fonetik dəyişikliyə uğramış formasıdır. Bu sözün
y e m
şəklində işlənməsi isə Naxçıvan şivələrinə məxsus a səsinin e
səsinə keçməsi hadisəsi ilə bağlıdır.
Məlumdur ki, qədim zamanlarda şəhərlər və dövlətlər
arasında rabitə əlaqəsi yaratmaq üçün əsas karvan və ticarət
yolları üzərində poçt məntəqələri yaradılırmış. Hələ Hülakilor
hakimiyyəti dövründə Qazan xanın fərmanına əsasən, bütün
əsas yollarda hər 3 fərsəxdən bir (21
km) rabitə
dayanacaqları-yamlar yaradıldı. Yamlara əmirlər təyin
olundu və onlar lazımi qədər qulluqçularla və atlarla təmin
olundu. Mühüm dövlət sənədləri və məktublar bir yamdan
digərinə ötürülməklə ünvana çatdırılırdı [2,s.343]. Hazırda
dilimizdə
y a m
sözü qasid anlamında işlənir. Qasid sözü «atla
bir yerə məktub, əmr, xəbər aparıb gətirən şəxs; qasid, yamçı
mə'nasmdadır» [1 ,s.416]. Çox ehtimal ki, Araz çayı boyunca
uzanan karvan yolu üzərində
y a m
kimi fəaliyyət göstərən belə
rabitə məntəqəsi sonralar daimi yaşayış məskəninə çevrilmiş
və nəticədə Yamxana adı əmələ gəlmişdir. Yamxana yaşayış
məntəqəsi kimi 1969-cu ilə qədər fəaliyyət göstərmiş və Araz
su qovşağının
tikintisi
zamanı
kənd
başqa
əraziyə
Çeşməbasar. Babək rayonunda kənd adıdır. Bu adın
Çeşmasara variantına ilk dəfə XIX əsr mənbələrində rast
gəlinir [7,s. 184]. Ehtimal edirik ki, kəndin əsası da XVIII
əsrin axırları və ya XIX əsrin əvvəllərində qoyulub, çünki
XVIII əsrin əvvəllərində bu ada təsadüf olunnun. XIX əsrin
əvvəllərində isə kənddə yaşayış olmayıb.
«Bura Küzrrüt
kəndinin əkin sahələri imiş» [7,s.l84].
Xalq yozumuna görə, Çeşməbasar «su basan yer»
deməkdir. Ancaq bizim fikrimizcə, bu yozum özünə haqq
qazandırmır, çünki kəndin ilkin adı
Ç e şm ə sa ra
olub və sonra
tədricən bu adda sara sözü
b a sa r
komponenti ilə əvəzlənib.
Düzdür, ifadənin
b a sa r
hissəsini qədim
b a z a r
tayfa adı ilə
əlaqələndirmək
mümkündür.Yəni, 1930-cu illərdə kəndin
Çeşməbasar adı ilə yanaşı, həm də Çeşməbazar kimi
249
adlandırılması [ 12, s. 204] və kəndə yaxın ərazidə Qarğabazar
yer adının olması da bu fikrə dəstək olur.Ancaq Çeşməbasar
birləşməsinin tərəfləri arasında məna və məntiqi əlaqənin zəif
olması bizdə belə güman yaradır ki, kənd adının düzgün
variantı Çeşməsaradır.
Çeşməsara fars mənşəli
çe şm ə
və
sa ra
sözlərinin
birləşməsindən əmələ gəlib. Burada
ç e şm ə
«bulaq, dirilik
bulağı, həyat bulağı, göz bəbəyi»,
sara
isə çoxmənalı söz olub
«xalis, saf», «dəvə», «sığırçın» mənalarında işlənir [6, s.744,
535].Göründüyü kimi, bu ad “saf su, saf bulaq, çoxlu
çeşməsi, təmiz suyu olan yer”, “ətrafı dəvə, sığırçın yığnağı
olan bulaq” anlamları bildirir və bütün məqamlarda bulaq,
su ilə bağlı məna ifadə edir. Elə bu fikrə əsaslanıb güman
edirik ki, vaxtilə ətraf zonalarda, xüsusilə də Çeşməbasara
yaxın ərazidə “Naxçıvanın 7 verstliyində dağ çayının axarı
boyunca “Naxşu- narqiz” adlı karbonat bulaqlara rast
gəlinməsi”[ 10, s.20] və kəndin ərazisindən bulağın çıxması bu
adın yaranmasına səbəb olub.Ona görə buraya “həyat
bulağı”, “saf, göz bəbəyi kimi təmiz suyu olan yer” anlamı
bildirən Çeşməsara adı verilib [3, s.71-72 ].
