Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan
çox qədim tarixə malikdir. Arxeoloji qazıntılar bir daha
sübut edir ki, hələ eramızdan əvvəl burada yaşayış mövcud
olmuşdur.
Toponimlər uzun tarixi inkişaf yolu keçmiş müxtəlif
dövrlərdə və müxtəlif şəraitdə formalaşmışdır. Odur ki,
toponimlərin yaradılması tarixini Azərbaycan dilinin tarixi
leksikasından ayrılıqda düşünmək olmaz.
Tarixi, mədəniyyəti özündə əks etdirən Naxçıvan
toponimləri haqqında ilk məlumatlara antik Yunan və Roma
mənbələrində rast gəlmək olar. Məsələn, e.ə. VI-V əsrlərdə
yaşamış Hekatey Miletski «Zemleopisanie» əsərində miki və
dondar etnonimləri ilə yanaşı Araz və Girkan dənizi
hidrönimləriııin (5, s.13) adını çəkir. V əsr erməni tarixçiləri
Eqişe və Moisey Xorenası Alban toponimləri haqqında
məlumat verərkən Naxçavan (Naxçıvan), Şərur düzü və s.
kimi toponimlərin də adını qeyd edirlər (6, s.211).
Naxçıvan toponimlərinin adı müəyyən mənbələrdə
müxtəlif variantlarda qeyd olunur. Qevondda Naxçavan,
K.Qandzaketsidə Naxiçevan, Y. Həməvi (XII-XIII əsr) və
Həmdullah Qəzvinidə (XIII-XIV əsr) Naxçuvan, gürcü
mənbələrində isə Naxiçevan variantlarında işlənir.
Azərbaycan, onun tarixi, coğrafi relyefi, əhalisi və
xüsusilə toponimləri haqqında ən geniş məlumatı ərəb
mənbələri verir. IX-XIII əsr ərəb mənbələrində Nəşəva
(Naxçıvan), Əlincə, Xalxal toponimlərinə rast gəlinir. Bunlar
Naxçıvan toponimlərinin tədqiqinin ilkin riişeymləridir.
Azərbaycan
toponimiyası
üçün
əsas
tarixi
mənbələrdən biri də Abbasqulu ağa Bakıxanovun (1794-
1848) «Gülüstani-İrəm» əsəridir. Burada Azərbaycanın tarixi
və toponimləri haqqında xeyli məlumat verilməklə yanaşı,
Dağıstan xalqının da etnik tərkibi, tarixi, toponimləri
barəsində məlumat tapmaq mümkündür
(4, s. 18-46). Çox təəssüf hissi ilə demək istərdim ki, belə
dəyərli bir əsərdə Naxçıvanla bağlı ətraflı məlumata rast
gəlinmir.
243
• •
Ümumiyyətlə,
toponimlər
də
daxil
olmaqla
onomastika sahəsi Azərbaycan dilçiliyində 60-70-ci illərdən
öyrənilməyə
başlamışdır.
Azərbaycan
onoırıologiyası
problemlərinə
həsr olunmuş
Respublika
Elmi
nəzəri
konfransları da (1986, 1988, 1990, 1992, 1994 və s.) bu
illərdən sonraya təsadüf edir. 60-70-ci illərdə Azərbaycan
toponimikası öz inkişafına yeni qədəm qoymuş və bu sahədə
yeni-yeni
məqalələr
yazılaraq
Naxçıvan
toponimləri
haqqında
müəyyən
məlumatlar
verilmişdir.
Belə
ki,
toponimika sahəsinin istiqamətləndirilməsində xüsusi xidməti
olan A.Həsənov «Coğrafi adlarda tarixi izlər», «Dərəşam
toponimi
haqqında»,
Q.Qeybullayevlə
birgə
işlədiyi
«Naxçıvan MSSR-in bəzi oykonimləri haqqında» adlı
məqalələrində Naxçıvanla bağlı toponimlərin tədqiqinin
bünövrəsini qoymuş və bəzi yer adlarının linqvistik təhlilləri
də verilmişdir.
Azərbaycan tarixinin, dilinin yazıyaqədərki dövrü
haqqında məqalə və monoqrafiyalar yazmış, toponimlərin,
etnonimlərin öyrənüməsində xüsusi rolu olan etnoqraf-
toponimist Q.Qeybullayev bu sahənin
elmi
əsaslarla
öyrənilməsində
əvəzsizdir.
