xüsu
siyyətləri. Bakı, 2002.
4. Бакыханов А. Глюстани-Ирем Бакы, 1991.
5. Гейбуллаев Г. Топонимия Азербайджана Бакы., 1986.
6. Мамедов Т. Албания и Атропатена по древпеармяп-
ским источникам (IV-VII вв) Баку, 1971.
7. Rzayev F. Əlincə vadisi toponimlərində qədim leksik
və fonetik türk elementləri «Filologiya məsələlərinə dair
tematik toplu». Bakı, 2002, №1-7
8. Rzayev F. Ərəb, fars, erməni mənşəli hesab edilmiş bə
zi türk toponimləri. «Azərbaycan onomastikası problemləri»
Bakı, 2002, №10.
9. Rzayev F. Bir daha Xanağa toponimii haqqında. «Fi
lologiya məsələlərinə dair tematik toplu» Bakı, 2001, №1-2.
10. Rzayev F. Naxçıvan ərazisində kass və sak etnosları
ilə bağlı yer adları «Elmi əsərlər» №9, ARTN. NDU, 2002.
11. Rzayev F. Onomastik vahidlər «Böyük Ermənistanın
mövcudluğunu təkzib edir. «Naxçıvanın tarixi, maddi və mə
nəvi mədəniyyətinin, təbii sərvətlərinin öyrənilməsi» Bakı,
2004.
247
A D İ L B A Ğ I R O V
• •
N a x ç ıv a n O zM U n iv e rsite ti
•
#
NAXÇIVAN ƏRAZİSİNDƏKİ BƏZİ OYKONEVİLƏRIN
MƏNŞƏYİ HAQQINDA
Naxçıvan Muxtar Respublikasının oykonimlori dil
mənsubiyyəti və leksik tərkibinə görə zəngin xüsusiyyətlərə
malikdir.Bu oykonimlər tarixin müəyyən zamanlarında
yaranaraq maddi mədəniyyət abidələri kimi zəmanəmizə
qədər gəlib çatmışdır.
Ancaq uzun illər qaniçən hökmdarların işğalçılıq siyasəti,
bədnam
qonşularımızın
məkrli
niyyətləri
nəticəsində
xalqımızın
yaratdığı
maddi
mədəniyyət
abidələri-milli
adlarımızın bir qismi zaman-zaman məhv olmuş, unudulmuş
və daş yaddaşımızdan silinmişdir. Bir qisim adlarımız isə
minilliklər boyu xalqımızın qanı ilə yoğrularaq dağlara,
qayalara hopmuş, hər döngədə, hər cığırda xalqımızın dil
yaddaşı kimi yaşamışdır. Ona görə də bu gün dilimiz,
tariximiz və gələcəyimiz üçün çox qiymətli olan bu adları
toplayıb sistemə salmaq, onları müasir toponimik səviyyədə
öyrənib, gələcək nəslə çatdırmaq hər birimizin mənəvi
borcudur.
Dil materialları sübut edir ki, Naxçıvan oykonimləri
əsasən şəxs, nəsil, qəbilə, tayfa,tirə su obyekti və s. adları
əsasında yaranmışdır.Bu adların bəzilərinin məna açımına
diqqət edək.
Yanıxana.
Babək rayonunda kənd adıdır.T. Əhmədov bu
adın iki komponentdən ibarət olub, birinci komponentinin
uyğur, osmanlı və cığatay ləhcələrində «poçt stansiyası»,
«poçt atları» mənasında işləndiyini və qədim türk leksik
vahidlərindən biri olan
yanı
sözündən yarandığını qeyd edir
[5,s.257].
XVIII əsrə aid mənbələrdə bu ad
Y e m x a n a
şəklində
işlədilir [10,s.29]. Fikrimizcə, sözün
y e m
hissəsi
y a m
sözünün
248
Dostları ilə paylaş: |