Bu adla bağlı belə bir ehtimal da inandırıcı görünür ki,
kənd yol ayrıcında yerləşdiyindən buradakı bulağın başı daha
çox sarbanların dayanacaq yeri olub.Ona görə də buraya
Çeşməsara yəni “dəvə yığnağı olan çeşmə”, “dəvə bulağı-
dəvəli bulaq” adı verilib.
Naxçedəniz.
Qədim yaşayış məntəqəsi olan bu kənd
Babək rayonunun Pircuvar düzündə Əshabü-kəhf yolunun
kənarında yerləşir. «Kənd XVIII əsrin 20-ci illərində
Naxçıvan sancağının Sair Məvazi nahiyəsinə daxil olub və
ildə 4411 ağca vergi verib» [10,s.98-99]. Hazırda belə kənd
yoxdur, ancaq kəndin ərazisi el arasında
N a x ış n ə r g iz
kimi
tələffüz olunur.
Naxçedəniz adı
N a x ç
və
d ən iz
komponentlərindən
ibarətdir. Bu haqda danışan mərhum akademik Z.Bünyadov
yazır
ki,
Naxçe-dəniz
yaşayış
məntəqəsinin
yerini
250
müəyyənləşdirərkən maraqlı bir faktla qarşılaşdıq. «Naxçe-
dəniz» adlı yaşayış məntəqəsi bu giınkü «Nəqşi-nərgiz»
kəndinin ərazisinə təsadüf etdi. Keçən əsrin müəlliflərindən
K.A.Nikitinin «Nəqşi-nərgiz» kəndi barəsində olan bir qeydi
«dəniz» kəlməsinə bir aydınlıq gətirdi. O yazırdı ki,
Naxçıvanın 7 verstliyində dağ çayının axarı boyunca «Naxşu-
narqiz» adlı karbonat bulaqlara rast gəlmək olar. Görünür,
osmanlıların «dəniz» kimi yazdıqları kəlimə «bulaq»
mə’nasında, «naxçe» (bu sözü açmaqda doğrusu çətinlik
çəkirik) sözü isə bəlkə «duzlu», «turş» anlamında işlənmişdir
[10,s.20].
Göründüyü kimi, mərhum akademik Z.Bünyadov
n a x ç ı
sözünün açılmasında çətinlik olduğunu yazır və. bu adın
mənşəyi ilə bağlı konkret fikir söyləmir. Bu da təbiidir, çünki
ııaxç
sözü hələlik şəffaflaşdırılmayıb.bu haqda son söz demək
çətindir. Ancaq belə ehtimal edirik ki, Naxçe-dəniz adındakı
naxçı
sözü ilə Naxçıvan sözündəki
n a x ç
komponenti
arasında bir yaxınlıq, eynilük özünü göstərir. Odur ki, hələlik
sirrini bizə açmayan
n a x ç
söziinün mənşəyini bu torpaqda,
bu ərazidə axtarmaq lazımdır [3, s.87].
Nuhdahan.
Ordubad rayonunun indiki Gəmiqaya
adlanan dağ zirvəsinin ətəklərində xarabalıqları bilinməyən,
ancaq adı hafizələrdə və əfsanələrdə yaşayan qədim kənd
adıdır.
Bu ad
N u h
və
d a b a n
tərkib hissələrindən ibarətdir. Adın
birinci tərəfi əfsanəvi Nuh peyğəmbərin adı ilə bağlıdır,
d a b a n
komponenti isə «dağın, qayanın dabanı», «dağ və qaya
ayağının aşağı hissəsi», «dağın dibinə yaxın yer» [8,s.52],
yakut, tuva, altay, özbək, qırğız [9,s.l68] və monqol dillərində
isə «dağ aşırımı» anlamlarında işlənir
[4.S.105].
Demək, belə
güman etmək olar ki, Nuhdaban adı «Nuhun düşdüyü dağın
aşağı hissəsi, dağın dibinə yaxın yer,
dağ aşırımı»
mə’nalarmda işlənir ki, bu da ərazinin relyef quruluşu,
Gəmiqayanın yüksək zirvədə yerləşməsi ilə uyğun gəlir və
251
Dostları ilə paylaş: |