ən çox iştirak edən, bəzən də ziddiyətli təsvir olunan
tarixi
şəxsiyyətlərdəndir.
Çox
nağıllarda
bu
tarixi
şəxsiyyət ədalətinə görə «cənnətməkan» adlandırılsa da,
bəzi nağıllarda zülmkar, ədalətsiz şah kimi verilmişdir.
Xatırlayaq
ki,
«bu
adamın
Azərbaycan-Iran
tarixində oynamış olduğu rol məlumdur. Səfəvi dövlətinin
ikinci mərhələsinin ilk hökmdarı olan Şah Abbasın
Azərbaycana
münasibəti və bu münasibətin aqibəti də
bəllidir. Şifahi ədəbiyyatımızda çox geniş yer tu:an bu
adam gah tamamilə mənfi, gah tamamilə müsbət bir şah
kimi təsvir edilib. Onlarca nağıl, əfsanə və rəvayətlərdə o,
xeyirxah, ədalətli
bir
şah, mürşid, cənnətməkan
kimi
tərənnüm edilir» (3, s. 247). Bəzi nağıllarda isə «Şah
Abbas
cənnətməkan, tərəziyə
vurdu
təkan,iki qoz,bir
girdəkan» deyə lağa-məsxərəyə qoyulursa da,«lakin ehtiraf
etmək lazımdır ki, onun adilliyi, xeyirxahlığı daha üstün,
daha qüvvətlidir» (3,s.247). «Ümumiyyətlə, nağıllardakı Şah
Abbas surətinə daha çox xalqın arzu və istəklərinin
təcəssümü kimi baxırıq» (4, s. 264).
Deyilənləri
ümumiləşdirsək, bir
daha
qənaətə
gəlirik ki, nağıllarda Şah Abbasa münasibət daha çox
müsbətdir. Bu, həm də xalqın «ədalətli şah» arzusundan
irəli gəlib. Eləcə də bu müsbət münasibətin orta əsrlər
şəraitilə səsləşən tarixi kökləri, məqamları da az deyil.
Bunlar aşağıdakı məsələlərlə daha çox bağlıdır.
1. İran-Osmanlı müharibələrində
Şah
Abbasın
siyasi
məqsədlər üçün «quruculuq» işləri aparmaqla xalqı öz
tərəfinə çəkə bilməsi, əhalinin kasıb təbəqəsinə müəyyən
dərəcədə diqqət yetirməsi.
2. Şah Abbasın xalq kütlələri arasında şiəliyi təbliğ
etməsi.
Bizcə, bunlarla yanaşı ordubadlı Hatəm bəyin Şah
Abbas sarayında baş vəzir vəzifəsini tutması da, bu
məsələyə müsbət təsirini göstərmişdir.
Bunun üçün tarixə bir də nəzər salmaq kifayətdir.
231
Səfəvilər
hakimiyyəti
illərində
şiəliyin
təbliğ
olunduğu yerlərdən biri Naxçıvan regionu, xüsusən onun
Ordubad şəhəri olmuşdur. Şah Abbas 1606-1607-ci illərdə
Azərbaycanı Osmanlı dövlətindən geri aldıqdan sonra
Ordubad şəhərinin şiəlik tərəfdarı olduğunu və Səfəviləri
müdafiə etdiyini nəzərə alaraq, onu «xəzinəyə verilən
bütün
vergilərdən
azad
etmişdir.
Belə
görünür
ki,
Hatəmbəy Ordubadinin o zaman şahın birinci naziri
olması burada az rol oynamamışdır» ( 5, s.291 ). Göstə
rilən bu tarixi şərait xalq yaradıcılığına təsir göstərmiş,
öz növbəsində müəyyən motiv və süjetlərin yaranmasına
zəmin yaratmışdır. Bəzi tarixi izlər isə nağıl süjetləri da
xilində ərimiş və dəyişmişdir.
Şah Abbasla bağlı nağıllarda vəzir Allahverdi xan
da çox iştirak edən surətdir. «O, çox zaman Şah Abbas
la birlikdə rəiyyətin «qeydinə qalan», «dərdinə şərik olan»
bir adam kimi təsvir edilir. Onlarca nağıl göstərmək olar
ki, şah və vəzir hər həftə şəhərbəşəhər ölkəni gəzir, əha
linin necə yaşadığını, nə ilə məşğul olduğunu öyrə-
nirlər»(6,s.84).
Nağıllara görə, Allahverdi xan xalq kütlələri arasın
dan çıxmış bir adamdır. Bunu «Həsən Qaranın nağılı» da
göstərir (7, s. 95). Lakin onun tarixi sima oluğunu tək
nağıllar deyil, tarixi mənbələr də təsdiq edir. Mərhum
folklorşünas alim N.Seyidov belə mənbələrə əsaslanıb
yazırdı ki, Şah Abbas yaxşı xidmət göstərən aşağı təbə
qəyə mənsub insanlardan əmirlər təyin edirdi. Belələ
rindən biri də şahın ən yaxşı sərkərdələrindən Allahverdi
xan idi ( 6, s. 92).
Göründüyü kimi, nağıllarda sevilən və təriflənən
vəzir Allahverdi xanın folklorumuzda geniş yer tutması
əsassız deyildir. Bu obraz da tarixi mühitdəki xeyirxah
işlərinə
görə, nağıllarda
öz
müsbət
bədii
formasını
tapmışdır. Vəzir Allahverdi xanın iştirak etdiyi nağıllar
xalqımızın yüksək əxlaqi-mənəvi dəyərlərinə söykənməsilə
də fərqlənir.
232
Beləliklə, demək olar ki, haqqında bəhs olunan
nağılların kökləri Səfəvilər dövrü, daha çox isə Şah
Abbas hakimiyyəti illərilə bağlıdır. Təbii ki, bu nağıllarda
tarixi mühitin izləri olduğu kimi yox, daha çox bədii
dona bürünmüş şəkildə yaşayır.
Ədəbiyyat:
1. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı,
Maarif, 1981.
2. Azərbaycan folkloru antologiyası, Naxçıvan folkloru, Bakı,
Sabah, 1994.
3. Təhmasib M. Azərbaycan xalq dastanları (orta əsrlər),
Bakı, Elm, 1972.
4. Vəliyev V. A
2
:ərbaycan folkloru, Bakı, Maarif, 1985.
5. Azərbaycan tarixi, 1 cild. Bakı, Azərb.SSR EA nəşriyyatı,
1961.
6. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, Bakı,
Azərb.SSR EA nəşriyyatı, 1961.
7. Azərbaycan
nağılları, ITI
cild. Bakı, Azərb. SSR
EA
nəşriyyatı, 1949
FIRU D IN R Z A Y E V
A M E A Naxçıvan Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat inatitntu
4
a
a
a > «
,
f ^
. • «
• ’
*
p
NAXÇIVAN VƏ ONUN ƏTRAF BÖLGƏLƏRİNDƏ
QƏDİM SAK TÜRKLƏRİ
■
« 4
.
2 Ş
*
Л
щ
4
Hələ e.ə. birinci əsrdə yəhudi İosif Flavi qədim əfsanə
və əsatirlərə istinadən,1 əski qaynaqların məlumatlarına
əsaslanaraq Naxçıvan ərazisini bəşər nəslinin ilk beşiyi
adalandırırdı.2 Ərazidə aparılmış çoxsaylı qazıntıların elmi
nəticələri, tədqiqat işlərinin yekunu ilk insan məskənlərindən
olan bu ərazinin dövlətçilik tarixini haqlı olaraq e.ə. Ill min
illiyə aid edir.
Dostları ilə paylaş: |