İlahi sevgi, İlahi Talenin - möcüzəli Butanın gücünü
Şeyx
Sənan
sınaqlarından
çıxarmaq
üçün
dastan
dünyasındakı yollardan keçib gəlmək lazım idi - "mütləq
həqiqət" zirvəsində Seçilmişlərin - "haqq aşiqlərinin" yeri
başqadır.
Azad sevgi dərgahda adına İlahi Tale yazılmış
Seçilmişlər üçün hər nədirsə, "Əhli ibadətdən" "Əhli mərifətə"
olan yol da Şeyx Sənan üçün elə odur.
S ə n i a n n a n d o ğ u rd u T u ra n d a ,
Y a şa d ın bir z a m a n da ira n d a .
K ə s b i - ü rfa n için, f ə z i l ə t için
S o n ra İra n ı tərk, edib g əld in ,
Ə rə b ista n ı ix tiy a r etdin. (6, s. 1 6 8 )
-
"Əhli - mərifətlə" yollar qapansaydı, Şeyx Kəbir
Sənana deməzdi ki, ən son yerin olacaq son nəfəsdə
Gürcüstan.
"Son yer" - ilahi Tale - Buta yollarında seçilmişliyin
ağır, çətin sınağıdır.
M.Cəfərlinin qənaəti maraqlıdır; "Məhəbbət dastan
qəhrəmanı üçün başqa tale yoxdur. Bu dastanlarda təqdim
olunan tale modeli sevgi taleyidir. Bunun üçün də buta
elementinin
dominant
yükü
onun
taleyi
simvolizə
etməsindədir" (1, s.88)
Məhəbbət dastanlarının buta yuxusunun möcüzəsi
Cavidin "hali pəjmürdə, sanki bir Məcnun", "müztərib,
düşkün", "gözlərində nuri - c.uha oxunan" Sənanını İlahi
Talenin seçdiklərindən biri - Seçilmiş kimi təqdim edir.
Onun taleyini M.H.Təhmasibin məhəbbət dastanı
üçün təklif etdiyi süjet strukturu baxımından izlədikdə, elə
bilirsən, gümanlar təsdiqlənir.
Yuxuda aşiq olma - buta alma məqamında qəhrəman
misilsiz dərəcədə gözəlləşir, buta verəndən nur yayılır, sonra
qəhrəman bayılır, dərd - qəm içində əzablı - üzüntülü günlər
yaşayır. Şeyx Sənanın da röyasında 'dəmbədəm nəşr edərdi
mövceyi - nur"...
"Dərviş iki barmağım onun gözü qabağına tutub dedi:
219
Oğul,
barmağımın arasından
bax,
gör,
nə
görürsən?
o
Novruz dedi:
Uzaq, uzaq yollar görürəm" (7, s. 176).
Sənan yeganə seçilmişdir ki, yuxusuna müqəddəslər,
dərviş yox, üzü niqablı Şeyx gəlir, butanın konkret mənzilini
də nişan verir: "İştə son mənzil! İştə G ürcüstan!"
Röyadan sonra Sənan da "Məcnunanə bir hıçqırıqdan
sonra bayğın bir halda düşəcək olur".
'H ətta əksər dastanlarımızda qəhrəmanın butadan
əvvəlki mənliyi ilə butadan sonrakı mənliyi bir-birinə tam
zidd olur"(2,s.72)
Şeyx Sənanın
ruhi
aləmindəki,
hərəkətlərindəki
dəyişməni ideoloji tələblərin, necə deyərlər, arşını ilə
ölçməkdən öncə ona məhəbbət dastanlarının bu kodlaşmış
ölçüsündən yanaşsaq, nələri söyləyə bilərik?
Butadan sonrakı ikinci mərhələni M.H.Təhmasib
"yol"adlandırır, bu yola çıxarkən bəzi dastanlarda qəhrəmana
nişanlısı, ya da onu sevən qızlar mane olmaq istəyirsə,
Ərəbistandan Gürcüstana aparan yolda Şeyx Sənanı sevən
Zəhranın
missiyasını
məhəbbət
dastanları
qeydə
almayıblarmı?
Butanın yurdunda qəhrəman xeyirxah adamlara
• •
("Şeyx Sənan"da Oğuz, Özdəmir), cinayətkarlara (Anton,
arxadaşı, Simon) rast gəlir.
Məşuqu isə çox zaman başqa sevənlər də olur (Anton),
o, qəhrəmanı öldürmə həddinə çatır.
' Məhəbbət dastanlarında Aşiq - haqq aşıqlarını, yəni
haqq aşiqliyi simvollaşdırır. Bu mənada Aşiqin Məşuq
obrazına nisbətən fiziki fəallığı da bununla ölçülür" (1, s.254).
Sənanda "övliya sifəti" görüb onu sevən, qəhrəmanın
"nuri - haqqın təzahürü" kimi qəbul etdiyi Xumarın da "qeyri
fəallığından" ədəbi tənqid bəs deyincə danışmışdır.
Məhəbbət dastanları dərvişlərə həmişə, necə deyərlər,
ürəyinin başında, gözünün üstündə yer verib.
220
"Şeyx Sənan" faciəsində dərviş hadisələrə gec -
butadan çox sonra qoşulur. Şeyxlər və müridlər arasında onu
da bir "Sənan heyrətlə dinlər" - dərvişin sakral qüvvə kimi
onun buta almasına yubandığına mı görə, bəlkə müqəddəs
bir aləmdən gəldiyinə görə? Ədəbi tənqidin dərviş "özünü
fövqəlbəşər insan hesab edir" (6, s.10) qənaəti də bəlkə, bu
anlamdadaır?
Əsərin məhəbbət dastanlarındakı "Cahannamə"ni
xatırladan sonluğu ("əlavə') "əsiri - məhəbbət", "şöleyi -
hikmət" adlandırılıb "uçuyorlar fəzada sanki mələk" kimi
görülən qəhrəmanlar Dərvişin təqdimində düşündürücü,
unudulmazdır:
H ə r k im in k o r d e y ilsə vicdanı,
G ö rü r əla n X u m a rı, S ə n a n ı
(6, s.263)
Böyük Cavidin düşüncə müstəvisində özünə yeni -
sönməz, əbədi həyat qazanan Sənan bədii dünyanın butalı
qəhrəmanı kimi "əlan görünür"...
Ə d ə b i y y a t :
1. Cəfərli M. Azərbaycan məhəbbət dastanlarının poetikası.
"Elm", Bakı, 2000
2. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər).
"Elm", Bakı, 1972
3. Əlioğlu M. Hüseyn Cavidin romantikası Azərbaycan
Dövlət Nəşriyyatı, Bakı, 1975
4. Talıbzadə Aydın. "Üsyan və cəza". Azərbaycan jurnalı,
2004, №6
5. Cəlal M., Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı,
"Maarif', Bakı, 1969
6. Cavid H. Seçilmiş əsərləri . Azərbaycan Dövlət Nəşriy
yatı, Bakı, 1958
7. Xalq dastanları. II cild, Bakı, 1961.
221