Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə72/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   68   69   70   71   72   73   74   75   ...   205

İlahi  sevgi,  İlahi  Talenin  -   möcüzəli  Butanın  gücünü 

Şeyx 


Sənan 

sınaqlarından 

çıxarmaq 

üçün 


dastan 

dünyasındakı  yollardan  keçib  gəlmək  lazım  idi  -   "mütləq 

həqiqət"  zirvəsində  Seçilmişlərin  -   "haqq  aşiqlərinin"  yeri 

başqadır.

Azad  sevgi  dərgahda  adına  İlahi  Tale  yazılmış 

Seçilmişlər  üçün  hər  nədirsə,  "Əhli  ibadətdən"  "Əhli  mərifətə" 

olan yol da Şeyx Sənan  üçün elə odur.

S ə n i a n n a n   d o ğ u rd u   T u ra n d a ,

Y a şa d ın   bir z a m a n   da  ira n d a .

K ə s b i -  ü rfa n   için, f ə z i l ə t   için 

S o n ra   İra n ı  tərk,  edib g əld in ,

Ə rə b ista n ı  ix tiy a r  etdin.  (6,  s. 1 6 8 )

"Əhli  -   mərifətlə"  yollar  qapansaydı,  Şeyx  Kəbir 



Sənana  deməzdi  ki,  ən  son  yerin  olacaq  son  nəfəsdə 

Gürcüstan.

"Son  yer"  -   ilahi  Tale  -   Buta  yollarında  seçilmişliyin 

ağır, çətin sınağıdır.

M.Cəfərlinin  qənaəti  maraqlıdır;  "Məhəbbət  dastan 

qəhrəmanı  üçün  başqa  tale  yoxdur.  Bu  dastanlarda  təqdim 

olunan  tale  modeli  sevgi  taleyidir.  Bunun  üçün  də  buta 

elementinin 

dominant 

yükü 


onun 

taleyi 


simvolizə 

etməsindədir" (1, s.88)

Məhəbbət  dastanlarının  buta  yuxusunun  möcüzəsi 

Cavidin  "hali  pəjmürdə,  sanki  bir  Məcnun",  "müztərib, 

düşkün",  "gözlərində  nuri  -   c.uha  oxunan"  Sənanını  İlahi 

Talenin seçdiklərindən biri -  Seçilmiş kimi təqdim edir.

Onun  taleyini  M.H.Təhmasibin  məhəbbət  dastanı 

üçün  təklif  etdiyi  süjet  strukturu  baxımından  izlədikdə,  elə 

bilirsən, gümanlar təsdiqlənir.

Yuxuda  aşiq  olma -   buta  alma  məqamında  qəhrəman 

misilsiz  dərəcədə  gözəlləşir,  buta  verəndən  nur  yayılır,  sonra 

qəhrəman  bayılır,  dərd -  qəm  içində  əzablı -  üzüntülü  günlər 

yaşayır.  Şeyx  Sənanın  da  röyasında  'dəmbədəm  nəşr  edərdi 

mövceyi  -  nur"...

"Dərviş iki  barmağım onun gözü qabağına tutub dedi:

219



Oğul, 

barmağımın  arasından 

bax, 

gör, 


nə 

görürsən?

o

Novruz dedi:



Uzaq, uzaq yollar görürəm" (7, s. 176).

Sənan  yeganə  seçilmişdir  ki,  yuxusuna  müqəddəslər, 

dərviş  yox,  üzü  niqablı  Şeyx  gəlir,  butanın  konkret  mənzilini 

də nişan verir:  "İştə son mənzil!  İştə G ürcüstan!"

Röyadan  sonra  Sənan  da  "Məcnunanə  bir  hıçqırıqdan 

sonra bayğın  bir halda düşəcək olur".

'H ətta  əksər  dastanlarımızda  qəhrəmanın  butadan 

əvvəlki  mənliyi  ilə  butadan  sonrakı  mənliyi  bir-birinə  tam 

zidd  olur"(2,s.72)

Şeyx  Sənanın 

ruhi 

aləmindəki, 



hərəkətlərindəki 

dəyişməni  ideoloji  tələblərin,  necə  deyərlər,  arşını  ilə 

ölçməkdən  öncə  ona  məhəbbət  dastanlarının  bu  kodlaşmış 

ölçüsündən yanaşsaq,  nələri söyləyə bilərik?