Onun
«Naxçıvanın
bəzi
oykonimləri» məqaləsi, rus dilində yazdığı «К этногенезу
азербайджанцев», «Топонимия Азербайджана» adla kitabları
Naxçıvan toponimlərinin də elmi şəkildə tədqiqində olduqca
maraqlı və qiymətli mənbədir. Bu kitablarda toponimlərin
təhlili ilə yanaşı, onların yarandığı zaman və məkan, yayıldığı
ərazi, dil mənsubluğu və s. ali səviyyədə öz əksini tapmışdır.
Toponimika son dövrlərdə bir sıra elmlərin, xüsusilə
tarix, coğrafiya və dilçiliyin kəsişdiyi nöqtədə yaranan yeni
bir elm sahəsi kimi çox tez inkişaf etdi və layiqli
tədqiqatçılarını yetişdirdi. E’.u baxımdan A.Qurbanovun,
M.V.Baharlının, A.Axundovun və s. adlarını qeyd edə
bilərik. Afat Qurbanovun «Azərbaycan dilinin onomalo-
giyası» adlı kitabı onomastikanın elmi-nəzəri problemlərinin
şərhilə yanaşı, toponimləri, hidronimləri və s. sistemləşdirən
244
qiymətli bir tədqiqat əsəridir. Burada Naxçıvan MR-sı
ərazisində mövcud olan onomastik vahidlərin bir qrupu da
tədqiq olunmuşdur.
A.Axundovun «Torpağın köksündə tarixin izləri»,
T.Əhmədovun
«Azərbaycan
toponimikasının
əsaslan»
kitabları, Q.Məşədiyevin, R.Israfılovun, Q.Cəfərovun elmi
əsərləri
Naxçıvan
toponimlərinin
tədqiqi
üçün
əsas
mənbələrdən sayıla bilər.
Azərbaycan - oğuz türklərinin dəyərli xəzinəsi sayılan
«Kitabi - Dədə Qorqud» dastanı toponimlərlə zəngin tarixi
bir mənbədir. Bir çox alimlər bıı dastanı tədqiq edərək
araşdırmalar aparmışlar. Naxçıvan toponimiyası üçün bu
araşdırmalardan ən əhəmiyyətlisi S.Babayevin «Naxçıvanda
«Kitabi - Dədə Qorqud» toponimləri» adlı monoqrafiyasıdır.
Alim burada olan toponimləri araşdıraraq dastanda yazılan
hadisələrin Naxçıvan ərazisi ilə sıx surətdə bağlı olduğunu
sübuta yetirmişdir. S.Babayev «Salur Qazanın evinin
yağmalandığı boy» hissəsində Naxçıvanla bağlı Qaraçuğ,
Qara Dərə - (Culfa), Qapılı Dərbənd (Şərur), Altuntaxt
(Babək)
toponimlərini «Bamsı Beyrək boyu» bölməsində
Dana Sazı (Şərur) (2, s.43) sonra isə bir çox toponim
(Dərəşam, Əlincə, Köksü, gözəl, Salaxan qayası və s.)
haqqında geniş mülahizələr vermişdir. Xüsusilə qeyd etmək
istərdim ki, mənfur qonşuların ərazi iddialarını puça
çıxarmaq üçün ən gözəl vasitələrdən biri, məncə, bu kitabla
tanış olmaqdır. Çünki alim buradakı toponimlərin coğrafi
xəritəsini elə gözəl izah etmişdir ki, Naxçıvanın oğuz
türklərinin yaşayış məskəni olmalarına şübhə etmək qeyri-
mümkündür.
Qeyd etmək lazımdır ki, son dövrlərdə Naxçıvan
toponimləri haqqında elmi əsər və məqalələrin sayı getdikcə
artmışdır. Bu sahədə aparılan tədqiqat işləri Q.Budaqovanm,
Ş.Cəmşidovun, V.Əliyevin, A.Qasımovun, A.Rəhimovun,
•
• /
I.Hüseynovun, A.Bağırovun, I.Bayramovun, Q. M ahmu
dovun, Ü.Mirzəyevanm, F.Rzayevin elmi məqalələrində öz
əksini
tapmışdır.
Q.Budaqovanm
«Naxçıvan
MR
245
Dostları ilə paylaş: |