Butadan  sonrakı  ikinci  mərhələni  M.H.Təhmasib 

"yol"adlandırır,  bu yola çıxarkən  bəzi dastanlarda qəhrəmana 

nişanlısı,  ya  da  onu  sevən  qızlar  mane  olmaq  istəyirsə, 

Ərəbistandan  Gürcüstana  aparan  yolda  Şeyx  Sənanı  sevən 

Zəhranın 

missiyasını 

məhəbbət 

dastanları 

qeydə 

almayıblarmı?



Butanın  yurdunda  qəhrəman  xeyirxah  adamlara

• •


("Şeyx  Sənan"da  Oğuz,  Özdəmir),  cinayətkarlara  (Anton, 

arxadaşı,  Simon) rast gəlir.

Məşuqu isə çox zaman başqa sevənlər də olur (Anton), 

o, qəhrəmanı öldürmə həddinə çatır.

' Məhəbbət  dastanlarında  Aşiq  -   haqq  aşıqlarını,  yəni 

haqq  aşiqliyi  simvollaşdırır.  Bu  mənada  Aşiqin  Məşuq 

obrazına nisbətən  fiziki fəallığı da bununla ölçülür" (1, s.254).

Sənanda  "övliya  sifəti"  görüb  onu  sevən,  qəhrəmanın 

"nuri -   haqqın  təzahürü"  kimi qəbul  etdiyi Xumarın  da "qeyri 

fəallığından" ədəbi  tənqid bəs deyincə danışmışdır.

Məhəbbət  dastanları  dərvişlərə  həmişə,  necə  deyərlər, 

ürəyinin başında, gözünün üstündə yer verib.

220



"Şeyx  Sənan"  faciəsində  dərviş  hadisələrə  gec  -  

butadan  çox  sonra  qoşulur.  Şeyxlər və müridlər arasında  onu 

da  bir  "Sənan  heyrətlə  dinlər"  -   dərvişin  sakral  qüvvə  kimi 

onun  buta  almasına  yubandığına  mı  görə,  bəlkə  müqəddəs 

bir  aləmdən  gəldiyinə  görə?  Ədəbi  tənqidin  dərviş  "özünü 

fövqəlbəşər  insan  hesab  edir"  (6,  s.10)  qənaəti  də  bəlkə,  bu 

anlamdadaır?

Əsərin  məhəbbət  dastanlarındakı  "Cahannamə"ni 

xatırladan  sonluğu  ("əlavə')  "əsiri  -   məhəbbət",  "şöleyi  -  

hikmət"  adlandırılıb  "uçuyorlar  fəzada  sanki  mələk"  kimi 

görülən  qəhrəmanlar  Dərvişin  təqdimində  düşündürücü, 

unudulmazdır:



H ə r  k im in  k o r  d e y ilsə   vicdanı,

G ö rü r əla n   X u m a rı,  S ə n a n ı

 (6, s.263)

Böyük  Cavidin  düşüncə  müstəvisində  özünə  yeni  -  

sönməz,  əbədi  həyat  qazanan  Sənan  bədii  dünyanın  butalı 

qəhrəmanı kimi "əlan görünür"...

Ə d ə b i y y a t :

1.  Cəfərli  M.  Azərbaycan  məhəbbət  dastanlarının  poetikası. 

"Elm",  Bakı, 2000

2.  Təhmasib  M.H.  Azərbaycan  xalq  dastanları  (orta  əsrlər). 

"Elm",  Bakı,  1972

3.  Əlioğlu  M.  Hüseyn  Cavidin  romantikası  Azərbaycan 

Dövlət Nəşriyyatı, Bakı,  1975

4.  Talıbzadə  Aydın.  "Üsyan  və  cəza".  Azərbaycan  jurnalı, 

2004, №6

5.  Cəlal  M.,  Hüseynov  F.  XX  əsr  Azərbaycan  ədəbiyyatı, 

"Maarif', Bakı,  1969

6.  Cavid  H.  Seçilmiş  əsərləri  .  Azərbaycan  Dövlət  Nəşriy­

yatı,  Bakı,  1958

7.  Xalq dastanları.  II cild,  Bakı,  1961.

221



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə